Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4882/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «borcun, borcun əvəzinin ipoteka predmetlərinə yönəldilməsi və xərclərin əvəzi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-251/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «borcun, borcun əvəzinin ipoteka predmetlərinə yönəldilməsi və xərclərin əvəzi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki «İddiaçıbank» ASCnin (indiki İddiaçı BOKT ASC-nin) «Quba» filialından xx xxxxxx 2014-cü il tarixli, 333/14/PBQ №-li kredit müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə ev alınması məqsədi ilə 80000 manat borc almışdır. xx xxxxxx 2014-cü il tarixli, 333/14/PBQ №-li kredit müqaviləsinin təminatı olaraq; 1) Cavabdeh1 xüsusi mülkiyyətində olan, Ağsu şəhəri, Mirafət Cavadov küçəsi, 2-ci döngə, ev 2 ünvanda yerləşən 0,2679 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 2 nömrəli, 181,0 kv.m yaşayış sahəsi, 458.4 kv.m yardımçı sahədən, 639,4 kv.metr ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi, liter-B 1 mərtəbəli, 47,4 kv.m tövlə, Liter-C 1 mərtəbəli, 10,4 kv.m toyuq damı, Liter-D 1 mərtəbəli, 131,6 kv.m. sanitar qovşağı, Liter İ 150,5 kv.m. talvar, Liter İİ 41 kv.m. talvar, Liter İİİ 21,7 kv.m hasar,Liter İV və V darvazadan ibarət əmlaklar və Cavabdeh1 xüsusi mülkiyyətində olan, Ağsu şəhəri, Bakı-Qazax magistral şosse yolunun 157-ci km-də yerləşən 0,0945 ha torpaq sahəsi xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ №-li ipoteka müqaviləsinə xx.xx.2014cü il tarixli, 2 №-li əlavə ilə, 2) Cavabdeh2 xüsusi mülkiyyətində olan, Quba şəhəri, G.Əsədov küçəsi, 76 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 68.3 kv.m yaşayış, 89.2 kv.m yardımçı, 157,5 kv.m. ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ-01 №-li ipoteka müqaviləsinə xx.xx.2014-ci il tarixli, 2 №-li əlavə ilə yüklü edilmişdir. Həmçinin, Cavabdeh1 əvvəlki «İddiaçıbank» ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) «Quba» filialından xx xxxx 2015-ci il tarixli, 492/15/PBQ-PK №-li kredit müqaviləsinə əsasən illik 30 faizlə 24 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədi ilə 9500 ABŞ dolları almışdır. xx xxxx 2015-ci il tarixli, 492/15/PBQ-PK №-li kredit müqaviləsinin təminatı olaraq; 1) Cavabdeh1 xüsusi mülkiyyətində olan, Ağsu şəhəri, Mirafət Cavadov küçəsi, 2-ci döngə, ev 2 ünvanda yerləşən 0.2679 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 2 nömrəli, 181,0 kv.m yaşayış sahəsi, 458,4 kv.m yardımçı sahədən, 639,4 kv.metr ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi, Liter-B 1 mərtəbəli, 47,4 kv.m tövlə, Liter-C 1 mərtəbəli, 10,4 kv.m toyuq damı, Liter-D 1 mərtəbəli, 131,6 kv.m. sanitar qovşağı, Liter İ 150,5 kv.m. talvar, Liter İİ 41 kv.m. talvar, Liter İİİ 21,7 kv.m hasar, Liter İV və V darvazadan əmlaklar və Cavabdeh1 xüsusi mülkiyyətində olan, Ağsu şəhəri, Bakı-Qazax magistral şosse yolunun 157-ci km-də yerləşən 0,0945 ha torpaq sahəsi xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ №-li ipoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli, 3 №-li əlavə ilə, 2) Cavabdeh2 xüsusi mülkiyyətində olan, Quba şəhəri, G.Əsədov küçəsi, 76 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 68.3 kv.m yaşayış, 89.2 kv.m yardımçı, 157,5 kv.m. ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ-01 №-li ipoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli, 3 №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqavilələri notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2018-ci il tarixə Cavabdeh1 İddiaçı BOKT ASC-yə xx xxxxxx 2014-cü il tarixli, 333/14/PBQ №-li kredit müqaviləsi üzrə 33711,51 manat əsas, 5436,93 manat hesablanmış faiz, 84200,05 manat dəbbə pulu, cəmi 123348,49 manat, xx xxxx 2015-ci il tarixli, 492/15/PBQ-PK №-li kredit müqaviləsi üzrə 9483,03 ABŞ dolları əsas, 6834,59 ABŞ dolları hesablanmış faiz, cəmi 16317,62 ABŞ dolları borcu vardır. Cavabdehlər xəbərdar edilmələrinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Cavabdeh1 2003-cü ildə digər Cavabdeh6 ilə nikaha daxil olmuşdur. Bu fakt iddia ərizəsinə əlavə edilən nikah haqqında şəhadətnamə ilə təsdiq edilir. Həmçinin Cavabdeh2 1990-cı ildə digər Cavabdeh3 ilə nikaha daxil olmuşdur. Bu fakt iddia ərizəsinə əlavə edilən nikah haqqında şəhadətnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh6 və Cavabdeh3 nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsinə dair öz razılığını notarial qaydada təsdiq edilmiş ərizələr ilə ifadə etmişlər. Ərizələr iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, iddia tələbinin borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi hissəsində onların cavabdeh kimi işə cəlb edilməsi zəruridir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 251/2019 sçaylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin olunmuş, xx xxxxxx 2014-cü il tarixli, 333/14/PBQ nömrəli kredit müqaviləsi üzrə 33711,51 manat əsas,133 manat hesablanmış faiz, 500 manat dəbbə pulu, cəmi 34344,51 manat, xx xxxx 2015-ci il tarixli, 492/15/PBQ-PK nömrəli kredit müqaviləsi üzrə 9483,03 ABŞ dolları əsas, 407,83 ABŞ dolları hesablanmış faiz, cəmi 9890,86 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh1 alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 38000 manat müəyyən edilməklə Ağsu şəhəri, Mirafət Cavadov küçəsi, 2-ci döngə ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə (0.2679 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) və ilkin satış qiyməti 9000 manat müəyyən edilməklə Ağsu şəhəri, Bakı-Qazax magistral şosse yolunun 157-ci km-də yerləşən 0,0945 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 36000 manat müəyyən edilməklə Quba şəhəri, G.Əsədov küçəsi, 76 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 34344,51 manat və cəmi 9890,86 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul İddiaçı BOKT ASC-yə ödənilməsi, qalan məbləğin müvafiq qaydada Cavabdeh1 və Cavabdeh2 verilməsi, İpoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra 1 ay ərzində boşaldılsın (cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 Ağsu şəhəri, Mirafət Cavadov küçəsi, 2-ci döngə ünvanında yerləşən 2 saylı fərdi yaşayış evindən (0.2679 ha həyətyanı torpaq sahəsi ilə birlikdə), cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Quba şəhəri, G.Əsədov küçəsi, 76 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla), iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, kredit borcunun (faizlərin) düzgün müəyyən olunmamasını, ekspertiza rəyinin əsassız olması, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş,lakin cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara əsasən və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 333/14/PBQ nömrəli kredit (borc) müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 36 ay müddətinə illik 21 faiz hesablanmaqla 80000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə ipoteka qoyan və borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2014-cü il tarixli, 2 №-li əlavəyə əsasən xx.xx.2014-cü il tarixli 333/14/PBQ nömrəli kredit (borc) müqaviləsinin təminatı olaraq Ağsu şəhəri, Mirafət Cavadov küçəsi, 2-ci döngə ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi (0.2679 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) və Ağsu şəhəri, Bakı-Qazax magistral şosse yolunun 157-ci km-də yerləşən 0,0945 ha torpaq sahəsi, eyni zamanda ipoteka saxlayan «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ-01 №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2014-cü il tarixli, 2 №-li əlavəyə əsasən xx.xx.2014-cü il tarixli 333/14/PBQ nömrəli kredit (borc) müqaviləsinin təminatı olaraq Quba şəhəri, G.Əsədov küçəsi, 76 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 492/15/PBQ-PK nömrəli kredit (borc) müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 24 ay müddətinə illik 30 faiz hesablanmaqla 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka saxlayan «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə ipoteka qoyan və borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ №li ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixli, 3 №-li əlavəyə əsasən xx.xx.2015-ci il tarixli 492/15/PBQ-PK nömrəli kredit (borc) müqaviləsinin təminatı olaraq Ağsu şəhəri, Mirafət Cavadov küçəsi, 2-ci döngə ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi (0.2679 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) və Ağsu şəhəri, Bakı-Qazax magistral şosse yolunun 157-ci km-də yerləşən 0,0945 ha torpaq sahəsi, eyni zamanda ipoteka saxlayan «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 1354/PBQ-01 №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixli, 3 №-li əlavəyə əsasən Quba şəhəri, G.Əsədov küçəsi, 76 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqavilələri üzrə öhdəlik lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna 36607,69 manat əsas, 4346,77 manat faiz, 70424,06 manat dəbbə borcu, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna 9483,03 ABŞ dolları əsas, 2223,99 ABŞ dolları faiz, 0 ABŞ dolları dəbbə borcu vardır. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 33006 nömrəli ekspert rəyi) əsasən cari hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 333/14/PBQ və xx xxxx 2015-ci il tarixli, 192/15/PBQ-PK kredit müqavilələrinin bitmə tarixlərinə və həmin tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla son ödəniş tarixinə, yəni xx.xx.2018-ci il tarixlərinə Cavabdeh1 iddiaçıya olan borcu, xx xxxxxx 2014-cü oil tarixli, 333/14PBQ saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) - əsas borc üzrə 37.859,00 manat, faiz borcu üzrə 133,00 manat; xx.xx.2018-ci il tarixinə (son ödəniş tarixinə) - əsas borc üzrə 35.186,33 manat, faiz borcu 149,42 manat, xx xxxx 2015-ci il tarixli, 492/15/PBQ-PK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) - əsas borc üzrə 9500,00 ABŞ dolları, faiz borcu üzrə 646,58 ABŞ dolları, xx.xx.2017-ci il tarixinə (son ödəniş tarixinə) əsas borc üzrə 9500 ABŞ dolları, faiz borcu üzrə 407,83 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməkdə kredit borcunun məbləğini dəqiqləşdirmişdir. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini kredit borcunun borcun (faizlərin) tutulması hissəsində mübahisələndirmiş,lakin həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda, apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamanın konkret əsasları göstərilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə yaranmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdən görünür ki,birinci instansiya məhkəməsi haqlı olaraq faizləri kredit müqavilələrinin müddətinin bitdiyi tarixə olan məbləğdə müəyyən etmişdir (yəni,iddiaçı faizləri kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün də müqavilə şərtlərinə uyğun hesablayıb tələb etməkdə haqlı olmamışdır). İddiaçı isə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi əsası üzrə hər hansı tələb irəli sürməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası işə tələb həddində baxmağı zəruri hesab edir.Lakin,məhkəmə kollegiyasının hazırki mövqeyi iddiaçının müvafiq tələbləri müstəqil qaydada irəli sürmək hüququnu istisna etmir. Eyni zamanda,işdən görünür ki,məhkəmə haqlı olaraq Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş yüksək cəriməni azaltmışdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki,birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «borcun, borcun əvəzinin ipoteka predmetlərinə yönəldilməsi və xərclərin əvəzi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-251/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-251/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4882/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4882/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver