Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4755/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(007)-161/2022 saylı qərardadından cavabdeh İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-161/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1028 saylı bağ sahəsində Cavabdeh1 MMC tərəfindən quraşdırılmaqda olan radio baza stansiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı3 tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. İddiaçı3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-161/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(007)-161/2022 saylı qərardadı ilə İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdir. Cavabdeh İddiaçı3 tərəfindən verilmiş şikayət məhkəmənin 18 may 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətində qeyd edir ki, hazırki iş üzrə məhkəmə qətnaməsi elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, növbəti gündən hesablanmağa başlayarsa, o zaman qətnamədən apelyasiya şikayəti verilməsi üçün son müddət xx.xx.2022-ci il tarixidir. Həmin tarix qeyri-iş gününə düşdüyündən ondan sonrakı ilk iş günü, yəni xx.xx.2022-ci il tarixi apelyasiya şikayəti elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, həmin qətnamə İddiaçı3 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə, saat 13:24-də yerləşdirilmişdir. Lakin, iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Belə ki, İddiaçı3 hazırki apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə Sisteminə daxil etmişdir. Məhkəmə qeyd etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddət axımı qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən başlayır. xx.xx.2022-ci il tarixli qətnamə İddiaçı3 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdiyindən və müddət axımı həmin gündən başladığından apellyasiya şikayətinin verilməsi üçün son gün xx.xx.2022-ci il tarixdə bitir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(007)- 161/2022 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4755/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4755/2022
22.06.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver