Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4690/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-73/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin İddiaçı Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bankı, Halkbank, Akbank, Ziraat Bankası, Vakıf Bank, Deniz Bank, X5 və X4) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması hissəsində baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi, ünvan 1 evin 47 saylı ünvanda yerləşən mənzilin dəyərinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, həmin məbləğin Cavabdeh1 ilə Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi, ünvan 1 evin 47 saylı ünvanda yerləşən mənzilin dəyərinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi və ya lisenziyalı qiymətləndiricidən mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-73/2023 saylı qərardadı ilə mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 “iddia tələbinin həcminin artırılması” barədə ərizəsi icraata götürülmədən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının mövcud mülkiprosessual qanunvericiliyi, habelə formalaşmış məhkəmə praktikası və eləcə də məsələyə məntiqi yanaşma məhkəmə baxışı zamanı verilmiş ərizənin və ya vəsatətin “icraata götürülmədən geri qaytarılması”nı nəzərdə tutmur. Onlar məhkəməyə məhkəmə baxışının gedişində ərizə(vəsatət) ilə müraciət etmişlər və məhkəmə də həmin ərizəyə(vəsatətə) baxmalı, ya təmin etməli, ya da rədd etməli idi. Məhkəmə ayrıca sənəd şəklində qərartdad qəbul etdiyi təqdirdə, bizə həmin qərardaddan həmin məhkəmənin özünə şikayət vermək üçün vaxt verməli idi. İddialarının təmin edilib-edilməməsi barədə qətnamə qəbul etməli idi. Lakin məhkəmə həmin proseduru kobud şəkildə pozaraq, qərardadı elan etdikdən sonra dərhal məhkəmə çıxışları mərhələsinə keçmış, çıxışa vaxt istədikdə isə yalnız yarım saat vaxt verməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda bizim 06 iyun 2023-cü il tarixli ərizələrində göstərdikləri birinci xahişlərinə, Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququmun tanınması hissəsində baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahişlərinə ümumiyyətlə, qiymət verməmişdir. Lakin şifahi olaraq bildirmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-73/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-73/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin icraata götürülməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi və ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıdan asılı olmayan səbəblərə görə təqdim edilməməsinin əsasları müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ərizənin məhkəmə baxışı gedişində icraata götürülmədən geri qaytarılmalıdır. Qeyd edilən xüsusatlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-73/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4690/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4690/2023
17.07.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver