Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4697/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli 2(004)-4406/2025 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “əmlak” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi pr. 71A ünvanında yerləşən 25 saylı qarajın Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4406/2025 nömrəli, 18 iyul 2025ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4406/2025 nömrəli 18 iyul 2025-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4406/2025 saylı qərardadının ləğv olunması və iddiaya Bakı şəhər Yasamal Rayon Məhkəməsində baxılmağa qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının verdiyi şikayət məhkəmənin 24 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin Ağdam rayonunda qeydiyyatda olduğu üçün iddianın cavabdehin olduğu ərazi üzrə (nəyə görəsə cavabdeh Ağdam rayonunda qeydiyyatda olsa da iddianın Ağdam (məhkəmə Şabran göstərmişdir) rayonunda verilməli olduğu əsas göstərilərək iddia ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin tələblərinə əsasən bu halda iddia müstəsna aidiyyat üzrə verilməlidir. Belə ki, sözügedən maddəyə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia müstəsna aidiyyat qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yer üzrə məhkəmədə baxılmalı olduğu halda məhkəmə işin cavabdehin olduğu yer üzrə baxlmalı olduğu barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə iddia ərizəsini cavabdehin qeydiyyat ünvanın Yasamal rayonu ərazisi olmaması əsası ilə geri qaytarmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddia qaldırsa da, mübahisəli qaraj cavabdehin mülkiyyətindədir ki, bu da iddianın müstəsna aidiyyət qaydlarına əsasən baxılmasını istisna edir. Həmin Məcəllənin 39.1-ci maddəsinə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli qarajın məhz onun mülkiyyətində olduğuna əsalanaraq, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı qarajın sonradan MTK tərəfindən cavabdehə satılmasını qanunsuz (etibarsız-əhəmiyyətsiz) hesab edir və həmin hal iddianın faktiki əsasını təşkil edir. Məhkəmə də həmin halı xidməti vəzifəsindən irəli gələrək işə baxarkən yoxlamalıdır. Bunun üçün, yəni cavabdehlə MTK arasında qarajın alqı-satqısına dair bağlanmış müqavilənin etibarsızılığı barədə ayrıca iddia qaldırmağı ehtiyac yoxdur. Başqa sözlə, iddiaçının tələbi mülkiyyətin müdafiəsinə yönəlib və iddianın predmetini mülkiyyət hüququnun bərpası (əmlakın başqasının qanunsuz sahibliyindən geri qaytarılması) təşkil edir. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Lakin məhkəmə yuxarıda qeyd olunan hallara diqqət yetirməmişdir. Ona görə də Bakı şəhəri Yasamal Məhkəməsinin 2(004)-4406/2025 nömrəli 18 iyul 2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4406/2025 nömrəli 18 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərzəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4697/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4697/2025
18.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver