Məhkəmə qərarları › İş №2(103)-4897/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4897/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4897/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1814/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi, yeni inşa edilmiş binanın 4-cü mərtəbəsində sahəsi 81,5 kv.m olan 2 otaqlı tam təmirli mənzilin onlara verilməsi, eyni zamanda, dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh MMC-dən 20.000 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1814/2023 nömrəli qətnaməsi ilə (S.İ.Ədilova) iddia təmin edilməmiş, tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

3. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi binanın 4-cü mərtəbəsində sahəsi 81,5 kv.m. olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı1 verilməsi vəzifəsinin qoyulması, dəymiş maddi və mənəvi zərərə görə 20000 (iyirmi min) manat pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi.

5. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçıya və cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Tərəflərin tərtib etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: a) Tərəflər bununla razılaşdılar ki, vətəndaşlara çatası 14.000 (on dörd min) manat kirayə haqqı məbləğindən 7.000 (yeddi) min manat məbləği "RNQ GROUP MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. b) Vətəndaşlara çatası yerdə qalan 7.000 (yeddi) min manat məbləğ Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdən gec olmayaraq ödənilməlidir.

8. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1814/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh MMC arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: a) Tərəflər bununla razılaşdılar ki, vətəndaşlara çatası 14000 (on dörd min) manat kirayə haqqı məbləğindən 7.000 (yeddi) min manat məbləği "RNQ GROUP MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. b) Vətəndaşlara çatası yerdə qalan 7.000 (yeddi) min manat məbləğ Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdən gec olmayaraq ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1814/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar