Məhkəmə qərarları › İş №2(103)-4875/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4875/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4875/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-1028/2022 saylı 18 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə GTGK3207055A112 saylı müqaviləyə əsasən 8400.11 manat əsas, 1286.59 manat faiz borcu, cəmi 9686.70 manat pul vəsaitinin, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən isə 500 manat əsas, 70.03 manat faiz, cəmi isə 570.03 manat pul vəsaitinin və ödənilmiş 122.56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTGK3207055A112 saylı kredit müqaviləsinə əsasən ona illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 9195 manat məbləğində kredit verilmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 57 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə, Cavabdehin xx.xx.2021-ci il tarixə İddiaçı ASC-nə GTGK3207055A112 saylı kredit müqaviləsinə əsasən 8400.11 manat əsas, 1286.59 manat faiz, cəmi 9686.70 manat borcu, RED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən isə 500 manat əsas, 70.03 manat faiz, cəmi isə 570.03 manat yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1028/2022 saylı 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, GTGK3207055A112 saylı kredit müqaviləsinə əsasən 8400.11 manat əsas, 1286.59 manat faiz borcu, cəmi 9686.70 manat, xx.xx.2020-ci il tarixli, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən 500 manat əsas, 70.03 manat faiz, cəmi isə 570.03 manat məbləğində kredit borcu və ödənilmiş 122.56 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən müvafiq xüsusatları nəzərə almamışdır. Belə ki, iddiaçı öz ərizəsində göstərdiyi borc məbləği barədə heç bir araşdırma aparılmamış və dəqiq hesablanmamışdır. Odur ki, məhkəmə prosesi zamanı iştirak edə bilmədiyi üçün öz tələblərini mübahisələndirə bilmədiyindən işə obyektiv qaydada baxılmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1028/2022 saylı 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, GTGK3207055A112 saylı kredit müqaviləsinə və xx.xx.2020-ci il tarixli, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən məlum olur ki, Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9195 manat məbləğində, və 57 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olur ki, Cavabdeh 14 dekabr 2021-ci il tarixə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 8400.11 manat əsas, 1286.59 manat faiz borcu, cəmi 9686.70 manat, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 500 manat əsas, 70.03 manat faiz, cəmi isə 570.03 manat, ümumilikdə isə 10 256.73 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(Maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(Maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (Maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (Maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(Maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Maddə 448.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (Maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (Maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (Maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (Maddə 741) Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTGK3207055A112 saylı kredit müqaviləsinə və xx.xx.2020-ci il tarixli, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən məlum olur ki, Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9195 manat məbləğində, və 57 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat kredit verilmişdir. Bank müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş olsa da, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka xx.xx.2020-ci il tarixli, GTGK3207055A112 saylı kredit müqaviləsinə əsasən 8400.11 manat əsas, 1286.59 manat faiz borcu, cəmi 9686.70 manat, xx.xx.2020-ci il tarixli, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən 500 manat əsas, 70.03 manat faiz, cəmi isə 570.03 manat məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, GTGK3207055A112 saylı kredit müqaviləsinə əsasən 8400.11 manat əsas, 1286.59 manat faiz borcu, cəmi 9686.70 manat, xx.xx.2020-ci il tarixli, BRED2121286A112 saylı kredit xətti müqaviləsinə əsasən 500 manat əsas, 70.03 manat faiz, cəmi isə 570.03 manat iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində göstərilən hallar heç bir sübuta əsaslanmamaqla, yalnız formal mülahizələrdən ibarət olduğu üçün qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1028/2022 saylı 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1028/2022 saylı 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar