Məhkəmə qərarları › İş №2(103)-4804/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4804/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4804/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixli 07/527- 2019 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 14171,58 manat, əsas borca hesablanmış faiz borcu 4429,72 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 120 manat pul və 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 18761,7 manatın (on səkkiz min yeddi yüz altmış yeddi manat, yetmiş qəpik) tutularaq İddiaçı ASCyə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 98925,0 (doxsan səkkiz min doqquz iyirmi beş) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılması və boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pulun cavabdehdən alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 500,0 manat məbləğində pulun cavabdehdən alınaraq "xxxx" MMC–nin (VÖEN **********, MuganBank progress filialı, KOD 512275 VÖEN ********** Müxbir hesab (AZ41NABZ********************) Cari Hesab (AZ37MUGA**********00274AZM70) hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanına göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən qətnamə icraya yönləndirilmiş və yalnız bundan sonra 25 may 2022-ci il tarixdə Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsindən xəbərdar olmuş və apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdən gec vermiş və müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-159/2022 saylı mülki işi üzrə 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar