Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4698/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlu sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2018 saylı, 14 may 2018ci il tarixli qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh3 Adıl oğluna qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2018 saylı, 14 may 2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh4, Cavabdeh2 iddiaçı BOKT İddiaçı MMC-nin xeyrinə 06 may 2015-ci il tarixli, 05/295 saylı kredit və 06 iyun 2015-ci il tarixli 05/295 saylı zaminlik müqavilələrinə əsasən əsas kredit borcu üzrə 34270,23 ABŞ dolları, faiz borcuna görə 19142,84 ABŞ dolları, cərimə borcuna görə 32999,44 ABŞ dolları, cəmi 86412.11 ABŞ dolları ödəniş gününə manatın məzənnəsi ilə manatla, Cavabdeh1 BOKT İddiaçı MMC-nin xeyrinə 27 avqust 2015-ci il tarixli, 08/420 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9339,83 ABŞ dolları, faiz borcuna görə 4024,47 ABŞ dolları, cərimə borcuna görə 19722,76 ABŞ dolları, cəmi 33086,56 ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə manatla və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, iddia tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəril Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X3 küçəsi, ev 5, mənzil 26M-ə yönəldilməsi, mənzilin açıq hərraca çıxarılması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, X3 küçəsi, ev 5 mənzil 26M ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiymətinin 90 000 (doxsan min) manat müəyyən edilməsi, mənzilin satılması və cavabdehlər Cavabdeh1, ƏsgərovaNəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh İ.Sadiqovun həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-3770/2019 saylı, 31.05.2019 tarixli qərarı ilə qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8631/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qətnaməsi 27 avqust 2015-ci il tarixli, 08/420 saylı kredit müqaviləsi üzrə cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilərək həmin müqavilə üzrə cərimə borcu 1000 (bir min) ABŞ dolları (ödəmə gününə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2018 saylı, 14 may 2018- ci il tarixli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verməklə yanaşı, həm də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqındakı ərizə də vermiş, həmin ərizədə göstərmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir (i/v 334). Birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilmədən mülki iş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Məcəllənin 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, prosessual qanunvericiliyə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Hazırkı mülki iş üzrə rayon məhkəməsi Cavabdeh4 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə münasibət bildirmədiyindən, mülki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş materialları Cavabdeh4 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, mülki iş materialları cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4698/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4698/2022
07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver