Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-476/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli MZ/PB- 0531/07/15 №-li kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli İ nömrəli əlavə üzrə 55457.62 ABŞ dolları əsas, 35703.05 ABŞ dolları hesablanmış faiz, 79262.09 ABŞ dolları dəbbə pulu, cəmi 170.422.76 ABŞ dollarının, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1.000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 80.000 manat qiymətləndirilməklə və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0.03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin 1-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı Cavabdeh2 mülkiyyəlindəki 15 №-li mənzilə, həmçinin ipoteka predmeti 120.000 manat qiymətləndirilməklə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 №-li binanın 11-ci mərtəbəsində yerləşən, 124.8 kv.m ümumi sahə, 71.8 kv.m yaşayış sahəsi, 53 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, Cavabdeh2 mülkiyyətindəki 60-nömrəli mənzilə yönəldilməsi və ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, hərracdan əldə olunan məbləğ borc öhdəliyini tam ödəmədikdə yerdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı Cavabdeh2 mülkiyyətindəki 15 №-li mənzildə, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4№-li binanın 11-ci mərtəbəsində yerləşən, 124.8 kv.m ümumi sahə, 71.8 kv.m yaşayış sahəsi, 53 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, Cavabdeh2 mülkiyyətindəki 60 №-li mənzildə orada yaşayan - Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 54457,62 ABŞ dolları məbləğində əsas, 9767,11 ABŞ dolları məbləğində faiz, 1.000 ABŞ dolları məbləğində cərimə, cəmi 65224,73 (altmış beş min iki yüz iyirmi dörd dollar 73 sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ilkin satış qiyməti 120.000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli və ilkin satış qiyməti 150.000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzillərə yönəldilsin, açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc ləğv prosesində olan "xxxx” BOKT ASC-nə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzil satıldıqdan 1 ay sonra boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin 2-ci səhifəsində qeyd olunub ki, guya ona və atasına məhkəmə tərəfindən lazımi qaydada xəbərdarlıq olunub, lakin, onlar məhkəmə iclasında iştirak etməmişlər. Onların ünvana sonuncu məhkəmə iclası barədə heç bir rəsmi məlumat daxil olmamış və onların məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Bundan başqa məhkəmə prosesi zamanı iddiaçı tərəfindən məhkəməyə onun kredit borcu barədə maliyyə arayışı təqdim olunmuş və hakim tərəfindən isə məhkəmə qətnaməsinin 4-cü səhifəsində hər bir sübutların siyahısı qeyd olunmuşdur. Qətnamdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş maliyyə arayışında iddiaçı BOKT-a 55.457, 62 ABŞ dolları əsas, 7348,24 ABŞ dolları faiz və 68.767,45 ABŞ dolları cərimə borcun olduğu qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-ci il tarixli, 1060 saylı ekspert rəyində isə 55.457, 62 ABŞ dolları əsas, 9767.11 ABŞ dolları faiz borcun olduğu qeyd olunmuşdur. Əgər iddiaçı BOKT onun faiz borcunun 7348,24 ABŞ dolları olması barədə rəsmi sənəd təqdim etdiyi halda, məhkəmə tərəfindən qətnaməyə əsasən ondan ekspert rəyində qeyd olunmuş 9767.11 ABŞ dollar faiz borcunun tutması tam əsassızdır. Çünki burada məhkəmə tərəfindən cavabdehin vəziyyəti ağırlaşdırılmışdır. Bundan başqa, götürdüyüm kredit borcu qarşısında Banka girov qoyulmuş Cavabdeh2 məxsus mənzillərin də hazırki bazar dəyərinin aşağı qoyulmasına da etiraz edir. Çünki mənzillərin yerləşdiyi ərazi Bakı şəhərinin ən dəbdəbəli yerlərindən biri olduğu üçün, həmin ərazidə mənzillərin qiyməti daha yüksəkdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onları və nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli, MZ/PB-0838/08/12 nömrəli kredit (borc) müqaviləsi ilə “İddiaçıbank” ASC Cavabdeh1 12 ay müddətinə illik 26 faiz olmaqla 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli, MZ/PB-0838/08/12 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzili “İddiaçıbank” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. xx.xx.2012-ci il tarixli, MZ/PB-0838/08/12 nömrəli ipoteka müqaviləsinə 04№-li əlavədən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzili “İddiaçıbank” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid qiyməti 80000 manat qiymətləndirilmişdir. xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, X4 həyat yoldaşı Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin satılmasına bank qarşısında girov qoyulmasına razıdır və heç bir etirazı yoxdur. xx.xx.2013-cü il tarixli, MZ/PB- 0288/05/13 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzili “İddiaçıbank” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid qiyməti 120000 manat qiymətləndirilmişdir. X4 həyat yoldaşı Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzilin satılmasına bank qarşısında girov qoyulmasına razıdır və heç bir etirazı yoxdur. xx.xx.2015-ci il tarixli, MZ/PB-0531/07/15 nömrəli kredit müqaviləsi ilə “İddiaçıbank” ASC Cavabdeh1 18 ay müddətinə illik 20 faiz olmaqla 90000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə edilmiş 01 nömrəli dəyişikliyə əsasən isə, kreditin məbləği 67400 manat, kreditin müddəti 24 ay, faiz dərəcəsi 19% müəyyən edilmiş, həmçinin müqaviləyə əsasən kreditorun borcluya kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclunun təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əlaqədar hesablana bilən dəbbə pulunun, kreditorun tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məhkəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditora qaytarılmasını təmin etmək məqsədilə tərəflər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən xx.xx.2013-cü il tarixli No MZ/PB-0288/05/13 nömrəli İpoteka (girov ) müqaviləsi və ona edilmiş xx.xx.2016-cı il tarixli 03 nömrəli əlavə, xx.xx.2012-ci il tarixli MZ/PB-0838/08/12 nömrəli İpoteka (girov ) müqaviləsi və ona edilmiş xx.xx.2016-cı il tarixli 04 nömrəli əlavəni və xx.xx.2015-ci il tarixli MZ/PB-0531/07/15 nömrəli Daşınar əmlakın Girov müqaviləsini bağlamışlar. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 150.000 manat məbləğində təşkil edir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzi İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir. Həmin ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1060 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə “İddiaçıbank” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MP/PB-0531/07/15 saylı kredit müqaviləsi üzrə borcalanın “İddiaçıbank” ASC-yə ödənilməli olan kredit borcu əsas məbləğdə 55457,64 ABŞ dolları, 9767,11 ABŞ dolları faiz borcu vardır. Hazırkı ekspertiza zamanı borc məbləği müqavilə müddəti bitən xx.xx.2018-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdə aparılmış 1000 ABŞ dolları məbləğində ödəniş hazırkı ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 9/3978 saylı ekspert rəyinə əsasən, kredit müqavilə və ona əlavə üzrə öhdəliklərin icrasının sonuna, yəni xx xxxxxxx 2017-ci il tarixə 54.581,73 ABŞ dolları əsas borc, 3.312,16 ABŞ dolları faiz borcu, cəmi 57.894,54 ABŞ dolları müyyən edilmişdir. Bundan əlavə, rəyin təsviri hissəsindən müəyyən olunur ki, müqavilə müddətinin sonundan, yəni xx.xx.2017-ci il tarixdən sonra müqavilə üzrə müxtəlif vaxtlarda (xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018) cəmi 2400 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında əsas borc 55.457,62 ABŞ dolları, faiz borcu isə 7.348,24 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas və borc məbləğinin az hesablandığı müəyyən olunmuşdur. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil işdə iştirak edən şəxslər tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışında əsas borcun məbləği 55.457,62 ABŞ dolları müəyyən edildiyi halda, məhkəmə qətnaməsində əsas borcun məbləği səhvən 54.457,62 ABŞ dolları qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş əsas borcu 54.581,73 ABŞ dolları, faiz borcu 3.312,16 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1060 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertiza zamanı borc məbləği müqavilə müddəti bitən xx.xx.2018-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdə aparılmış 1000 ABŞ dolları məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Eyni zamanda, rəyin təsviri hissəsində qeyd edilmişdir ki, tədqiq olunan xx.xx.2016-cı il tarixdə xx xxxx 2015-ci il tarixli MZ/PB-0531/07/15 saylı kredit müqaviləsi üzrə əlavə saziş imzalanmış, kreditin qalıq məbləği 19% olmaqla 24 ay müddətinə uzadılmışdır. Lakin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, xx xxxx 2015-ci il tarixli MZ/PB-0531/07/15 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli 01 nömrəli dəyişiklik sazişindən görünür ki, müqavilənin 2.2-ci bəndi dəyişdirilərək, kreditin müddəti 24 ay müəyyən edilmişdir. Beləliklə də, müqavilə müddətinin sonu xx xxxx 2017-ci il hesab edilməlidir. Qeyd olunan kredit müqaviləsi üzrə cəmi 57.893,89 ABŞ dolları (54.581,73+3.312,16=57.893,89) borcdan müqavilə üzrə öhdəliklərin icrasının müddəti bitdikdən sonra ödənilmiş 2400 ABŞ dolları çıxılmaqla, ümumi borc 55493,89 ABŞ dolları müəyyən edilməlidir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetərinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının nəticələrinə görə, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 150.000 manat məbləğində təşkil edir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənz Məhkəmə kollegiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “X8” MMC-nin ƏEM/N 19-615/20 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin likvid dəyəri 171.000 manat müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzil likvid dəyəri 146.000 manat müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan rəylə birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyinin mötəbərliyi təkzib edilmiş, kollegiyaya təqdim edilmiş rəyin mötəbərliyinə isə şübhə ilə yanaşmağa əsas verən dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanın l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin likvid dəyəri 171.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzil likvid dəyəri isə 146.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu, eyni zamanda apellyasiya şikayətindədə göstərilmiş ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmiş və o, məhkəmə iclaslarında iştirak edərək, prosessual hüquqlarından istifadə etmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyator Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentlinin hesabına ödənilməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat apellyator Cavabdeh1 tutularaq “X8” MMC-nin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, “İddiaçı BOKT” ASC-nin xeyrinə tutulmalı olan əsas və faiz borcu 56.893,89 ABŞ dolları; Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin likvid dəyəri 171.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzil likvid dəyəri isə 146.000 manat müəyyən edilməlidir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyator Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentlinin hesabına; məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat apellyator Cavabdeh1 tutularaq “X8” MMC-nin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı “İddiaçı BOKT” ASC-nin xeyrinə tutulmalı olan əsas və faiz borcu 55493,89 ABŞ dolları müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-də istifadədə olan 0,03504 ha torpaq sahəsində yerləşən 66 №-li, 10 mərtəbəli binanin l-ci girişdə, 6-cı mərtəbəsində, 98.17 kv.m ümumi, 64.27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin likvid dəyəri 171.000 manat müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli binanın 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 60 nömrəli mənzil likvid dəyəri isə 146.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyator Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentlinin hesabına ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat apellyator Cavabdeh1 tutularaq “X8” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-476/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-476/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver