Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-458/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı nümayəndəsi X12, cavabdeh və eyni zamanda Cavabdeh1 hüquqi varisi Cavabdeh3, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın geri qaytarılması”na dair ilkin iddia tələbi, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «əmlakın geri qaytarılması»na dair qarşılıqlı iddia tələbi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövvlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı 12.02.2016-cı il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 34 “Q” saylı evin qarşısında yerləşən faktiki 0.008 ha, sənəd üzrə 0.01 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt olunmuş, evinin sol tərəfində yerləşən 2 metr eni, 10,0 metr uzunu, 20,0 kv.metr torpaq sahəsinin geri qaytarılması, cavabdehlərin hesabına hasarın sökülməsi, torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi və torpağın əvvəlki vəziyyətinə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 34 “Q” saylı evin qarşısında yerləşən 100 kv.metr torpaq sahəsinin ona satılmasına dair 24 saylı dövlət notariat kontorunda AN-İ seriyalı ******* saylı 26.05.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən onun adına torpaq sahəsinə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-23449D, KOD 00600066 saylı 02 avqust 2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Şəhadətnamə verilmişdir. O, torpaq sahəsinin kiçik olduğunu nəzərə alıb 2 mərtəbəli hər mərtəbəsində 2 otaq olmaqla cəmi 4 otaqlı ev tikməyə başlamışdır. Həmin vaxtı cavabdehlərlə onun torpaq sahəsi arasında sərhədləri taxtadan dayaqlar yerə basdırılmış üstündən isə məftillər çəkilmiş hasardan ibarət idi. Maliyyə imkanı olmadığından evin tikintisini tam 2011-ci ilin dekabr ayında başa çatdıra bilmişdir. Elə həmin ərəfədə evin tikintisini başa çatdırdığından aralarında olan hasarın daş hasarla əvəz edilməsi barədə razılığa gəlmişdir. Razılaşma belə olmuşdur ki, iddiaçının şəhadətnaməsində göstərilən torpaq sahəsi 100 kv.metr nəzərə alınmaqla evinin sol tərəfində 2 metr torpaq sahəsi saxlanmaqla mişar daşından aralarında hasar çəkilsin və xərcini isə yarı-yarı etsinlər. Sonradan bir müddət onlar həmin torpaq sahəsinə gəlməmiş, gələndə isə cavabdehlərin onların icazəsi olmadan burada özbaşına hasar çəkdiklərinin və 2 metr eni, 10,0 metr uzunu, 20,0 kv.metr onlara məxsus torpaq sahələrini zəbt etdiklərinin şahidi olmuşdur. O, cavabdehlərə hasarın sökülməsini, zəbt olunmuş torpaq sahəsinin özünə qaytarılmasını tələb etmiş, əvvəlcə onlar qəti olaraq torpaq sahəsinin onlara aid olduğunu bildirmişlər. İddiaçı özünə məxsus şəhadətnaməni onlara göstərdikdikdən sonra onlar onunla razılaşmış və bildirmişdir ki, hasarı söküb torpaqlarını özünə qaytaracaqdır. Lakin cavabdehlər öz sözlərinə əməl etmədiyindən 21.07.2015-ci il tarixdə Suraxanı rayon məhkəməsinə müraciət etmiş və məhkəmədən Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-23449D, KOD 00600066 saylı, 02 avqust 2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş Şəhadətnaməyə əsasən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 34 “Q” saylı evin qarşısında yerləşən 100 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt olunmuş, evinin sol tərəfində yerləşən 2 metr eni, 10,0 metr uzunu, 20,0 kv.metr torpaq sahəsinin geri qaytarılması, hasarın sökülməsi, torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi, torpağın əvvəlki vəziyyətinə salınması barədə qətnamə şıxarıliasını xahiş etmişdir. Məhkəməyə iş daxil olduqdan sonra bir sıra prosessual hərəkətlər həyata keçirilmiş, iş üzrə mütəxəsis rəyi alınmış və sənədlər rəy verilməsi üçün ekspertizaya göndərilmişdir. Lakin mütəxəssis rəyində məhkəmənin qərardadında qoyulmuş suallara tam cavab vermədiyindən, ekspert rəyində də bu suallara cavabın verilməsinin mümkün olmadığı göstərilmişdir. Bundan başqa məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, faktiki istifadəsində olan torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahələri üst-üstə düşməməklə onun adına verilmiş şəhadətnamə ilə qonşunun faktiki istifadəsində olan torpaq sahələrinə şəhadətnamələri işlənərkən səhv işlənmiş, onun şəhadətnaməsində qonşunun, qonşunun şəhadətnaməsində isə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, koordinatları və dönmə nöqtələri göstərilmişdir. Məhkəmə ərəfəsində tərəfindən bununla əlaqədar DƏDRX Bakı şəhər Ərazi idarəsinə ərizə ilə müraciət olunaraq Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN23449D, KOD 00600066 saylı 02 avqust 2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş Şəhadətnamədə müvafiq dəyişikliklərin edilməsi xahiş edilmişdir. Bakı şəhər Ərazi idarəsi torpağa yerində baxış keçirmiş, iddiaçının adına torpaq sahəsinə çıxarış və torpaq sahəsinin plan-ölçüsünü vermişdir. Çıxarışda torpaq sahəsinin ölçüsü 0.008 ha göstərilmiş, torpaq sahəsinin planölçüsünündə isə sənəd üzrə torpaq sahəsinin 0.01 ha olduğu göstərilmişdir. Çatışmayan sahənin hazırkı sənədlərə əsasən bir daha 20.0 kv.metr olduğu müəyyən edilmişdir. Yəni, iddiaçının mübahisələndirdiyi 20.0 kv.metr torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması həmin sənədlərə əsasən də bir daha sübut olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə "Maraqlı şəxsin işə cəlb olunması və mütəxəssis rəyinin alınması barədə vəsatət verilmiş və vəsatət təmin edilmişdir. Yerində baxış keçirilərkən cavabdeh tərəf baxışın keçirilməsinə mane olaraq buraxmamışlar. İddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edir və ərizəsində göstərilən normativ hüquqi aktlara ziddir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «əmlakın geri qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdeh İddiaçı qızı tərəfindən onun evinin arxa hisssində inşa edilmiş və özünün mülkiyyətindən tam və sərbəst şəkildə istifadə edilməsinə mane olan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə özünə məxsusdur. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-15412H KOD 00600066 saylı şəhadətnamə verilmişdir. Sonradan həmin evə dair Baki Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi verilmişdir. Sonradan İddiaçı məhkəmə gedişatı zamanı torpağa çıxarış almış və mübahisəli torpağın ünvanı “ünvan 2 qarşısı” kimi göstərilmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi əvvəllər X15 məxsus olmuşdur və həmin torpaq sahəsinə dair JN20591 saylı şəhadətnamə işlənmişdir. Yəni torpağın ilk sənədi JN-20591 saylı şəhadətnamə olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilk İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı 12.02.2016-cı il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 34 “Q” saylı evin qarşısında yerləşən faktiki 0.008 ha, sənəd üzrə 0.01 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt olunmuş, evinin sol tərəfində yerləşən və cavabdehlər tərəfindən hasara alınmış 05 kv metr torpaq sahəsi və 14 kv metr əlavə çatışmayan torpaq sahəsinin İddiaçı geri qaytarılması, adları çəkilən cavabdehlərin hesabına həmin hasarın sökülməsi, həmin torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi və həmin torpağın əvvəlki vəziyyətinə salınması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «əmlakın geri qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, hazırki mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri (100+50+50) 200 manat pulun ilkin iddia əsaslı olması səbəbindən və həmin iddia qismən təmin edildiyinə görə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən: Ramil Həsənov). Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ziddiyyətli ekspert və mütəxəssis rəylərini nəzərə almayıb, təkrar ekspertiza təyin etmiş olsa idi, torpaq sahələrinin üst-üstə düşmədiyi, iddiaçının hüquqlarının pozulmadığını, əslində cavabdehin mülkiyyət hüquqlarının iddiaçı tərəfindən pozulduğunu müəyyən etmiş olardı. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1579/2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Etibar Nəbiyev). Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1242/2020 saylı, 12 mart 2020-ci il tarixli qərarı ilə, cavabdelərin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən: Ələsgər Əliyev). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı nümayəndəsi R.Həsənov cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh və eyni zamanda Cavabdeh1 hüquqi varisi Cavabdeh3 və Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili N.Kərimli apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan JN-23449D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 24 saylı Dövlət Notariat kontorunun 26.05.2005- ci il tarixli 4Ə/4-524 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,01 hektar fərdi yaşayış evi tikintisi üçün Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 34 “Q” saylı evi qarşısında yer. t/sİddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AN-İ saylı ******* saylı 26.05.2005-ci li tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X20 etibarnamə əsasında çıxış edən X12 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 34 “q” saylı evin qarşısında yerləşən 0,02 hektar torpaq sahəsinin 100 kv.m. torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26182 saylı 05.01.2016-cı il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr Ünvan Reyestr Xidmətinin Yerquluşu, torpaq kadastrı və torpaqların monitorinq şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, İddiaçı adına verilmiş və hazırda onun faktiki istifadəsində olan KOD 00600066 JN-23449D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də əksini tapmış olan torpaq sahəsinin (0,01 ha) yerinin sərhədlərinin, kordinatlarının və ölçülərinin torpaq sahəsinin şəhadətnamədə göstərilən yeri, sərhədləri, koordinatlarının və ölçüləri ilə üst-üstə düşməməsi, İddiaçı və Mansurova Səringül Əhməd qızının mülkiyyətində olan 0,02 hektar torpaq sahəsinin əvvəllər JN-20591 nömrəli şəhadətnamə ilə X13 mülkiyyətində, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrində və mülkiyyətində olan 0,05 hektar torpaq sahəsinin isə əvvəllər JN- 14581 nömrəli şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətində olduğu, İddiaçı iddia etdiyi torpaq sahəsinin əvvəllər X13 mülkiyyətində olduğu, sonradan hər bir 0,01 hektar olmaqla İddiaçı və X1 və onların adına müvafiq qaydada şəhadətnamələnin verilməsi, İddiaçı və X3 yaşadıqları evlərə şəhadətnamələrin dəyişik işlənməsi və cavabdeh X14 mülkiyyətində olmuş 0,0549 hektar torpaq sahəsinin 0,0349 hektarı Cavabdeh3 satılmış və onun adına 14.10.2004-cü ildə JN-14581 nömrəli şəhadətnamənin işlənməsi müəyyən edilir. Lakin, İddiaçı adına verilmiş və hazırda onun faktiki istifadəsində olan KOD 00600066 JN-23449D nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də öz əksini tapmış 0,01 ha torpaq sahəsinin yerinin, sərhədlərinin, koordinatlarının və ölçülərinin şəhadətnamənin göstəriciləri ilə üst-üstə düşməməsinin səbəbləri, çatışmayan hissənin cavabdehlər tərəfindən özlərinə məxsus olan torpaq sahəsinin hüdudlarına qatılıb-qatılmaması və çatışmayan torpaq sahəsinin cavabdeh tərəfindən özlərinə məxsus olan torpaq sahəsinin hüdudlarına qatıldığı halda İddiaçı adına verilmiş KOD 00600066 JN-23449D nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhdatənamə”də öz əksini tapmış 0,01ha torpaq sahəsinin sərhədlərinin, koordinatların və ölçülərin bərpa edilməsi üçün hansı işlərin görülməsi barədə hər hansı məlumat mütəxəssis rəyində əks olunmadığından, göstərilən məsələnin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün deyildir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə iddiaçıların, onların nümayəndələrinin və GPS (qlobal mövqe təyin etmə) aparatı işlədən mühəndisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib faktiki istifadənin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə “xxxx” MMC-nin arxiv və elektron bazasında foto və xəritə materialları üzərində dəqiqləşdirilib sxemlər hazırlaşmışdır. “xxxx” MMC-nin arxiv və və elektron bazasına əsasən hazırlanmış sxemlərdən göründüyü kimi: İddiaçı adına verilmiş və hazırda onun faktiki istifadəsində olan KOD 00600066 JN23449D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə əksini tapmış olan torpaq sahəsinin (0.01 ha) sərhədləri, kordinatları və ölçüləri torpaq sahəsinin Şəhadətnamədə göstərilən yeri, sərhədləri, koordinatları və ölçülləri ilə üst-üst düşmür. Belə ki, iddiaçı X11 (JN-23449) və X4 (JN-23448) müikiyyətində olan 0.02 hektar torpaq sahəsi əvvəllər JN20591 nömrəli Şəhadətnamə ilə X13 mülkiyyətində, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 istifadələrində və mülkiyyətlərində olan 3.0549 hektar torpaq sahəsi isə əvvəllər JN-14581 nömrəli Şəhadətnamə əsasında X8 mülkiyyətində olmuşdur. Bu torpaq sahələri qonşu olmaqla İddiaçı iddia etdiyi torpaq sahəsi X13 mülkiyyətində olmuşdur, sonradan o, hər birinə 0.01 hektar olmaqla İddiaçı və X2 və onların adına 08 avqust 2005-cı il tarixdə yuxarıda qeyd olunan Şəhadətnamələr işlənmişdir). Sxemdən göründüyü İddiaçı və X3 faktiki yaşadıqları evlərə Şəhadətnamələr dəyişilmişdir. X16 mülkiyyətində olmuş 0.0549 hektar torpaq sahəsindən 0.0349 hektarını Cavabdeh3 satmış və onun adına 14 oktyabr 2004-cü ildə JN-14581 nömrəli Şəhadətnamə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 qarşısı ünvanındakı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 609 nömrəli reyestr kitabının 57649 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MH seriyalı 106509 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Trubnayabaza küçəsində 35q yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan JN-15412H saylı 00600066 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunun 24.09.2004-cü il tarixli 4Ə-4/631saylı bağışlama müqaviləsi ilə ünvan 4 ünvanda yerləşən 0.02 hektar torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X9, X10 fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 1365 saylı 12.06.2017-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı iddia etdiyi və göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilərək İddiaçı adına verilmiş reyestr nömrəsi **********49 olan “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 5kv.m. hssəsi Cavabdeh1 tərəfindən istifadə edildiyi İddiaçı məxsus olan və cavabdeh tərəfindən istifadə edilən 5.0 kv.m. torpaq sahəsinin hasarlandığı müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 20890 saylı 10.01.2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 11.12.2017-ci il tarixli mütəxəssis rəyində eyni iddia üzrə əvvəllər daxil olmuş eyni məzmunlu müraciət ilə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.12.2016-cı il tarixli **********19 və 15.05.2017-ci il tarixli **********19 nömrəli məktubları ilə mütəxəssis rəyləri və onlara əlavə edilmiş sxemlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və məhkəməyə təqdim edildiyi bildirilmişdir. Lakin mərkəzə təqdim olunmuş 11.12.2016-cı il tarixli **********19 və 15.05.2017-ci il tarixli **********19 nömrəli mütəxəssis rəylərində qeyd olunan suallar hazırki ekspertiza zamanı 13.07.2017-ci il tarixli qərardadda qoyulmuş suallara eynillik təşkil etmədiyindən, bu sualların cavablandırılması mümkün olmadı. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə sonuncu dəfə verdiyi 6391 saylı 31.07.2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş materiallarının 28/31-ci səhifələrinə və 84/87-ci səhifələrinə əlavə edilmiş rəylərə əsasən, İddiaçı adına verilmiş və hazırda onun istifadəsində olan Kold 00600066 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də əksini tapmış olan torpaq sahəsinin (0,01 ha) yerli sərhədləri, koordinatları və ölçüləri torpaq sahəsinin şəhadətnamədə göstərilən yeri, sərhədləri, koordinatları və ölçüləri ilə üst-üstə düşmür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0081 ha olduğu müəyyən edildi. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş materiallarının 28/31-ci səhifələrinə və 84/87-ci səhifələrinə əlavə edilmiş rəylərə əsasən İddiaçı iddia etdiyi və göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilərək, İddiaçı adına verilmiş reyestr nömrəsi **********49 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 5 kv.m. hissəsi Cavabdeh1 tərəfidən istifadə edildiyi, İddiaçı məxsus olan və cavabdeh tərəfindən istifadə edilən 5,0 kv.m. torpaq sahəsinin hasarlandığı müəyyən edilmişdir. İş materiallarının 31-ci səhifəsinə əlavə olunmuş mütəxəssis rəyində göstərilənlərə əsasən, iddiaçının istifadəsində olan 0.01 ha torpaq sahəsinin çatışmayan 14 kv.m. hissəsi iddiaçı ilə cavabdehin torpaq sahəsi arasında olan 39.0 kv.m. (2.23x17.5) sahədə yerləşə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.06.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı torpaq sahəsi 81,0 kv.m. təşkil edir, üzərində iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. İddia olunan əlavə torpaq sahəsi isə 39,0 kv.m. təşkil edir. Cavabdehlərin (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nazmaz oğlu) faktiki topaq sahəsi 556,0 kv.m. təşkil edir, üzərində 2 ədəd 1 və 2 mərtəbəli yaşayış evləri mövcuddur. Hüquqi dəyərləndirmə: Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «... apelyasiya instansiyası məhkəməsi apelyasiya icraatında torpaq sahəsinin zəbt olunub-olunmaması faktının və torpağın dəqiq ölçülərinin birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmadığını müəyyən etmiş və bu halın aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən bu halın araşdırılması üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Lakin ekspertizanın keçirilməsi ilə bağlı ekspertin verdiyi vəsatət təmin edilmədiyinə görə ekspert ekspertizanın keçirilməsindən imtina etmişdir. Bundan sonra apelyasiya instansiyası məhkəməsi ekspertiza qarşısında qoyulmuş suallar üzrə əlavə araşdırma aparmadan işə mahiyyəti üzrə baxılmasını davam etdirmiş və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul etmişdir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5714/2020 saylı, 21.08.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/683 saylı ekspert rəyində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı mülkiyyətində olan mövcud 0.008 ha torpaq sahəsinin ilkin əsasları keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-23449D saylı şəhadətnamədə 0.01 ha olaraq göstərilmişdir. Şəhadətnamənin sənəd üzrə ölçülərinə əsasən torpaq sahəsinin cənub tərəfdən 20.0 m2 hissəsi hal-hazırda Cavabdeh3 **********44-10301 reyestr nömrəsi ilə mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş texniki pasportda tərtib edilmiş baş plan üzrə sahənin şimal hissəsi ilə üst-üstə düşür. Fərdi yaşayış evinin arxiv-texniki pasportunda qeyd olunan mübahisəli torpaq sahəsi baş planda şimal tərəfdəki qonşu sahə kimi işarələnmişdir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.” İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı 26 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi almaqla onun adına 0,01 ha torpaq sahəsinə dair 02 avqust 2005-ci il tarixli şəhadətnamə verilsə də, sonuncunun öz xahişi ilə ona verilmiş 11 fevral 2016-cı il tarixli çıxarışda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,008 ha göstərilmişdir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, ekspert rəyinə və tərəflərin izahatlarına əsasən qeyd edir ki, həmin çıxarışı yerində tamamlayan sənəd olaraq torpaq sahəsinin planı və ölçüsü sənədində iddiaçının adına olan torpaq sənəd üzrə 0,01 ha, faktiki 0,008 ha göstərilsə də, şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarışdır. Torpaq planı və ölçüsü sənədi isə çıxarışı yerində tamamlayan sənəddir. Məhkəmə kollegiyası sadalanan xüsusatlara Ali Məhkəmənin göstərişlərinə müvafiq şəkildə qiymət verərək hesab edir ki, mübahisəli torpaq sahəsinin 0.01 ha olması ekspert rəyi və işin digər halları ilə öz təsdiqini tapmadığından və torpaq sahəsinin çıxarışında 0.008 ha olması göstərildiyindən, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilkin iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi öz qərarında həmçinin qeyd etmişdir ki, cavabdehlərdən və apellyasiya şikayəti vermiş şəxslərdən biri olan Cavabdeh1 iş apellyasiya icraatında olduğu dövrdə, yəni 31 iyul 2019- cu ildə vəfat etdiyi halda iş üzrə icraat dayandırılmamış və hüquqi varislik məsələsi həll edilmədən Cavabdeh1 münasibətdə də qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma zamanı müəyyən etmişdir ki, iş materiallarında olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 Cavabdeh1 vərəsəsidir. Bu səbəbdən də, Cavabdeh3 Cavabdeh1 hüquqi varisi kimi tanınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəylərini qiymətləndirərkən cavabdehlərin iddiaçı tərəfindən onların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək hasar çəkməsini və inşa etdiyi evin divarının hasarın özülü üstündə inşa etməsi barədə dəlili üzrə də hər hansı bir araşdırma aparmamışdır”. İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı cavabdehin vəkili N.Kərimov fotoşəkillər əsasında izah etmişdir ki, ilkin İddiaçı məxsus olan ev Cavabdeh3 hasarının üzərində inşa edilmiş və həmin evlər arasında başqa hər hansı hasar mövcud deyildir. Kollegiya həmin fotoşəkillərə əsasən hesab edir ki, həqiqətən də İddiaçı evi hasarın üzərində inşa edilmişdir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 117.2-ci maddəsinə görə, bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki mübahisəli torpaq sahəsinin 0.008 ha olması işin halları ilə öz təsdiqini tapmadığından cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək ilkin iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-19/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İlkin iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdeh və Cavabdeh1 hüquqi varisi Cavabdeh3 Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 139.54 manat məbləğin 69.77 (altmış doqquz manat, yetmiş yeddi qəpik) manatı İddiaçı, 69.77 (altmış doqquz manat, yetmiş yeddi qəpik) manatı isə cavabdeh və Cavabdeh1 hüquqi varisi Cavabdeh3 “xxxx” MMC-nin xeyrinə (Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: **********) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-458/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-458/2021
21.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver