Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4662/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1689/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 15521,16 ABŞ dolları əsas, 8949,51 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26025,97 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc məbləğinin ödənilməsi, iddia üzrə tələbin İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətnin 33250 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada İddiaçı tutularaq "xxxx"ASC-yə ödənilməsi, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı, X2, X3 və X6 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir.
2. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh MMC-yə ünvanladığı Hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir.
3. Abşeron rayon İcra və probasiya Şöbəsi, borclular İddiaçı, X7, X8 və X14 və tələbkar "xxxx" ASC-yə ünvanlanmış Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 2583/22 saylı X13 dair bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 33250 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında açıq hərrac keçiriləcəkdir.
4. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2583/22 saylı X13 dair bildiriş İddiaçı və digər borclulara ünvan 4 ünvanına və ünvan 5ərilmişdir.
5. xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ilə bağlı ilkin satış qiyməti 33250 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 11:00-da ilkin açıq hərrac keçiriləcəkdir.
6. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
7. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75268450 1Q saylı, xx.xx.2022-ci ol tarixli sifariş üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.
8. Abşeron rayon İcra və probasiya Şöbəsi, borclular İddiaçı, X7, X8 və X14 və tələbkar "xxxx" ASC-yə ünvanlanmış Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 073/23 saylı X5 dair bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi satış qiyməti 28263 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir.
9. Cavabdeh MMC-nin Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 073/23 saylı X5 dair bildiriş İddiaçı və digər borclulara ünvan 4 ünvanına və ünvan 5ərilmişdir.
10. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ilə bağlı satış qiyməti 28263 manat olmaqla xx.xx.2023-ci il tarixdə saat 10:00da ilkin təkrar hərrac keçiriləcəkdir.
11. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75268450 1Q saylı, xx.xx.2022-ci tarixli sifariş üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.
12. Cavabdeh MMC-nin ipoteka saxlayan "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixdə ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" ASC-yə borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (28262,5 manat) 25 faiz az olmayan qiymətə (21197 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir.
13. "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin 21197 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir.
14. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 34/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (28262,5 manat ) 25 faiz az olmayan qiymətə 21197 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Cavabdeh MMC tərəfindən, ipoteka ilə yüklü olunmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi. 34,7 kv.metr yaşayış. 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 34/23 saylı xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. "xxxx"(Yelo) X10 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 24 dekabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və bankdan 36 ay müddətinə illik 25% müəyyən edilməklə, 18300 USD məbləğdə pul İddiaçı tərəfindən götürülmüşdür. Götürülən məbləğin müqabilində iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 3otaqlı, 47,4 kv.metr ümumi. 34,7 kv.metr yaşayış. 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Pulun götürülməsində məqsəd qardaşı övladı ciddi xəstə olduğu üçün onu müalicə etdirmək olub. 2015-ci ilin dekabr ayında baş verən 2-ci devalvasiya qədər 5000 USD civarında ödəniş edib. 1-ci devalvasiyada banka rəsmi müraciət edib ki, bu günün məzənnəsi olan 100 USD 105 manat hesabı ilə Azərbaycan valyutası ilə müqavilə bağlansın. Bank buna razılıq verməyib. İddiaçıya deyilib ki, onlar ona müddəti artırıb ödənişin məbləğini qaldırmaqla köməklik edə bilərlər. Çarəsiz vəziyyətdə olduğuna görə razılaşıb. 29 iyul 2015-ci ildə bankla iddiaçı arasında müddət 45 ay, aylıq ödəniş 894,28 USD olmaqla ilkin kredit müqaviləsinə 1 saylı əlavə olan müqavilə bağlanıb. Bundan sonra 6 ay ödəniş edə bilib. Bank 6 il gözləyərək, əsassız faizlərlə məbləği şişirdərək 2021-ci ildə iddiaçını məhkəməyə verib. Bankın iddiaçıya qarşı Abşeron Rayon Məhkəməsində qaldırdığı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus əmlaka yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət göndərilsə də şikayət göndərilməyib. Prosessual müddəti ötürməyib. Sadəcə olaraq səbatsızlığından yeniliyi bilməyərək poçtla göndərib. Hakim Məlahət xanım Abbasovanın qərardadını oxuyanda apellyasiya şikayətinin elektron qaydada verilməsi izah edilib. Elektron qaydada göndərsə də təmin edilməyib. Həmin qətnamə ilə ipoteka ilə yüklü edilmiş mənzilin hərracla satılması X1” Cavabdeh MMC-yə həvalə olunmuşdur. 13 yanvar 2023-cü il tarixində saat 11:00-da 1-ci hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilmişdir. 24 yanvar 2023-cü il tarixində saat 10:00-da təkrar hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilmişdir. 27 yanvar 2023-cü il tarixli hərracın yekunları barədə 34\23 saylı protokol tərtib olunmuşdur. Protokolda qeyd olunur ki, təkrar hərracın iştirakçısı olmadığı üçün, ev təkrar hərracdakı satış qiymətindən 25% faizdən az olmamaqla, "xxxx" ASC-yə təklif olunmuşdur. Ədalətsizlik bundan ibarətdir ki, 6 il bankın vətəndaşı əsassız faizlərlə yükləməsi bir yana qalsın evi də dəyərindən qat-qat aşağı əldə etməsidir. Evin hazırkı satış qiyməti 60000 manat civarındadır. Bank burada kifayət qədər yüksək məbləğdə gəlir əldə edib.
17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(004)-1689/2023 nömrəli qətnaməsi ilə (hakim X15) iddia tələbi təmin edilməmişdir.
18. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh MMCnin ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü, 415-ci, 416-cımaddələrinə, Azərbaycan Respublikası Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41-ci, 42-ci, 43, 53-cü, 62-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı olaraq tərəfimdən məhkəməyə təqdim edilmiş sübutlara diqqət yetirdikdə iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin olduğu lakin iddianın müqavilədən əmələ gələn öhdəlik olduğu halda məhkəmədən qabaq pretenziya göndərilməsinə riayət olunmaması məhkəmənin diqqətindən yayınmışdır. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qətnamə qət edilmişdir. Göründüyü kimi Məhkəmə qətnamə qəbul edərkən borc (kredit) müqaviləsinə və Mülki Məcəllənin 739.1 və 740.2 –ci maddələrinin tələblərinə istinad etməli idi. Həmin sənədi məhkəmə sübut kimi qəbul etdiyi halda həmin məcəllənin 742.2-ci maddəsinin tələbini tətbiq edərək işin məhkəmədən qabaq iddiaçının cavabdehi pretenziya qaydasında xəbərdar etməsi səbəbində işi geri qaytarmalı və ya xitam etməli idi. Məhkəmə qətnamə qəbul edərəkən işi tam hər tərəfli obyektiv araşdırmamış, işin pretenziya qaydasına əməl edilməməsinə baxmayaraq işi icraata götürmüşdür.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:
41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış veriməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
32. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh MMC-yə ünvanladığı Hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 13 yanvar 2023-cü il, saat 11:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı, X12ma, X4, X9, eləcə də tələbkar "xxxx" ASC-yə 2583/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“e-herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 13 yanvar 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 13 yanvar 2023-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən aşağı qiymətə, yəni 28.263 manata olmaqla, 24 yanvar 2023-cü il tarixinə, saat 10:00-a təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. “X5 dair” xx.xx.2023-cü il tarixli, 073/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMCnin elanında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75268450 1Q saylı, xx.xx.2022-ci tarixli sifariş üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Reyestrlərindən də görünür ki, xx.xx.2022-ci il tarixli, 2583/22 saylı X13 dair bildiriş və xx.xx.2023-cü il tarixli, 073/23 saylı X5 dair bildiriş İddiaçı və digər borclulara ünvan 4 ünvanına və ünvan 5ərilmişdir. Daha sonra Cavabdeh MMC-nin ipoteka saxlayan "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixdə ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" ASC-yə borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (28262,5 manat) 25 faiz az olmayan qiymətə (21197 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. "xxxx" ASC-nin Cavabdeh MMCyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin 21197 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. Qeyd olunan razılığa əsasən Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli, 34/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan da görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (28262,5 manat ) 25 faiz az olmayan qiymətə 21197 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır.
33. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş, dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinin bildirişləri hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.
34. Beləliklə, hazırkı mübahisə üzrə isə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 34/23 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Cavabdeh MMCnin ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
35. Bundan əlavə apelyatorun şikayətdə irəli sürdüyü dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hərracın təşkili və keçirilməsi zamanı qanunvericilikdə pretenziya qaydasına riayət edilməsi əsasları nəzərdə tutulmamış, hərracın baş tutmasına qədər tərəflərə bildiriş göndərilməklə, eyni zamanda hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilməklə qanunla edilməli olan sonrakı hərəkətlər icra edilir.
36. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.