Məhkəmə qərarları › İş №2(103)-4621/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4621/2025

22.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4621/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ticarət obyektinin boşaldılması tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahiblik və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, əldən çıxmış fayda) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X9 və X8 ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X13 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-10/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X5 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi çıxarışdan görünür ki, Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X5 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.

3. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2020-ciil tarixli məktubundan aydın olur ki, X4 vərəsəlik işi üzrə vərəsəsi kimi İddiaçı müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********7 saylı arayışından görünür ki, X1 rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 ünvanında yerləşən təsərrüfat subyektinin (mağaza) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022- ci il tarixli 2-1(112)-7099/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) inzitbati iş üzrə ünvan 1 ünvanda olan köşkün X6 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2- 1(103)-1746/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 194/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)- 1746/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2- 1(103)-2756/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2-1(102)-3279/2024 nörməli qərarı ilə iddiaçı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli 2-1(103)-2756/24 nömrəli qərardadından verdiyi kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İlkin iddia üzrə İddiaçı Cavabdeh ünvan 2 ünvanda yerləşən ticarət obyekti (Mağaza) kimi istifadə edilən tikilinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Daha sonra ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müdafiəçisi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 2 ünvanda yerləşən ticarət obyekti (iaşə obyekti) kimi istifadə edilən tikilinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 11 avqust 1987-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş və onlara nikahlarının rəsmiləşdirilməsinə dair xx.xx.1987-ci il tarixli Nikah haqqında şəhadətnamə verilmişdir. Qeyd olunmalıdır ki, ünvan 2 ünvanda yerləşən tikinti Süleyman Məmmədov oğluna məxsus olmuş və həmin tikinti onun tərəfindən rekonstruksiya edilərək, həmin sahə ticarət obyekti kimi istifadə edilməsi qərara alınmış və bununla bağlı onun tərəfindən 2007-ci ildə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur.Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X5 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.X6 həmin ticarət obyektində fəaliyyət göstəməyə başlamış və bununla bağlı xx.xx.2009-cu ildə onun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 saylı Arayış verilmişdir. Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş bu arayış X5 (VÖEN: **********) 1044 ünvan 3 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. ünvan 4 ünvanda yerləşən **********2- 12002 kodu olan MAĞAZA təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçiridiyini təsdiq edir. Uzun illər X6 özünə məxsus olan mağazada fəaliyyət göstrməsinə baxmayaraq, xx.xx.2019-cu ildə o vafət etmiş və ticarət obyekti nəzarətsiz qalmışdır. Həmin vaxt onun tanışı olan iş üzrə Cavabdeh iddiaçıya bildirmişdir ki, narahat olmasın mağazanı işlədəcək və lazımi köməkliyi ona edəcək X4 ölümü qəfl olduğundan və iddiaçının başı hüzr mərasimlərinə həmçinin ailəsinə qarışdığından, mağazada fəaliyyət dayandırılmış və qapısı açarla bağlanmışdır. Sonradan, iddiaçı tərəfindən vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət olunmuş və adı çəkilən əmlak da miras kütləsinə daxil edilmişdir. Həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, Cavabdeh əmakın qapısını qırmış, əmlaka yiyələnərək orada olan iddiaçının ailəsinə məxsus əşyaları götürüb aparmış və özünə məxsus əşyaları yerləşdirərək orada özünün tanışları vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır.İddiaçı mübahisəni məhkəmədən kənar həll etmək istəsə də, buna nail ola bilməmişdir.Mübahisəli əmlakdan hazırda cavabdeh və onun tanışları istifadə etməklə iddiaçının hüquqlarını pozmaqda davam etdirirlər.

13. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış obyekti üzərində sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən qeyriyaşayış obyekti – ticarət obyektini Cavabdeh inşa etmişdir. İlkin iddia üzrə iddiaçının sərəncamı saxta sənəddir. Xəzər rayon İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixində Cavabdeh sərəncam verib və həmin vaxtdan əmlak sonuncunun sahibliyində və istifadəsindədir. Bu səbəbdən də ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin olunmalıdır.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-10/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən ticarət obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyini əsaslandıraraq qeyd etdi ki, ilkin iddia üzrə iddiaçının mərhum əri X5 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 ünvanında yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus ticarət obyektindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə həmin ticarət obyektindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan ticarət obyektindən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə qismən haqlı olmuşdur.

17. Cavabdeh tərəfindən təqdim edilmiş Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına münasibətdə məhkəmə qeyd edir ki, həm iddiaçıya məxsus olan (vərəsəlik qaydasında), həmdə cavabdehə aid sərəncamların tarixi, nömrəsi və mahiyyəti eyni olsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının arxiv fondunda ilkin iddia üzrə iddiaçının yoldaşı Məmmədov Süleymana məxsus sərəncamın mövcud olduğu müəyyən olunmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin təqdim etdiyi sərəncamın kserosurəti mötəbər süburt kimi qəbul edilə bilməz.

18. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehin hərəkətləri həmin ticarət obyekti üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.

19. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus olan (vərəsəlik qaydasında) ünvan 6 ünvanda yerləşən mövcud tikilidən mağaza kimi istifadə etmiş, lakin hazırda iddiaçı mülkiyyətində olan ticarət obyektinin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh hal-hazıradək həmin ticarət obyektindən çıxmayaraq onu iddiaçıya təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.

20. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli ticarət obyektinin mülkiyyətçisi olduğundan, cavabdeh həmin ticarət obyektindən istifadə hüququ olmadığından, ticarət obyektinin hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı ticarət obyektinin özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli obyektdə hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia qismən təmin edilərək, Cavabdeh ünvan 6 ünvanda yerləşən mövcud tikilidən çıxarılmalı və həmin ticarət obyekti boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

21. Məhkəmə iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın tutulması ilə bağlı iddia tələbini əsassız hesab etmişdir.

22. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız hesab edərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddiasını sübut edən heç bir mötəbər sübut təqdim etməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.2, 152.3, 152.4, 157.8, 1243.1, 1151.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.1-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.

25. Apellyasiya şikayəti ilkin iddia ərizəsi ilə eyni məzmunda olmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ilkin iddianın təmin edilməməsi hissəsində öz qətnaməsini əsaslandırarkən, qətnamənin 5-ci vərəqəsində göstərmişdir ki, “Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın tutulmasına dair hissədə təmin edilməməlidir.” Məhkəmə dəymiş ziyanın hansı əsaslara görə tutulmamasını heç bir dəlillə əsaslandırmamış sadəcə tələbin təmin edilməməsini bir cümlə ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının əmlakına qanunsuz sahiblənməklə oranı kommersiya məqsədlləri üçün istifadə edir və nəticədə oradan gəlir əldə edir. Bu qanunsuzluğun nəticəsində iddiaçıya maddi ziyan vursa da, məhkəmə işin bu hallarını ümumiyyətlə nəzərə almamışdır. MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Təırəflərindən məhkəməyə təqdim edilən, qiymətləndirici təşkilatın verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əmlakın 2021-ci il üçün aylıq icarı haqqı məbləği 650 manat, 2022-ci il üçün 700 manat, 2023 və 2024-cü il üçün aylıq icarə haqqı məbləği 750 manat təşkil edir ki, bunun nəticəsində iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın dəydiyi məlum olmuşdur. Cavabdeh bu rəyi də mübahisələndirməmişdir. Lakin, buna baxmayaraq məhkəmə qeyd olunan rəyə öz qətnaməsində ümumiyyətlə istinad etməmiş və həmin sübuta dair fikir belə bildirməmişdir. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq ədalət mühakiməsini həyata keçirməmişdir. Halbuki, ilkin iddiaçı tərəfindən mümkün sübutlar təqdim edilmişdir. Məhkəmə isə səs yazılarını, təqdim edilmiş aktı nəzərə almamışdır.

26. Qətnamədən həmçinin ilkin iddia üzrə Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İlkin iddia üzrə cavabdehin apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, ticarət köşkünü Cavabdeh inşa edib, onu rekanstruksiya edib, bu barədə Xəzər rayon İcra Hakimiyyəti ilkin olaraq ona xx.xx.2007-ci il tarixli 220 N-li Sərəncam verib, lakin, sonradan, yəni 12 noyabr 2008-ci il tarixdən sonra Süleyman Məmmədov 1 il 6 ay əvvələ Xəzər rayon İcra Hakimiyyətindən xx.xx.2007-ci il tarixə saxtalaşdırılmış sərəncam alıb. Mübahisələndirilən ticarət köşkünü Cavabdeh inşa edib, köşk onun ata evinin qarşısındadır. 2007-ci ilin mart ayında Cavabdeh müraciəti əsasında ünvan 7 ünvanda Cavabdeh evinin qarşısında yerləşən qeyri-yaşayış binası (köşk) Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 N-li Sərəncamı ilə rekonstruksiya edilib ticarət obyekti kimi Cavabdeh tərəfindən istifadə olunması üçün vermişdir Cavabdeh 2008-ci ildə Rusiya Federasiyasına getmişdir. X19 Şükürovun həmin ticarət obyektini Cavabdeh Rusiyaya gedəndən sonra icarəyə götürən kimi işlətmək istəyib. 12 noyabr 2008-ci il tarixdə X3 Kamil Şirin oğlunun adından notarial qaydada rəsmiləşdirilmiş ərizə ilə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısı G.İslamova müraciət edərək qeyd edir ki, “Mənə (yəni Cavabdeh) Mərdəkan qəsəbəsi Yesenin küçəsi 50 saylı ünvanda yerləşən Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2007-ci il tarixli, 220 saylı sərəncamı ilə verilmiş rekonstruksiya haqqında sənədi ləğv edib başqa şəxsə X5 verilməsinə köməklik göstərəsiniz. İmza Cəfərova ”. 12 noyabr 2008ci il tarixli həmin ərizədən məlum olur ki, köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə edilməsi hüququ Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti xx.xx.2007-ci iltarixli, 220 N-li Sərəncamı ilə Cavabdeh verilib. X18 tərəfindən Cavabdeh adına olan xx.xx.2007-ci il tarixli, 220 saylı Sərəncamın ləğv edilib başqa şəxsin – Süleyman Məmmədovun adına verilməsinə köməklik edilməsi xahiş olunur. Bu hal həmin vaxt, xx.xx.2007-ci il tarixdə Süleyman Məmmədovun adına Sərəncamın verilmədiyini təsdiq edir, əgər Süleyman Məmmədovun adına 15 mart 2007-ci il tarixdən Sərəncam var idisə, onda nə üçün Şahnisə Cəfərova 1il 8 aydan sonra 12 noyabr 2008-ci il tarixdə Cavabdeh adına olan Sərəncamın ləğv edilib S.Məmmədovun adına keçirilməsinə köməklik edilməsini xahiş edirdi. İşin maraqlı tərəfi də odur ki, qeyd olunan ərizəni elə Süleyman Məmmədovun həyat yoldaşı İddiaçı nümayəndəsi vasitəsilə Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsilə birgə təqdim edib, onlar (cavabdeh) polis bölməsində toplanmış materiallardan həmin ərizənin surətini götürmüşdür. Sözügedən X18 Cavabdeh Sərəncamının ləğv edilməsini xahiş edir, lakin, cavabdeh Xəzər rayon İcra Hakimiyyəti Sərəncamı ləğv etmək səlahiyyəti olmadığı üçün həmin Sərəncamı məhv edir, yerinə 1 il 8 ay əvvələ Süleyman Məmmədovun adına saxta sərəncam tərtib edirlər. Ona görə də İcra Hakimiyyəti 5 il sonra 2012-ci ildə sənədləri arxivə təhvil verərkən Cavabdeh adına olan Sərəncamı deyil, Süleyman Məmmədovun adına olan 1 il 8 ay əvvələ yazdığı sərəncamı təhvil verir. Bundan sonra, Süleyman Məmmədov 2009-cu ilin aprel ayından həmin ticarət obyektində fəaliyyət göstərmək üçün vergi orqanında qeydiyyat vərəqəsi açdırır. (qeydiyyat vərəqəsi, işdə var). Yəni, Süleyman Məmmədov 2007-ci ilin mart ayında (Sərəncamların tarixində) Mərdəkan qəsəbəsində belə bir obyektin ümumiyyətlə mövcudluğundan xəbərsiz olub. Cavabdeh Rusiyadan qayıtdıqdan sonra öz ticarət obyektini özü işlədir. Bu hal İddiaçı (nümayəndəsi X15) Xəzər RPİ-yə və digər orqanlara yazdığı ərizə ilə də dolayısı ilə təsdiq olunur (ərizə işdə var). İddiaçı həmin ərizəsində obyektin uzun müddət istifadəsiz qaldığını, tanımadıqları şəxsin obyekti işlətdiyinin onlara məlum olduğu göstərilir. Əslində obyekt istifadəsiz qalmayıb, Cavabdeh qaytarıldığı üçün Məmmədovlar ailəsi istifadə etməyib, obyekti Cavabdeh sonradan icarəyə verdiyi şəxslər işlədib. Bundan başqa, həmin ərizədə İddiaçı (onun etibarnamə üzrə nümayəndəsi X15) qeyd edir ki,15 mart 2008-ci il tarixdə ünvan 6 ünvanda yerləşən obyekt mərhum həyat yoldaşı Süleyman Məmmədov tərəfindən Cavabdeh adlı şəxsdən alınmış və həmin tarixdə də Xəzər rayon İcra hakimiyyəti qeyd edilən obyekti rekonstruksiya edib, istifadə etmək üçün müvafiq sərəncam vermişdir. Bu ərizə də onu göstərir ki, ticarət obyekti rekonstruksiya olunması üçün Cavabdeh verilib, Gülnarə Məmmdova etiraf edir ki, obyekti Cavabdeh alandan sonra İcra hakimiyyəti tərəfindən Sərəncam verilib. Bu da bir daha obyektin Cavabdeh verildiyini, Süleyman Məmmədovun adına olan sərəncamın sonradan verildiyini təsdiq edir. Əgər xx.xx.2007-ci il tarixli, 220 saylı Sərəncam Cavabdeh üçün verilməmişdirsə, nə üçün Şahnisə Cəfərovanın xx.xx.2008-ci il tarixli, İddiaçı xx.xx.2020-ci il tarixli ərizələrində Cavabdeh mübahisəli obyektin sahibi kimi göstərilir, obyektin ondan alındığı qeyd olunur, onun adı 2008-ci ildən bu günə qədər nə üçün hallanır. Sözügedən Sərəncam Cavabdeh üçün verilib, lakin, S.Məmmədovun adınasaxtalaşdırılıb. Ən əsası onu qeyd edir ki, mübahisəli mağazanın yerləşdiyi topraq sahəsi qeyri-yaşayış sahəsi inşa etmək məqsədilə və ya digə rməqsədlə iddiaçının mərhum həyat yoldaşı Sülyeman Məmmədova ayrılmayıb, ona həmin ərazidə sözügedənqeyriyaşayış sahəsini inşa etmək üçün Sərəncamvə ya digər qərar qəbuledilməyib. Rekonstriksiya bərpa deməkdir, hər hansı bir obyektin bərpası anlamına gəlir, rekonstruksiya obyekt üzərində hər hansı bir hüquq yaratmır, reksostruksiya barədə sərəncam obyektə sahiblik, istifadə və digər hüquqmüəyyən etmir. İddiaçı obyektin bərpasına müəyyən xərc çəkibsə yalnız onu tələb edə bilər. Ancaq, hər hansı bir şəxsi həmin obyektdən çıxarmaq üçün rekonstruksiya barədə Sərəncamına subyektiv hüquq yaratmır. Göründüyü kimi qanununa görə daşınmaz əmlakdan digər şəxsi çıxarmaq qanuni sahibin, istifadəçinin, mülkiyyətçinin hüquqlarıdır. Hazırki işdə İddiaçı, eləcə də onun mərhum əri Süleyman Məmmədovun mübahisəli əmlak üzərində sahiblik, istifadə, mülkiyyət hüquqları yoxdur. Həmin əmlaka dair qeyd olunan hüquların yanranaması üçün hüquq müəyyənedici sənədi yoxdur. Məhkəmə MM-nin 152 və 165-ci maddələrinin tələbini pozub. İddiaçı sübut edə bilməmişdir ki, onun mübahisəli əmlak üzərində sahiblik, istifadə və mülkiyyət hüquuq var, bu hal sübuta yetmədi, iddiaçı özü etriaf etdi ki, onun əmlakın yerləşdiyi torpaq sahəsinə və həmin əmlakın tikintisinə dair heç bir hüquq müəyənedici sənədi yoxdur. Hüquqları heç bir dövlət qeydiyyatından keməyib. Məhkəmə iddianı təmin edərkən MPM-nin 77.1-ci maddəsinin tələbini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini xahiş edərək qeyd etdi ki, kifayət qədər uzun müddət davam edən məhkəmə prosesləri keçirilib. Müəyyən səbəblərdən dəfələrlə məhkəmə iclasları təxirə salınıb. Bu gün də cavabdeh mübahisəli əmlakdan qanunsuz olaraq istifadə etməkdə davam edir. Bu da onlara maddi ziyan vurulmasına səbəb olur. "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilib, məlumatlandırılıb. Mübahisələndirilən obyektin həmin ünvanda yerləşibyerləşməməsi ilə bağlı qeyd etmək istəyir ki, iş üzrə qarşılıqlı iddia verilərkən cavabdeh iddia ərizəsində ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış obyekti (ticarət köşkü) üzərində X2 və istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Artıq cavabdeh özü də etiraf etmiş olur ki, mübahisələndirilən əmlak həmin ünvanda yerləşir. İnzibati məhkəmənin də qərarı var. Cavabdehin bu formada mülahizələr irəli sürməsində əsas məqsəd, məhkəmə kollegiyasını işin mahiyyətindən kənarlaşdırmaq, mübahisəli obyektdən istifadəyə davam etməkdən ibarətdir. Buna görə də işin yekunlaşdıırlmasını xahiş edir.

30. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, məlumdur ki, hüquqi şəxslərin çoxu elektron kabinetdən normal səviyyədə istifadə etmir. İddianın həlli ilə bağlı isə qeyd etmək istəyir ki, iş üzrə 4-5 məsələ hələ də həllini tapmayıb. Belə ki, əvvəla mübahisələndirilən obyekt həmin ünvanda yerləşir yoxsa yox. Dövlət orqanının sorğuya cavab məktubundan görünür ki, həmin ünvan "xxxx" ASC-yə məxsusdur. İkincisi, iddia olunan obyekt həqiqətən də X13 istifadəsindədirmi? Daha sonra obyektin sxemi fiziki olaraq göstərilən sxemlə üst-üstə düşürmü? Rekonstruksiya ilə bağlı sərəncam bərpa xarakteri daşıdığından bu iddiaçıya hər hansı şəxsi oradan çıxarmaqla bağlı iddia qaldırmaq hüququ verirmi? Ümumiyyətlə başqa bir üçüncü şəxsin o obyektdə mülkiyyət hüququnun qeydiyyata alınıb-alınmaması məsələsi araşdırılmayıb. Bu məsələlər hesab edir ki, aydınlaşdırılmayıb və qiymət verilməlidir. Araşdırılmadığı halda isə iddia rədd edilməlidir.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Məhkəmə kollegiyasının mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

38. Belə ki, mübahisə ünvan 2 ünvanda yerləşən ticarət obyekti (mağaza) kimi istifadə edilən tikili ilə bağlıdır.

39. Həmin tikili hazırda ilkin iddia üzrə Cavabdeh sahiblik və istifadəsində olmaqla, sonuncu tərəfindən qeyd olunan tikili ticarət obyekti kimi istifadə edilir.

40. Məhkəmə kollegiyası mübahisələndirilən tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hər iki tərəf həmin obyektin rekonstruksiya edilib istifadə edilməsinə icazə verən Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına istinad etsə də, mülki iş materiallarından müəyyən edilir ki, Cavabdeh istifadə hüququ nəzərdə tutulan Sərəncamın surətinin möbətərliyi öz təsdiqini tapmır.

41. Belə ki, Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X5 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.

42. Cavabdeh tərəfindən təqdim edilmiş Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50, mənzil 1-də yaşayan vətəndaş Cavabdeh məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.

43. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi çıxarışdan görünür ki, Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X5 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.

44. Göründüyü kimi Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi çıxarışla da müəyyən edilir ki, mübahisə predmeti olan ticarət obyektindən istifadə hüququ X5, ilkin iddia üzrə iddiaçının mərhum həyat yoldaşına verilmişdir.

45. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2020-ci il tarixli məktubundan aydın olur ki, X4 vərəsəlik işi üzrə vərəsəsi kimi İddiaçı müəyyən edilmişdir.

46. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********7 saylı arayışından görünür ki, X1 rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 ünvanında yerləşən təsərrüfat subyektinin (mağaza) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

47. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həm Süleyman Məmmədova, həm də cavabdehə aid sərəncamların tarixi, nömrəsi və mahiyyəti eyni olsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının arxiv fondunda ilkin iddia üzrə iddiaçının yoldaşı Məmmədov Süleymana məxsus sərəncamın mövcud olduğu müəyyən olunmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin təqdim etdiyi sərəncamın kserosurəti mötəbər sübut kimi qəbul edilə bilməz.

48. Kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçının mərhum həyat yoldaşının həmin obyektdən istifadəsi üçün qanuni əsas - Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamı mövcud olsa da, cavabdehin həmin mübahisələndirilən obyektdə sahiblik və istifadə hüququnun qanuniliyini təsdiq edəcək hər hansı bir sübut təqdim edilməmiş, iş materiallarından belə bir əsas müəyyən edilməmişdir.

49. Kollegiya istinad olunan normaların müddəalarına əsasən qeyd edir ki, İddiaçı mərhum həyat yoldaşı X4 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəalarına əsasən, miras açıldığı andan miras qoyanın əmlak hüquq və vəzifələri universal hüquqi varislik qaydasında vərəsəyə keçir.

50. İlkin iddia üzrə Cavabdeh həmin Sərəncamı mübahisələndirsə də iddiası mümkün sayılmamışdır.

51. Belə ki, iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda olan köşkün X6 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

52. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022- ci il tarixli 2-1(112)-7099/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

53. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2- 1(103)-1746/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 194/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1746/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

55. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2- 1(103)-2756/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2-1(102)-3279/2024 nörməli qərarı ilə iddiaçı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli 2-1(103)-2756/24 nömrəli qərardadından verdiyi kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

57. Göründüyü kimi ünvan 1 ünvanda olan köşkün X6 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli Sərəncamının etibarsızlığı və ya qanunsuzluğu ilə bağlı hər hansı bir əsas müəyyən edilmir.

58. Belə olan halda kollegiya hesab edir ki, birinci instanisya məhkəməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən ticarət obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

59. Belə ki, cavabdehin həmin obyektdən qanunsuz şəkildə, iddiaçının iradəsi ziddinə istifadəsi, iddiaçının qeyd olunan əmlakdan sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla iddiaçının həmin əmlakdan təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozuntusu qiymətləndirilir.

60. Eyni zamanda kollegiya hesab edir ki, iş materialları ilə cavabdehin həmin obyekt üzərində sahiblik və istifadə hüququnun qanunsuzluğu öz təsdiqini tapdığından, onun əmlak üzərində hər hansı bir hüqunun mövcudluğunu təsdiq edən heç bir əsas müəyyən edilmədiyindən məhkəmə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdehin qarşılıqlı iddiasını rədd etməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.

61. Məhkəmə kollegiyası 33.800 manat dəymiş ziyanın əvəzinin tutulması hissəsində ilkin iddianı rədd edən məhkəmənin mövqeyi ilə razılaşmır.

62. Belə ki, ilkin iddia üzrə iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, işə məhkəmə iclasında baxılması zamanı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iş üzrə icraatın dayandırılması barədə vəsatət ilə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə, 3-cü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında olan köşkün X6 tərəfindən də rekonstruktursiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli Sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Qeyd olunan iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Odur ki, Bakı İnzibati Məhkəməsində həmin işə baxılıb qurtarana qədər iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti) ticarət obyektinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2- 1(112)-7099/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə, 3-cü şəxs İddiaçı qarşı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci iltarixli, 220 nömrəli Sərəncamının etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2756/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci i l tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli 2-1(103)-2756/24 nömrəli qərardadından verdiyi kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra Xəzər rayon Məhkəməsində olan mülki işin icraatı təzələnmiş və işə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə, 3-cü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli Sərəncamının etibarsız hesab edilməsini xahiş etmiş və hazırki iş üzrə təkrar icraatın dayandırılması barədə vəsatət vermişdir. Qeyd olunmaldır ki, cavabdehin bu cür əsassız iddiaların qaldırılmasında yeganə məqsədi mövcuddur ki, bu da mübahisəli sahənin təhvil verilmə müddətini uzatmaq və həmin sahədən gəlir əldə etməkdən ibarətdir. Cavabdeh mübahisəli əmlakı vaxtında boşaldıb iddiaçıya təhvil versəydi, iddiaçı həmin sahədə kommersiya fəaliyyəti ilə məşğul olub və ya həmin sahəni icarəyə verib kifayət qədər külli miqdarda gəlir əldə edə bilərdi. Lakin, cavabdehin bu cür əsassız hərəkətləri onu göstərir ki, cavabdeh iddiaçını bu gəlirdən bilərəkdən məhrum etmək istəyir. Bu məqsədlə də, iddiaçıya dəymiş ziyanı, yəni həmin sahəni ən azından icarəyə verdiyi təqdirdə nə qədər gəlir əldə edə biləcəyi barədə məlumatı müəyyən etmək üçün, qiymətləndirici təşkilata müraciət etmək məcburiyyətində qaldılar. Qeyd olunan sahə cavabdeh tərəfindən 2021-ci ildən əvvəl zəbt edilməsinə baxmayaraq, qiymətləndirici təşkilatdan sahənin 2021-ci ilin yanvar ayından hazırki vaxta qədə olan aylıq icarə haqqı məbləğinin nə qədər təşkil etdiyi barədə mütəxəssis rəyinin verilməsini xahiş etdilər. Qiymətləndirici təşkilatın verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əmlakın 2021-ci il üçün aylıq icarı haqqı məbləği 650 manat, 2022-ci il üçün 700 manat, 2023 və 2024-cü il üçün aylıq icarə haqqı məbləği 750 manat təşkil edir ki, bunun nəticəsində iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın dəydiyi məlum olmuşdr. Bu səbəbdən də, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etməklə, ünvan 2 ünvanda yerləşən ticarət obyekti (iaşə obyekti) kimi istifadə edilən tikilinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış obyekti üzərində sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə özünün qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2(003)-10/2025 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən ticarət obyekti boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

63. Birinci instansiya məhkəməsi isə iddianı qeyd olunan hissədə rədd edərkən hər hansı bir əsaslandırma aparmamış, iddiaçının tələbinin əsasını təşkil edən hallara hüquqi qiymət verməmiş, iddianın təmin edilməməsinin fakitki və hüquqi əsasları göstərilməmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

65. İş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən ticarət obyekti iddiaçının mərhum həyat yoldaşı X6 tərəfindən mağaza kimi istifadə edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********7 saylı arayışından görünür ki, X1 rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 ünvanında yerləşən təsərrüfat subyektinin (mağaza) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

66. İşin mübahisəsiz haldır ki, həmin əmlak ilkin iddia üzrə iddiaçının sahibliyindən X4 xx.xx.2019-cu ildə vəfat etməsi ilə əlaqədar həmin tarixdən sonra çıxmışdır.

67. Hazırki işdə ilkin iddia üzrə iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd edir ki, mübahisəli əmlakın 2021-ci il üçün aylıq icarı haqqı məbləği 650 manat, 2022-ci il üçün 700 manat, 2023 və 2024-cü il üçün aylıq icarə haqqı məbləği 750 manat təşkil edir ki, bunun nəticəsində iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın müəyyən edilir.

68. Qanuna görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

69. Göründüyü kimi, işin faktiki halları, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbinin qanuni əsasının dizpozitiv şərtləri ilə uzlaşır. Belə ki, cavabdehin mübahisələndirilən əmlaka qanunsuz sahibliyi nəticəsində iddiaçı həmin obyekti icarəyə verərək gəlir əldə etmək imkanından məhrum olmuş, bununla da həmin əmlakdan istifadə nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Buna görə də kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

70. Dəymiş zərərin məbləği ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 2021-2024-cü illər üzrə aylıq icarə haqqı məbləği aşağıdakı kimi olmuşdur: 2021 – 650 manat; 2022 – 700 manat; 2023 – 700 manat; 2024 – 750 manat.

71. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləği müəyyən edilərkən cavabdehin davranışının hüquqi qiymətləndirilməsi və onun vicdanlılıq meyarı nəzərə alınmalıdır. Belə ki, cavabdeh mübahisəli Sərəncamın etibarsız hesab olunması ilə bağlı inzibati qaydada məhkəməyə müraciət etmiş və həmin məsələ üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisənin hüquqi taleyi qeyri-müəyyən olmuşdur.

72. Bu səbəbdən kollegiya hesab edir ki, yalnız müvafiq inzibati mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra cavabdehin mübahisəli əmlak üzərində sahibliyi açıq şəkildə hüquqi əsassız və qeyri-vicdanlı davranış kimi qiymətləndirilə bilər.

73. Bu baxımdan, zərərin hesablanması zamanı yalnız Cavabdeh Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamın etibarsızlığı üzrə iddia tələbinə yekun hüquqi qiymət verilməsi üzrə məhkəmə aktının qanuni qüvvəyə mindiyi tarixdən sonrakı dövr - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024-cü il tarixli yekun qərarından sonrakı dövr nəzərə alınmalı və zərər həmin müddət çərçivəsində müəyyən edilməlidir.

74. İşdən göründüyü kimi həmin iş üzrə yükun məhkəmə aktı - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3279/2024 nörməli inzibati iş üzrə qərarı 20 noyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Nəticədə, Cavabdeh iddiası mümkün sayılmamışdır.

75. Belə olan halda kollegiya hesab edir ki, ilkin iddia tələbi 2024-cü ilin sonunadək olan dövrü əhatə etdiyindən və Cavabdeh Sərəncamın etibarsızlığı üzrə yekun məhkəmə aktı xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən iddia tələbi 2024-cü ilin dekabr ayı üçün "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla tələb bir ay üçün 750 manat həcmində təmin edilməlidir.

76. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbini rədd edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, ilkin iddia tələbi üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 750 (yeddi yüz əlli) manat pul tutulmalıdır.

77. Bundan başqa məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nörməli Çıxarışının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 12718,8 kv.m sahədən ibarət əmlak xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

78. "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunsa da məhkəmə iclasında iştirak etməmişdir.

79. Sorğuya əsasən müəyyən olunur ki, eyni ünvanda 12718,8 kv.m sahə "xxxx" ASC-nin mülkiyyətindədir.

80. Kollegiya qeyd edir ki, hazırda iş üzrə cavabdehin bu hala istinad etməsi əsassızdır. Çünki, tərəflər arasında mübahisə həmin ünvanda olan mağaza ilə bağlıdır. Cavabdeh özü də qarşılıqlı iddia irəli sürərək həmin mağazaya sahiblik hüququnun tanınmasını tələb etmişdir. Həmin mağaza faktiki cavabdehin istifadəsindədir. Məhkəmə kollegiyası Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamını əsas götürərək mövcud vəziyyətdə olan iddiaçı ilə cavabdeh arasında olan mübahisəni həll etmişdir.

81. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-10/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia tələbi üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı 750 (yeddi yüz əlli) manat pul tutulmalıdır.

82. Kollegiya həmçinin prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 manatı ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə rüsum tərəflərin özünə aid edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-10/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə ilkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia tələbi üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə 750 (yeddi yüz əlli) manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulsun, qalan hissədə rüsum tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar