Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4783/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)-1593/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 04 oktyabr 2021-ci il tarixli daşınmAZ əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 722 ünvanında yerləşən ümumi sahəsi 0.0495 ha olan torpaq sahəsini X2 bağışlamışdır.
2. Bakı şəhəri 17 saylı notariat ofisinə və Cavabdeh2 ünvanlanmış ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli pretenziya məktublarına əsasən İddiaçı 07 avqust 2020-ci il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 07 avqust 2020-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini 4000 (dörd min) manata Cavabdeh2 satmışdır.
4. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 784 nömrəli, 02 noyabr 2021-ci il tarixli məktuba əsasən müqavilə ikitərəfli əqd olduğundan 07 avqust 2020ci il tarixdə 4Ə/132 reyestr nömrəsi ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün tərəflərin hər ikisinin iştirakı vacibdir. Notariat ofisində müqavilənin ləğv olunmasına dair müqavilə (sAZiş) rəsmiləşdirilməlidir. Əks halda iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə aralarında 07 avqust 2020-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə özünə məxsus ünvan 4 ünvanındakı torpaq sahəsinin 0.03 ha hissəsini 21.000 manat qarşılığında Cavabdeh2 satmışdır. Cavabdehlə aralarında 2020-ci ilədək alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh 21.000 manatdan 6000 manatı 2017-ci ildə ona ödəmiş, daha sonra 1000 manatı 200 manat şəklində beş ay ərzində ödəmişdir. 14.000 manat isə borc olaraq qalmış və ödənilməmişdir. 2020-ci ilin avqust ayında cavabdeh aldığı torpaq sahəsi ilə bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmiş və yalnız bu halda qalıq 14.000 manat borcu ona ödəyəcəyini bildirmişdir. 2020-ci ilin avqust ayında onunla Cavabdeh2 ilə arasında ünvan 4 ünvanında sonuncuya satdığı 0.03 ha torpaq sahəsi ilə bağlı Bakı şəhəri 17 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən cavabdeh ona daha 4000 manat ödəniş etmişdir. O, 2021-ci ildə qalıq 10.000 manat borcun verilməsini cavabdehdən tələb etdikdə, sonuncu ona 0.01 ha torpaq sahəsi də verməli olduğunu, bundan sonra borcunu ödəyəcəyini bildirmişdir. O, cavabdehə 0.04 ha deyil, 0.03 ha torpaq sahəsi satdığını, ünvan 4 ünvanındakı qalan torpaq sahəsini isə oğlu X2 bağışladığını və onun adına rəsmiləşdirəcəyini bildirsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdeh2 Sabunçu RPİ-nin 14-cü PB-nə barəsində şikayət etdikdən sonra onunla aralarında bağlanmış 07 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsində cavabdehə satdığı torpaq sahəsinin 0.04 ha olduğunu bildirmişdir. Cavabdeh2 ondan tələb etdiyi 0.01 ha torpaq sahəsi oğluna bağışladığı torpaq sahəsinin daxilindədir və həmin torpaq sahəsi hasara alınaraq üzərində tikililər tikilmişdir. Onun cavabdehin tələb etdiyi və alqı-satqı müqaviləsində onu aldadaraq qeyd etdirdiyi 0.01 ha torpaq sahəsini ona satması mümkünsüzdür. O, alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Alqı-satqı müqaviləsinin bağlanmasında cavabdehin əsl niyyəti-iradə ifadəsi onu aldadaraq artıq torpaq sahəsi almaq olduğu üçün uydurma (əhəmiyyətsiz) əqd olmaqla özlüyündə etibarsızdır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 oktyabr 2022-ci il tarixli, 2(008)-1593/2022 nömrəli qətnaməsi ilə (hakim X5) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lAZımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün AZərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamış, iddiaçının cavabdeh tərəfindən aldadılması faktı sübuta yetirilməmişdir.
9. Məhkəmə öz mövqeyini AZərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci, 324-cü, 329.2-ci, 334-cü, 337.1-ci, 390.1-ci, 394-cü, 567.1-ci maddələrinə, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirAZın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, satılmış torpaq sahəsinin ölçüsü barədə yanılmışdır. Bakı şəhəri 17 saylı notariat ofisində Cavabdeh2 həmin torpaq sahəsini ölçdüyünü və ölçüsünü bildiyini qeyd etmiş və müqavilədə torpaq sahəsinin ölçüsü onun sözlərinə uyğun olaraq 0,04 ha kimi yAZılmışdır. Cavabdeh2 ondan 0,01 ha torpaq sahəsi tələb edəndə bilmişdir ki, müqavilədə torpaq sahəsinin ölçüsü faktiki satılan torpaq sahəsinin ölçüsündən artıq yAZılıb. Onunla Cavabdeh2 arasında Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində əmlakın satış qiyməti 4000 manat göstərilmişdir. Halbuki, həmin ərəfələrdə belə torpaq sahəsinin və orada tikilmiş evin bAZar dəyəri 4000 manatdan dəfələrlə çox idi. Bu hal da onu göstərir ki, o, Cavabdeh2 ona satdığı əmlak üçün ümumilikdə 21000 manat ödəniş edəcəyi vədinə inanıb, alqı-satqı müqaviləsi bağlamağa rAZılıq vermişdir. Cavabdeh2 onu aldatmasaydı o, heç vaxt sözügedən əmlakın 4000 manata satılması barədə müqavilə bağlamAZdı. Göründüyü kimi Cavabdeh2 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, yəni onu aldadaraq müqavilə bağlamağa rAZı salmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Sabunçu Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara, uyğun qətnamə qət etməmiş, iş üzrə hallara düzgün hüquqi qiymət verilmədən, sübutlar yetərincə araşdırılmadan qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirAZın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etirAZ daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lAZımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq AZərbaycan Respublikası Mülki Məcəlləsi:
14. 144.1-ci maddəsinə əsasən daşınmAZ əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
15. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin rAZılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin rAZılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
17. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yAZılı (sadə və ya notarial) formada bağlanır.
18. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
19. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” AZərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
20. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər AZad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmAZ əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
23. 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirAZlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, həmin dəlillər əsaslı sayıla bilməz.
33. Belə ki, İddiaçı müqavilə AZadlığı prinsipi çərçivəsində mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi üzərində sərəncam verərək 07 avqust 2020-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsini bağlayarkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi və vahid hüquqi niyyətləri tam ifadə olunmuşdur. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün AZərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamış, iddiaçının cavabdeh tərəfindən aldadılması faktı sübuta yetirilməmişdir. Bu da öz növbəsində onun iddiasının təmin edilməməsini şərtləndirir.
34. Məhkəmə kollegiyası artıq müəyyən edilmiş hallardan əlavə o halı da qeyd edir ki, iddiaçı Cavabdeh2 ona satdığı əmlak üçün ümumilikdə 21000 manat ödəniş edəcəyi vədinə inanıb, alqı-satqı müqaviləsi bağlamağa rAZılıq verməsini bildirir. Yəni, qeyd edir ki, Cavabdeh2 onu aldatmasaydı o, heç vaxt sözügedən əmlakın 4000 manata satılması barədə müqavilə bağlamAZdı. Bununla belə, qanunvericiliyin tələbləri baxımından həmin vəziyyətdə tərəflər arasında alqı-satqı münasibətlərindən başqa hər hansı bir hüquqi münasibətin yaranması qeyri-mümkündür. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lAZımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. HAZırki halda tərəflər arasında iddiaçının iddia etdiyi kimi, belə bir kənar rAZılaşmanın olması da sübuta yetirilmir. Göstərilən bu hallar baxımından da məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi məhz iddiaçının və cavabdehin daşınmAZ əmlakın alınıb-satılması ilə bağlı göstərdikləri və notarial qaydada da təsdiqlənməklə yekunlaşan iradə ifadələridir və onların iradəsinə uyğun bağlanmışdır.
36. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)- 1593/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.