Məhkəmə qərarları › İş №2(103)-4632/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4632/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4632/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər «X5 Azərbaycan» QSC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-1467/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ilə (hakim C.Musayeva, iş № 2(006)-1467/21) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-1467/2021 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” QSC-nin “xxxx” MMC-yə, X1, Cavabdeh2, İddiaçı və X2 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair 2(094)-393/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(006)-1467/2021 saylı qərardadı qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər «X5 Azərbaycan» QSC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)- 1467/2021 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” QSC-nin “xxxx” MMC-yə, X1, Cavabdeh2, İddiaçı və X2 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair 2(008)-22/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün hər hansi bir əsas mövcud deyildir. Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mülki işin göndərilməsinə dair mövqeyi əsaslı olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı tərəf hazırkı şikayətində mülki işlə bir icraatda birləşdirilməsi üçün hər hansi bir əsas mövcud olmamasını göstərərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Halbuki, hazırki mülki işdə iş üzrə icraatların birləşdirilməsinə dair qərar mövcud deyildir. Mülki işin birləşdirilməsi üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işlərin birləşdirilməsi barədə qərar isə növbəti mərhələdə Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir- biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı vəziyyətdə mülki işin Sabunçu rayon Məhkəməsinə göndərilməsi prosessual qaydalara uyğun olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə İddiaçı oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(006)-1467/21 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar