Məhkəmə qərarları › İş №2(103)-4890/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4890/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4890/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2312/2024 saylı iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilənin restitusiyası” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını alaraq 21500 ABŞ dolları pul ödəmişdir. Bu məbləğ manatın dollara məzənnəsi ilə 36550 manat edir. İddiaçı avtomaşını alandan sonra Cavabdeh ilə həyat yoldaşı X3 arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikah xx.xx.2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra Cavabdeh ilə X3 arasında əmlak tələbi barədə qarşılıqlı mübahisə başlanmışdır. Leyla Qəhrəmanova əri Cavabdeh mənə 21500 ABŞ dollarına satdığı “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nömrəli avtomaşınını xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomaşında onun payının ½ hissə müəyən edilməsi barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-442/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə X2 iddiası təmin edilmiş, Cavabdehla iddiaçı arasında mübahisəli avtomaşının alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin avtomaşında Leyla Qəhrəmanovanın payı ½ hissə müəyyən edilmişdir. Qətnamə qanunu qüvvəsini almış və icraya yönəlmişdir. Cavabdehla iddiaçı arasında bağlanmış “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nömrəli avtomaşınını alqı-satqı müqaviləsi onun digər şəxs qarşısında borc öhdəliyi ilə əlaqədar məhkəmə tərəfindən etibarsız hesab edilmişdir, mülki qanunvericiliyin tələbinə görə alqı-satqı müqaviləsinin tərəfləri əvvəlki vəziyyətlərinə qayıtmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2312/2024 saylı iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin restitusiyası” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 21500 ABŞ dolları (müvafiq məzənnəyə uyğun olaraq 36550 manat) və ödənilmiş 201 (iki yüz bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı tərəfindən Cavabdeh geri qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə edildiyini nəzərə alaraq iddia tələbindən imtina etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və onun nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” vasitəsilə ərizə ünvanlayaraq iclasın tərəflər arasındakı barışığı nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiadan imtinaya dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2312/2024 saylı iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında mübahisələndirilən avtomaşın iddiaçının mülkiyyətində saxlandığına görə iddiaçı cavabdehə qarşı iddia tələbindən imtina edir, eyni zamanda iddia üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, hər iki iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiadan imtinaya dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2312/2024 saylı iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2312/2024 saylı iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar