Məhkəmə qərarları › İş №2(103)-4676/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4676/2022

23.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4676/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 16 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi və ona əlavə ərizələr verərək Cavabdeh1MTK tərəfindən qəsdən sökülmüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsindən onun istifadə hüququnun bərpası, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti aparılması üçün ərazi əsaslandırılmasının razılaşdırılmasının ləğv edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 642 nömrəli Sərəncamın 1 bəndi Nərimanov rayonu , 793-cü Məhəllə , Qarabağ 65- 67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin Sərəncamın 4-cü bəndi “Sifarişçi ( Cavabdeh1) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlamalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli xx.xx.2015 il tarixli Ayrıc aktı Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014 il tarixli 642 nömrəli Sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli xx.xx.2015-ci il tarixli ayrıc aktı əsasında "xxxx" MTK-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilib xx.xx.2017-ci il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin layihə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli xx.xx.2017 il tarixli tikinti icazənin və xüsusi nişanının ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh "xxxx"MTK -nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin Cavabdeh1-nın vəsaiti hesabına sökülməsi və ərazidən daşınıb çıxarılması, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 4 çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud ortaq divar olan daş hasarın əvvəlki yerdə Cavabdeh1MTK-nın vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yol verdikləri yuxarıda qeyd olunmuş qanun pozuntuları nəticəsində ona və ailə üzvlərinə vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat cavabdehlərdən müştərək qaydada və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx"MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 xx.xx.2021-ci il tarixdə iddia tələbi və onun həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh “Zirvə-14“MTK tərəfindən qəsdən söklümüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsindən onun istifadə hüququnun bərpası, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsində “Zirvə-14" MTK tərəfindən tikinti aparılması üçün ərazi əsaslandırlmasının razılaşdırılmasının ləğv edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 642 nömrəli Sərəncamın 1 bəndi Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin Sərəncamın 4-cü bəndi "Sifarişçi ( Cavabdeh1.) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlanılmalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli xx.xx.2015 il tarixli Ayrıc aktı Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014 il tarixli 642 nömrəli Sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli xx.xx.2015 il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış vo Bakı şəhər Memaılıq və Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilib xx.xx.2017 il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin laiyhə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli xx.xx.2017 il tarixli tikinti icazənin və xüsusi nişanının ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümıımi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1MTK–nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin cavabdeh “Zirvə142MTK-nın vəsaiti hesabına sökülməsi və ərazidən daşınıb çıxarılması. Nərimanov rayonu, 793- cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 4 çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud ortaq divar olan daş hasarın əvvəlki yerdə cavabdeh "xxxx"MTKnm vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1MTK-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yol verdikləri yuxarıda qeyd olunmuş qanun pozuntuları nəticəsində ona və ailə üzvlərinə vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat cavabdelılərdən müştərək qaydada və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 19 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)11680/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)938/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 16 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı vəkili Vəkil oğu şikayət verərək ləğv edilməsini və apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 26 may 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən mülki işin apelyasiya instansiya məhkəməsinə göndərilməsi mümkün deyil, apellyasiya şikayəti geri qaytarılmalıdır. İddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti müəyyən edilmiş formada tərtib (təqdim) edilməmiş, elektron kabinet vasitəsilə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılması düzgün olmuşdur. Apellyasiya şikayətinin formasına riayət edilməklə elektron kabinet vasitəsilə verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Ona görə də məhkəmənin mövqeyi iddiaçının hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 16 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması həm də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)11680/2021 saylı qərardadında müəyyən olunmuş göstərişlərlə əlaqədar olmuşdur. Bununla yanaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 16 may 2022-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində yanlış olaraq “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(005)-737/2022 nömrəli qətnaməsindən cavabdeh X1 apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır” qeyd olunması şikayətin əsaslı olduğuna dəlalət etmir və qərardadın ləğv edilməsi üçün müstəqil əsas sayıla bilməz.İddiaçı tərəfin həmin yanlışlığın düzəldilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-938/2021 saylı, 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar