Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4794/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan 80 nömrəli mənzilinə dair Cavabdeh2 ilə X15 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən mənzilin X7 vərəsəsi qismində ona təhvil verilməsi, onun həmin mənzilə olan sahiblik və istifadə hüquqlarına hər hansı formada ediləcək müdaxilənin Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın 2-ci blok, 5-ci mərtəbədə, ümumi sahəsi 146 kv.m olan 80 saylı, 3 otaqlı mənzilinə dair İddiaçı varisi olduğu şəxslə xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m olan 80 saylı, 3 otaqlı mənzilə dair istifadə və sərəncam hüququna ilkin iddia üzrə iddiaçı tərəfindən istənilən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X15 ilə Cavabdeh2 arasında 05 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 11 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2 ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan, 3 otaqlı, 80 nömrəli mənzili İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi və ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaitinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq dövlət nəfinə alınması qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni inşa olunan Yeni Yasamal, Bünyadzadə küçəsiev 10 ünvanında yerləşən binada 2-ci blok, 5-ci mərtəbədə 146 kvm sahəli, 80 saylı, 3 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi imzalamış və 65 700 manat pul vəsaiti ödəmişdir. Belə ki, hazırki iddiadan bir müddət öncə o, digər Cavabdeh1 qarşı mənzilinə istifadə və sərəncam hüququna qarşı müdaxilələrin aradan qaldırılmasına qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. Lakin həmin işin icraatı hazırda mübahisələndirdilən işə görə dayandırılmışdır. Bildirir ki, aldığı gündən son dövrlərədək adı çəkilən əmlak onun istifadəsində olmuşdur. Mənzilin qapısının kilidi onun tərəfindən qoyulmuş, müxtəlif təmir işləri aparılmış, həmçinin əlavə materiallar yığılmışdır. Hazırki iş üzrə cəlb edildikdən sonra tərəfindən qarşılıqlı iddia verilmişdir. Lakin ədalətsiz hesab etdiyi qətnamə ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Bildirir ki, etibarsızlığını tələb etdiyi müqavilə mərhum X16 ilə imzalanmışdır. Məhkəməyə isə iddiaçı kimi onun qızı İddiaçı müraciət etmişdir. Halbuki qanunvericiliyə uyğun olaraq, mülki hüquqların ona keçməsi yalnız rəsmi vərəsəlik nəticəsində mümkündür. İddiaçı isə X8 vərəsəsi olması haqda hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin müqavilənin digər tərəfi də hazırda mərhum X15 olmuşdur. Eyni zamanda cavabdeh şəxslərdən heç biri mərhumun vərəsəsi deyildir. Beləliklə iddiaçının iddia vermək hüququ olmamış, həmçinin cavabdehlər də məhkəmədə tərəf ola bilməzdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh2 hazırda mübahisələndirilən mənzilin yerləşdiyi binanın tikintisi zamanı mühəndis kimi fəaliyyət göstərmişdir. Mənzilə dair bağlanmış müqavilə isə formal olmuşdur, çünki Cavabdeh2 müqaviləsi bağlanmazdan 2 ay öncə mənzilə dair İddiaçı anasının adına müqavilə bağlanmışdır. Həmçinin qeyd edilməlidir ki, İddiaçı anası dünyasını dəyişmişdir, lakin rəsmi olaraq adına reyestrdə qeydə alınmış hər hansı əmlak olmadığından vərəsəlik haqqında şəhadətnamə alınmamışdır. Eyni zamanda mərhumun İddiaçı başqa vərəsəsi də yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, hazırda mübahisəli mənzilə faktiki sahibliyi məhz İddiaçı edir və mənzilin açarları da ondadır. Bununla yanaşı qeyd edilməlidir ki, 2019-cu il tarixdə anasının tapşırığı ilə İddiaçı tərəfindən mənzilə sement məhsulu gətirilərək, yerləşdirildirilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili Vəkil1 izahatında bildirdi ki, mübahisəli mənzilin yerləşdiyi bina Rövşən Rüstəmova məxsus olmuşdur. Onun vəfatından sonra isə Cavabdeh1 vərəslik qaydasında tikinti işlərinə rəhbərlik etmişdir. Cavabdeh2 isə həmin binada mühəndis işləmişdir. Lakin Cavabdeh2 adına hər hansı müqavilə bağlanmamışdır. Hazırda mübahisəli mənzilə dair iki müxtəlif şəxslə bağlanmış müqavilədən məhkəmə iclasları zamanı məlumatları olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnaməni cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsində mübahisələndirmiş, qətnaməni digər tərəflər mübahisələndirməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi “ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd edilən” hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X15 tərəfindən ünvan 4 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. 11 sentyabr 2006-cı il tarixdə icraçı “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X15 ilə payçı (sifarişçi) X16 arasında bağlanmış müqaviləyə əsasən icraçı həmin çoxmənzilli yaşayış binasının İİ blok, V mərtəbə, ümumi sahəsi 146 kv.m. olan 80 saylı mənzilini inşa edib payçı (sifarişçi) X11 təhvil verməyi, payçı (sifarişçi) isə həmin mənzilin dəyərini təşkil edən 87.600 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 05 noyabr 2006cı il tarixdə icraçı “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X15 ilə payçı (sifarişçi) Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən icraçı həmin mənzili inşa edib bu payçıya (sifarişçiyə) da təhvil verməyi, payçı (sifarişçi) isə həmin mənzilin dəyərini təşkil edən 65.700 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin sonunda mənzilin dəyərinin ödənilməsi barədə aparılmış qeyd fiziki şəxs X9 imza və möhürü ilə təsdiq edilmişdir. “F.A.D-Tikinti“ MMC-nin rəhbəri (qanuni təmsilçisi) X15 xx.xx.2011-ci il tarixdə, 11 sentyabr 2006-cı il tarixli müqavilənin tərəfi olan X16 isə 26 mart 2020-ci il tarixdə ölmüşdür. Cavabdeh2 tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1616-5/1256 saylı ekspert rəyinə əsasən mülki işin 12-13-cü vərəqələrində olan 11 sentyabr 2006-cı il tarixli müqavilənin kserosurətinin 2-ci vərəqində “Fiziki şəxs” qrafasında və “Dəyəri tam ödənildi” yazısı qrafasında əks olunmuş imzalar (2 ədəd) – X15 tərəfindən icra olunmuşdur. “Rüstəmov Rövşən ilə X16 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə hansı tarixdə tərtib edilmişdir?” və “Rüstəmov Rövşən ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə hansı tarixdə tərtib edilmişdir?” sualları üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda, İddiaçı tərəfin vəsatəti əsasında 19 avqust 2021-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli mənzildə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı mübahisəli mənzilin giriş qapısının kilidi İddiaçı əlində olan açarla açılmışdır. Həmin mənzilə girişdə uzun dəhliz, giriş qapısı ilə üzbəüz dəhlizin sonunda sanitar qovşaq, giriş qapısından sağda 3 otaq, solda, yəni sanitar qovşağın yanında 1 otaq (mətbəx) yerləşir. Mənzil təmirsizdir. Giriş qapısının yanında, dəhlizdə hər biri 30 kq çəkidə "xxxx" MMC tərəfindən 2018-ci ildə istehsal edilmiş 15 kisə sement məhsulu var idi. İddiaçı həmin əşyaların onun tərəfindən 2019-cu il tarixdə mənzilə gətirildiyini bildirmişdir. Eyni zamanda, bu mənzilin evin bünövrəsi qazılan vaxtlarda mərhum anası tərəfindən alındığını və dəyərini təşkil edən 100 manat məbləğində pulu ödəməklə mənzilin giriş qapısının da onun mərhum anası tərəfindən quraşdırıldığını qeyd etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 mübahisəli mənzilin giriş qapısının kilidinin açarının Cavabdeh2 olduğunu, sement kisələrinin bu mənzilə Cavabdeh2 icazəsi olmadan və çox gümankı bir müddət əvvəl gətirildiyini, mübahisəli mənzilin hazırda Cavabdeh2 istifadə və sahibliyində olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş şahid X25 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mübahisəli mənzilin yerləşdiyi binada iki ildir ki, komendant vəzifəsində işləyir. Həmin binada yerləşən mənzillərin əksəriyyətinin sahibini tanıyır. Mübahisəli mənzilin sahibi kimi İddiaçı tanıyır. Belə ki, bu şəxsi həmin mənzilə bir neçə dəfə gəlib-gedən, habelə bir dəfə mənzilə sement kisələri yerləşdirən zaman görmüşdür. Cavabdeh2 cəmi bir dəfə, təxminən 1 il əvvəl 3-4 nəfərlə binaya gələndə görmüşdür. Həmin vaxt Cavabdeh2 mübahisəli mənzilin qapısının kilidini dəyişmişdir. Sonradan İddiaçı qapının kilidini bərpa etmişdir. Hazırda da mənzilin açarları İddiaçıdır. O, mənzilin yerləşdiyi bloka daxil olmaq üçün Cavabdeh2 açar verməmişdir. Tarix baxımından mənzilin kilidinin Cavabdeh2 tərəfindən dəyişdirilməsi İddiaçı tərəfindən mənzilə sement kisələrinin yerləşdirilməsindən sonra olmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanı inşa edən X1 olmuş, sonradan isə kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Mənzillərin alqı-satqısına dair müqavilələr də onun tərəfindən hazırlanırdı. Mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə bağlanmış müqavilə də X9 tapşırığına əsasən onun tərəfindən hazırlanmış, sonradan isə X15 tərəfindən imzalanmışdır. Cavabdeh2 inşa edilən binada mühəndis kimi fəaliyyət göstərmiş, lakin onun rəsmi olaraq bu vəzifəni tutub-tutmadığı barədə məlumatı yoxdur. Lakin Cavabdeh2 binaya sakin kimi gəlib-getdiyi xatırlayır. Cavabdeh2 X15 tərəfindən inşa edilən binalarda başqa mənzilə sahib olub-olmadığı barədə məlumatı yoxdur. Onun tərəfindən hazırlanan müqavilələr X15 tərəfindən imzalanırdı, həmin müqavilələrin hər hansı başqa şəxs tərəfindən imzalanıb-imzalanmaması barədə məlumatlı deyil. O, Cavabdeh2 qohumu deyil, onun tərəfindən bu işə götürülməmişdir. Cavabdeh2 X9 inşa etdiyi binalardan müqavilə əsasında hansı sayda mənzil alması barədə məlumatı yoxdur. X15 rəhmətə gedəndən sonra o, 2012-2016-cı illərdə Cavabdeh1 ilə işləmiş və Cavabdeh2 mübahisəli mənzilin yerləşdiyi binada az görmüşdür. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2009- 2014-cü illərdə X15 tərəfindən inşa edilən binada iş icraçısı olmuşdur. Cavabdeh2 da həmin binada mühəndis kimi fəaliyyət göstərmişdir. Mübahisəli mənzilin yerləşdiyi binada təmir işləri 2013-cü ildə başlamış, 2014-cü ildə həmin binada təxminən 10-15 ailə yaşamışdır. Həmin mənzilin qapısını Cavabdeh2 oğlu quraşdırmış, həmin vaxt Cavabdeh2 orada olmamışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq, Cavabdeh2 ilə tələbə yoldaşı olduğunu və onun işə qəbul olunması ilə bağlı təqdimatın Cavabdeh2 tərəfindən verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən təmin edilmiş şahid X21 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 oğludur. Cavabdeh2 X9 yanında işləmişdir. Mübahisəli mənzil onun atası tərəfindən alınmış və 2012-2013-cü illərdən başlayaraq, o, 2-3 aydan bir həmin mənzilə baş çəkmişdir. Mənzilin giriş qapısı 2009-cu və ya 2010-cu illərdə onun tərəfindən quraşdırılmış, həmçinin onun tərəfindən mənzilin daxilində olan divarda hörgü işləri aparılmışdır. Lakin bu işləri həyata keçirən fəhlələri xatırlamır. Mənzilin yerləşdiyi binada komendant kimi fəaliyyət göstərən şəxsi tanımır. Mənzilin yerləşdiyi blokun giriş açarını əvvəlki komendantdan onun dəyərini ödəməklə almışdır. X15 tərəfindən Bakı şəhəri Xətai rayonu ərazisində inşa edilmiş digər binada onun adına mənzil mövcuddur. Lakin həmin mənzil onun yeznəsi ilə bacısına məxsusdur. Sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. Həmin binada onun digər yeznəsinə məxsus olan mənzildə mövcuddur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 kürəkənidir, 14 ildir artıq həmin ailənin üzvüdür. Mübahisəli mənzilə təxminən 3-4 ilə yaxın müddətdir ki, yəni 2017-ci ildən gedib gəlir. Mənzil 5-ci və ya 6-cı mərtəbədə yerləşir. Həmin mənzilin giriş qapısını onun yeznəsi X21 quraşdırmışdır. Həmin vaxt onu yanında olmamış, lakin bunu dəqiq bilir. Mənzildə hər hansı başqa işlərin görülməsi, habelə mənzilə sement kisələrinin yerləşdirilməsi barədə məlumatı yoxdur. X15 tərəfindən inşa edilmiş binada yerləşən mənzildə yaşayır. Həmin mənzili başqa bir şəxsdən almışdır. Həmin binada yaşayan onun bacanağı isə öz mənzilini X6 almışdır. 2009-2010-cu illərdə o da X15 tərəfindən inşa edilmiş binada bir müddət iş icraçısı kimi fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirakı ilk iddia üzrə Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X22 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 qardaşıdır və Rövşən Rüstəmovun qaynı olmuşdur. Rövşən Rüstəmov tərəfindən inşa edilmiş binalarda iş icraçısı olmuş və bir sıra mənzillərin alqısatqısına dair müqavilələr onun tərəfindən imzalanmışdır. Əsasən müqavilələrin tərtib edilməsi ilə X12 məşğul olmuşdur. Onu vaxtı ilə Cavabdeh2 işə götürmüşdür. Mübahisəli mənzilin Cavabdeh2 satılmasını və onun həmin mənzilə sahiblik etməsini xatırlamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilk müqavilə tarix etibarı ilə iddiaçının anası X16 ilə bağlanmışdır. Bununla da, “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X9 həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X11 təhvil verilməsi öhdəliyi əmələ gəlmiş, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X8 istifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Bununla da həmin mənzillə bağlı Cavabdeh2 ilə X15 arasında yalnız X8 razılığı əsasında hazırda mübahisələndirilən (05 noyabr 2006-cı il tarixli) müqavilə bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilənin bağlanmasına onun razılığı olmamışdır. Nəticə etibarı ilə X15 ona artıq hər hansı aidiyyəti olmayan və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən X11 təhvil verilməli olan mənzillə bağlı Cavabdeh2 ilə müqavilə bağlamışdır (əgər reallıqda bağlamışdırsa). Bu da öz növbəsində 05 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız olmasını hüquqi baxımdan şərtləndirir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı həm İddiaçı (anasına münasibətdə), həm də Cavabdeh2 mənzilin məhz ona təhvil verildiyini bildirir və hər ikisi ilk olaraq mənzildən istifadə və mənzilə sahiblik etməyə başladığını qeyd edir. Lakin Cavabdeh2 bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir, mənzilə mütəmadi olaraq baş çəkdiyini, mənzilin giriş qapısının onun tərəfindən quraşdırıldığını bildirsə də bu halı sübuta yetirə bilmir. Onun mənzilə hər hansı aidiyyətinin olmasını təsdiq edən hal isə 30 iyun 2020-ci il tarixinə aiddir. Belə ki, həmin vaxt o, Bakı şəhəri Baş Polis İdarəsinə şikayət edərək, mübahisəli mənzilin giriş qapısının kilidinin dəyişdirildiyini bildirmişdir. Halbuki, həmin mənzilin (mənzilin giriş qapısının kilidinin açarının) bu şikayətdən əvvəl onun istifadə və sahibliyində olmasını, o cümlədən 2020-ci ilin aprel ayında onun mənzildə olmasını təsdiq edən hər hansı sübut yoxdur. Əksinə yerində müayinə zamanı mübahisəli mənzilin giriş qapısının kilidinin X8 vərəsəsi olan (qızı) İddiaçı tərəfindən açıldığı və mənzilin dəhlizində onun tərəfindən mənzilə gətirilmiş (dediyinə görə 2019-cu ildə gətirmişdir) hər biri 30 kq çəkidə "xxxx" MMC tərəfindən 2018ci ildə istehsal edilmiş 15 kisə sement məhsulunun olduğu müəyyən edilmişdir. Bu da öz növbəsində mübahisəli mənzilin X8 (həmçinin, onun qızı İddiaçı) istifadə və sahibliyində olmasına dəlalət edir. Başqa sözlə, həmin mənzil Cavabdeh2 istifadə və sahibliyinə verilməmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmamışdır. Müqavilənin bağlanması tarixi baxımdan da həmin mənzilin X11 təhvil verilməsi öhdəliyi daha əvvəl əmələ gəlmişdir. Həmin müqavilənin də məhz “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X15 tərəfindən imzalandığı ekspert tədqiqatı ilə öz təsdiqini tapmışdır. Bu da öz növbəsində 11 sentyabr 2006-cı il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 05 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Digər tərəfdən birinci instansiya məhkəməsi ifadələri alınmış şahidlərlə bağlı düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X3 Elçin Səlim oğlunun oğludur, X2 Elçin Səlim oğlunun kürəkənidir, X4 isə Cavabdeh2 ilə tələbə yoldaşı olduğu və onun işə qəbul olunması ilə bağlı təqdimatın Cavabdeh2 tərəfindən verildiyi müəyyən edilmişdir. X22 isə Cavabdeh1 qardaşıdır. X17 isə mübahisəli mənzilin yerləşdiyi binada komendant və ya hər hansı vəzifədə işləməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən bu şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul edilmir. X5 2006-cı ildə bağlanmış müqaviləni 14 ildən sonra tam aydın şəkildə (cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixdə bu barədə ilk dəfə izahat vermişdir) xatırladığı bir halda, X15 ilə işləyən hər hansı başqa bir şəxsin, habelə həmin illərdə ümumiyyətlə rəsmiləşdirdiyi müqavilələrin tərəfləri barədə məlumat verməsi (xatırladığı ad və soyad) barədə suala cavab verməkdən imtina etməsi, Mülki-Prosessual Məcəllənin 62-ci maddəsinin tələbləri ona izah edildikdən sonra isə “yadımda deyil, xatırlamıram” cavabını verməsi onun da ifadəsini mötəbər sübut kimi qəbul edilməsini qeyri-mümkün edir. Digər tərəfdən mötəbər sübut kimi qəbul edilməsə də, şahid X21 onun tərəfindən mənzilin daxilində olan divarda hörgü işlərinin aparıldığını və mənzilin yerləşdiyi binada komendant kimi fəaliyyət göstərən şəxsi tanımadığını bildirir. Halbuki, 2012-2013- cü illərdən başlayaraq, 2-3 aydan bir həmin mənzilə baş çəkən bir şəxs kimi (özü qeyd edir) o, həmin vaxtdan bugünə kimi orada komendant kimi çalışan bütün şəxslərin, habelə ən azı birinin adını bilməyə sadəcə olaraq məcburdur. Belə ki, komendant bina ilə bağlı bütün, o cümlədən bloklarda giriş çıxışa nəzarət edilməsi, texniki, habelə təmir-tikinti işlərinin görülməsi, hətta liftlə tikinti materiallarının daşınmasına şəraitin yaradılması məsələlərində iştirak edir. Bu baxımdan bu müddət ərzində şahid X21 ehtimal nəzəriyyəsinin tələbləri baxımından, yəni təsadüfən ən azı bir dəfə bu şəxsi görməli və ya onunla ünsiyyətdə olmalı idi. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı X16 ilə 11 sentyabr 2006-cı il tarixdə, yəni daha əvvəl podrat müqaviləsi bağlandığından, həmin mənzilin dəyəri onun tərəfindən tam ödənildiyindən, mənzilin giriş qapısının açarının hazırda İddiaçı olduğundan, habelə mənzillə bağlı X16 tərəfindən müəyyən hərəkətlər edildiyindən bu mənzilə münasibətdə ilk olaraq məhz onun istifadə və sahiblik, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Bu səbəbdən “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X15 ilə Cavabdeh2 arasında 05 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli, 11 sentyabr 2006- cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan, 3 otaqlı, 80 nömrəli mənzili İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməlidir. İlk iddianın bu hissədə təmin edilməsi, hüquqi nəticə etibarı ilə qarşılıqlı iddianın rədd edilməsini şərtləndirir. Bu səbəbdən də iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, apellyasiya baxışı zamanı təqdim edilmiş doğum haqqında şəhadətnamə eləcə də nikahın bağlanması haqqında şəhadətnamədən İddiaçı xx.xx.2006-cı il tarixli müqavilənin tərəfi olmuş X7 qızı olması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərini təşkil edən 65.700 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə maliyyə arayışı təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4794/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4794/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver