Məhkəmə qərarları › İş №2(103)-4732/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4732/2021

27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4732/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınmış X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakların təhvil verilməsi və əmlaklardan istifadə hüququnun tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə aralarında bağlanmış 19 iyul 2011-ci il tarixli 25, 26 və 28 saylı və 28 iyul 2011-ci il tarixli 38 və 39 saylı müqavilələrə əsasən Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 A ünvanında inşa edilən yeni yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 520 kv.m olan ticarət mərkəzini, E-A3 korpusu 18 rəqəmləri, Ç hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 611 kv.m olan ticarət mərkəzini, В korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 48 kv.m olan ticarət mərkəzini, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 201 kv.m olan ticarət mərkəzini, В korpusu Ə-Ğ hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 112 kv.m ticarət mərkəzini dəyərini MMC-yə tam şəkildə ödəməklə əldə etdiyini, bununla bağlı ona ödəniş qəbzlərinin və borcun olmaması barədə maliyyə arayışlarının verildiyini, lakin qeyri-yaşayış sahələrini aldığı gündən 3 il 6 ay keçməsinə baxmayaraq sahələrin ona təhvil verilmədiyini, bununla faktiki sahibi olduğu əmlaklara dair hüquqlarının pozulduğunu irəli sürmüş, buna görə də həmin əmlakların ona təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması, həmin əmlaklardan istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 05 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, Cavabdeh MMC-nin Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 A ünvanında inşa etdiyi yeni yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 520 kv.m olan ticarət mərkəzinin, E-A3 korpusu 18 rəqəmləri, Ç hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 611 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 48 kv.m olan ticarət mərkəzinin, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 201 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-Ğ hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 112 kv.m ticarət mərkəzinin MMC tərəfindən İddiaçı istifadəsinə təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamədən işdə iştiraka cəlb olunmayan, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən X3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işə iştirakı olmadan baxıldığı, qanuni qüvvədə olan məhkəmə aktları əsasında Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə yerləşən yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən bütün qeyri-yaşayış sahələri üzərində özünün hüququnun tanındığının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı, habelə Cavabdeh MMC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh MMC İddiaçı ilə 19 iyul 2011-ci il tarixdə 25, 26 və 28 saylı, 28 iyul 2011-ci il tarixdə 38 və 39 saylı müqavilələr bağlamış, həmin müqavilələrdə MMC-nin Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə inşa olunmuş yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 520 kv.m olan ticarət mərkəzinin, E-A3 korpusu 18 rəqəmləri, Ç hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 611 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 48 kv.m olan ticarət mərkəzinin, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 201 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-Ğ hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 112 kv.m ticarət mərkəzinin adı çəkilən şəxsə təhvil verilməsi öhdəliyi müəyyənləşdirilmiş, müqavilələin 3.1-ci bəndlərində əmlakların hər kvadratmetrinin dəyəri 300 manat olaraq razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışlarının və kassa mədaxil qəbzlərinin surətlərinə görə iddiaçı, əmlakların dəyərini MMC-ya ödəmiş və borcu qalmamışdır. İddiaçı ilə Cavabdeh MMC-nin arasında mübahisənin yaranmasına səbəb, MMCnin, sözügedən müqavilələrin şərtlərinə əməl etməyərək əmlakları iddiaçıya təhvil verməməsi iddiası olmuş, MMC-nin birinci instansiya məhkəməsinə iştirak edən nümayəndələri isə iddiaya hər hansı formada etiraz bildirməmişlər (faktiki olaraq qəbul etmişlər). İşin müəyyən olunan halları həmçinin ondan ibarətdir ki, Cavabdeh MMC ilə İlqar Ağarəhimov arasında 03 aprel 2006-cı il tarixdə müqavilə bağlanmış, müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına uyğun çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin X3 tərəfindən maliyyələşdirilməsi və ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-“A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;”A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.m.;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m. təşkil edən obyektlərin X2 satılması təşkil etmiş, bu məqsədlə İlqar Ağarəhimov müqavilə bağlanan gün MMC-nin hesabına 600 000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, həmçinin müqavilə üzrə MMC-nin vəzifələri müəyyən olunmuş, İlqar Ağarəhimov tərəfindən ödənilmiş 600 000 ABŞ dolları pulun müqabilində MMC, ticarət mərkəzinin “C” korpusu 1ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;- “A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-“A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu Ğ-D- 35-26 oxları arasında sahəsi 654 kv.m.;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;”A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m, təşkil edən obyektləri sonuncuya satmışdır. İşin müəyyən olunan digər halına görə, Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün İlqar Ağarəhimov MMC-yə qarşı iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinə dair MMC-nin hərəkətinin qanunsuz hesab edilməsi, MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz X2 verilməsi və işlərin görülməsi zamanı Cavabdeh MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmişdir. İlqar Ağarəhimovun apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən (məhkəmə aktlarından) aydın olur ki, mübahisəli ərazidə Cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binalarının 1-ci və 2-ci mərtəbələrində yerləşən bütün qeyri-yaşayış sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında 14 avqust 2014-cü ildə onun sahibliyinə verilmişdir və həmin ərazidə başqa qeyri-yaşayış sahələri mövcud deyildir. Mülki Prosessual Məcəllənin tələblərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3-cü maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Beləliklə, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının qeyri-yaşayış sahələrinin 03.04.2006-cı il tarixli müqavilə əsasında İlqar Ağarəhimova satılmış olduğu, sonradan isə məhkəmə qətnaməsinin icrası qaydasında məhz onun sahibliyinə verildiyi işin müəyyən olunan halıdır; bununla belə MMC, binanın 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 520 kv.m olan ticarət mərkəzini, E-A3 korpusu 18 rəqəmləri, Ç hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 611 kv.m olan ticarət mərkəzini, В korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 48 kv.m olan ticarət mərkəzini, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 201 kv.m olan ticarət mərkəzini, В korpusu Ə-Ğ hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 112 kv.m ticarət mərkəzini 19 iyul 2011-ci il tarixli və 28 iyul 2011-ci il tarixli müqavilələr əsasında İddiaçı satmışdır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının istinad etdiyi müvafiq müqavilələr onunla bağlandığı zaman, MMC-nin İlqar Ağarəhimovla daha əvvəl bağlamış olduğu müqavilə qüvvədə olmuşdur; bu isə o deməkdir ki, MMC, iddiaçının istinad etdiyi müvafiq müqavilələrin predmeti olan əmlaklarla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilələr bağlamış, həmin MMC ilə iddiaçıdan daha əvvəl müqavilə bağlayaraq əmlakları satın almış İlqar Ağarəhimovun müqaviləsinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, sözügedən əmlakların iddiaçıya təhvil verilməsini istisna etməklə, onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X1 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-992/2015 saylı iş üzrə 05 mart 2015-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakların təhvil verilməsi və əmlaklardan istifadə hüququnun tanınması” tələblərinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar