Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4663/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili X6, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi vəkil X1, şahid X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və əmək münasibətlərinin davam etdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 nömrəli saylı işi üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlə 13.02.2018-ci il tarixdə aralarında bağlanmış 19 N-li müqavilənin xitam olunması barədə 15.02.2021-ci il tarixli, S0CAR**********000070020B00129 saylı əmrin ləğv ediilməsi və onun işə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə əlavə təqdim edərək, iddiaçı cavabdehlə 13.02.2018-ci il tarixdə aralarında bağlanmış 19 N-li müqavilənin xitam olunması barədə 15.02.2021-ci il tarixli, S0CAR**********000070020B00129 saylı əmrin ləğv ediilməsi, onun işə bərpa olunması və əmək müqaviləsinin davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 nömrəli saylı işi üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.Qətnamədə Əmək Məcəlləsinin 45, 47, 68, 73-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında bildirdir ki, iddiaçı Xidmətə müraciət etmiş və onun müraciəti ilə bağlı araşdırma aparılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş və müddətin bitməsi ilə əlaqədar ona xitam verilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrə sonradan edilmiş düzəlişi qanun pozuntusu hesab etmək olmaz, çünki görünür ki, əmrdə texniki səhv olmuşdur. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 2 maddəsi göstərilə bilməz, əmrdə qanununun bir maddəsi göstərilməlidir. Ona görə də, iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və vəkilinin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında 13.02.2018-ci il tarixdə bir il müddətinə, yəni 13.02.2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, həmin tarixdə müddəti bitsə də, tərəflər arasında əmək münasibətləri davam etdirildiyindən, Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq, əmək müqaviləsinin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni növbəti bir ilə - 13.02.2021-ci il tarixədək uzadılmışdır. 15.02.2021-ci il tarixdə isə əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Tərəflər arasında əmək müqaviləsi ilk dəfə bir il olmaq şərtilə, yəni 13.02.2018ci il tarixdən 13.02.2019-cu il tarixədək bağlansa da, 13.02.2019-cu il tarixdə tərəflər əmək münasibətlərini davam etdirdiyindən, Əmək Məcəlləsinin 73-cü maddəsində müəyyən edildiyi kimi, sonrakı bir il müddətinə, yəni 13.02.2021-ci il tarixədək uzadılmışdır. Lakin əmək müqaviləsi 13.02.2021-ci il tarixdə bitdikdən iki gün sonra, yəni Əmək Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş əsalara uyğun olaraq, müqavilənin müddətinin bitdiyi vaxtan sonrakı bir həftə ərzində (15.02.2021-ci il) cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iki əsasla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu bildirir. Birincisi, iddiaçı hesab edir ki, yerinə yetirdiyi iş daimi xarakter daşıdığından onunla əmək müqaviləsi müddətli bağlana bilməzdi. İkinci, iddiaçı hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin iki maddəsi ilə (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 73-cü maddəsinin 1-ci hissəsi) xitam verilməsi qanunsuzdur.əmrdə həm Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinin, həm də 73-cü maddəsinin 1-ci hissəsinin göstərilməsi əmək müqaviləsinin iki əsasla xitam olunması kimi başa düşülə bilməz. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonradan edilmiş dəyişikliklə bağlı məhkəmə qeyd edir ki, 15.02.2021-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinin əvəzinə 68-ci maddəsinin 1-ci hissəsinin b) bəndinin yazılması texniki səhv olmuş və bu yanlışlıq sonradan cavabdehin 22.02.2021-ci il tarixli əmri ilə aradan qaldırılmışdır. Digər bir tərəfdən, hətta bu yanlışlıq aradan qaldırılmasa belə, bu əmək müqaviləsinin iki əsasla xitam olunması kimi qəbul edilə bilməz, belə ki, Əmək Məcəlləsində 68-ci maddənin 1-ci hissəsinin b) bəndi adlı norma, ümumiyyətlə yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı aşağıdakı sübutlar təqdim edilmişdir: iddiaçının Birliyin Bakı Regional qaz istismarı Departamenti Mərkəzi rayonlar üzrə Texniki İstismar Xidmətinə 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə qəbul edilməsi barədə iddiaçı ilə cavabdeh arasında 13.02.2018-ci il tarixdə 1 il müddətinə (13.02.2018-13.02.2019) bağlanmış 19 N-li əmək müqavilə (səh.9), əmək haqqının artırılması ilə bağlı 01.09.2019-cu il tarixdə isə əmək müqaviləyə dəyişiklik (səh.21), əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə 15.02.2021ci il tarixdə xitam verilməsinə dair S0CAR**********000070020B00129 saylı əmr (səh.11), əmrin məzmununda "Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 -ci hissəsinin "b” bəndi” sözləri Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndi” sözləri ilə əvəz edilməsi haqqında 15.02.2021-ci il tarixli əmrə cavabdeh tərəfindən 22.02.2021-ci il tarixli əmrlə dəyişiklik (səh.49). İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsnin 2 (011 )- 2919/21 saylı 19.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, onunla cavabdeh “Cavabdeh ” istehsalat Birliyi arasında bağlanmış 13.02.2018-ci il tarixli 19 N:li müqavilənin xitam edilməsi haqqında “Cavabdeh ” istehsalat Birliyinin 15.02.2021-ci il tarixli N: SOCAR**********070020B00129 saylı Əmrinin ləğv edilməsi, onun işə bərpa edilməyi və əmək müqaviləsinin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 35; Əmək Məcəlləsinin 45, 68.2, 73, 76-ci maddələrinə istinadən qeyd edilir ki, İddiaçı 1994-cü ildən 2007-ci ilə kimi Bakı şəhəri Xətai rayonu 3 saylı Uşaq evində böyümüşdür . X13 təşəbbüsü ilə İnternatda böyümüş və məzun olmuş onların kimi kimsəsiz gənclər müxtəlif iş yerlərində işə düzəldilmişdir. O zaman o da X13 Prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü ilə SOCAR-ın “Azərqaz” İstehsalat Birliyinə “Bakı Regional qaz istismarı Departamenti Mərkəzi rayonlar üzrə Texniki istismar Xidmətinə 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ” vəzifəsinə işə qəbul olumuşdur. Belə ki, ilkin olaraq 2018-cı ildə SOCAR-a işə düzəlmiş və kimsəsiz olduğundan mənzil növbəsinə durmuşdur. O, öz üzərinə düşən işi layiqincə həmişə yerinə yetirib. 2018-ci ildə onunla yeni Əmək Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müddəti nədənsə bir il müdətinə- 13.02.2018-ci ildən 13.02.2019-cu ilə kimi qeyd edilmişdir. Halbu ki, onun icra etdiyi iş daimi xarakter daşıyır və həmin işin icrası o və ya başqa bir şəxsə həvalə edilməlidir. Əks təqdirdə qaz sayğaclarına nəzarət mümkün olmayacaqdır. İşlədiyi müddətdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Qeyd edir ki, o zaman mənzil növbəsinə durmuş və 2019-cu ildə X13 təşəbbüsü müəssisədə Uşaq evində və İnternatda böyümüş və məzun olmuş kimsəsizlər üçün çoxmərtəbəli çox mənzilli ev tikilmişdir. Həmin vaxtı müəssisədə növbəyə dürmüş şəxslərin siyahısı əsasında mənzilə ehtiyacı olanlara mənzil verilmişdir. O zaman o da növbəyə əsasən mənzil almalı olduğu halda, ona mənzil verilməmişdir. Sonradan aydınlaşdırma nəticəsində məlum olmuşdur ki, ona ayrılmalı mənzil “Uşaq evində və İnternatda böyüməmiş“ başqa şəxsə ayrılmışdır. Belə ki, Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2405 -ci məhəllədə 68 mənzilli ev inşa edilmiş və hörmətli Mehriban xanının iştirakı ilə evin açılışı olmuşdur. O zaman “Uşaq evində və İnternatda böyümüş“ gənclər çox sevinmişlər ki, nəhayət kimsəsizlərin də mənzili olacaq və normal insan kimi yaşamağa başlayacaqlar.Lakin, Nizami rayon İcra Hakimiyyəti Başçısı həyatın onlara vurduğu ağır zərbədən sonra ikinci zərbəni vurmuşdu . Ona və ya digər yetimə düşən evi tanışlıqla başqa bir şəxsə vermişdir.Belə ki, ünvan 1 ünvanında blok A, 4-cü mərtəbədə, 2 otaqlı 23 saylı mənzilini İnternatda böyüməyən, lakin onlara verilən məlumata əsasən hazırda SOCAR-ın Prezidentinin mühafizə xidmətində işləyən X7 vermişdir. Belə ki, 28 saylı MKİS-nin 02.06.2020-ci il tarixli 20 N:li ARAYİŞİNDA qeyd olunmuşdur ki, “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 11/58 N:li 25.02.2018-ci il tarixli Sərancamı ilə 23 saylı mənzilin X7 verilmişdir. Halbu ki, həmin şəxs “ Uşaq evində və İnternatda böyüməmiş” və həmin şəxsin yaşaması üçün başqa mənzili olmuşdur.Sonradan ərizə yazaraq həmin şəxsin interant məzunu olub olmaması ilə bağlı 1 saylı Uşaq Evinə müraciət etmiş və 1 saylı Uşaq evinin 58 N:li 25.06.2020-ci il tarixli məktubunda “1996-cı il təvəllüdlü X4 adı Nizami rayon 1 saylı Uşaq Evində uşaqların siyahısında yoxdur” göstərmişdir. ərizəsi əsasında Mənzil Kommunal İstismar Sahəsi araşdırma aparılmış və X4 ünvan 2 ünvanında blok A, 4-cü mərtəbədə, 2 otaqlı 23 saylı mənzilində yaşamadığı və evi başqa şəxslərə kirayə verdiyi müəyyən edilmişdir.Ona görə müxəlif orqanlara şikayət etmiş və buna görə müəssisə rəhbərliyinin münasibəti pisləşmidir. Belə ki, əsassız işdən azad olunmağı barədə müxtəlif orqanlara müraciət etmiş və həmin orqanlar işə bərpa olunmağının mümkün olduğunu bildirmişlər. Lakin, “Cavabdeh ” istehsalat Birliyinin “Bakı Regional qaz istismarı Departamenti Mərkəzi rayonlar üzrə Texniki istismar Xidmətinin rəhbərliyi onunla prinsip aparır və bütün cəhdlə onun işə bərpa edilməsinə imkan vermir. Hazırda barəsində başqa tədbir görülməsi mümkün olmadığını görən rəhbərlik, əmək müqaviləsinin başa çatmasını bildirmişdir. Belə ki, “Cavabdeh ” istehsalat Birliyinin baş Direktorunun imzası ilə (halbuki, həmin bildirişdə onun imzası saxtalaşdırılmışdır) 13.02.2021-ci il tarixində verilən bildirişdə qeyd etmişdir ki,“ Sizinlə bağlanmış 13.02.2018-ci il tarixli 19 nömrəli Əmək müqaviləsinin müddəti 13.02.2021-ci ildə başa çatdığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən həmin müqavilə “15” fevral 2021-ci il tarixindən etibarən ləğv ediləcək və tərəflər arasında əmək müqaviləsinə xitam veriləcəkdir. Cavabdeh 15.02.2021-ci il tarixli N:OCAR**********070020B00129 sayı Əmrinin sürətini aldığda məlum olmuşdur ki, onun işdən azad edilməyi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi və Əmək Məcəlləsinin 73-cü i maddəsinin 1-ci hissəsi göstərilmişdir.Bununla əlaqədar gələcəkdə onun işə bərpa edilməyinin qarşısını almaq üçün müəssisə rəhbərliyi işdən azad olunmağının hüquqi əsasını dəyişdirmişdir.Lakin Cavabdeh 22.02.2021-ci ildə N: SOCAR**********00070020B00173 saylı Əmrlə 15.02.2021-ci il tarixli N: SOCAR**********070020B00129 sayı Əmrə düzəliş edilmiş və işdən azad edilməyi barədə Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi sözləri Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi sözləri ilə əvəz edilmişdir. Ümümiyyətlə işdən azad edilməyinin hüquqi əsasın da səhvə yol vermiş və müəssisənin Əmri hazırda qüvvədə olan Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə ziddir. Qanunun mənasından müəyyən edilir ki, Əmək Məcəlləsinin iki maddəsi ilə onu işdən azad edilməyi kobud qanun pozuntusu hesab edilməlidir. Bağlanmış əmək müqaviləsinin xitam edilməsi məqsədli xarakter daşımışdır. Onun işlədiyi sahə müvəqqəti xarakter daşımamışdır. Cavabdeh 15.02.2021-ci il tarixli N: SOCAR **********00070020B00129 sayı Əmri ilə bağlanmış 13.02.2018- ci il tarixli 19 N:li müqaviləyə (Əmək Məcəlləsinin 68-cimaddəsinin 2-ci hissəsinin “b” bəndi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq xitam verilməsi qanunsuz və əsasız olduğundan ləğv edilməli və işa bərpa edilməlidir.Məhkəmə qətnaməsində iş üzrə dəvət olunmuş 3-cü şəxs “ X10 Xidmtinin” qeyd etmişdir ki, güya “müqavilə müddətinin bitməsi iə əlaqədar əmək müqaviləsinə xitam verilməsi üçün əvvəlləcədən xəbərdarlıq edilməsinə ehtiyac yoxdur” . Səlahiyyətli şəxsin qanunun pozulmasına göz yumması məqsədli xarakter daşımışdır və yuxarıda qeyd olunan hallara ziddir.Onunla bağlanmış əmək müqaviləsinin xitam edilməsi məqsədli xarakter daşımış .İşlədiyi sahə müvəqqəti xarakter daşımamışdır. Ona görə də həmin işə görə müddətli əmək müqaviləsi bağlanması Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbinə ziddir. “Cavabdeh ” İB-nin əmrindən müəyyən edilir ki, müəssisə “daimi xarakter daşıyan işin icrası ilə əlaqədar ” onunla qısa müddətə müqavilə bağlmamışdır Socarla bağlanmış 13.02.2018-ci il tarixli 19 nömrəli Əmək müqaviləsi ilə şirkət onun işdən azad edilməyilə əlaqədar əmr verərkən, maddi vəziyyətini, evinin olmamasını, mənzil növbəsində durmağı və bu vaxta kimi işlədiyi müddətdə heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O, işdən azad olunduğu halda işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etmişdilər, halbu ki, həmin işçi yerinə işə qəbul edilmiş işçiləridir .Hazirda işdən azad olunmağına baxmayaraq, işlədiyi iş yeri hər hansı formada ixtisar edilməmişdir. Deməli müəssisə onu formal mülahizəyə əsasən işdən azad etmişdir.Qeyd olunan hallar onu sübut edir ki, onun işdən azad edilməyi qanunsuzdur və müəssisənin rəhbərliyinin ona qarşı qərəzli olmuşdur. İş yeri Cavabdeh olduğundan yaşayış yeri də həmin müəssisənin yataqxanasınadır. Əgər işdən çıxacağı təqdir də, növbəti mərhələdə yataqxanadan da çıxarılacağı olacaqdır. Digər hlada işləmədiyi halda maddi təminatı çox çətin olacaqdır. Onun işdən əsasız çıxarılmağı konstitusion hüququnun pozulması deməkdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, X13 Prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü ilə SOCAR-ın “Azərqaz” İstehsalat Birliyinə çilingər vəzifəsinə işə qəbul olduğunu, 2018-ci ildə işə qəbul olan zaman əmək müqaviləsinin 1 il müddətinə bağlanıldığını, lakin əmək müqaviləsini yeniləmədən 3 il həmin yerdə işlədiyini, müəyyən edilmiş qaydalara əsasən daimi əmək müqaviləsi bağlanmış həmin kateqoriya işçiləri mənzillə təmin edilməli olduğunu, ona xəbərdarlıq edilmədən əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə əsassız olaraq xitam verildiyini, iddiaçının 3 aya yaxın vaxtdır ki işsiz olduğunu bildirmişdir. İddiaçı şahidin dindirilməsi barədə ərizəni təqdim edərək, cavabdehin onun əmək müqaviləsinə aralarında yaranmış konfilikt nəticəsində xitam verildiyini, konfliktə səbəbin onun vəzifəsinə aid olan qanunsuz cərimələrin müəyyən etməsi olduğunu, ona verilmiş töhmət və şiddətli töhmətin əsassız olaraq verildiyini, mənzil növbəsində olduğu zaman onun mənzilinin qanunsuz olaraq başqalarına verilməsinin məlum olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi vəkil X5 apellyasiya şikayətini qəbul etməyərək, tərəflə cavabdeh arasında narazılıqlar olduğundan və əmək müaviləsinin müddətinin bitməsi səbəbilə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilən şahid X9 özünün şəxsən gördüyü şahidi olduğu halın mövcud olmadığını bildirmiş, öz hüquqlarının bərpası üzrə ümumi pozuntulardan bəhs etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 45,47, 68-76, 83, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əmək məcəlləsinin 76.1-cı maddəsinin tələblərinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinin, həm də 73-cü maddəsinin 1-ci hissəsinin göstərilməsi əmək müqaviləsinin iki əsasla xitam olunması kimi başa düşülə bilməz. Bu maddələrin dispozisiyası eyni əsasın şərtini və həyata keçirilməsi qaydasını müəyyən edir. Müddətli müqavilə üzrə münasibətlərin əsaslarının, habelə mənzil təminatına dair əmək qanunvericiliyinin tələblərinə zidd olması dəlillərinə dair isə qeyd edilməlidir ki, müqavilənin tərəflərin razılığı əsasında bağlanması və qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirilməməsi, mənzil təminatının isə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı bu dəlillərin də əsassız olduğuna (tələbdən kənar müzakirəsinin yolverilməzliyinə) dəlalət edir. Diqqətə çatdırılmalıdır ki, tələbə aid olmayan vəzifəli şəxslərin yol verdiyi digər qanun pozuntular üzrə iddiaçının müraciət hüququ məhdudlaşdırıla bilməz və o bunlarla əlaqədar müvafiq səlahiyyətli təşkilatlara müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 nömrəli saylı işi üzrə 19 mart 2021-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4663/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4663/2021
24.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver