Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4637/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli F800 №li arxiv çıxarışında göstərilmiş Abşeron rayonu Fatmayı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 97-3 №li qərarı əsasında ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinin ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə ərizə ünvanlayaraq Abşeron rayon Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 nömrəli xx.xx.1990-cı il tarixli qərarının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Abşeron rayonu, Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 №-li xx.xx.1990-cı il tarixli qərarının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi aid olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 0.10 ha torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci və 309-cu maddələrinin məzmunundan da göründüyü kimi, ərizəçi tərəfindən ərazi aidiyyəti pozulmuş, Abşeron Rayon Məhkəməsinə müraciət edilməli olduğu halda, ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi Abşeron rayon Fatmayı kənd XDS İK-nin xx.xx.1990-cı il tarixli, 07-3 saylı qərarı ilə ayrılmışdır. Adıçəkilən qurum sonradan ləğv edilmiş, onun hüquqi varisləri olaraq Abşeron Rayon İcra Hakimiyyəti və Fatmayı kəndi üzrə nümayəndəliyi təsis edilmişdir. Torpaq sahəsini ayırmış orqan ləğv edilsə də, halhazırda hüquqi varisləri olaraq müvafiq qurumların təsis edildiyini nəzərə alaraq bildiririk ki, imtina əsası kimi çıxış edən soyad və ata adı uyğunsuzluğunun aradan qaldırılması həmin qurumların səlahiyyətləri daxilindədir. Sözügedən hüquqi fakta düzəliş edilməsi məqsədilə ərizəçi tərəfindən hüquqi varis olan orqanlardan birinə müraciət edilməlidir. Həmçinin bildiririk ki, mövcud uyğunsuzluğun aradan qaldırılması həmin qurumların səlahiyyətləri daxilində olduğundan bu mülki iş üzrə maraqlı şəxs qismində də 4 saylı Abşeron Ərazi İdarəsi deyil, Abşeron Rayon İcra Hakimiyyəti və ya Fatmayı kəndi üzrə nümayəndəliyi cəlb olunmalı idi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi Abşeron rayonu Fatmayi kəndində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37 və 309-cu maddələrinə əsasən, tikinti, qurğu və torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikinti, qurğu və torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Adıçəkilən maddələrin məzmunundan da göründüyü kimi, ərizəçi tərəfindən ərazi aidiyyəti pozulmuş, Abşeron Rayon Məhkəməsinə müraciət edilməli olduğu halda, ərizəçi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Kollegiya həmçinin qeyd edir ki, hüquqi faktın tanınması üzrə maraqlı şəxs qismində Abşeron Rayon İcra Hakimiyyəti və ya Fatmayı kəndi üzrə nümayəndəliyi cəlb olunmalı idi. Belə ki, sözügedən qərarı verən Abşeron rayon Fatmayı kənd XDS İK-nın hüquqi varisləri olaraq Abşeron Rayon İcra Hakimiyyəti və Fatmayı kəndi üzrə nümayəndəliyi təsis edilmişdir. Maraqlı şəxs qeyd olunan iş üzrə maraqlı şəxs deyildir. Kollegiya bildirir ki, iş materiallarında mübahisənin məhkəməyəqədər həllinə dair ərizəçi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti və Fatmayı kəndi üzrə nümayəndəliyinə müraciət edilməsi barədə heç bir sübut yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin hazırkı halda ərizəçinin Abşeron Rayon İcra Hakimiyyəti və Fatmayı kəndi üzrə nümayəndəliyinə müraciət etməsi aşkar edilmir. Belə ki, torpaq sahəsini ayırmış orqan ləğv edilsə də, hal-hazırda hüquqi varisləri olaraq müvafiq qurumların təsis edildiyini nəzərə alaraq imtina əsası kimi çıxış edən soyad və ata adı uyğunsuzluğunun aradan qaldırılması həmin qurumların səlahiyyətləri daxilindədir. Sözügedən hüquqi fakta düzəliş edilməsi məqsədilə ərizəçi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti və ya Fatmayı kəndi üzrə nümayəndəliyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir (1.cild, 5.v) Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" hüquqi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan halların məcmusunu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306, 385, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4637/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4637/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver