Məhkəmə qərarları › İş №2(103)-4808/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4808/2025

22.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4808/2025 22.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-898/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş ünvan 1 ünvanda yerləşən 36 kv.m. sahəsi olan qeyri-yaşayış sahənin ona aid olan ½ hissəsinin iddiaçıya qaytarılması, həmin sahənin istifadə edilməsi nəticəsində 20.000 manat məbləğində cavabdehlər tərəfindən əldə edilmiş pulun, iddiaçıya məxsus olan Mercedes GL450 minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsindən əldə edilmiş və onun payına düşən 25.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh2 İddiaçı ilə X8 arasında bağlanmış nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və həmin iş (2(005)-406/2025 saylı) hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Hazırkı mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılması üçün məhz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan sözügedən iş üzrə qəbul ediləcək məhkəmə qərarı həlledici rol oynayır. Liza Kasuevanın iddiaçının qanuni nümayəndəsi kimi çıxış edə bilməsinin əsası İddiaçı həyat yoldaşı olmasıdır. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində gedən iş üzrə İddiaçı nikah bağlandığı tarixdə fəaliyyət qabiliyyətinin olubolmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən kompleks ekspertiza təyin olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-898/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair mülki iş üzrə icraat iddiaçı Cavabdeh2 X4rşı “nikahın etibarsızlığı” tələbinə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılana və iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret halları müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki- Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsi İddiaçı tərəfindən verilmiş, Liza Kasuyeva onu yalnızca təmsil edir. Cavabdehlər prosessual müddət qazanmaq üçün formal iddia qaldırmışlar. Gələcəkdə nikah etibarsız sayılsa belə İddiaçı qəyyumu kim olarsa o, da təmsil edər. Ona görə də, məhkəmənin icraatın dayandırılması barədə qərardadı tamamilə əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-898/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən xəstəliyi barədə bir sıra məlumatlar “Elektron Məhkəmə” informasiya sisteminə əlavə edilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-898/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır; 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Eyni zamanda, Plenum hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı Cavabdeh1 keçmiş əridir, onlar arasında xx.xx.1982-ci il tarixdə bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2327/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Digər iki cavabdeh isə iddiaçının qızlarıdır. İddiaçı sonradan X8 ilə nikaha daxil olmuşdur. Bundan sonra onun ərizəsi əsasında iddiaçı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Nərimanov Rayon İcra hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 185 saylı Sərəncamı ilə bu şəxs iddiaçının qəyyumu təyin edilmişdir. Hazırki iddiadan əvvəl iş üzrə Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə X8 arasında bağlanmış nikahın etibarsız hesab edilməsini tələb etmişdir. Həmin iddia icraata götürülmüş və hazırda məhkəmənin icraatındadır. Məhkəmə kollegiyası həmin işlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə X8 ilə nikah bağladıqdan bir neçə ay sonra sonuncu onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə məhkəmə tərəfindən təmin edildikdən sonra bu şəxs müvafiq qaydada iddiaçının qəyyumu təyin edilmişdir. Buna uyğun olaraq hazırki iddia da iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi baxımından məhz onun qəyyumu X8 vasitəsi ilə verilmiş, işdə onun nümayəndəsi qismində iştirak edən Vəkil2 etibarnamə də məhz onun tərəfindən verilmişdir. İş üzrə Cavabdeh2 da digər mülki iş üzrə iddiaçının (atasının) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas olan xəstəliyin onun ikinci nikahından da əvvəl mövcud olduğunu, X2 bu vəziyyətindən istifadə edərək, onunla nikaha daxil olduğunu, qısa müddət sonra isə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etdirməklə onun qəyyumu təyin edildiyini bildirərək, qeyd edilən nikahın etibarsız hesab edilməsini tələb edir. Həmin iddia əsaslı hesab edildiyi və nəticə etibarı ilə təmin olunduğu halda iddiaçı ilə X7 arasında bağlanmış nikah onun bağlandığı gündən etibarsız sayılacaq və X8 hüquqi nəticə etibarı ilə həmin gündən iddiaçıya münasibətdə “arvad” statusu olmayan şəxs sayılacaqdır. Halbuki, X8 məhz bu hüquqi vəziyyətinə söykənərək, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə müvafiq qaydada onun qəyyumu təyin edilmişdir. Başqa sözlə, həmin nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə onun bu statusuna da təsir etmiş olacaqdır. Qeyd edilənlər həmin mülki işə məhkəmədə baxılana və iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuş, şikayət əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-898/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar