Məhkəmə qərarları › İş №2(103)-473/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-473/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-473/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı «xxxxxx» ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxxxx» ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı «xxxxxx» ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «xxxxxx» İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxxxx” İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19690,52 ABŞ dolları əsas, 13343,73 ABŞ dolları faiz, 1525,53 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 34559,78 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına “xxxxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 «xxxxxx» İKB ASC-nin 10 saylı filialından illik 26 faizlə 36 ay müddətinə 24.300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzili xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxx 2018- ci il tarixədək Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 19690,52 ABŞ dolları əsas, 13343,73 ABŞ dolları faiz, 1525,53 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 34559,78 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 19690,52 ABŞ dolları, faiz borcuna görə 11338,7 ABŞ dolları, cərimə borcuna görə 80 ABŞ dolları olmaqla, ümumilikdə 31109,22 ABŞ dolları məbləğində pulun Cavabdeh1 «xxxxxx» İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiymətnin 75.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı «xxxxxx» ASC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır: Tələbin əsas, faiz və cərimə borcu hissəsində azaldılması əsassızdır və qətnamə həmin hissədə dəyişdirilərək yeni qətnamə qəbul olunmalıdır. Bank tərəfindən məhkəməyə və borcluya təqdim edilən ödəniş tapşırığında (cədvəldə) cavabdehin vaxtıvaxtında ödəməli olduğu faizlərin məbləği əks olunmuşdur. Qətnamə qəbul edilərkən məhkəmə heç bir normaya və qanunvericiliyə istinad etmədən, əsassız olaraq iddia tələbini qismən təmin etmiş, lakiy qətnamədə yegənə istinadı şəxsi fikirləri və ekspertizanın rəyi olmuşdur. Məhkəmə cavabdehin ifadələrini əsas kimi qəbul edərək, iddia tələbini elə həmin hissədə də təmin etmişdir. Məhkəmə əsas, faiz və cərimə borclarını ayrı-ayrılıqda göstərməli olduğu halda qətnamədə tutulan borcu ümumi qeyd etmişdir. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır: Maliyyə arayışı işin məhkəməyə verildiyi tarixə aid olmuşdur. Ekspert rəyi məhz həmin, xx xxxx 2018-ci il tarixə verilmişdir. Müqavilənin müddətinin bitdiyi tarixə maliyyə arayışının cavabdehdən tələb olunaraq iş materiallarına əlavə edilməsi və eyni zamanda müddətin sonuna olan borcla bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçiriləməsi barədə vəsatət verilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra da ödənişlər edilmişdir. Lakin həmin məbləğlər heç bir borcdan silinməmişdir. Mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində də qətnamədən razı deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxxxx» ASC-nin nümayəndəsi X2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, ekspert rəyi ilə borcun məbləği düzgün müəyyən edilməmişdir. Təkrar ekspertiza keçirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, əsas borcu ödəmək istəyir. Lakin faiz borcu çox hesablanmışdır. Bank devalvasiyanı nəzərə alaraq güzəştə gedə bilər. Lakin onlara heç bir güzəşt olunmur və onun həmin borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 26 faiz illik ödəmək şərti ilə 24.300 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasın, «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borc öhdəliklərinin təmin edilməsi məqsədilə, ipoteka qoyan Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixə banka kredit öhdəliyi üzrə olan əsas borc qalığı 19690,52 ABŞ dolları, faiz borcu 13343,73 ABŞ dolları, cərimə borcu 1525,53 ABŞ dolları, cəmi borcu 34559,78 ABŞ dolları təşkil edir. Eyni zamanda, iş materiallarında olan digər maliyyə arayışından görünür ki, Cavabdeh1 kreditin bitmə tarixinə faiz borcu üzrə qalıq məbləği 11338,7 ABŞ dolları təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq və qiymətləndirilmə ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixə iddiaçı “xxxxxx” İKB ASC-yə olan əsas borcu 19954,97 ABŞ dolları, faiz borcu isə 13052,78 ABŞ dolları təşkil edir. Həmçinin, “X3” MMC-nin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 5 A nömrəli evin 43 nömrəli mənzilinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 75.000 manat təşkil edir. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı bank qətnaməni əsas, faiz və cərimə borcu hissəsində, Cavabdeh1 isə tutulan borcun məbləği və mənzildən çıxarılmaları, mənzilin boşaldılması hissəsində mübahisələndirir. Tərəflər arasında kredit və ipoekta müqavilələrinin bağlanması, vəsaitin verilməsi, borclunun müqavilə öhdəliklərinə riayət etməməsi işin mübahisəsiz hallarıdır. İş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixə iddiaçı ‘xxxxxx” İKB ASC-yə olan əsas borcu 19954,97 ABŞ dolları, faiz borcu isə 13052,78 ABŞ dolları müəyyən olunur. Ekspert cavabdehin xx xxxx 2018-ci il tarixə-maliyyə arayışının verildiyi tarixə olan borcunu hesablamışdır. Lakin bank ilə cavabdeh arasında olan xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitmiş, iddiaçı bank xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası müqavilənin müddətinin bitdiyi tarixə-xx xxxxxx 2018-ci il tarixə cavabdehin əsas və faiz borcunu müəyyən edilməsi məqsədi ilə təkrar mühasibatlıq ekspertizanın keçirilməsini təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixinə banka 19.954,97 ABŞ dolları əsas, 11.020.70 ABŞ dolları faiz borcu var. Ekspert rəyindən görünür ki, faiz borcunun məbləği qətnamə ilə müəyyən edilən məbləğdən azdır (11338,7 -11.020.70 =318). Lakin əsas borcun məbləğinin qətnamə ilə müəyyən edilən məbləğdən çox olduğu aşkar olunmuşdur (19.954,97-19690,52=264,45). Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən ümumi borcun məbləği qətnamə ilə müəyyən edilmiş ümumi məbləğdən cuzi (31 029,22-30 975,67=53,55) fərqləndiyi üçün qətnamənin həmin hissədə dəyişdirilməsnə ehtiyac yoxdur. Məhkəmə kollegiyası həmçinin cavabdehin digər dəlili olan ipoteka predmetinə tutma yönəldildikdən sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 3 otaqlı, 58,87 kv.m. ümumi, 45,87 kv.m. yaşayış sahəsindən ibarət 5 A nömrəli evin 43 nömrəli mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbinin təmin olunması əsaslıdır. Belə ki, “İpoteka haqqında” qanunun 59-cu maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4. maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırkı iş üzrə cavabdehin yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Bu halda yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən cavabdehin və digər şəxslərin həmin əmlakdan çıxarılmaları və oranın boşaldılması tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı və cavabdein apelyasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar