Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4818/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə hesablanmış əmək haqqı və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-1720/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli 2749/20/K saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqı və 50000 manat vurulmuş mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixindən X11- Muğan Filialının satış nümayəndəsi vəzifəsində işləyir. İddiaçı işə qəbul olunduqdan sonra müəssisənin mənafeyini qoruyub, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərib, sığorta qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət edib, intizamlı, vicdanlı, doğruçu olub, əmək funksiyalarını yerinə yetirərkən bütün qüvvəsini əsirgəməyərək rəhbərliyin göstərişlərinə sözsüz tabe olmuşdur. Bundan əlavə olaraq, iddiaçı, ona tapşırılmış əmlakı qoruyub, iş prosesində olan bütün çətinlik və məhrumiyyətlərə mətinliklə dözüb, iş yoldaşlarına daim kömək edib və kommersiya sirrini ciddi surətdə qurumuşdur. İşlədiyi son dövrdə, yəni 2019-cu ilin son ayları X3 Xidmətinin direktoru Çingiz Məhərrəmov tərəfindən iddiaçı barəsində qeyri-qanuni yoxlamalara başlanılmışdır. İddiaçını qorxutmaq, qanunsuz etiraf almaq, törətmədiyi əmələ görə cəzalandırmaq məqsədilə Çingiz Məhərrəmov iddiaçıya güclü psixi iztirablar vermişdir. Bundan başqa, iddiaçı barəsində toplanılan və aparılan yoxlama sənədləri ilə tanış olmağına şərait yaradılmamışdır. Sonda qanunsuz və əsassız olaraq xx.xx.2020-ci il tarixli 2749/20/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrin məzmununda “əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə” və “xxxx” ASC-nin Şirvan-Muğan filialının satış müdiri Ə.Həsənovun təqdimatı, Təhlükəsizlik Xidmətinin direktoru tərəfindən verilən arayışa" əsasən işdən çıxmağı göstərilmişdir. xx.xx.2020-ci il tarixli 2749/20/K saylı əmrin məzmununa nəzər yetirdikdə görmək olar ki, işəgötürən əmək funksiyalarına aid olmayan (əmək müqaviləsində göstərilməyən) işləri sadalamış, elektron sistemdə olan hansısa naməlum gecikmələrə və qeyri-müəyyən sığortalıların ciddi narazılıqlarına istinad etmişdir. Əksi olaraq vurğulayır ki, Sığorta Şirkəti işəgötürənləri istehlakçılarla ədalətli rəftar etmir, sığorta hadisəsi ilə bağlı onların zərəri vaxtında və ədalətli qiymətləndirmir, sığorta tələbi üzrə sığorta ödənişini mümkün olan ən tez müddət ərzində ödəmir. Bununla bağlı, istehlakçıların haqlı narazılıqları yaranır və hazırda bir çox istehlakçının şikayətləri məhkəmə və Mərkəzi Bankın icraatındadır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1720/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Yasamal Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini aydın izah etməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə İsfəndiyar oğlu apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini qəbul etməyərək ona istinad etmişdir ki, əmlakın yanğından və digər əlavə risklərdən slğortası müqaviləsi üzrə AZ053247, sığorta məbləği 12500, sığorta haqqı 50, sığorta məbləği üzrə 7500 manat, sığorta haqqı 30 manat sistemə daxil edilib, AZ056490 sığorta məbləği qeyd edilməyib, sığorta haqqı 100 manat, sistemə daxil edilib sığorta məbləği 12500, sığorta haqqı 50 manat, AZ054362 sığorta şəhadətnaməsi buraxılmamışdır. AZ058624 sığorta şəhadətnaməsi buraxılmış, sonradan ləğv edilmişdir. Daşınmaz əmlakın icbari sığortası üzrə BA968814 sığorta məbləği 21990, sığorta haqqı 60 manat, sığorta məbləği 18055, sığorta haqqı 50 manat sistemə daxil edilmişdir. BB012687 sığorta məbləği 10822, sığorta məbləği 80 manat, sığorta şəhadətnaməsi buraxılmamışdır. BB 012502 sığorta məbləği 45285 (44285), sığorta haqqı 150 manat, azadolma 150, sistemə daxil edilmişdir sığorta məbləği 36110, sığorta haqqı 100 manat, azadolma 100 manat. Bunlarla bağlı iddiaçının izahatı alınmış, birinin səhv olduğunu, digərində sistem qəbul etməyib və s. kimi bəhanələr gətirilmişdir. X16 ilə AZ054362 nömrəli sığorta müqaviləsi bağlanmışdır. O, izahatında “Seymurun bu gun, yəni xx.xx.2019-cu il tarixdə ona 40 manatı geri qaytardı” qeyd etmişdir. xxxx tərəfindən İddiaçı barəsində araşdırma başlayandan sonra qaytarılmışdır. X12 bağlanan sığorta şəhadətnaməsinə diqqət yetirilsə sığorta müddətinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə olduğunu görmək mümkündür. Pul isə xx.xx.2019-cu il tarixdə qaytarılmışdır. Qeyd edilən sığorta müqaviləsi ümumiyyətlə sistemə daxil edilməmişdir. X2 Babayev ilə daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlamışdır. Sığorta şəhadətnaməsi BB012687 sığorta müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olmuşdur. Lakin yenə də sistemə məlumatlar daxil edilməmişdir. xxxx tərəfindən araşdırılma aparıldıqdan sonra bunu İlkin Əliyev öz izahatında İddiaçı xx.xx.2019-cu il tarixdə məlumatların sistemə daxil olması barədə söz verdiyini bildirmişdir. Bütün bunlar xxxx ASC-nin həmin regionda nüfuzuna mənfi təsir etmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs2 və «Azad İstehlakçılar» İB (AİİB) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən hazırki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə prosesində iştirak etmiş Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Sığorta Şirkətində mütəxəssis vəzifəsinə işə götürülmüşdür. İddiaçı məxsus əmək kitabçasından çıxarışdan görünür ki, Sığorta Şirkəti üzrə verilmiş xx.xx.2017-ci il tarixli əmrlə struktur dəyişikliyinə əsasən iddiaçının tutluğu “mütəxəssis” vəzifəsinin adı dəyişdirilərək “satış nümayəndəsi” adlandırılmışdır. Sonradan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Sığorta Şirkətinin xx.xx.2010-ci il tarixli 2749/20/K №-li əmri ilə əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, X13-Muğan Fililalının satış müdiri Ə.Həsənov təqdimatla X19 müraciət edərək göstərmişdir ki, 2019-cu ilin mart ayından sonra İddiaçı adında 510 azn debitor borc yarandığından rəhbərliyə məlumat verilərək, xx.xx.2019-cu il tarixində həmin borc barədə onun notarial qaydada təsdiq edilmiş ərizəsi alınaraq baş ofisə təqdim olunmuşdur. Eyni zamada həmin borcun ödənilməsi məqsədi ilə İddiaçı əmək haqqından tutulmaların aparılması üçün müvafiq ərizə də alınıb baş ofisə təqdim olunmuşdur. Bundan sonra, xx.xx.2019-cu il tarixində Füzuli rayon Bala Bəhmənli kəndində X10 məxsus ticarət obyektində baş vermiş yanğın zamanı məlum olmuşdu ki, həmin obyektə görə 200 manat sığorta haqqı göstərərək AZ senriyalı 053239 nömrəli şəhadətnaməni əl yazma yazıb təqdim etsə də, sistemə sonradan 40 manat daxil etmişdir. Bununla əlaqədar İddiaçı iş fəailyyəti araşdırılmış və aşağıdakı hallar aşkar olunmuşdur:
1. AZ 053247 50 manat blankda qeyd etməklə sistemə 30 manat vurmuşdur;
2. AZ 056490 100 manat blankda qeyd etməklə sistemə 50 manat vurmuşdur;
3. BA 968814 60 azn blankda qeyd etməklə sistemə 50 azn vurmuşdur.
4. AZ060990 500 manat blankda qeyd etməklə sistemə 400 manat vurmuşdur.
5. BB 012502 150 manat blankda qeyd etməklə sistemə 100 manat vurmuşdur.
6. AZ 054362 40 manat blankda qeyd etmiş, lakin həmin məbləği sistemə vurmamışdır.
7. BB 012687 30 azn blankda qeyd etmiş, lakin həmin məbləği sistemə vurmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmrin qanunsuz olmasını və həmin əmrlə hüquqlarının pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçının iddiası əsaslı deyil və rədd edilməlidir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hazırki mübahisənin həlli ilə bağlı əmək qanunvericiliyinin tələbləri baxımından qeyd edir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, bənd “ç”). Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və ya qanunla qorunan mənafelərinə ziyan dəymiş olsun (maddə 71, hissə 2). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, hissə 3). Əmək Məcəlləsinin 43-cü maddəsinin “e” bəndinə görə işçinin əmək funksiyası, əmək müqaviləsində mütləq göstərilməlidir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2749/20/K №-li əmin təsviri (giriş) hissəsindən satış nümayəndəsi vəzifəsində işləyən İddiaçı işdən azad olunmasının əsasları aşağıdıkı kimi göstərilmişdir: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f” bəndlərinin tələblərinə əməl etməməklə, əmək müqaviləsi ilə müəyyən olunmuş öhdəlikləri yerinə yetirməmiş, sığorta məhsullarının satışını həyata keçirərkən sığortalılara təqdim edilmiş sığorta müqavilələrində qeyd olunan sığorta haqqını və sığorta məbləğini daha yüksək yazmaqda ”Cavabdeh”-nın və İSB-nin sisteminə daha az məbləğdə sığorta haqqı və sığorta məbləği qeyd etmişdir, sığorta müqavilələrini həmin sistemə ciddi gecikmələr ilə daxil etmişdir, eyni zamanda bəzi hallarda sığorta müqavilələrini ümumiyyətlə sistemə daxil etməmiş və bununla sığorta haqlarının mədaxil edilməsini mümkünsüz etmişdir, sığortalıların ciddi narazılıqlarına səbəb olan kobud pozuntulara yol vermişdir ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir”. Apellyasiya baxışı zamanı təqdim olunmuş İddiaçı və cavabdeh Sığorta Şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 871/17 №-li əmək müqaviləsinin 3-cü maddəsinə əsasən işçinin əmək funksiyası müqavilənin ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatları ilə müəyyən edilir (maddə 3.1). Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyasının daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir (maddə 3.2). İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyalarını vaxtında, keyfiyyətlə yerinə yetirməsinə əməl etməlidir (maddə 3.3). Cavabdeh Sığorta Şirkətinin təqdim etdiyi Təlimatdan çıxarışdan görünür ki, “Satış nümayəndəsinin” vəzifə öhdəliklərinə aşağıdakılar daxildir: gündəlik olaraq təhkim edilmiş ərazidə müştərilərə sığorta xidmətlərini təklif edir; təhkim edilmiş ərazidə aktiv olaraq sığorta növlərinin satışını həyata keçirir; təhkim edilmiş ərazidə yaranan çatışmazlıqlar barədə satış menecerini məlumatlandırır; daimi olaraq müştərilərlə əlaqə saxlayır və vaxtı bitmiş sığorta müqavilələrini yeniləyir; müvafiq sığorta növləri üzrə sığorta bazasını daima təkmilləşdirir; digər sığorta məhsulları barədə müştərilərə məlumat verir və satışını həyata keçirir; daimi olaraq öz sığorta biliklərini və gündəlik işində ehtiyacı olan bacardıqlarını təkmilləşdirir; aid olduğu struktur bölmə daxilində vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında, dəqiq və tam yerinə yetirir. Beləliklə, işin halı kimi müəyyən edilir ki, İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli 2749/20/K №-li əmin təsviri (giriş) hissəsində iddiaçı tərəfindən pozulduğu qeyd olunan funksiyalardan hər hansı biri sonuncunun tutduğu “satış nümayəndəsi” vəzifəsi üzrə onun öhdəliyinə aid deyildir. Bundan başqa xx.xx.2020-ci il tarixli 2749/20/K №-li əmdə göstərilən funksiyalardan hər hansı birinin iddiaçı ilə əmək müqaviləsi bağlandıqdan sonra müqaviləyə daxil edilməsini təsdiq edən sübutlar da cavabdeh Sığorta Şirkəti tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin işdə olan izahatlardan görünür ki, Sığorta Şirkəti tərəfindən sığorta olunanlar X7, X18, X4, X1, X9, X16 verdikləri izahatlarda iddiaçı S.Bağayevə qarşı hər hansı şikayət və ya tələblərinin olmadığını göstərmişlər. İş üzrə müəyyən olunur ki, Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş sığorta məhsullarının satışının həyata keçirilməsi, bu vəzifədən irəli gələn digər vəzifələrin, o cümlədən sığorta müqavilələrində sığorta haqqının və sığorta məbləğinin qeyd olunması, həmin haqq və məbləğlərin Cavabdeh-nın və İSB-nin sisteminə daxil edilməsi iddiaçının nə əmək müqaviləsi, nə də Təlimat ilə nəzərdə tutulmuş əmək funksiyalarına aid olmamışdır. Belə olan halda cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı işdən çıxarılma barədə əmr verilərkən əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və nəticədə iddiaçı işdən qanunsuz olaraq azad edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunubolunmadığı da müəyyən edilməlidir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçının şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, uzun müddət həmin qurumda işləməsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə görə əgər işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnaməçıxarır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan xx xxxxxx 2020-ci il tarixli 2749/20/K №-li əmr ləğv edilməli, İddiaçı əvvəlki işinə- cavabdeh X13-Muğan Filialında satış nümayəndəsi vəzifəsinə bərpa edilməli, həmçinin İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçının “cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” barədə tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki işdə məhkəmə kollegiyası “mənəvi ziyan” tələbi ilə bağlı hesab edir ki iddiaçının “əmrin ləğvi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə hesablanmış əmək haqqının ödənilməsi” barədə tələblərinin təmin olunması onun pozulmuş hüquqlarının bərpa olunması üçün yetərlidir və bu hal mənəvi ziyanın tutulması tələbini kompensasiya edir. Ona görə də iddiaçının “mənəvi ziyanın tutulması” barədə tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası MPM-nin 384.0.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamə tamamilə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1720/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və sair tələbi barədə” iddiası qismən təmin edilsin. “xxxxxx” ASC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə verdiyi xx xxxxxx 2020-ci il tarixli 2749/20/K №-li əmr ləğv edilsin. İddiaçı “xxxxxx” ASC-nin Şirvan-Muğan Filialına satış nümayəndəsi vəzifəsinə bərpa edilsin və ona, xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov