Məhkəmə qərarları › İş №2(103)-4848/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4848/2024

27.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4848/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə oğlunun, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 Zamil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daşınar əşyaların təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1803/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185-də yerləşən 6 saylı mənzildə olan əmlakların Cavabdeh alınaraq ona verilməsi, həmin əmlaklar naturada olmadıqda onların dəyəri – 151.250 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi e- 2(005)-1803/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnamənin qəbul olunmasını bununla əsaslandırmışdır ki, tərəfindən əşyaların ona məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin məlum olduğu kimi mülki prosessual hüquq normalarının tələbinə uyğun olaraq iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Qətnamədən göründüyü kimi iddiaçı tərəfindən əşyaların ona məxsus olması ilə bağlı heç bir əsaslı sübut təqdim etməmişdir. İddiaçı iddiasında qeyd etdikləri tamamilə onun şəxsi mülahizələridir. Bundan əlavə, məhkəmə qətnamənin 4-cü səhifəsinin 7-ci abzatsında qeyd etmişdir ki, “cavabdeh ilə onun keçmiş həyat yoldaşı arasında nikahın pozulmasına və aralarında “əmlak bölgüsü” tələbi ilə bağlı mülki mübahisəsinin olmasına baxmayaraq, o, hazırki iddia ərizəsində göstərilən əşyalara mülkiyyət hüququnu mübahisələndirməmişdir”. Lakin, həmin əşyalar hər bir halda onun tərəfindən alınmışdır. Belə olan halda onların bölgüsü barədə Məhərrəmov Emilə qarşı iddia ilə məhkəməyə müraciət etməsi üçün heç bir zərurətin olmadığı açıq-aşkardır. Bundan əlavə, məhkəmə iddia ərizəsində qiyməti 17.000 manat olan “TV SAMSUNG QLED” (75 diaqonal) və 2 ədəd stulu tələb etsə də, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan məlum olmuşdur ki, ünvan 1 ünvanında qeyd olunan əşya mövcud deyil. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır. Lakin ümumiyyətlə icra məmurunun həmin əşyaları siyahıya alması onların iddiaçıya məxsus olub-olmamasını müəyyən etmir. Həmin əşyalar onunla onun keçmiş həyat yoldaşı Məhərrəmov Emilin birgə təsərrüfat apardığı müddətdə istifadə olunan əşyalardır və əşyaların siyahıya alındığı zaman mənzildə olması onların iddiaçıya məxsus olduğunu göstərən hal kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlardan əlavə olaraq, bildirir ki, məhkəmə mənzilin daha əvvəlki mülkiyyətçisini məhkəməyə dəvət etsə idi və ya mənzildə olan əşyaların istehsal tarixi barədə ekspertiza təyin etsə idi iddiaçın dediklərinin həqiqət olmadığı müəyyən olacaqdı. Nərimanov Rayon Məhkəməsi e- 2(005)-1803/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsində qeyd etmişdir ki, “əgər iddiaçı qeyd edilən əşyaların cavabdehdən alınaraq ona verilməsini tələb edirsə, onda ilk növbədə sübut etməlidir ki, həmin əşyalar ona məxsusdur”. Bundan sonra məhkəmə iddianın qismən təmin edilməsini iddiaçının evin köhnə sahibi tərəfindən təqdim edilən ərizəsi və onun apellyasiya şikayətində qeyd etdikləri ilə əsaslandırmışdır. Lakin, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı ilə bağlı sənədləşmə İddiaçı adına aparılmış olsa da, əslində bütün işləri görən Məhərrəmov Emil olmuşdur. Ümumiyyətlə, Rəsul-zadə X7 2018-ci ildə mənzili satarkən evdə əşya olmamışdır. Həmin əşyalarla bağlı ekspertiza təyin olunsa idi və onların istehsal tarixi müəyyən ediləcəkdi. X1 adından məhkəməyə təqdim edilən ərizənin onun tərəfindən imzalandığı da real deyil. “Mənzildən çıxarılma” ilə bağlı digər mülki işdə onun qeyd etdiklərinə gəldikdə isə, cavabdeh tərəfindən əşyaların və ya mənzilin məhz iddiaçıya aid olması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əşyaların ona məxsus olması barədə heç bir əsaslı sübutun təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən qanunsuz olaraq iddia qismən təmin olunmuşdur.

Apelyasiya baxışı zamanı verilən izahatlar

5. Məhkəmə kollegiyasnın iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1803/2023 saylı, 28 iyul 2023cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirərək, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iş üzə apellyasiya icraatna xitam verilməsinə etiaz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

7. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

8. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

9. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

10. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

11. Kollegiya Cavabdeh təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

12. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 təqdim etdiyi ərizədən görünür ki, o, 2(103)-4848/2024 saylı mülki iş üzrə verdiyi apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 13.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1803/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı Cavabdeh qarşı “daşınar əşyaların təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1803/2023 saylı, 28 iyul 2023cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar