Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4699/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X11 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-344/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (X11 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh '’Capitals Auction" MMC Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barədə keçirilmiş hərracın qanunsuz hesab edilərək hərracın nəticələrinin etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “Capitals Auction" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 18 mart 2021-ci il tarixli, 27 nömrəli bildirişində göstərilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin 15 marı 2021-ci il tarixli, 3853-62033/2019-5-1 nömrəli sifariş məktubu üzrə pul tələbinə dair Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 16 aprel 2021-ci il tarixində keçiriləcək açıq hərracda satılması qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair № 002750 saylı, xx.xx.2007-ci il tarixli Şəhadətnaməyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında yerləşən 1935,8 kv.m. qeyri yaşayış sahəsi əri X15 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı 28 İyul 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində onun və əri X6 ½ hissədə payı müəyyən olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(103)-7444/2020 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Eyni zamanda tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, X10 və X8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “mülkiyyət hüququnun müdafiəsi” barədə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin işdə Cavabdeh MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş, lakin qeyd olunanlara baxmayaraq Cavabdeh MMC tərəfindən 16 Aprel 2021-ci il tarixdə hərrac keçirilmiş və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983.8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m sahəsi olan qeyriyaşayış sahəsi 600000 (altı yüz min) manata X1. Göründüyü kimi cavabdeh "Capitals Auction” MMC-nə onun, nə də ki əri Elşən Əliyevin razılığı olmadan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə. 11 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququ heçə sayaraq həmin daşınmaz, əmlak barədə X11 ilə müqavilə bağlamışdır. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmündə onun adı qeyd olunmamışdır. Yəni, həmin hökmdən aşkar şəkildə görünür ki, məhkum tərəfindən törədilməsinə istinad olunan əməllər ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda icra vərəqəsində adının qeyd olunması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir və tamamilə qanuna ziddir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)- 344/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmaması qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın keçirilməsinin qanunsuz olması, mülkiyyət hüquqlarının pozulması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin təqsirləndirilən şəxs X4 cinayət əməlləri nəticəsində əldə olunmasının və onun qohumlarının adma rəsmiləşdirilməsinin müəyyən edilməsi və onların xüsusi müsadirə edilmişdir. İşdə olan X14 xx.xx.2021-ci il tarixli, 011 nömrəli protokolunun surətinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsinə və Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 3853-62033/2019-5-1 nömrəli sifariş məktubuna əsasən əmlakın satış qiyməti 600.000 (altı yüz min) manat olan İddiaçı məxsus olan ünvan 3 ünvanda 983,8 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 1935.8 kv.m olan qeyri-yaşayış binasını 600000 manata (alıcı) X11 əldə etmişdir. İşdə olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsinə və Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 3853- 62033/2019-5-1 nömrəli sifariş məktubuna əsasən ünvan 3 ünvanda 983,8 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 1935.8 kv.m olan qeyri-yaşayış binasının dəyəri 600000 manat olmaqla xx.xx.2021-ci il tarixində, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “525-ci” qəzetdə xx.xx.2021-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 30000 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən açıq X14 xx.xx.2021-ci il tarixli, 011 nömrəli protokolunun surətinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsinə və Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 3853-62033/2019-5-1 nömrəli sifariş məktubuna əsasən əsasən əmlakın satış qiyməti 600.000 (altı yüz min) manat olan İddiaçı məxsus olan ünvan 3 ünvanda 983,8 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 1935.8 kv.m olan qeyri-yaşayış binasını 600.000 manata (alıcı) X11 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsindən məlumatı olmaması, əri Elşən Əliyevin razılığı olmadan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququ heçə sayılmasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsi üzrə Bakı şəhəri, Yasamal rayonu. Mətbuat prospekti. 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 16 aprel 2021-ci il tarixində keçiriləcək açıq hərracda satılmalıdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə hökmünün icrası sahəsində (Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/18 saylı hökmü və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirilmişdir. İddiaçı əsasən mübahisəli daşınmaz əmlaka birgə mülkiyyət hüquqlarının olmasını, eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, xx.xx.2020-ci il tarixli saylı qətnaməsinə istinad edərək həmin daşınmaz əmlaka ½ hissədə payının müəyyən olunmasını, həmin qətnamənin qanuni qüvvəsini almasını və s. göstərsə də, işdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs X7 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli saylı qətnaməsi ləğv olunmuş, İddiaçı “əmlak bölgüsü” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə X13 xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən, sahəsi 983,8 kv.m olan torpaq sahəsi və sahəsi 1935,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, X5 (İddiaçı qaynı, Elşən Əliyevin qardaşı) və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., 529-cu məhəllə ünvanında 983.8 kv.m və 1935.8 kv.m. sahələri olan əmlakların üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 154.5 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən, sahəsi 983,8 kv.m olan torpaq sahəsinin və sahəsi 1935,8 kv.m olan qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına hökm edilmiş, sözügedən hökm 08 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almış və 15 mart 2019-cu il tarixdə icra vərəqəsi verilmiş, Bakı Hərbi Məhkəməsinin “icra sənədinin izah olunmasına dair” xx.xx.2019-cu il tarixli qərarı ilə, icra vərəqələrində adları qeyd olunmuş məhkumların müsadirə edilmiş əmlaklardan başqa ziyanın ödənilməsini təmin edəcək digər əmlakları olmadığı halda, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın müsadirə edilmiş əmlaklar və pul vəsaitləri hesabına ödənilməsi, bundan sonra isə əmlakların və pul vəsaitlərinin qalan hissəsinin dövlət nəfinə alınması qərara alınmışdır. İşin müəyyən olunan digər halına görə, Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli icra vərəqəsinin icrası məqsədilə Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sifarişə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC Hərrac Mərkəzi tərəfindən ünvan 8 ünvanda 983,8 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935.8 kv.m. olan qeyri-yaşayış binasının satışı ilə bağlı hərrac keçirilmiş, X11 həmin əmlakı 600 000 manata almış və onunla xx.xx.2021-ci il tarixli 011 saylı “X14 Protokol” bağlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ünvan 9 ünvanda yerləşən 983,8 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 1935,8 kv.m. olan qeyri-yaşayış binasının üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həbsin qoyulmasına, xx.xx.2018-ci il tarixdə çıxarılmış və qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin hökmü ilə həm həmin əmlakın xüsusi müsadirə olunmasına, yəni İddiaçı və Elşən Əliyevin həmin əmlakalara dair mülkiyyət hüquqlarını itirmələrinə, əmlakların onlardan məcburi alınmasına, İddiaçı və X6 bu barədə məlumatlı olmalarına baxmayaraq onlar, sözügedən daşınmaz əmlaklara dair payların müəyyən edilməsi ilə bağlı 2020-ci ildə məhkəməyə müraciət etmiş, artıq onlara məxsus olmayan əmlakların aralarında bölünməsinə nail olmuşlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə görə, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinə görə isə, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183.1-ci və 183.2-ci maddələrinə görə isə, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarındakı hüquqi mövqeyinə görə - Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçının tələbi üzrə hərracın nəticələrinin etibarsız sayılmasına hər hansı qanuni əsas mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda isə iddia tələbi özü-özlüyündə əsassızdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, iddia əsasızdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (X11 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-344/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-344/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4699/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4699/2022
09.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver