Məhkəmə qərarları › İş №2(103)-4879/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4879/2025

23.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4879/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4879/2025 (Açar sözlər: maneələrin aradan qaldırılması, fərdi yaşayış evindən çıxarılması və maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə5, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması, fərdi yaşayış evindən çıxarılması və maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 18/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əzizbəyov Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün İddiaçı Əliabbas qızına Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. xx.xx.1997-ci il tarixdə İddiaçı Abas qızının adına MH sariyalı 109742 nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Ünvan: Şüvəlan qəsəbəsi, 5/11 nömrəli ev, qeydə alma: 4 nömrəli reyestr kitabında 453-cü səhifədə, 30 nömrəli qeydəalma. Texniki pasportun reyestr nömrəsi: 30/1628, tarix - xx.xx.1997. Texpasportun “Torpaq sahəsi üzrə eksplikasiya” bölməsində torpağın həqiqi sahəsi 3.678,6 kv.m, tikinti altı sahəsi 678,3 kv.m, qrunt sahə 3.000 kv.m; “Sahələrin xarakteristikaları” bölməsində “A” tikilisi, yaşayış otaqlarının sayı 4, ümumi sahə 356,4 kv.m, yaşayış sahəsi 206,7 kv.m, köməkçi sahə 149,7 kv.m, açıq eyvan 127,5 kv.m göstərilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən Xırdalan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli **********58 saylı məktubda göstərilmişdir ki, ünvan 5 fərdi yaşayış evi Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 628/8 saylı və xx.xx.1997-ci il tarixli 891 saylı sərancamlarına, xx.xx.1997-ci il tarixli 2103 saylı forma 2 arayışına əsasən xx.xx.1997ci il tarixdə İddiaçı Əliabbas qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, İcra Hakimiyyəti (XDS, ZDS) və bələdiyyə tərəfindən verilən sərancamlar (qərarlar) Milli Arxiv İdarələrində saxlanıldığından, sərancamların (qərarların) sonradan dəyişiklik və ya ləğv edilməsi halları olduğundan, sözügedən topraq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə dəqiq məlumat verilməsi mümkün deyildir.

4. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********69 saylı, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sözügedən ünvana texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından, müraciətin təmin olunması mümkün olmamışdır.

5. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı Abas qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli **********21 saylı imtina məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi digər şəxsin adına “Torpaq sahəsinin plan ölçü”də qeyd olunan ərazidə yerləşir. Əlavə olaraq, tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxs tərəfindən istifadə olunduğundan, ünvana baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəsislərinə şərait yaradılmamışdır (torpaq sahəsi istifadənizdə deyil).

6. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsi İstintaq şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-30/2-11028/2023 **********28 saylı məktubda göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1997-ci il tarixdə İddiaçı Abas qızının adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinə dair arxiv qovluğunda Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 628/8 nömrəli xx.xx.1994-cü il tarixli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərancam və fərdi yaşayış evinə dair tərtib olunmuş layihə mövcuddur. İdarənin mütəxəssisləri tədqiqat obyektinə baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması məqsədilə qeyd olunan ünvanda olmuşlar. Lakin ünvana daxil olmaq mümkün olmadığından kənardan vizual baxış keçirilmişdir (mülk mübahisəlidir). Bu səbəbdən ünvanda dəqiq ölçü işləri və naturada araşdırma aparılmamışdır. Bundan əlavə olaraq bildiririk ki, təqdim edilmiş qeydiyyat vəsiqəsində qeyd olunan fərdi yaşayış evinin harada yerləşməsi, kim tərəfindən sökülməsi barədə vahid elektron kadastr bazasında məlumat yoxdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsi İstintaq şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-01/2-5462/2023 saylı məktubda göstərilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 628/8 saylı İddiaçı Abas qızına Şüvəlan qəsəbəsi, 5/11 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsi İstintaq şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-7936/2023 saylı məktubda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır və xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış tərtib olunmuşdur. Bakı şəhəri, Əzizbəyov (indiki ünvan 6 ünvanında olan fərdi yaşayış evi və onların yerləşdiyi 0,48 ha torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır və xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir.

9. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-ci il tarixli **********98 saylı məktubda göstərilmişdir ki, qeyd olunan ünvana iddiaçının nümayəndəsi ilə vizual baxış keçirilmişdir. Torpaq sahəsinə daxil olmaq mümkün olmadığından, texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparıması mümkün olmamışdır. İddiaçı Abas qızının iddia etdiyi sahə ümumi hasarlanmış (təxmini 9000,0 kv.m) sahəsinin 1200,0 kv.m hissəsidir. Sözügedən torpaq sahəsinə dair sənədlər təqdim edilmədiyindən, müraciətdə qeyd olunan sualların cavablandırıması mümkün olmamışdır.

10. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı Abas qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli **********72 saylı məktubda göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin (X;Y) naturada müəyyən edilməsi, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən mümkün olmamışdır.

11. Birinci instansiya məhkəməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Yerində müayinə protokolundan görünür ki, tərəflərin və yer quruluşu üzrə mütəxəssisin iştirakı ilə Bakı şəhəri Şüvəlan qəsəbəsi sahə 5/11 ünvanında yerində müayəinə zamanı mübahisəli (sonradan düzəliş edilərək: “naturada iddia olunan” qeydi əlavə olunmuşdur) torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir: 431735x – 4481162y, 431704x – 4481149y.

12. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-ci il tarixli **********40 saylı məktubda göstərilmişdir ki, iddiaçının nümayəndəsi və Xəzər rayon məhkəməsinin nümayəndələri ilə əraziyə vizual baxış keçirilmişdir. Sahəyə daxil olmaq mümkün olmamışdır. İddiaçı ümumi hasarlanmış (təxmini 9000,0 kv.m) sahəsinin 1200,0 kv.m hissəsinə iddia edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd edirik ki, texniki pasportdakı tikililər ortofotoda müşahidə edilmir. Həmçinin texniki pasportda ünvan rekvizitləri qeyd olunmayıb. Bu səbəbdən sözügegən sahənin ümumi hasarlanmış 9.000 kv.m torpaq sahəsinin bir hissəsi olub-olmamasını təyin etmək mümkün olmamışdır.

13. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3229/2025 saylı məktubla eyni məzmunda cavab verilmişdir.

14. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-ci il tarixli **********98 saylı məktubda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır. Həmçinin qeydiyyat barədə məlumat yoxdur.

15. 13.09.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, İddiaçı Əliabbas qızının xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək keçmiş Əzizbəyov rayonu İcra hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona 0,12 topaq sahəsi ayrılması, həmin topaq sahəsi naməlum şəxslər tərəfindən hasara alınaraq zəbt edildiyini bildirməsi və həmin şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməsi barədə yazdığı ərizə əsasında toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir.

16. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Şüvəlan İcra Hakimiyyəti Başçısının Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, iddiaçı X6 məxsus olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/1077 saylı və 4/30 saylı sahədə yerləşən 9000 kv.m-lik hasara alnmış ərazinin faktiki olaraq kimin sahibliyndə olub-olmaması haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur.

17. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********63 saylı məktubdan müəyyən olunur: - Bakı şəhəri Şüvəlan qəsəbəsi 5/10 saylı fərdi yaşayış evi keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 890 nömrəli sərancamına əsasən xx.xx.1997-ci il tarixdə X14 adına ilkin qeydiyyatdan keçmişdir; - Bakı şəhəri 7 saylı Dövlət notariat ofisinin notariusu N.Ə.Vədətov tərəfindən təsdiq olunmuş 2V/1-85 reyestr nömrəli xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə sözügedən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X31 və X15 adına qeydiyyatdan keçmişdir; - Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 011242 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Şüvəlan qəsəbəsi 5/10 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsi vahid əmlak olmaqla ümumi birgə mülkiyyət hüququ üzrə X31 və X15 adına qeydiyyatdan keçmişdir; - Bakı şəhəri Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, 57c saylı fərdi yaşayış evi keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 578 nömrəli xx.xx.2007-ci il tarixli sərancamına, 431 nömrəli xx.xx.2007-ci il tarixli forma 2 arayışına, X32, X16, X7 razılıq ərizəsi, eskiz layihəsi, A seriyalı 011244 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən xx.xx.2007-ci il tarixdə vahid əmlak olmaqla X12 adına ilkin qeydiyyatdan keçimişdir; - Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 4/1077 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 11 nömrəli xx.xx.1990-cı il tarixli qərarı əsasında, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 011241 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə, 2948 nömrəli xx.xx.2007-ci il tarixli forma 2 arayışına, X2 razılıq ərizəsinə, torpaq sahəsinin təsdiq edilmiş cizgisinə əsasən xx.xx.2007-ci il tarixdə X17 adına ilkin qeydiyyatdan keçmişdir; - Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 4/30 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 916 nömrəli xx.xx.1994-cü il tarixli sərancamı əsasında, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 011243 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə, 1723 nömrəli xx.xx.2007-ci il tarixli forma 2 arayışına, X26, X39, X8 razılıq ərizələrinə, torpaq sahəsinin təsdiq edilmiş cizgisinə əsasən xx.xx.2007-ci il tarixdə X23 adına ilkin qeydiyyatdan keçmişdir; - Bakı şəhəri 7 saylı Dövlət notariat ofisinin notariusu N.Ə.Vədətov tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli 4Ə/3-389, 4Ə/3-390, 4Ə/3-391 və 4Ə/3-392 reyestr nömrəli alqı-satqı müqavillərinə əsasən sözügedən ünvanlarda yerləşən fərdi yaşayış evləri və torpaq sahələri birləşdirilmiş, 0,48 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, 57c, sahə 5/10, 4/1077, 4/30 saylı fərdi yaşayış evi (vahid əmlak olmaqla) Cavabdeh3 adına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

18. Cavabdeh3 alqı-satqı müqavilələri: - xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi: X1 və X33 (mərhum X9 vərəsələri), Alıcı Cavabdeh3; predmet: xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən satıcılara məxsus Şüvəlan qəsəbəsi sahə 5/10-da mülkiyyətdə olan 0.119924 kv.m torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli 4 otaqlı, 206,7 kv.m yaşayış, 149,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi. 1 saylı Forma-arayışa əsasən torpaq sahəsi sənəd üzrə düzdür – zəbt yoxdur; - xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi: Satıcı X22 (etibarnamə əsasında Cavabdeh1 təmsil edib), Alıcı Cavabdeh3; predmet: xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən satıcıya məxsus Şüvəlan qəsəbəsi, 4/30 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsi, 1 saylı Forma-arayışa əsasən 0,32 ha artıq (zəbt) torpaq sahəsi aşkar olunub; - xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi: X3 (etibarnamə əsasında Cavabdeh1 təmsil edib), Alıcı Cavabdeh3; predmet: xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən satıcıya məxsus Şüvəlan qəsəbəsi Gülçülük sovxozu küçəsində mülkiyyətində olan 0.12 kv.m torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 6 otaqlı, 151,57 kv.m yaşayış, 189,17 kv.m köməkçi sahədən ibarət 57C nömrəli fərdi yaşayış evi. 1 saylı Forma-arayışa əsasən torpaq sahəsi sənəd üzrə düzdür – zəbt yoxdur; - xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi: X4 (etibarnamə əsasında Cavabdeh2 - Cavabdeh1 təmsil edib), Alıcı Cavabdeh3; predmet: xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən satıcıya məxsus Şüvəlan qəsəbəsi, 4/1077 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsi, 1 saylı Forma-arayışa əsasən 0,32 ha artıq (zəbt) torpaq sahəsi aşkar olunub;

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə DƏDRX-nin mütəxəssislərinin baxış keçirərək inventarlaşdırma işlərini aparmalarına yaradılan maneələrinin aradan qaldırılması, cavabdeh X24 Köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən çıxarılması, cavabdeh X34 tərəfindən qeyd edilən torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin boşaldılaraq ona geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdeh X18 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona (İddiaçı Əliabbas qızına) Şüvəlan qəsəbəsində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində inşa etdirdiyi fərdi yaşayış evinə dair hüquqları xx.xx.1997-ci il tarixdə qeydə alınaraq ona MH seriyalı 109742 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Ünvandakı ona məxsus torpaq sahəsinin üzərində evi ola-ola qaynı və onunla əlbir olan şəxsiyyəti ona bəlli olmayan şəxs tərəfindən torpaq sahəsi qonşu sahələrlə birlikdə ümumi hasara alınaraq zəbt edilmişdir. Hasar hündür olduğundan mülkiyyətində olan evin aqibətindən də məlumatsızdır. Həmçinin bildirir ki, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-ə də müraciət etmişdir. Lakin ona məxsus həmin torpaq zəbt edildiyindən DƏDRX-nin mütəxəssisləri ora baxış keçirərək inventarlaşdırma işlərini apara bilməmişlər. DƏDRX-dən ona ünvanlanan **********69 saylı, xx.xx.2022-ci il tarixli məktubda da sözügedən ünvana texniki baxış keçirtməyin və inventarlaşdırma işlərinin aparılmasının mümkün olmadığını bildirilmiş, göstərilən səbəbdən müraciətinin təmin edilməsi mümkün olmamışdır. Nəticə etibarilə hazırda qaynı və onunla əlbir olan şəxsiyyəti ona bəlli olmayan şəxs (və ya şəxslər) tərəfindən ona torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə qəsd vardır. Mülkiyyətinə münasibətdə həyata keçirilən bu hərəkət tamamilə qanunsuzdur və onu mülkiyyət hüququndan məhrum edir.

21. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək - köhnə Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinə DƏDKR-nin mütəxəssislərinin baxış keçirərək inventarlaşdırma işlərini aparmalarına yaradılan maneələrinin aradan qaldırılması, Cavabdeh3 Köhnə Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün idddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının sahibliyinə qaytarılması, həmin torpaq sahəsindən istifadə etməyi üçün mövcud olan bütün maneələrə Cavabdeh3 tərəfindən son qoyulması, ödənilmiş dövlət rüsumunun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz zəbt və istifadə edilməsi, əsasssız varlanma nəticəsində iddiaçının məhrum olduğu ümumi 612.000 (altı yüz on iki min) manat, həmçinin 612.000 (altı yüz on iki min) manat pulun illik olmaqla 5 %-i həcmində, yəni 520.200 (beş yüz iyirmi min iki yüz) manat miqdarında faiz olmaqla ümumilikdə 1.132.200 (bir milyon yüz otuz iki min iki yüz) manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-18/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

24. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı da iddiaçıya torpaq ayıran Xəzər (Əzizbəyov) rayon İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin yerdə quruluş sxemi olan plan-sxemi və kordinatları təqdim edilmədiyindən sahənin naturada yeri müəyyən edilə bilməmiş, mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmədiyindən, ekspertizanı keçirilməsi də bu səbəbdən baş tutmamışdır.

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi rəsmi məktuba əsasən, iddia edilən torpaq sahəsi üzrə elektron kadastr bazasında hüquq təsbit edən heç bir qeyd yoxdur. Həmin ərazi dövlət mülkiyyəti torpaqları kateqoriyasına daxildir və mübahisələndirilən sahə üzrə nə mülkiyyət, nə icarə, nə də istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır.

26. İddiaçı tərəfindən istinad edilən xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə ayrılan torpaq sahəsinin plan sxemi və ya fərdi yaşayış evinin texniki pasportunda kordinatları iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmədiyindən iddiaçının naturada iddia etdiyi torpaq sahəsinə subyektiv hüququ müəyyən edilməmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin naturada yerinə dair iddiaçı öz subyektiv hüquqlarını təsdiq edə bilmədiyindən torpaq sahəsinə mütəxissislərin baxış keçirilməsi üçün maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbi ilə çıxış etmək hüququ da olmamışdır.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.7, 153.1, 157.2, 157.4, 157.5, 157.8, 178.2, 1091.1, 1091.2, Torpaq Məcəlləsinin 66.2, 67, 68, Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 14.1, 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

29. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya Əzizbəyov Rayon İcra Hakimiyyətinin Baçşısının xx.xx.1994-cü il tarixli 628/8 nömrəli "Vətəndaşlara fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında" sərəncamı ilə Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra ona ayrılmış torpaq sahasində fardi yaşayış evi tikmək üçün istifadə etmiş, Şüvəlan qəsəbəsi, 5/11 nömrəli yaşayış evinə həmin 30/1628 nömrəli xx.xx.1997-ci il tarixində texniki pasport əldə edilmişdir. Bundan sonra həmin yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1997-ci il tarixli 109742 nömrəli “Qeydiyyat Vəsiqəsi” ilə iddiaçı Muradova X35 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Hər iki sənəd deməyə kifayət qədər əsas verir ki, texniki pasport və qeydiyyat vəsiqəsi hələ Daşınmaz Əmlakın Dövlət reyesteri olmadığı zamanlarda “qeydiyyat vəsiqəsi” mülkiyyət hüquqlarının tanınması üçün hüquqi bir əsas idi. Çünki faktiki olaraq, iddiaçı ona məxsus əmlakdan istifa etmiş, fərdi yaşayış evi tikmiş və o dövr üçün kifayət edən sənədləşdirmə işlərini həyata keçirmişdir. Lakin ona daha sonra məlum olmuşdur ki, həmin ünvandakı ona məxsus torpaq sahəsinin üzərində evi ola-ola qaynı və onunla əlbir olan şəxsiyyəti ona bəlli olmayan şəxs tərəfindən torpaq sahəsi qonşu sahələrlə birlikdə ümumi hasara alınaraq zəbt edilmişdir. Hasar hündür olduğundan mülkiyyətində olan evin aqibətindən də məlumatsızdır. İddiaçının əmlakı üzərində öz istəyi ilə sərəncam vermək və istifadə etmək hüququ faktiki olaraq əlindən alınmış, mülkiyyət hüququ həyata keçirilə bilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, “qeyd olunan ünvana texniki baxış keçirmək və inventarlardırma işlərinin aparılması.......mümkün olmamışdır”. Məhz bu ifadə onu bildirir ki, sözügedən ünvanın müəyyən olmasına birbaşa dəlalət edir. Bundan əlavə olaraq, iddiaçıya məxsus sahənin özəlləşdirilmədiyi və özgəninkiləşdirilmədiyi, o cümlədən cavabdehlərin mülkiyyət sənədləri ilə əhatə olunmadığı müəyyən edilmişdir. Əks halda, DƏDKR yerli baxış üçün əməkdaşını göndərməz, sadəcə reyestr məlumatlarına əsaslanaraq bu sahənin başqasının mülkiyyətində olması səbəbilə iddiaçıya imtina verərdi. Bu fakt özünü DƏDKRnın xx.xx.2023-cü il tarixli məktubunda açıqca təsdiqlənir. Belə ki, məktubda qeyd edilir ki, “....sözügedən 0,12 ha torpq sahəsi dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir.“ Beləliklə, həmin orqanın torpağın dəqiq olaraq koordinatlar və s. baxımından harada yerləşdiyini müəyyən etmədən həmin məlumatı verməsi mümkün deyildir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 qeyd edilən məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

35. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

36.Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 38.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 39.Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 40.Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 41.Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 42.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 44.Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 45.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 46.Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 47.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 48.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 49.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 50.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 51.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 52.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

53. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 58.Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

59. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya baxışının hədləri

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

62. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

64. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 16 iyul 1994-cü il tarixli 628/8 saylı sərancamı ilə iddiaçı Muradova X40 Şüvəlan qəsəbəsində 5/11 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

65. xx.xx.1997-ci il tarixdə iddiaçının adına MH seriyalı 109742 nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmiş, ünvan olaraq Şüvəlan qəsəbəsi 5/11 nömrəli ev göstərilmişdir (4 nömrəli reyestr kitabında 453-cü səhifədə 30 nömrəli qeydəalma).

66. Texniki pasportun reyestr nömrəsi: 30/1628, tarix - xx.xx.1997. Texpasportun “Torpaq sahəsi üzrə eksplikasiya” bölməsində torpağın həqiqi sahəsi 3.678,6 kv.m, tikinti altı sahəsi 678,3 kv.m, qrunt sahə 3.000 kv.m; “Sahələrin xarakteristikaları” bölməsində “A” tikilisi, yaşayış otaqlarının sayı 4, ümumi sahə 356,4 kv.m, yaşayış sahəsi 206,7 kv.m, köməkçi sahə 149,7 kv.m, açıq eyvan 127,5 kv.m göstərilmişdir.

67. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 saylı arayışından da müəyyən olunur ki, ünvan 5 fərdi yaşayış evi Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 628/8 saylı və xx.xx.1997-ci il tarixli 891 saylı sərancamlarına, xx.xx.1997-ci il tarixli 2103 saylı forma 2 arayışına əsasən xx.xx.1997-ci il tarixdə İddiaçı Əliabbas qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

68. Beləliklə, müəyən olunur ki, iddiaçıya 1994-cü ildə Şüvəlan qəsəbəsində 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və o, həmin torpaqda yaşayış evi inşa edərək, 1997ci ildə adına qeydə aldırıb, həmin dövrdə mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsi almış, ünvanı 5/11 saylı ev kimi qeyd olunmuşdur. Aparılmış qeydiyyat hazırda da qüvvədədir.

69. Həmçinin müəyyən olunur ki, texniki pasporta görə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,3678 ha olsa da, qanuni əsaslarla ayrılmış torpaq sahəsinin ölçüsü 0,12 ha olmuşdur və iddiaçı da hazırkı tələbində məhz həmin sahənin mübahisəsini açmışdır. Odur ki, hazırkı mübahisənin predmetini (torpağa dair iddia tələbinin həcmini) iddiaçıya ayrılmış 0,12 ha təşkil edir.

70. O da müəyyən olunur ki, iddiaçının tələb etdiyi torpaq sahəsi Cavabdeh3 satılaraq hazırda mülkiyyətində olan 0,48 ha torpaq sahəsinin tərkibinə daxil deyil və dövlət mülkiyyəti torpağıdır (1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-ci il tarixli **********98 saylı məktub). Ona görə də hazırkı işdə inzibati orqanın qanunsuz hərəkətlərindən, yəni iddiaçya məxsus torpaq sahəsinin qanunsuz və əsassız olaraq Cavabdeh3 adına qeydə alınmasından söhbət getmir və mübahisə inzibati xarakterli deyildir.

71. İddiaçı (nümayəndəsi) izahatlarında bildirir ki, 2007-ci ildə həmin vaxt Mili Məclisin sədri vəzifəsində işləmiş Oqtay Əsədov həmin ərazidə torpaq sahələri alaraq özünə geniş əraziyə malik bağ evi inşa etmək qərarına gəlmiş və bu işi, yəni torpaq sahələrinin alınmasını yaxın dostu olan iddiaçının qaynı Cavabdeh1 həvalə etmişdir. Sonuncu bu məqsədlə onun da sənədlərini istəmiş, lakin o, razılaşmamışdır. Buna baxmayaraq, Fərhad bir neçə şəxslə, o cümlədən digər qaynı mərhum Rüstəm Muradovun arvadı mərhum Şəhla Muradovaya ayrılmış torpaq sahəsini və üzərindəki evi Oqtay Əsədovun arvadı – Cavabdeh3 satmışdır. Sonuncu bir neçə şəxslə alqısatqı etdikdən sonra onun sahəsi və evi də daxil olmaqla bütun ərazi (təxminən 1,5 ha) hasara alınmış və sonradan onun evi sökülmüşdür. Bunun müqabilində ona heç bir ödəniş edilməmişdir. Həmin dövrdə Oqtay Əsədovun vəzifəsindən qorxaraq heç yerə şikayət etməmiş, qaynı Fərhad da mübahisəni yoluna qoymamışdır.

72. İddiaçı tərəf həmçinin göstərir ki, mərhum Şəhla Muradova ilə ona ayrılmış torpaq sahələri bitişik olmaqla qonşuluqda yerləşmiş və hər ikisi də eyni layihə üzrə ev tikdirərək, 1997-ci ildə adlarına qeydə aldırmışlar. Şəhla Muradovanın vərəsələri ilə alqı-satqı müqaviləsi bağlansa da onunla heç bir rəsmiləşmə işləri aparılmamış, torpağı və evi heç bir əsas olmadan zəbt olunmuşdur. “Google Earth” proqramı vasitəsi ilə baxdıqda, 2002-ci ilin məlumatında həm onların, həm də Şəhla Muradovanın evi bitişik sahələr olmaqla görünür. Lakin, artıq 2009-cu ilin məlumatlarında hər iki evin söküldüyü müəyyən olunur.

73. Hazırda iddiaçı 0,12 ha torpaq sahəsinə DƏDKR-nin mütəxəssislərinin baxış keçirərək inventarlaşdırma işlərini aparmalarına yaradılan maneələrinin aradan qaldırılması, Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının sahibliyinə qaytarılması, həmin torpaq sahəsindən istifadə etməyi üçün mövcud olan bütün maneələrə Cavabdeh3 tərəfindən son qoyulması, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz zəbt və istifadə edilməsi, əsasssız varlanma nəticəsində iddiaçının məhrum olduğu ümumi 612.000 manat, həmçinin 612.000 manat pulun illik 5 % həcmində, yəni 520.200 manat miqdarında faiz olmaqla ümumilikdə 1.132.200 manat pulun Cavabdeh3 tutulmasını tələb edir.

74. Cavabdeh3 (nümayəndəsi) isə iddianı qəbul etmir və bildirir ki, iddiaçıya məxsus yaşayış evini və torpaq sahəsini almamış, nə də zəbt etməmişdır və həmin əmlaklar onun həyətyanı sahəsinə daxil deyildir. Həmçinin iddiaçının evini o, sökməmişdir.

75. Sonuncu apelyasiya baxışında Cavabdeh3 nümayəndəsi-vəkili vəsatət verərək, mübahisəli torpaq sahəsinin naturada harada yerləşməsini, həmin sahənin cavabdehin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini, düşdüyü təqdirdə həmin sahədə olmuş evin nə vaxt sökülməsini aydınlaşdırmaq məqsədilə iş üzrə təkrar tikintitexniki eskpertizasının təyin olunması barədə vəsatət verilmiş, lakin təmin olunmamışdır.

76. Kollegiya ona görə belə nəticəyə gəlmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən dəfələrlə mübahisəli torpaq sahəsinin yerini müəyyən etmək üçün bütün hüquqi vasitələrdən istifadə olunmasına baxmayaraq (məhkəmə ekspertiza təyin etmiş, yerində baxış keçirmiş, mütəxəssis vasitəsi ilə torpağın koordinatlarını müəyyən edərək, heç olmasa həmin koordinatlar əsasında mütəxəssis rəyi verilməsinə cəhd etmiş, çoxsaylı yazışmalar aparmışdır), cavabdeh tərəf heç bir halda istifadəsində olan həyətyanı sahəyə baxış keçirilməsinə imkan verməmiş, 1 saylı Bakı Ərazi İdarəsi isə formal olaraq bunu əsas gətirərək rəy verməkdən imtina etmiş, məhkəmənin təqdim etdiyi koordinatlar əsasında rəy veməkdən də yayınmışdır.

77. Qanunun tələbinə görə isə tərəf ekspertizanın keçirilməsinə mane olduqda, məhkəmə ekspertiza təyin olunan faktı təsdiq və yaxud rədd edilmiş hesab edə bilər (MPM 97.5 m.)

78. Halbuki, hazırkı işin obyektiv həlli baxımından 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri yerində baxış keçirmədən də rəy verə bilərdilər. Belə ki, hüquq müəyyənedici sənədlərdən göründüyü kimi, iddiaçı ilə mərhum eltisi Şəhla Muradovaya ayrılmış torpaq sahələri bitişik olmaqla qonşu sahələrdən ibarət olmuş (5/11 və 5/10) və sonuncu da həmin sahəni Cavabdeh3 satmışdır və hazırda 5/10 saylı torpaq sahəsi sonuncunun adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır (1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********63 saylı məktub). 5/10 torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınması üçün isə onun yerində koordinatları müəyyən olunmalı idi. Buradan da belə aydın olur ki, 5/10 saylı sahənin dəqiq harada yerləşməsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə məlumdur və həmin koordinatlar nəzərə alınmaqla iddiaçıya məxsus 5/11 saylı torpaq sahəsinin dəqiq harada yerləşməsini müəyyən etmək heç bir çətinlik yaratmamış, lakin rəy almaq mümükün olmamışdır.

79. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən reyestr orqanına sorğu verilmiş, lakin idarədən sorğuya verilən xx.xx.2024-cü il cavab məktubunda qeyd edilmişdir ki, texniki pasportda qeyd edilən tikililər ortofotoda müşahidə edilmir. Həmçinin texniki pasportda ünvan rekvizitləri qeyd edilməmişdir. Bu səbəbdən sözügedən sahənin ümumi hasarlanmış 9000.0 kv.m torpaq sahəsinin bir hissəsi olubolmamasını təyin etmək mümkün olmamışdır (halbuki, əvvəlki cavablarda iddia olunan 0,12 ha sahənin 9.000 kv.m sahənin daxilində olması, lakin şərait yaradılmaması səbəbindən baxış keçirilməsinin mümkün olmaması bildirilmişdir).

80. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə mütəxəssisin iştirakı ilə yerində müayinə aparılmışdır. Müayinə zamanı mütəxəssis X28 tərəfindən iş üzrə tərəflərin iştirakı ilə iddia olunan daşınmaz əmlakın koordinatları naturada 431735X- 4481162Y, 431704X-4481149Y kimi müəyyən edilmişdir.

81. Apellyasiya icraatı zamanı iddia edilən torpaq sahəsinə aid peyk görüntüləri “Google Earth” proqramı vasitəsi ilə tədqiq edilmişdir. xx.xx.2002-ci il tarixə aid görüntülərdən müəyyən olunur ki, iddiaçıya məxsus olduğu iddia edilən ərazidə eyni layihəli yanaşı iki fərdi yaşayış evi inşa edilmişdir.

82. İddiaçının nümayəndəsi bildirmişdir ki, həmin evlərdən biri onların, yəni 5/11 saylı ev, digəri isə mərhum Şəhla Muradovanın, yəni 5/10 saylı evdir. Həmin evlər tamamilə eyni layihə üzrə inşa edilmişdir, ona görə də hər iki evin texniki paportundakı parametrlər müqayisə edildikdə, bütün sahələrin (yaşayış, köməkçi və s.) birə-bir eyni ölçüdə olması müəyyən olunur, sadəcə onların sahəsində hovuz olduğu halda, Şəhla Muradovanın sahəsində hovuz inşa olunmamışdır ki, bu fərqi də texniki pasportlardan seyzmək olur.

83. “Google Earth” proqramı vasitəsilə tədqiqat zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsinin göstərdiyi fərdi yaşayış evi həqiqətən də iddiaçıya, qonşuluqda olan ev isə mərhum Şəhla Muradovaya məxsus evlərdir. Həmin ərazidə üç qardaş torpaq alıb ev tikmişlər, iddiaçının adına olan torpaqda iddiaçının əri İskəndərin, ona bitişik Şəhlanın əri Rüstəmin, iddiaçının qarşısında isə Fərhadın evləridir. Fərhadın evinin alt tərəfdəki yarımçıq tikili isə onun tikilisi olmuş, lakin o, həmin tikilini bir generala satmış, sonradan da həmin sahə Cavabdeh3 satılmışdır.

84. İddiaçının nümayəndəsi aydınlıq gətirərək bildirmişdir ki, həqiqətən eyni ərazidə üç qardaş ev tikmiş, əmisi (iddiaçının qaynı) Fərhadın evi X12, Cavabdeh2 torpağı isə X19 adına sənədləşdirilərək Cavabdeh3 satılmışdır.

85. 04.09.2009-cu il tarixə aid görüntülərdən artıq həmin evlərin söküldüyü və ərazinin boş sahə kimi Cavabdeh3 evinin həyətyanı sahəsinə aid oluduğu müəyyən olunur.

86. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən, 2002-ci və 2009-cu illərə dair ortofoto görüntülər təqdim edilməklə, göstərilən hallara dair birinci instansiya məhkəməsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə həmin halları araşdırmamış və qətnamədə onlara heç bir qiymət verməmişdir (c.3, i.v. 103).

87. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Nümayəndə5 İskəndən qızı müraciət edərək, nümayəndəsi olduğu anası İddiaçı Əliabbas qızına seriya MH 109742 nömrəli xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuş Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ərazisində 5/11 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, həmçinin qonşuları olmuş X10 (X31) və X20 məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilib bu barədə mütəxəssis rəyi verilməsini xahiş etmişdir.

88. Müraciət ərizəçinin iştirakı ilə yerində araşdırılmış, sözügedən fərdi yaşayış evinə dair tərtib olunmuş 30/1628 saylı xx.xx.1997-ci il tarixli Texniki pasporta əsasən “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşmə zamanı müəyyən olunmuşdur ki, ünvan 12 ünvanda yerləşən, İddiaçı Əliabbas qızına və qonşularına məxsus olmuş fərdi yaşayış evləri və yerləşdiyi torpaq sahəsi “Google Yer” proqramının xx.xx.2002-ci il tarixli ortofoto görüntülərində mövcuddur. İddiaçı Əliabbas qızına məxsus evin və həyətyanı sahədə olan hovuzun ölçüləri Texniki pasportda göstərilən torpaq sahəsinin planındakı ölçülərlə eynilik təşkil edir. Həmin evin və qonşuluqdakı evlərin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir.

89. Rəyə torpaq sahəsinin yerləşmə cizgisi əlavə olunmuşdur (c.3, i.v. 147). Cizgidə İddiaçı Əliabbas qızı, X31 və X20 məxsus fərdi yaşayış evlərinin ortofoto görüntüsü və evlərin yerləşdiyi torpaq sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur.

90. İddiaçının torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki pasporta əsasən 0,3678 ha ölçülü sahə kimi müyyən olunmuşdur: X431767.6642 – Y4481064,5962; X431804,224 – Y 4481127,4356; X431760,4854 – Y4481152,8805; X431723,9273 – Y4481090,0411.

91. Diqqət yetirdikdə aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerli baxış zamanı mütəxəssisin müəyyən etdiyi döngə nöqtələrinin koordinatları ilə yuxarıda qeyd olunan koordinatlar arasındakı qismən uyğunluqsuzluq mütəxəssislər tərəfindən ölçülən torpaq sahəsinin ölçüsü ilə bağlıdır, yəni birinci halda 0,12 ha, ikinci halda isə 0,3678 ha ölçüsü olan sahələr ölçülmüşdür.

92. Kollegiya qeyd edir ki, 5/10 və 5/11 saylı evlərin texniki pasportlarında hər iki evin eyni vaxta tikilməsi, tamamilə eyni ölçülərə malik olması və s. bütün koordinatların eynilik təşkil etməsi səbəbindən, həmin evlərin bir sənəd əsasında qeydə alınması şübhə yaratıdığndan (sonradan bu məsələyə iddiaçının nümayəndəsi aydınlıq gətirmişdir; yuxarıda əks olunub), 1 saylı Bakı Ərazi İdarəsindən 5/10 saylı evin X31 və X25 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olmuş sənədlərin surəti tələb olunmuşdur. Həmin İdarədən məhkəməyə daxil olan 81 vərəqdən ibarət arxiv sənədləri təkcə 5/10 saylı evə yox, Cavabdeh3 əldə etdiyi digər ev və torpaq sahələrinə də aid olmuşdur. Maraqlıdır ki, həmin sənədlər arasında İddiaçı məxsus 5/11 saylı evə və torpaq sahəsinə dair sənədlər də yer almışdır. Müyyən olunur ki, digər mülkiyyətçilərlə alqı-satqı müqavilələri bağlandığı halda, iddiaçı ilə Cavabdeh3 arasında 5/11 saylı evə dair hər hansı əqd bağlanmamışdır.

93. 2002-ci il və 2009-cu il tarixlərə aid ortofoto çəkilişləri (c.3, i.v. 103, 147), 5/10 və 5/11 saylı evlərin texniki pasportlarını (c.4. i.v. 63-65, 94-97) və Cavabdeh3 adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli texniki pasportu müqayisəli şəkildə təhlil etdikdə (c.4. i.v.43) müəyyən olunur ki, Cavabdeh3 adına olan texniki pasportda “A” tikilisi X11, “B” tikilisi isə X31 və X21 alınmış (5/10 saylı) yaşayış evləridir. “B” tikilisinin sağ tərəfindəki yer boş sahə kimi qeyd olunsa da, həmin sahə məhz iddiaçıya məxsus 5/11 saylı ev və onun həyətyanı torpaq sahəsidir.

94. Hazırkı vaxta aid ortofoto görüntülərdən aydın olur ki, mübahisəsi gedən sahə hazırda boş sahə kimi Cavabdeh3 həyətinə aiddir, lakin bunun üçün hər hansı hüquqi əsas müəyyən olunmur.

95. Cavabdeh3 (nümayəndələri) formal olaraq mübahisəsi gedən evi və torpaq sahəsini zəbt etmədiklərini bildirsələr də, nə bunu yoxlamaq üçün şərait yaratmış, nə də faktiki istifadəsində olan artıq sahənin yaranma səbəbləri barədə ağlabatan izahat vermişlər. Qeydiyyat orqanının rəsmi arayışlarından isə müəyyən olunur ki, cavabdeh 2007-ci ildə rəsmi qaydada 0,48 ha torpaq sahəsi əldə etsə də, elə həmin vaxtdan istifadəsindəki həyətyanı sahənin faktiki ölçüsü 0,90 ha təşkil etmişdir.

96. Kollegiya qeyd edir ki, cavabdehin dörd müqavilə üzrə əldə etdiyi ümumi torpaq sahəsinin ölçüsünə diqqət yetirdikdə, həmin sahənin təxminən 1,5 ha olduğu müəyyən olunur.

97. Belə ki, Cavabdeh3 hazırda mülkiyyətində olan daşınmaz əmlaka dair sənədlərin təsdiq edilmiş surətindən görünür ki, mübahisəli daşınmaz əmlakla bağlı 4 alqı-satqı müqaviləsi bağlanmışdır və sənədlərin içərisində olan 1 saylı Arayışlardan aydın olur ki, X1 və X33 (5/10 saylı ev) və X11 alınmış evlərin hər birinin həyətyanı torpaq sahəsi 0,12 ha olduğu halda, X22 və X13 alınmış torpaq sahələrinin ölçüsü sənəd üzrə 0,12 ha olsa da, hər birinin 0,32 ha zəbti də olmuşdur (c.4, i.v. 40, 94). Həmçinin iddiaçının da faktiki istifadəsində olmuş torpaq sahəsi 0,3678 ha olmuşdur. Həmin sahələrin ümumi ölçüsü isə 1,4878 ha təşkil edir (0,12+0,12+0,12+0,12+0,32+0,32+0,36).

98. Beləliklə kollegiya hesab edir ki, iddiaçıya məxsus yaşayış evi və torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir və iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Göstərilən nəticəyə gəlmək üçün hər hansı xüsusi biliyə ehtiyac yoxdur. Ekspert rəyi iş üzrə məhkəmə tərəfindən qiymətləndirilməsi tələb olunan sübut növlərindən biridir, Kollegiya isə hesab edir ki, işdəki sənədlər və aparılmış məhkəmə tədqiqatı nəticəsində ekspert rəyi olmadan da mübahisəni həll etmək mümkündür, xüsusi ilə də nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mütəxəssis rəyi vermək vəzifəsini daşıyan orqan bundan hər vəclə yayınır.

99. Digər tərəfindən, iddiaçı özü məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir və Kollegiya da həmin rəyi şübhə altına almaq üçün heç bir əsas görmür. Ona görə də cavabdehin nümayəndəsinin təkrar məhkəmə tikinti-texniki ekspertizası keçiriməsi barədə vəsatəti işə baxılmasının əsassız yerə yubadılması kimi qiymətləndirilmişdir.

100. Torpaq sahəsinin statusuna münasibətdə kollegiya qeyd edir ki, həmin sahəyə iddiaçının “mülkiyyətin gözləntisi” hüququ olduğundan, onun həmin torpaq üzərindəki hüquqları məhz mülkiyyət hüququ konteksində qiymətləndirilməlidir.

101. İddiaçının yaşayış evi Cavabdeh3 tərəfindən söküldüyündən həmin əmlakın eyni ilə (naturada) qaytarılması mümkün deyil, ona görə də evin sökülməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi tutulmalıdır.

102. Yaranmış vəziyyətdə iddiaçının qaynı Cavabdeh1 təqsirli olmasına münasibətdə kollegiya qeyd edir ki, bunun hazırkı işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Düzdür, Cavabdeh3 ilə bağlanmış dörd alqı-satqı müqaviləsinin üçündə Cavabdeh1 satıcıların etibarnamə üzrə nümayəndəsi qismində çıxış etmişdir, X31 və X33 da istintaqda verdiyi ifadələrində əmiləri Cavabdeh1 tərəfindən aldadıldıqlarını qeyd etmişlər və bu da onu göstərir ki, həmin əməliyyatlarda Cavabdeh1 bilavasitə maraqlı olmuş və ola da bilər ki, müəyyən maraq qarşılığından iddiaçının evinin zəbt edilib sökülməsinə razılıq vermişdir. Ancaq bütün bunlar Cavabdeh3 hərəkətlərinə haqq qazandırmır. Nəticə ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi və 0,12 ha torpaq sahəsi heç bir hüquqi əsas olmadan Cavabdeh3 tərəfindən mənimsənilərək hasara alınmış və sonradan yaşayış evi sökülmüşdür.

103. Digər daşınmaz əmlakların mülkiyyətçiləri ilə alqı-satqı müqavilələri bağlansa da iddiaçı ilə belə müqavilə bağlanmamışdır. Belə olan halda cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsini sahibliyində saxlaması və iddiaçının həmin sahə üzərindəki hüquqlarını həyata keçirməsinə maneçilik törətməsi qanunsuzdur. Odur ki, kollegiya iddiaçının torpaq sahəsinə münasibətdə maneçiliklərə son qoyulması və cavabdehin bu sahədən çıxarılması tələblərini Mülki Məcəllənin 157.4 və 157.8-ci maddələri baxımından haqlı hesab edir.

104. Kollegiya Əzizbəyov Rayonu İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün İddiaçı Əliabbas qızına Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinin 2007-ci ildə və hazırda bazar dəyərini, eləcə də MH seriyalı 109742 saylı Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı Abas qızının adına qeydə alınmış və onun tərəfindən inşa olunmuş ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin 2007-ci ildə və hazırda bazar dəyərini müəyyən etmək məqsədi ilə 04 noyabr 2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınmasını, rəyin verilməsini "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır.

105. "xxxx" MMC-nin MEB-401-1125 nömrəli 04 dekabr 2025-ci il tarixli hesabatında torpaq sahəsinin dəyəri 2007-ci il üçün 25.300 manat, hazırda 378.800 manat, fərdi yaşayış evinin 2007-ci il üçün dəyərinin isə 62.900 manat, hazırda isə 400300 manat təşkil etdiyi qeyd edilmişdir.

106. Tərəflər hesabatı şübhə altına alan hər hansı dəlil təqdim etməmiş, kollegiya tərəfindən də belə hal müəyyən edilməmişdir.

107. Belə olduqda kollegiya hesab edir ki, torpaq sahəsindən istifadə ilə bağlı yaradılan maneələr Cavabdeh3 tərəfindən aradan qaldırılmalı və o, həmin torpaq sahəsindən çıxarılmalıdır.

108. Bundan əlavə iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evinin əraziyə cavabdehin sahiblik etdiyi dövrdə sökülməsi iddiaçıya münasibətdə mülki hzüquq pozuntusu (delikt) təşkil etdiyindən bu əməl nəticəsində dəymiş zərərin əvəzi kimi hazırkı vaxta dəyəri olan 400.300 manat məbldəğində pul Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.

109. Kollegiya iddia tələbinin digər - cavabdehlər tərəfindən qanunsuz zəbt və istifadə edilməsi, əsasssız varlanma nəticəsində iddiaçının məhrum olduğu ümumi 612.000 (altı yüz on iki min) manat, həmçinin 612.000 (altı yüz on iki min) manat pulun illik olmaqla 5 %-i həcmində, yəni 520.200 (beş yüz iyirmi min iki yüz) manat miqdarında faiz olmaqla ümumilikdə 1.132.200 (bir milyon yüz otuz iki min iki yüz) manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi hissələrinə münasibətdə əsassız hesab edir.

110. Belə ki, iş materiallarındandan görünür ki, iddiaçıya məxsus olmuş torpaq sahəsi hazırkı qətnamə ilə onun mülkiyyətinə qaytarılır, fərdi yaşayış evinin dəyəri isə sökülən vaxt 62900 manat olduğu halda, kollegiya fərdi yaşayış evinin dəyərini hazırkı vaxta olan bazar qiyməti ilə cavabdehdən tutmaqla, iddiaçıya əsassız varlanma, illik 5% olmaqla əldən çıxmış fayda şəklində dəymiş zərər kompensasiya olunur və bununla da hər hansı əlavə pul tutulmasına zərurət qalmır.

111. Digər cavabdehlərə qarşı hər hansı tələb irəli sürülməmişdir.

112. Məhkəmə xərclərinə münasibətdə kollegiya hesab edir ki, iddiaçının çəkdiyi zəruri məhkəmə xərcləri Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş verdiyindən məhkəmə xərcləri Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.

113. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat, iddia tələbinin artırılmasına görə ödənilmiş 300 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 729 manat dövlət rüsumlarının əvəzi Cavabdeh3 tutularaq iddiaçı Muradova X40 ödənilməlidir.

114. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-18/2025 nömrəli mülki iş üzrə 12 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Bakı şəhəri Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə DƏDKR-nin mütəxəssislərinin baxış keçirərək inventarlaşdırma işlərini aparmasına Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılsın, Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılsın. Torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması, həmin torpaq sahəsindən istifadə etməyi üçün mövcud olan bütün maneələrə Cavabdeh3 tərəfindən son qoyulsun. Fərdi yaşayış evi söküldüyü üçün Cavabdeh3 onun hazırkı bazar dəyəri olan 400.300 manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat, iddia tələbinin artırılmasına görə ödənilmiş 300 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 729 manat dövlət rüsumlarının əvəzi Cavabdeh3 tutularaq iddiaçı Muradova X40 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar