Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4863/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3,Əliyev Fikrət Zakir oğluna, Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı hüquqi varisi Əlizadə Kamran Ziyad oğlunun, Həm cavabdeh, həm də üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000087 saylı, 05 noyabr 1998-ci il tarixli "Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 ünvanında 134 saylı pavilyonun yerləşdiyi 109,24 kv. metr torpaq sahəsini İddiaçı satın almış, torpaq sahəsi onun xüsusi mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00006160 saylı Çıxarışına əsasən ünvan 1 ünvanda, istifadədə olan 0,01369 ha torpaq sahəsində yerləşən 115,60 kv.m ümumi, 104,70 kv.m əsas, 10,90 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində 06 may 2006-cı il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********95 saylı 02 iyun 2016-cı il tarixli məktuban görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə idarəyə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadə olunur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
4. İddiaçı 14 iyul 2016-cı il tarixdə iddia ərizəsi ilə ilkin olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, cavabdehlərin həmin torpaqdan çıxarılması, maddi zərərin əvəzi olaraq 150000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində qoyulub.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən 115,6 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin, həmçinin həmin ünvanda sahəsi 109,24 kv.m olan 134 nömrəli pavilyon (torpaq sahəsinin) mülkiyyətçisidir. Hər iki daşınmaz əmlaka dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün 18 may 2016-cı il tarixdə DƏDRX-in Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə tərəfindən 02 iyun 2016-cı il tarixli məktubla cavab verilib ki, torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa edilib, bu səbəbdən ərizənin icrası mümkün deyil. Buna görə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində tikdiyi özbaşına tikinti sökülməli, cavabdehlər oradan çıxarılmalıdır. Bundan başqa, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini 2003-cü ildən etibarən bu günədək qanunsuz olaraq istifadə etdikləri üçün qanunsuz gəlir əldə etmiş və bununla da iddiaçıya zərər vurmuşlar. Həmin zərəri iddiaçı 150.000 manat həcmində qiymətləndirir. Eyni zamanda qanunsuzluq və ona qarşı edilmiş təzyiq nəticəsində iddiaçı dərin stress və sarsıntı keçirmişdir. Buna görə də bütün bu illər ərzində daimi müalicə alır və dəfələrlə xəstəxanalarda yatmışdır. Bununla əlaqədar ona dəymiş mənəvi zərəri iddiaçı 50.000 manat məbləğində qiymətləndirir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddələrinə istinad etmişdir.
7. İddiaçı ərizə verərək, yerli baxış zamanı qanunsuz tikilinin cavabdehlərin yaxın qohumu Cavabdeh2 istifadəsində olması müəyyən edildiyi üçün həmin şəxsin də cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
8. Cavabdeh2 iddiaya yazılı etiraz verərək onunla əsalandırmışdır ki, iddiaçı ilə 1999cu il tarixdən tanışdır. Həmin ildə inşasını başlayıb 2001-ci ildə başa çatdırdığı ünvan 4 ünvanda yerləşən tikilisinin yanında iddiaçının kiçik bir köşkü var idi və iddiaçı çox acınacaqlı vəziyyətdə tək yaşayırdı. Münasibətləri qonşu kimi çox yaxşı və səmimi olmuşdur. Cavabdeh həmin yerdə zəruri və rəsmi sənədlərə əsasən inzibati binanın tikintisini apararkən 2-ci mərtəbədən 1.40 metr həyətə çıxan balkonun altı hisəssi bərabərliyində 7 metr uzunluğunda 1 metr 40 sm enində olan torpaq sahəsinin üstündən daş hasar çəkilməsi ilə əlaqədar iddiaçının tələb və təklifinə əsasən 3000 ABŞ dollarını verib iddiaçı ilə razılaşaraq daş hasarı çəkmişdir. Cavabdeh iddiaçıya zəruri sənədləşmə aparılmasını məsləhət görsə də, iddiaçı həmin torpaq sahəsini cavabdehə verdiyini bildirmiş, iddiaçı da onun səmimiyyətinə inanmışdır. 2001-ci ildən inzibati bina və həmin torpaq sahəsində inşa edilən hasara bitişik qeyri-yaşayış sahələrindən istifadə edirlər. Aralarında bununla əlaqədar heç bir narazılıq, fikir ayrılığı olmamışdır. Hasar çəkildikdən sonra onlar istifadə etdikləri vaxtdan 17 il sonra aralarında heç bir narazılıq-münaqişə olmadan iddiaçı cavabdehə çox pul qazanmasını, müəyyən miqdarda ona hörmət etməli olmasını bildirmiş, cavabdeh qəbul etmədiyindən onunla arında narazılıq əmələ gəlmişdir. İddiaçı həmin torpaq sahəsində günü-gündən qeyri-qanuni tikililər apararaq, hətta ümumi həyətə giriş-çıxışı da bağlamışdır. İddiaçının bu özbaşınalığına son qoyan olmamış və iddiaçı müxtəlif saxta sənədlər əldə etmişdir. Həmin saxta sənədlər məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçıya qarşı istər cavabdehlər, istərsə də, digər şəxslər tərəfindən heç bir qeyri- qanuni hərəkətlərə yol verilməmiş, ona qarşı hər hansı formada təzyiq edilməmiş, hasarın çəkilməsi ilə əlaqədar şifahi razılaşaraq istədiyi 3000 ABŞ dollarım iddiaçıya vermişdir. İddiaçının özü cavabdehlərin çəkdiyi hasarın yanında həyətin giriş hissəsində olan qapını bu yaxınlarda götürmüş, özü üçün orada əlavə tikililər aparmışdır. İddiaçıya qarşı hər qeyri-qanuni hərəkətlərə, zorakılığa, münaqişəyə yol verilsəydi iddiaçı dərhal bu barədə inzibati orqanlara, məhkəməyə müraciət etmiş olardı. Bunların heç birinə yol verilmədiyindən iddiaçı da şikayətçi olmamışdır. İddiaçının 18 il bundan əvvəl tikilmiş və 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki şəxsdən tikintinin sökülməsi ilə bərabər, 150000 manat maddi, 50000 manat mənəvi ziyanın tutulmasını tələb etməsi əsassızdır, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizaları tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Ramin Quliyev)
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 iyun 2016cı il tarixli, **********95 saylı məktub əsasında İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə idarəyə edilmiş müraciətlə bağlı aparılan araşdırma zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadə olunması səbəbindən ərizənin icrası mümkün olmamışdır. Bu da göstərir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin sahədə özbaşına tikililər aparılmışdır. Həmin ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sağ tərəfində cavabdehlərə məxsus ticarət obyekti yerləşir. Mübahisəli torpaq sahəsi də iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin sağ küçəsində yerləşir və həmin ərazidə bir neçə girişdən ibarət ticarət obyekti inşa edilmişdir. Ticarət obyekti hazırda fəaliyyət göstərir və cavabdehlərin istifadəsindədir. Ona görə də iddiaçıya məxsus torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililər onların öz vəsaiti hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunması nəticəsində ona maddi ziyan vurulması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı yalnız "Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyini məhkəməyə təqdim edərək cavabdehlərin ona məxsus torpaq sahəsində qanunsuz inşa etdikləri 20 kv.metr sahəsi olan yüngül konstruksiyalı ticarət obyektinin icarə haqqının 21 sentyabr 2016-cı il tarix üçün 1000 manat təşkil etməsinə istinad etsə də, hazırki tələbin əsaslandırıldığı hallar üzrə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etmələri iddiaçıya maddi ziyan vurulmasına əsas ola bilməz. Belə ki, iddiaçı həmin dövrdən, yəni torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyi dövrdən hazırki vaxtadək hüququ pozulmasaydı torpaq sahəsinin zəbt olunmuş hissəsində hər hansı iş görərək gəlir əldə edə biləcəyi, əldə edə biləcəyi gəlirin məhz 150.000 manat həcmində olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı iddiasına münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı mülkiyyətinin başqa şəxsin qanunsuz sahibliyindən geri tələb edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından da bu tələbə iddia müddəti tətbiq edilə bilməz. Sözügedən maddi hüquq normasına görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ, 29-cu maddəsinin İ, İİ, İV-cü, Mülki Məcəllənin 21.2, 23, 152.1, 152.2, 157.2, 157.4, 180.1, 180.4, 384.0.4-cü, Torpaq Məcəlləsinin 84, 111ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildən etibarən ticarət üçün çox sərfəli yerdə yerləşən torpaq sahəsindən istifadə etmək hüququndan məhrum edilmiş, cavabdehlər isə həmin sahədə ticarət və xidmət obyektləri inşa edərək bu günədək küllü miqdarda pul qazanırlar. Həmin sahədə diş həkimi otağı, bərbərxana, telefon dükanı və Azərbaycan Beynəlxalq Bankının bankomatı yerləşir. Məhkəməyə təqdim etdiyi müstəqil qiymətləndirici şirkətin rəyinə əsasən cavabdehlər tərəfindən işlədilən ticarət obyektinin aylıq icarə qiyməti 1000 manat təşkil edir. Həmin obyekt mülkiyyətçinin özü tərəfindən işlədildiyi təqdirdə oradan daha da artıq pul qazanmaq olardı. Adı çəkilən ticarət obyektinin cavabdehlər tərəfindən 18 il ərzində işlədildiyi nəzərə alınarsa, cavabdehlər tərəfindən bu müddət ərzində ən azı 216000 manat pul vəsaitinin qazanıldığını müəyyən etmək olar. Cavabdehlər tərəfindən müəyyən təzyiqlər və hədə-qorxular vasitəsilə iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi və oradan illər ərzində istifadə edərək pul qazanmaları iddiaçının səhhətinə çox böyük zərbə vurub. Bu hadisələr baş verdikdən sonra onun ürəyində problemlər əmələ gəmiş və nəticədə 2002-ci ildə infarkt keçirmiş, halbuki ondan qabaq ürəyində heç bir problem olmamışdır. O vaxtdan bu günədək iddiaçı daimi müalicə alır və dəfələrlə xəstəxanalarda yatmışdır. Hər ay ən azı 300 manat dərmanlar üçün pul ödəyir. Xəstə olduğu müddət ərzində yalnız dərmanlara ödədiyi vəsait 50000 manatdan artıq təşkil edir.
14. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə cavabdehin izahatlarını təhrif edərək onlara əsaslanmış və qətnamədə qeyd etmişdir ki, guya cavabdeh iddiaçı ilə aralarında aparılmış razılaşmaya əsasən 3000 ABŞ dolları pulun müqabilində iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin istifadə olunmasını təsdiq etmişdir. Cavabdeh belə izahatlar verməmiş və təqdim etdiyi materiallara əlavə olunmuş etiraz ərizəsində 3000 ABŞ dolları pulun hasarın çəkilməsi məqsədilə verildiyini göstərmişdir. Məhkəmə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını yalnız onun izahatlarına əsasən müəyyən etmişdir. Məhkəmə iddiaçının ərizəsini rədd edən və onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edən DƏDRX-nin məktubunun məzmununa istinad edərək qeyd etmişdir ki, "göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin sahədə... tikililər aparılmışdır”. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, DƏDRX-nin Bakı şəhər İdarəsi iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almaqdan imtina etmişdir. Buna baxmayaraq, məhkəmə mülkiyyət hüquqlarını qeydiyyata alan və tanıyan orqanların səlahiyyətlərini həyata keçirərək, DƏDRX-in mülkiyyət hüququ üzrə qeydiyyata almaqdan imtina etdiyi torpaq sahəsinə iddiaçıya mülkiyyət hüququ tanımaqla qəbul etdiyi qətnamə ilə DƏDRX-nin səlahiyyətlərini artıq icra etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və ekspertiza rəyini, ümumiyyətlə, nəzərə almamış və onlara lazımi qiymət verməmişdir. İş mateiallarına əlavə olunmuş ekspert rəyindən və digər sənədlərdən, xüsusilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan müəyyən olunmuşdur ki, nəinki sökülməsi iddia edilən mübahisəli tikilinin iddiaçıya məxsus olan torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamış, hətta həmin torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıc aktı və kadastr planı da tərtib olunmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin həlli üçün bütün faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh2 nümayəndəsi vəsatət verərək, hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 direktoru olduğu "Saf” Kiçik Müəssisəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddiaçının adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarış və həmin qeyri-yaşayış binasının texniki pasportun ləğv edilməsi barədə iddia verdiyini bildirmiş və bu əsasla iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
18. Apellyasiya baxışı üzrə icraat dayandırılmışdır.
19. İcraatın dayandırıldığı müddət ərzində Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ilə "Saf” X1 iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-(103)- 28/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarı ilə isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ləğv edilərək, iddianın qismən təmin olunmaqla İddiaçı adına aparılmış qeydiyyat əsasında verilən xx.xx.2017-ci il tarixli Çıxarış və digər sənədlərin "Saf” KM-in faktiki torpaq sahəsi ilə üst- üstə düşən 21,56 kv.m hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Əlizadə Kamran Ziyad oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1249/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-(103)-28/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-233/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı "SAF” X1 apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2388/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
20. Hazırki iş üzrə icraat təzələndikdən sonra İddiaçı ölümü ilə əlaqədar olaraq oğlu Kamran Əlizadə iddiaçının prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi), Aytən Oruczadə, Rəşid Səmədov)
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı prosessual hüquq varisi Əlizadə Kamran Ziyad oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2254/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni inzibati iş üzrə alınmış ekspert rəyi ilə əsaslandıraraq göstərib ki, iddiaçı sökülməsini tələb etdiyi obyektin ona məxsus torpaq sahəsində yerləşdiyini sübut edə bilmədiyi halda ayrı-ayrı fiziki şəxslərə qarşı iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi inzibati iş üzrə alınmış 10/48 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş, "SAF” X1 faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m. ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşir. Göründüyü kimi, istər istinad edilən ekspert rəyində, istərsə də həmin rəyi tərtib edən ekspertin inzibati işdə rəylə bağlı verdiyi izahatında "SAF” X1 ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədinin olmaması, üstəlik, həmin sahənin xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilməsi qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi üçün gətirdiyi arqumentlər ziddiyyətli olmuşdur. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən yalnız inzibati işdə alınan rəyə istinad etmiş və nəyə görə bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Hər hansı əsaslandırma olmadan, texniki pasportun "Qeyd” hissəsi ilə bağlı məqama qiymət vermədən iddiaçının adına tərtib edilmiş mülkiyyət sənədi və texniki pasport qüvvədə ola-ola yalnız inzibati işdə olan ekspert rəyinə istinad etməklə iddianın rədd edilməsi nəticəsinə gəlmək əsaslı sayıla bilməz. Üstəlik, istinad edilən rəylərin məhkəmə iclasında tədqiq edilməsi, onlara MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələbi baxımından qiymət verilməsi də işdən görünmür. Bundan əlavə, Cavabdeh2 iddiaçıya hasar çəkmək üçün 3000 ABŞ dolları verməsini bildirsə də, işin bu halına da qiymət verilməmiş, həmin hasarın haradan çəkilməsi, nəyə görə məhz hasarın çəkilməsinə görə cavabdehin iddiaçıya pul ödəməsinə aydınlıq gətirilməmişdir. Başqa bir məsələ, iddia tələbi konkret fiziki şəxslərə qarşı yönəldiyi halda, "SAF” X1 hazırki işə aidiyyəti, həmin müəssisəyə məxsusluğu bildirilən torpaq sahəsinə dair hər hansı sənəd araşdırma predmeti olmayıb. Sadalanan mübahisəli hallar açıq qaldığı və onlara aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin də əsaslı olub-olmamasına qiymət verə bilmir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Təkrar məhkəmə iclasında iddiaçının hüquqi varisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, cavabdehlərdən ikisi Cavabdeh3 və Cavabdeh1 sökülməsini tələb etdiyi qanunsuz quraşdırılan obyektə hər hansı bir aidiyyətləri yoxdur. Atası tərəfidnən cavabdeh qoyulsalar da, onlar həmin yerdən istifadə etmirlər və onlara qarşı hər hansı bir tələbi yoxdur. Lakin Cavabdeh2 həmin obyektlərdən istifadə edir və buna görə də o həmin torpaq sahəsindən çıxarılmalı və sökülmədə onun hesabına həyata keçirilməlidir.
26. Təkrar məhkəmə iclasında həm cavabdeh, həm də üçüncü şəxs qismində cəlb olunmuş "SAF” X1 nümayəndəsi Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdilər. Əlavə olaraq bildirdilər ki, əvvəla həmin torpaq sahəsinin iddiaçı tərəfin mülkiyyətində olması müəyyən edilə bilməmişdir. Həmçinin həmin sözügedən torpaq sahəsi və quraşdırılan obyekt faktiki olaraq "SAF” X1 sahibliyində və istifadəsindədir. Həmin müəssisə tərəfindən istifadə edilir. O sadəcə həmin müəssisənin direktorudur. Fiziki şəxs olaraq həmin torpaq sahəsindən quraşdırılmış obyektdən istifadə etmir. Bu baxımdan onun fiziki şəxs kimi cavabdehliyi əsassızdır. Vəkil əlavə olaraq bildirmişdir ki, cavabdhlrə iddiya cavab verən şəxslər ola bilməz və onlar tərəfindən onların hesabına hər hnası bir tikilinin sökülməsinin üzərlərinə qoyulması prosessual pöozuntudur.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və Cavabdeh1 izahat verərək bildirdilər ki, onlar həmin torpaq sahəsindən və tikilidən istifadə etmirlər. Oraya ara bir gedib gəlirlər lakin hər hansı formada istifadə ilə bağlı əlaqələri yoxdur. İddiaçının özü də bunu təsdiq etmişdir. Lakin bildirirlər ki, həmin obyektlər və torpaq sahəsi "SAF” X1 istifadəsindədir. Qətnamənin ləğv edilməklə onlara qarşı iddianın təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə iddiaçının apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsinin, cavabdehin apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinin xahiş olunduğunu nəzərə alıb, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə, prosessual hüquq normalarının tətbiqində də səhvə yol vermiş və bu səbəbdən qətnamədə ləğv edilməklə iddia tələbi təmin edilməməldir.
34. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
35. Hazırkı işin faktiki hallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000087 saylı, 05 noyabr 1998-ci il tarixli "Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 ünvanında 134 saylı pavilyonun yerləşdiyi 109,24 kv.metr torpaq sahəsini İddiaçı satın almış, torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00006160 saylı Çıxarışına əsasən ünvan 1 ünvanda, istifadədə olan 0,01369 ha torpaq sahəsində yerləşən 115,60 kv.m ümumi, 104,70 kv.m əsas, 10,90 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində 06 may 2006-cı il tarixdə qeydiyyata alınmışdır.
36. İddiaçı qeyd edilən sənədlərə istinadən ona məxsus 109,24 kv.metr torpaq sahəsində cavabdehlər tərəfindən tikili inşa edilməsi, bu səbəbdən hər iki əmlaka reyestrdən vahid çıxarış ala bilməməsini əsas göstərərək hazırki iddianı qaldırmışdır.
37. Bundan əlavə hazırki iş üzrə birinci instansiya məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi çıxdıqdan sonra iddiaçı olmuş İddiaçı adına ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 115.6 kv.m olan qeyri-yaşayış binasının və 0.010924 ha torpaq sahəsinin xüsusi mülkiyyəti kimi qeydə alınması barədə RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarış və həmin qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmiş, həmin çıxarış və texniki pasport "SAF” çoxsahəli kiçik müəssisəsi tərəfindən inzibati mühakimə icraatı qaydasında mübahisələndirilsə də, iddiası təmin edilməmişdir.
38. Kollegiya tərəfindən qanuni qüvvədə olan inzibati iş üzrə qərarda istinad edilən iş üzrə alınmış ekspert rəylərinin bu iş üçün əhəmiyyəti olduğundan həmi rəyləri, yəni torpaq sahəsi ilə bağlı, o cümlədən torpaq sahəsinin faktiki istifadəsinin kimin tərəfindən olması hissəsində nəzərə alınmasını zəruri hesab edir. Nəzərə alınmalıdır ki, inzibati iş üzrə alınmış 27 noyabr 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı istifadsində olan 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsi ilə "SAF” X1 faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşməsi müəyyən edilmişdir. Eyni zamanda 10/48 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş, "SAF” X1 faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m. ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşir. Belə müəyyn edilir ki, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 2.8x7,7=21,56 kv.m. ölçüdə olan hissəsinin "SAF” X1 faktiki istifadəsində olması qeyd edilib.
39. Göründüyü kimi, istər istinad edilən ekspert rəyində, istərsə də həmin rəyi tərtib edən ekspertin inzibati işdə rəylə bağlı verdiyi izahatında da "SAF” X1 ona məxsus qeyriyaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədinin olmamaqla faktiki istifadə etməsi qeyd edilmişdir.
40. Kassasiya instansiyası məhkəməsi də qərarında qeyd etmişdir ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni həmin inzibati iş üzrə alınmış ekspert rəyi ilə əsaslandıraraq göstərib ki, iddiaçı sökülməsini tələb etdiyi obyektin ona məxsus torpaq sahəsində yerləşdiyini sübut edə bilmədiyi halda ayrı-ayrı fiziki şəxslərə qarşı iddia qaldırmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş, "xxxx" X1 faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m. ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşir. İstinad edilən ekspert rəyində xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 2.8x7,7=21,56 kv.m. ölçüdə olan hissəsinin "xxxx" X1 faktiki istifadəsində olması qeyd edilib. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi inzibati işdə həmin rəyi verən ekspert Xəyyam İsgəndərov da məhkəmə iclasında dindirilərkən qeyd edib ki, iddiaçı "xxxx" X1 ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir. Göründüyü kimi, istər istinad edilən ekspert rəyində, istərsə də həmin rəyi tərtib edən ekspertin inzibati işdə rəylə bağlı verdiyi izahatında "xxxx" X1 ona məxsus qeyriyaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədinin olmaması, üstəlik, həmin sahənin xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilməsi qeyd edilmişdir.
41. Kassasiya instansiya məhkəməsinin qeyd etdikləri nəzərə alınaraq kollegiya qeyd edir ki, yeni apellyasiya baxışı zamanı da həmin sözügedən sökülməsi tələb edilən obyektin olduğu 2.8x7.7=21.56 kv.m. sahə "xxxx" X1 ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşir və sonuncu tərəfindən faktiki istifadə edilir. "xxxx" çoxsahəli kiçik müəssisəsi də işə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş və onun nümayəndəsi də həmin torpaq sahəsi və obyektdən müəssisə tərəfindən istifadə edilməsini bildirmişdir. Eyni zamanda iddiaçının hüququ varisi məhkəmə iclasında Cavabdeh2 başqa iki cavabdehi ümumiyyətlə həmin torpaq sahsinə və obyektə aidiyyətinin olmamasını, yalnız Cavabdeh2 qarşı tələbinin təmin edilməli olmasını bildirmişdir. Sonuncunun isə yalnız həmin müəssisənin direktoru olmaqla fiziki şəxs kimi həmin torpaq sahəsi və obyektdən istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, həmin mübahisəli torpaq sahəsi və obyekt faktiki olaraq "xxxx" X1 faktiki istifadəsində olması müəyyən edildiyindən hazırki iddia tələbinin iş cavabdeh kimi qoyulmuş fiziki şəxslərə qarşı yönəlməsi qanuni və əsaslı hesab edilə bilməz.
42. Belə olan halda cavabdehlər iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Prosessual qanunvericiliyin mənasına görə (§ 28, 29) isə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Bu baxımdan kollegiya hesab edir ki, hazırki iddia tələbi iddiaya cavab verməli olan subyektə qarşı yönəlmədiyindən onlara münasibətdə əsaslı hesab edilə və təmin oluna bilməz. Eyni zamanda kollegiya iddiaçının maddi və mənəvi ziyan tələbinə münasibətdə hesab edir ki, yuxarıda qeyd edilən əsasla qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma hissəsində iddia tələbi cavabdehlərin hazırki iddiaya cavab verməli olan şəxslər kimi qəbul edilməməsi əsası ilə təmin edilmədiyindən və bu tələblər də, əsas tələbə əlavə tələblər qismində çıxış etdiyindən, həmin tələblərdə təmin edilməməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.