Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4598/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Maraqlı şəxs “X4 Azərbaycan” QSC nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2019cu il tarixli qətnaməsindən iş üzrə maraqlı şəxs “X4 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2110/19 saylı 28.03.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 31A saylı evin 23 saylı mənzilin ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş, cavabdehin mülkiyyətində olana Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 31A saylı evin 23 saylı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 yanvar 1999-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah münasibətlərində olduqları dövrdə mübahisəli mənzili ilkin ödəniş kimi 20000 manat verməklə almışlar. Həmin pul onun tərəfindən ödənilmişdir. Hazırda tərəflər arasındaki ailə münasibətləri faktiki olaraq pozulduğundan iddiaçı həmin mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Lakin həmin mənzil birgə nikah münasibətlərində olduqları dövrdə alındığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən onların birgə mülkiyyətləri hesab edildiyindən mənzil üzərində onun 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən, cavabdehin səlahiyyətli nümayəndəsi X1 iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, mübahisəli mənzil iddiaçı ilə onun birgə nikah münasibətlərində olduqları dövrdə əvəzi qaydada əldə olunmuşdur. Mənzilin 20000 manatını iddiaçı ödəsə də, qalan məbləği Cavabdeh tam şəkildə ödəmişdir. Mənzilin hazırda bazar dəyərinin 150000 manat olduğu nəzərə alınarsa bundan iddiaçıya düşən pay 1/7 hissədir. Buna görə də hesab edir ki, mübahisə predmeti olan mənzilə iddiaçının 1/7 hissədə mülkiyyət hüququ tanınmalıdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Maraqlı şəxs “X4 Azərbaycan” QSC-nin səlahiyyətli nümayəndəsi Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayon , Ağasadıx Gəraybəyli küçəs, 31A saylı evin 23 saylı mənzilin ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasını hissəsində ləğy ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam araşdırmamış, yalnız iddiaçının izahatları əsas götürülmüş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam şəkildə araşdırmamışdır, qətnaməni qət edəndə iş matiralarındakı sənəd və sübutlar tam şəkildə olmadığından qətnamədə qanun pozuntusyla qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli 2-(001)-2110/2019 saylı qətnaməsindən tərəflər olan Cavabdehn və iddiaçı olan İddiaçı etiraf edirlər ki, sözü gedən əmlak Cavabdeh mülkiyətidir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.02.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışı var. Amma tərəflər məhkəməyə tam məlumat verməkdən yayınaraq qeyd etmirlər ki, sözü gedən daşınmaz əmlak “xxxx” QSC qarşısında yüklüdür və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.03.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışı var. 05.03.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışı öz növbəsində 30.01.2014-cü il tarixli Alqı-Satqı və İpoteka müqaviləsi əsasənda irəli gəlmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən “X4 Azərbaycan” QSC-nin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında “Nikahın bağlanması haqqında şəhadətnamə"nin surətindən görünür ki. Cavabdeh ilə Həsənova (Bağırova) Kamala Müzəffər qızı 30 yanvar 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki. Baxı şəhəri. Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 31a saylı evin 23 saylı mənzili 08.02.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan bırının payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir, Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. İstinad edilən Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Adı çəkilən Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi, iddia predmeti olan mənzil tərəflərin birgə nikahda olduqları dövrdə alınmışdır və tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbini yuxarıda qeyd olunan qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Maraqlı şəxs “X4 Azərbaycan” QSC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4598/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4598/2021
27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver