Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4897/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1066/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Binəqədi Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, X5 şikayəti əsasında toplanmış material üzrə çinayət işinin başlanması rədd edilərək vətəndaş X8 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, X5 şikayəti əsasında toplanmış material üzrə çinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixli, NAT000024 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 divanı 490 manata almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləru Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində 1.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) X9 adı ilə bağlı JN-1136 nömrəli xx.xx.2005-ci il tarixli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Ümumibirgə əsaslarla (5 nəfər) X9 adı ilə bağlı JN-548A nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. X9 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən DİN Baş X26i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X9 adında xx.xx.2023-cü il tarixdən “Volkswagen İD.6 Pro Cross” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçının mövqeyinə əsasən, cavabdeh X14 İddiaçı ona olan etibarından sui-istifadə edərək 20.000 AZN pulunu mənimsəmiş, eyni zamanda ona ciddi mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçı, X14 ilə ailələri vasitəsilə ilə tanış olmuş və ailələrin də istəyinə əsasən ailə qurmaq qərarına gəlmişlər (xx.xx.2017). Bir müddət sonra cavabdeh, Rusiyada yaşayan qardaşlarının yanına icazə almaq üçün getmiş (xx.xx.2017), nişan və toy üçün hazırlıq edib, 2 ay sonra geri dönəcəyini bildirmişdir. Lakin daha sonra cavabdeh Rusiyanın Moskva şəhərində başqası ilə ailə qurmuş, ondan Safiya adlı bir qız övladı dünyaya gəlmişdir (xx.xx.2018). İddiaçı bu haqqda məlumatı aylar sonra başqasından öyrənmiş və əlaqəni dərhal kəsmişdir. Cavabdehin iddiaçıya dediklərinə görə, hələ Safiya dünyaya gəlməmiş, Rusiyada yaşayan ərindən qaçmış və Safiya dünyaya gəldikdən sonra isə onu tapa bilməsinlər deyə anası Fəridə Xəlilova ilə Bakıya qayıtmışdır. İddiaçı ilə uzun müddət əlaqəsi kəsilsə də, sosial şəbəkə vasitəsilə onu tapmış, peşman olduğunu və yenidən bərabər olmaq istədiyini bildirmişdir (uşaq olduğunu daha sonra bildirib). Fatma, başına gələnlərin səbəbi kimi ailəsinin ona təzyiq göstərdiyini, hətta zorla ərə verildiyini qeyd etmişdir. Bir müddət telefon danışıqlarından sonra uşağının da olduğunu demişdir. İddiaçı, həqiqətən də Fatmanın peşman olduğunu düşünərək onun uşağı ilə tək başına həyat mübarizəsi verməsin deyə qəbul etmiş, hətta ailəsinin etirazlarına baxmayaq onunla ailə qurmaq qərarına gəlmişdir. Fatma, iddiaçının onu qəbul etdiyini, onu hələ də sevdiyini anlamış və onun inamından istifadə edərək ehtiyac və digər səbəblər göstərərək dəfələrlə pul və mənəvi yardım istəmişdir. Buna əlavə olaraq, Əcəmi Naxçıvani 53A ünvanında yerləşən boş mənzil üçün əşyalar (müxtəlif mebel və texnikalar) almasını (iddiaçının adına və ya öz adına), S.S.Axundov ünvanında yerləşən evinin təmiri üçün material, usta və digər xərclərin ödənilməsini, hətta təmir başa çatdıqdan sonra həmin mənzil üçün əşyalar (müxtəlif mebel və texnikalar) alınmasını istəmişdir (2020). 1 neçə vaxt sonra, Fatma işləmək istədiyini bildirmiş və iddiaçı (özçalışdığı yerdə) onun, X24 Way West şirkətinə işə qəbul olmasında bilavasitə rol oynamışdır. Nəticədə iddiaçının etibarından, inamından, etimadından suiistifadə edən cavabdeh X14 onun xeyli miqdarda vəsaitini mənimsədikdən sonra müxtəlif bəhanələrlə ondan uzaqlaşmağa çalışmış, hətta işə qəbul olduğu şirkətdə başqa biri ilə tanış olaraq gizlicə münasibət qurmuşdur. Lakin iddiaçının bu haqqda məlumatı olmadığından hələ də onunla görüşüb vəziyyətin nə olduğunu anlamağa çalışmışdır. Bir neçə ay sonra Fatma zənglərə cavab vermiş, iddiaçıya ailə qurduğunu və ona zəng etməməsi üçün xəbərdarlıq etmişdir. Bütün edilənlərə baxmayaq Fatmanın yenə xayinlik etdiyini anlayan iddiaçı, cavabdehin sadəcə onun əmlakını mənimsəmək üçün ona yaxınlaşdığını başa düşmüşdür və dərhal Binəqədi Rayon Polis İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Qeyd edir ki, cavabdeh, izahat üçün çağrıldıqdan sonra iddiaçının ailə üzvlərinə (bacısı və 14 yaşlı bacısı qızına) gecə saatlarında zənglər edərək hədə qorxu gəlmiş və şikayət ərizəsinin geri götürülməsini, əks halda iddiaçı və ailə üzvləri üçün vəziyyətin pis olacağını həm yazılı, həm də telefon danışığı zamanı qeyd etmişdir (səs yazısı və whatsapp yazışmaları var). Daha sonra isə cavabdehin qardaşı, X15, birbaşa iddiaçıya zəng edərək onu təhqir etmiş və yenə də hədə-qorxu gələrək ərizəsini geri götürməsini tələb etmiş, hətta iddiaçının evinə gələrək ailə üzvlərini qorxutmuşdur. Bu zənglərin birində, Fatma, iddiaçının bacısı ilə danışarkən özünün yenicə ailə qurduğunu və bir övladının olduğunu da demişdir. Maraqlısı budur ki, polis araşdırması zamanı məlum olmuşdur ki, Fatma nikaha 2023-cü ilin fevral ayında daxil olmuş, övladı isə həmin ilin may ayında dünyaya gəlmişdir. Bu, onu göstərir ki, Fatma iddiaçı ilə ailə qurmağı planladıqları dövrdə, başqa birindən övladı (nikahdan kənar) olacağını anlamış və bu səbəbdən, fiziki dəyişiklik anlaşılmadan və iddiaçı şübhələnmədən münasibətləri tez bir zamanda kəsməyə çalışmışdır. Hazırda cavabdehin həm Binəqədi Rayon Polis İdarəsində, həm də Bakı şəhər Baş Polis İdarəsində ümumilikdə 5 dəfə izahatı alınıb. Buna səbəb, cavabdeh hər dəfə deyilənləri inkar etmiş, yalan ifadələr vermiş (yazılı), iddiaçıdan heç bir pul almadığını və güya iddiaçının onunla ailə qurmaq istəmədiyini, hətta iddiaçının ona 12000 AZN (on iki min manat) borclu olduğunu yazılı olaraq bildirmiş, daha sonrasında isə təkrar verildiyi zaman bu suallardan yayınmışdır. İddiaçı, hər dəfəsində tutarlı sübutlar təmin etdiyi üçün cavabdeh təkrar izahata çağrılmış və sübutlar olduğunu anladıqdan sonra, aldığı pulları və yuxarıda qeyd edilən digər məsələləri bir-bir etiraf etmişdir. Lakin əməldə cinayət tərkibinin bütün elementləri olmadığı üçün mülki xarakterli iş kimi iddiaçıya, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda qeyd etdikləri ilə bağlı iddiaçının şikayəti əsasında toplanmış material (alınmış mebel və texnikaların qəbzləri, pul köçürmələri haqqında bank çıxarışları, yuxarıda qeyd edilən ünvandakı təmirlə bağlı alınmış materialların qəbzləri, şahidlərin və ustaların izahatları və s.) Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında saxlanılır. Həmin materialların surətinin alınması ilə bağlı tərəflərindən sorğu verilmişdir. Verilmiş sorğuya və onun göndərilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etmişlər. Bundan əlavə bildirmək istəyir ki, iddiaçının sübut edə bildiyi hissə 20.000 AZN-dir. Əslində isə cavabdehə verilən pullar bundan çoxdur. Sadəcə həmin hissəyə dair iddialarını dəstəkləyən mötəbər dəlillər hazırda mövcud deyil. Ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, HK-1260 qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (Binəqədi RP-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalov). Ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, HK-1/1260 saylı qərarda qeyd olunmuşdur ki, hazırki məsələ mülki mübahisənin predmetidir. Buna görə də ikinci dəfə də toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı). Ərizəyə əlavə edilmiş bank çıxarışlarından görünür ki, ərizəçi İddiaçı Fatma Səmədovaya (Kazımovaya) 20.000 AZN-dən çox pul göndərmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Kapital Bank çıxarışlarından görünür ki, 250 AZN, 350 AZN, 18.22 AZN olmaqla cavabdehə pullar göndərilmişdir. Bundan başqa 12 noyabr 2024-cü il tarixdə, saat 10:50 radələrində Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik leytenantı Miraqil Qiyasovun qəbulunda olaraq toplanmış materialla tanış olmuşlar. Toplanmış materiallarda cavabdeh Fatma Səmədovanın 4-5 izahatı var idi. Lakin müstəntiq həmin izahatların surətini verməkdən imtina edərək bildirmişdir ki, yalnız məhkəmənin sorğusuna əsasən materialların surətini məhkəməyə təqdim edə bilərlər. Toplanmış materiallarla tanış olarkən müəyyən olunmuşdur ki, həmin materialın 12-ci səhifəsindəki izahatda cavabdeh Fatma Səmədova etiraf edir ki, “mənimkart hesabıma müxtəlif məbləğlərdə pul göndərmişdir” Həmin materiallarda şahidlər X16 və X6 ifadələri var. Onlar təsdiq edirlər ki, İddiaçı Fatma Səmədovanın evinin təmiri üçün xeyli miqdarda pul almışlar. Həmin materialın 205-ci səhifəsində “Wentto” şirkəti xx.xx.2023-cü il məktubla Binəqədi Rayon Polis İdarəsinin sorğusuna cavab verir ki, İddiaçı tərəfindən 417 AZN kondisionerə görə pul ödənilmişdir. Həmin materialın 207-ci səhifəsində “ABC Telecom” ( Kontakt Home) Binəqədi Rayon Polis İdarəsinin sorğusuna cavab verir ki, Fatma Səmədovanın adına elektrik avadanlıqlar alınmışdır. Materiala əlavə edilmiş çıxarışlardan görünür ki, İddiaçı həmin avadanlıqlara 3000 AZN-ə yaxın pul xərcləmişdir. Həmin materialın 24-cü səhifəsində “İstikbal” Mebel Evinin çıxarışlarından görünür ki, şifoner (geyim dolabı) və digər mebellərə 1150 AZN pul xərclənmişdir. Həmin materialın 219-cu səhifəsində cavabdeh Fatma Səmədova izahatında qeyd etmişdir ki, İddiaçı onun qız övladına 2700 AZN dəyərində uşaq dəst mebeli almışdır. Daha sonra ifadəsində qeyd edir ki, İddiaçı ona xx.xx.2022-ci ildə, ad günündə 300-400 AZN pul vermişdir. Materialın İ cildindən (səhifə 192) görünür ki, usta X2 Hümmətov Fatma Səmədovanın evinin təmiri üçün ona material pulu olara 1800 dollar və 3000 AZN də usta pulu vermişdir. Materialın 220-ci səhifəsində Fatma Səmədova etiraf edir ki, İddiaçı ona verdiyi əşyaların ümumi dəyəri 17.000 AZN olmaz. Ən yaxşı halda 4000-5000 AZN olar. Materialın 2-ci cildinin 15-ci səhifəsində Fatma Səmədova etiraf etmişdir ki, 2019-cu ildə evlilik məqsədilə şəxsi münasibət qurmuşdur. Lakin həmin materiallardan görünür ki, xx.xx.2022-ci ildə, ad günündə İddiaçıla münasibəti ola-ola başqa şəxslə, iş yoldaşı Orxan Kazımovla münasibətdə olmuş, məhz bu səbəbdən 2023cü ilin yanvar ayında övladı olmuş, 2023-cü ilin fevral ayında isə Orxan Kazımovla nikaha daxil olmuşdur (yəni uşaq doğulub, sonra nikaha daxil olub). Bütün bu hallar dələduzluq cinayətinin tərkibini yaratsa da, Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanılması rədd olunduğundan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edirik. İddiaçının əlində cavabdehin onun pulunu mənimsəməsinə dair mötəbər sübutlar var və hesab edir ki, həmin dəlillərlə iddiasını tam olaraq sübuta yetirir. İddiaçının tələbi: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini rəhbər tutmaqla cavabdeh X7 maddi ziyanın əvəzi olaraq 20.000 AZN (iyirmi min manat) pul tutularaq İddiaçı verilməsini (ödənilsin), Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdeh X9 törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izdirab keçirməsi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30. 000 AZN (otuz min manat) pul tutularaq İddiaçı verilməsini, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 240 ( iki yüz qırx) AZN dövlət rüsumunun əvəzinin cavabdeh Səmədova (Kazımova) Fatma Sabir qızından tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəla qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksəriyyəti işin mahiyyəti ilə əlaqəsi olmayan, həqiqətə əsaslanmayan, cavabdehin şərəf və ləyaqətini zədələməyə yönəlmiş, şər və böhtan xarakterli məlumatlardır. İddiaçının bu tip məlumatlarla çıxış etməsi sadəcə olaraq onun cavabdehə olan kinindən və qərəzindən irəli gəlir. İddiaçının bu kin və qərəzi cavabdehin onunla evlənməməsi, başqası ilə ailə həyatı qurmasından irəli gəlir. Belə ki, iddiaçı özünün cavabdehə bildirməsinə görə güya cavabdehi uşaqlıqdan sevmiş, ona qarşı məhəbbət duymuşdur. Qeyd etmək istəyir ki, iddiaçı ilə cavabdehin bir-biri ilə qohumluq əlaqələri olmuşdur və əvvəllər qonşuluqda yaşamışlar. Onların arasında münasibət yaranmış və evlənmək, ailə qurmaq niyyətində olmuşlar. Bir müddətdən sonra xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi və cavabdehin iddiaçıya məxsus bir mənzildə yaşamaq istəyi, digər mənzilin isə satılıb iş qurulmasını təklif etməsi səbəbindən onlar arasındakı münasibət pozulmuşdur. Münasibətləri pozulduqdan sonra cavabdeh başqa şəxslə tanış olmuş, münasibətləri mədəni formada irəliləmiş və onunla ailə həyatı qurmuşdur. Hazırda da cavabdeh ailəlidir və övladları vardır. İddiaçının onun barəsində xoşagəlməz ifadələr işlətməsi, yalan, şər və böhtan xarakterli məlumatlar verməsi, sanki cavabdehin əxlaqi dəyərlərə önəm verməyən bir insan olduğunu qələmə verməsi doğru davranış şəkli deyil və etik dəyərlərə sığmır. Münasibətləri dövründə iddiaçının cavabdehə müxtəlif məbləğlərdə pul verməsi, köməklik etməsi ilə bağlı qeyd edilməlidir ki, burada da iddiaçı həqiqətə əsaslanmayan tələblər irəli sürərək cavabdehdən 20.000 manat pul tələb edir. Bu məbləğin necə və hardan hesablandığı cavabdehə məlum deyil. Həmin məbləğin mövcudluğunu təsdiq edən etibarlı, tutarlı dəlil yoxdur, məhkəməyə təqdim edilməmişdir. Çünkü belə hal ümumiyyətlə mövcud deyildir. Məlum olduğu kimi, iddiaçı daha əvvəl hüquq mühafizə orqanına müraciət etıniş, onun bildirdikləri əsasında araşdırma aparılmış və cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı izahatlarında ona dəymiş ziyanın bir dəfə 13.000 manat olduğunu, bir dəfə 17.000 manat olduğunu bildirmişdir. İndi də 20.000 manat tələb edir. Bu ziddiyyət belə iddiaçının həqiqətə uyğun olmayan məlumatlara əsaslanaraq, cavabdehə olan kininin nəticəsində ondan əvəz çıxmaq məqsədi ilə məhkəməyə müraciət etdiyini, iddia tələbinin əslində əsassız olduğunu göstərir. Bunlardan başqa həm hüquq mühafizə orqanında aparılan araşdırma zamanı həm də hazırki işdə məhkəməyə sübut kimi təqdim edilən bank hesabından çıxarışlarda, qəbzlərdə göstərilən məbləğlərin cavabdehlə hər hansı əlaqəsi, həmin məbləğlərin cavabdehə göndərildiyi və ya cavabdehin xeyrinə xərcləndiyi və ya həmin məbləğlərin məhz cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmir. Buna baxmayaraq hüquq mühafizə orqanında aparılan araşdırma zamanı cavabdeh iddiaçının ona kömək etməsini danmamış, münasibətləri dövründə iddiaçının ona bir neçə kosmetik əşya, ətir hədiyyə etdiyini, bəzən də bank kartına xırda məbləğlər göndərdiyini, ad günündə hədiyyə verdiyini və bir neçə mebel aldığını bildirmişdir. Bütün bunların dəyərinin ən yaxşı halda 4000-5000 manat olduğunu bildirmişdir. Eyni zamanda cavabdehin ona məxsus evin güya iddiaçı tərəfindən təmir edilməsinin, qardaşının kreditinin iddiaçı tərəfindən ödənilməsinin yalan olduğunu, belə halın olmadığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, münasibətləri dövründə cavabdehə məxsus mənzil iddiaçının köməyi ilə kirayə verilmiş, həmin mənzilə görə 380 manat kirayə haqqı hər ay iddiaçının bank kartına köçürülmüşdür. Bu hal hüquq mühafizə orqanında aparılan araşdırma zamanı izahat verən kirayəçı Anar Fərzəliyev tərəfindən təsdiq edilmişdir. Cavabdeh həmin kirayə məbləğini iddiaçıdan tələb etməmiş, iddiaçı da həmin məbləği cavabdehə verməmişdir. Cavabdehin həmin məbləği tələb etməməsinin səbəbi, həm aralarındakı münasibət, evlənəcək olmaları həm də iddiaçının ona etdiyi yuxarıda qeyd edilən köməkliklər olmuşdur. Beləliklə əslində cavabdeh iddiaçının ona hədiyyə etdiyi, kömək məqsədi ilə çəkdiyi xərclərin qarşılığını da ödəmişdir. Qeyd edilənlərdən görünür ki, iddiaçının tələbi heç bir tutarlı dəlillə təsdiqlənməyən, sadəcə olaraq iddiaçının kinindən və qərəzindən irəli gələn, əvəz çıxmaq məqsədi ilə irəli sürülən tələbdir və təmin edilməməlidir. İddiaçının mənəvi ziyan tələbinə münasibətdə qeyd etmək istəyirik ki, həmin iddia da tamamilə əsassızdır. Belə ki, işin hallarından cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının hər hansı hüququnun pozulması, bu hüququn pozulması nəticəsində onun mənəvi sarsıntı keçirməsi, əzab çəkməsi, sağlamlığının pozulması halı müəyyən edilmir. Ümumiyyətlə burada cavabdehin təqsirli hərəkəti belə yoxdur. Sadəcə olaraq iddiaçı ilə cavabdeh gələcəkdə ailə qurmaq məqsədi ilə münasibətdə olmuşlar, lakin sonradan aralarında yaranmış problemlərə görə münasibətləri pozulmuşdur. Belə olan halda iddiaçının mənəvi zərər tələb etməsi əsassızdır. Əksinə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının əsassız olaraq hüquq mühafizə orqanlarına şikayəti nəticəsində cavabdeh dəfələrlə izahat verməyə dəvət edilmiş, iş yerinə qanunsuz olaraq polis əməkdaşı göndərilmiş, bütün bunların nəticəsində cavabdeh böyük qorxu, həyəcan hissi, stress keçirmişdir. Həmin dövrdə hamilə olan cavabdehin yüksək həyəcan və stres səbəbindən hamiləliyi sonlanmış, övladını dünyaya gətirə bilməmişdir (tibbi sənədlər təqdim edilmişdir). Belə olan halda sual oluna bilər, əslində kim mənəvi ziyan tələbi ilə çıxış etməlidir, kim bu problemlərdən dolayı mənəvi sarsıntıya, əzaba məruz qalıb. Bütün bunlara baxmayaraq cavabdeh bütün diqqətini ailəsinə, övladlarına verməyə çalışır. Qeyd edilənlərdən görünür ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi heç bir sübuta söykənməyən, əsassız tələbdir və təmin edilməməlidir. Bütün bunlardan əlavə, bir anlığına iddia tələbinin əsaslı olduğunu, iddiaçının bildirdiklərinin sübuta yetdiyini qəbul etsə belə yenə də hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini irəli sürərəkən AR MM-nin 1096-cı maddəsinə (deliktə) əsaslanmışdır. Halbuki, burada deliktdən söhbət gedə bilməz. Ona görə ki, cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli hərəkəti və mülki qanunvericiliyin hər hansı normasını pozan hüquqa zidd əməli müəyyən edilmir. Beləliklə MM-nin 1096.1-ci maddəsində göstərilən dispozitiv şərtlər mövcud olmadığından iddiaçının öz tələbini deliktə əsaslandırması doğru olmamışdır. Belə olan halda hesab edir ki, iddia tələbinin əsası MM-nin 1095-ci maddəsi (əsassız varlanma) olmalıdır. Əsassız varlanmaya əsaslanaraq tələb irəli sürmək üçün isə iddia müddəti ötürülmüşdür. Belə ki, MMnin 1095-ci maddəsində əsassız varlanma obyektini geri qaytarmaq hüququ ilə bağlı iki illik iddia müddəti müəyyən edilmişdir. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin sonları 2022-ci ilin əvvəllərində pisləşmiş, 2022-ci ilin yay aylarında isə tamamilə kəsilmişdir. Hüquq mühafizə orqanında aparılan araşdırma zamanı, iddiaçı xx.xx.2023-cü il tarixli izahatında cavabdehlə münasibətlərinin 2022-ci ilin avqust ayında tamamilə kəsildiyini bildirmişdir. Belə olan halda iddiaçının əsassız varlanmaya görə tələb irəli sürməsi üçün iddia müddəti 2022-ci ilin avqust ayında başlamışdır. Çünki tərəflər arasında münasibətin korlanıb, əlaqələrin kəsildiyi an iddiaçı hazırki tələbinin əsaslarını bilirdi və ya bilməli idi. Deməli, iddiaçı ən geci 2024-cü ilin avqust ayında iddia qaldırmalı idi. Lakin o, iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Odur ki, bir anlığına iddia tələbinin əsaslı olduğunu qəbul etsək belə, o halda iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, roman-german hüquq sisteminin tətbiq olunduğu bütün ölkələrdə cinyət işinin başlanması rədd olunursa və vətəndaş məhkəməyə müraciət edirsə delikt əsasında müraciət edir. O deliktin cinayət olmayan qanunsuz hərəkət olduğunu, iddialarının əsasının delikt olduğunu və iddia qaldıran zaman da deliktə əsaslandığını, cinayət işinin başlanması ilə bağlı hüquqmühafizə orqanlarına müraciət edən zaman müddətin axımının dayandığını, hazırda deliktdən, qanunsuz hərəkətlərdən söhbət getdiyini, əsassız varlanmadan söhbət gedə bilməyəcəyini qeyd etmişdir. İddiaçının nümayəndəsi (vəkili) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini rəhbər tutmaqla cavabdeh X7 maddi ziyanın əvəzi olaraq 20.000 (iyirmi min) manat pul tutularaq İddiaçı verilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdeh X9 törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izdirab keçirməyi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat pul tutularaq İddiaçı verilməsini, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin cavabdeh Səmədova (Kazımova) Fatma Sabir qızından tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən İddiaçı evin təmiri üçün təchizatçıdan materiallar aldığını, cavabdehin rəsmi nikaha daxil olmaq istəmədiyini, onun təkidlərindən sonra cavabdehin onunla rəsmi nikaha daxil olmaq üçün qan verdiyini, lakin daha sonra müxtəlif bəhanələrlə yayındığını bildirmişdir. O 10 ilə yaxındır istismar olunduğunu, cavabeh Cavabdeh izahatında ərdə olub uşaqla qayıtdığını anasının isə ona Şahinlə evlənsə olar dediyini bu ifadənin isə ona təsir edən ifadə olduğunu qeyd etmişdir. İddiaçı cavabdehin 2018-ci ildə Bakıya qayıtdığını, 2019-cu ilin iyun ayında onunla əlaqə saxlamağa çalışdığını, cavabdehin dəfələrlə onunla görüşməyə çalışdığını, sonda dörüşmək qərarına gəldiyini, görüşə uşaqla gəldiyini və cavabdehin iddiaçıdan onu bu formada qəbul edə biləcəyini soruşduğunu qeyd etmişdir. İddiaçı ona görə ailəsini və iş yoldaşlarını qarşısını aldığını qeyd etmişdir. O hüquq mühafizə orqanları tərəfindən yubadıldığını, bu səbəbdən məhkəməyə müraciət edilmə prosesinin yubadıldığını bildirmişdir. İddiaçı eyni zamanda qeyd etmişdir ki, kartından taksi xidmətindən cavabdeh istifadə etmişdir və hədiyyənin sistematik olaraq davam etmədiyini bildirmişdir. İddiaçı 20.000 manat vəsaitin yalnız sübut edə bildiyi vəsait olduğunu, 2022-ci ilin avqust ayında münasibətlərinin kəsildiyini, 2022-ci ilin noyabrında cavabdehin ona zəng etdiyini, lakin onun əsəbi şəkildə telefonu bağladığını, 2023-cü ilin əvvələrində cavabehə mesaj yazdığını, cavabdehin 2023-cü ilin aprel ayında ona şəkil göndərdiyini, evləndiyini və hamilə olduğunu bildirdiyini, 2022-ci ilin avqustun 8-də cavabdehə ad günü münasibəti ilə pul göndərdiyini, ona hədiyyə alaraq apardığını, cavabdehin onu qucaqlayaraq sağollaşdığını, onunla əlaqə saxlayacağını bildirdiyini, lakin daha sonra noyabr ayında ona zəng edərək keçmiş əri Rəşadın Azərbaycana gəlib-gəlmədiyini öyrənmək üçün onunla əlaqə saxladığını, onun isə neçə müddət sonra belə bir səbəbə görə ona zəng etməsinə əsəbləşdiyi qeyd etdiyini bildirmişdir. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X4 öz izahatında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilənlərinin həqiqətə əsaslanmadığını, iddiaçının 20.000 manat məbləğində pul tələb etdiyini, lakin həmin məbləği sübut edən sənəd mövcud olmadığını, həmçinin 20.000 manatın hansı hissəsinin hədiyyə olduğunu, iddiaçı tərəfin göstərə bilmədiyini, bir dəfə 13.000 manat, daha sonra 17.000 manat, hazırda isə 20.000 manat tələb etdiyini bildirmişdir. Cavabdehin istintaqda iddiaçı ilə evlənmək niyyətlərinin olduğunu, evlənmək üçün münasibətlərinin olduğunu və həmin dövrdə iddiaçının ona köməklik etdiyini, lakin bu məbləğin 4000-5000 manatdan artıq olmadığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, cavabdehin kirayədə mənzili olub və həmin kirayə haqlarının vəsaiti iddiaçıya gəlibdir. Cavabdeh nümayəndəsi (vəkili) X4 bildirmişdir ki, 2021-ci ilin sonlarında iddiaçı ilə cavabdehin münasibətinin pisləşdiyini, 2022-ci ilin əvvəllərində isə demək olar ki, münasibət tamamilə kəsilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) iddiaçının qeyd etdiklərinin tamamilə əsassız olduğunu bildirmişdir. O mənəvi zərər tələbinə münasibətdə bildirmişdir ki, cavabdehin hüquq mühafizə orqanlarına gedib-gəlməsi və s. hallar nəticəsində sarsıntı keçirmiş və nəticədə hamiləliyi sonlanmışdır. Bu proseslər nəticəsində cavabdehin mənəvi zərərə məruz qaldığını bildirmişdir. Hüquqi əsas olaraq deliktdən söhbət gedə bilmədiyini, tərəflər arasındakı münasibətin mənzillərin birinin satılaraq iş qurulması təklifi ilə tərəflər arasında münasibətlərin korlandığını qeyd etmişdir. Hesab edir ki, tərəflər arasındakı münasibət delikt ola bilməz. O hüquq mühafizə orqanına müraciət edən zaman iddia müddətinin axımın dayanması halının qanunvericilikdə mövcud olmadığını bildirmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X4 iddia tələbini qəbul etmədiklərini, lakin iddia tələbini həqiqəti əks etdirsəydi belə müddətin ötürüldüyü qeyd etmişdir. İddia tələbini qəbul etmədiklərini, pul vəsaitinin iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyini, müddətin axımı ilə bağlı yeganə sübutun iddiaçının Cavabdeh ilə 2022-ci ilin avqustunda bütün əlaqəsinin kəsilməsini qeyd etməsi olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1066/2025 saylı qətnaməsi ilə iddianın rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış pul tələbinin bir hissəsi bağışlama müqaviləsindən irəli gəlmiş, digər hissəsi isə müqavilədən irəli gələn öhdəliklər və delikt öhdəliklər koteqoriyasına aid olmadığından yaranmış mübahisənin hüquqi əsası əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə edilməlidir. Belə ki, delikt mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, tərəflər arasında uzunmüddətli münasibət olmuş, iddiaçı tərəf cavabdehə hədiyyələr vermiş və onun mülkiyyətində olan əmlakı təmir edirərək, mənzilə əşyalar almış və daha sonra həmin mənzilin kirayə haqqları iddiaçıya ödənilmişdir. Tərəflər arasında mübahisə predmeti olan pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 20.000 manat pulun tərkibinə iddiaçının cavabdehə bağışladığı hədiyyələr daxildir. Məhkəmə iddia tələbini hədiyyələrə münasibətdə əsassız hesab edir. Belə ki, bağışlama müqaviləsinə əsasən onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Lakin cavabdehin mənzilinin təmirinə çəkilmiş xərclər cavabdeh tərəfindən də inkar edilməmiş 4000-5000 manatı etiraf edilmişdir. (§ 1920/2023 saylı cinayət işi, səhvə 220) Məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmir xərcləri və mənzilə alınmış mebellərə müasibətdə hüquqi əsasını əsassız varlanma təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin xarakterində də bağışlamadan imtina üçün hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdelə iddiaçı arasında hər hansı əqd və ya müqavilə mövcud deyil, cavabdehin iddiaçıya yönəlmiş hərəkət və ya hərəkətsizliyindən iddiaçıya hər hansı ziyan dəyməmişdir, lakin cavabdehin əmlakı iddiaçı tərəfindən təmir edilmiş, mənzilə iddiaçı tərəfindən mebellər alınmışdır bu məsələ tərəflər arasında mübahisələndirilmədiyini nəzərə alaraq cavabdeh əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin bu hissəsinin hüquqi əsasını əsassız varlanma təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Belə ki, məhkəmə araşdırması zamanı 2021-ci ilin sonlarında iddiaçı ilə cavabdehin münasibətinin pisləşdiyi, 2022-ci ilin əvvəllərində isə demək olar ki, münasibət tamamilə kəsilmişdir son görüşlərinin 2022-ci ilin avqusat ayında cavabdehin doğum günündə olduğu müəyyən edilmişdir. İddiaçı bu tarixi məhkəmə iclasında verdiyi izahda özü də təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı təmirə və mebellərə çəkdiyi xərcin əvəzi olaraq 5000 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməsi hüquqi mövqeyindən çıxış edir. Belə ki, iddiaçı tərəf cavabdehlə münasibətlərinin 2022-ci ilin avqust ayında tamamilə kəsildiyini bildirmişdir. Belə olan halda iddiaçının əsassız varlanmaya görə tələb irəli sürməsi üçün müddət axımı 2022-ci ilin avqust ayında başlamışdır. İddiaçı tərəf məhkəməyə müraciət etmək əvəzinə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin fərdi məhkəmə müdafiəsi hüququdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf 2022-ci ilin avqust ayında hüquqlarının pozulduğunu bilmişdir. Mülki qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə qeyd edir ki, iddiaçının 2022ci ilin avqust ayında hüququnun pozulduğunu bildiyi andan şəxsən fərdi müdafiə hüququndan istifadə etməmiş və ya lazımi qaydada həyata keçirilməmişdir, beləliklə də cavabdehdən əsassız varlanmaya görə pulu tələb etmək hüququnun vaxtından əvvəl xitamına şərait yaratmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127-ci maddələrinə, Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.1, 14.2.6, 14.2.7, 14.2.8, 14.2.9, 21.1, 21.2, 21.3, 367.1, 377.1, 385.1, 386.1, 666.1, 666.2, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.2, 673.2.1., 673.2.2., 673.2.3, 673.3, 673.4, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2, 1094, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1066/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmamilə ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1066/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə aşağıdakılara əsasən, tamamilə qanunsuz və əsassızdır. Xətai Rayon Məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış pul tələbinin bir hissəsi bağışlama müqaviləsindən irəli gəlmiş, digər hissəsi isə müqavilədən irəli gələn öhdəliklər və delikt öhdəliklər kateqoriyasına aid olmadığından yaranmış mübahisənin hüquqi əsası əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə edilməlidir. Belə ki, delikt mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Habelə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında uzunmüddətli münasibət olmuş, iddiaçı tərəf cavabdehə hədiyyələr vermiş və onun mülkiyyətində olan əmlakı təmir edirərək, mənzilə əşyalar almış və daha sonra həmin mənzilin kirayə haqları iddiaçıya ödənilmişdir. Tərəflər arasında mübahisə predmeti olan pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 20.000 manat pulun tərkibinə iddiaçının cavabdehə bağışladığı hədiyyələr daxildir. Məhkəmə iddia tələbini hədiyyələrə münasibətdə əsassız hesab edir. Belə ki, bağışlama müqaviləsinə əsasən onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Lakin cavabdehin mənzilinin təmirinə çəkilmiş xərclər cavabdeh tərəfindən də inkar edilməmiş 4000-5000 manatı etiraf edilmişdir. (§ 1920/2023 saylı cinayət işi, səhvə 220) Məhkəmə hesab edir ki, iddia tələbinin təmir xərcləri və mənzilə alınmış mebellərə müasibətdə hüquqi əsasını əsassız varlanma təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin xarakterində də bağışlamadan imtina üçün hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehlə iddiaçı arasında hər hansı əqd və ya müqavilə mövcud deyil, cavabdehin iddiaçıya yönəlmiş hərəkət və ya hərəkətsizliyindən iddiaçıya hər hansı ziyan dəyməmişdir, lakin cavabdehin əmlakı iddiaçı tərəfindən təmir edilmiş, mənzilə iddiaçı tərəfindən mebellər alınmışdır, bu məsələnin tərəflər arasında mübahisələndirilmədiyini nəzərə alaraq cavabdeh əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin bu hissəsinin hüquqi əsasını əsassız varlanma təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bildirirlər ki, məhkəmənin hazırki mübahisənin hüquqi əsasınının bir hissəsini bağışlama, bir hissəsini isə əsassız varlanma kimi qiymətləndirməsi tamamilə absurd və əsassızdır. Bildirirlər ki, qadın (Fatma) kişiyə (Şahin) onu evlənəcəyi vədi ilə inandıraraq, etibarından sui-istifadə edərək bahalı ev və şəxsi əşyalar aldırması, evini təmir etdirməsi ilə sonuncunun hüquqlarına zərər verərək qanunsuz bir şəkildə əmlakını ələ keçirmişdir (mənimsəmişdir). Yəni, bu vəd əsasında ondan maddi vəsaitlər (ev əşyaları, təmir xərcləri və s.) alması və nəticədə bu vədlərin heç birini yerinə yetirmədən ondan uzaqlaşması açıq şəkildə etibardan sui-istifadə və aldatma yolu ilə əmlakın əldə edilməsini göstərir. Bu davranış forması hüquq müstəvisində əsassız varlanma deyil, delikt – yəni hüquqa zidd və zərərverən hərəkət – kimi qiymətləndirilməlidir. Burada qadın, kişini aldatmaqla onun maddi sərvətini əslində onun razılığı olmadan əldə edir, yəni dələduzluq və ya digər qanunsuz hərəkətlərin nəticəsi olaraq kişi- İddiaçı zərər çəkib. Bu halda, iddiaçının mülki məhkəmə icraatı qaydasında müraciət edərək, əşyaların geri qaytarılmasını və ya bunun qarşılığında ödədiyi məbləğin geri alınmasını tələb etmə hüququ yaranır. Bu, əsassız varlanma yox, delikt olaraq qiymətləndirilməlidir, çünki cavabdeh qanunsuz yolla, etibardan sui-istifadə etməklə iddiaçının maddi sərvətini ələ keçirmişdir. Əsassız varlanma anlayışı, hüquqi əsas olmadan, lakin qarşı tərəfin iradəsi ilə həyata keçirilmiş, qarşılıqlı razılığa əsaslanan ödənişlər və ya əmlak transferləri üçün tətbiq olunur. Bu işdə isə cavabdeh şəxsin hərəkətləri açıq şəkildə niyyətin gizlədilməsi, aldatma və sui-istifadə elementləri ilə müşaiət olunmuşdur. Əsassız varlanma əşyaların və ya pulların qanuni əsas olmadan əldə edilməsi ilə bağlı olduğu üçün, hazırki mübahisəyə tətbiq oluna bilməz. Bildirirlər ki, hazırki iddianın əsassız varlanma ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Hətta əsassız varlanma hesab olunsa belə, tərəflərindən müddət ötürülməmişdir. Hazırda cavabdehin əməlinin əsassız varlanma deyil, delikt olmasında israrla təkid etmələrinin səbəbi müddətin ötürülməsi deyil, məhkəmənin hazırki mübahisənin mahiyyətini səhv təfsir etməsidir. Mülki Məcəllənin 14-cü maddəsində mülki vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi başqa şəxsə zərər vurulması, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə göstərilmişdir. Hazırki iş üzrə cavabdehin əməlləri əsassız varlanma kimi deyil, delikt kimi qiymətləndirilməlidir. Çünki hazırki halda cavabdeh iddiaçını aldatmaqla (qanunsuz hərəkətlərlə, etibarından sui-istifadə etməklə) onun əmlakını əldə edir. Belə olan halda aldadılan tərəfin əşyaların geri qaytarılmasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Hazırki iddianın əsasını ona görə delikt təşkil edir ki, cavabdeh qanuni əsas olmadan öz mülkiyyətini artırmayıb, tam əksinə iddiaçı cavabdehin onunla evlənəcəyini, həyat yoldaşı olacağını düşünərək bütün bunları könüllü şəkildə edib. Sadəcə Cavabdeh İddiaçı aldadaraq, yəni bilavasitə hərəkətləri ilə qanunsuzluq edərək əmlakını qanuni yolla, lakin delikt törədərək ələ keçirib. Belə olan halda burada əsassız varlanmadan söhbət gedə bilməz. Binəqədi Rayon Polis İdarəsində şikayət üzrə toplanmış materiallar da bir daha sübut edir ki, hazırda deliktdən (qanunsuz hərəkətlər) söhbət gedir, əsassız varlanmadan deyil. Bu səbəbdən dolayı iddia müddətinin ötürülməsi mövzu-bəhs ola bilməz (yəni cinayət tərkibi yaranmasa da, qanuna və hüquqa zidd əməldən söhbət gedir). Bir daha qeyd edirlər ki, tək Azərbaycan Respublikasında deyil, roman-german hüquq sisteminin tətbiq olunduğu bütün ölkələrdə cinayət işinin başlanması rədd olunursa və vətəndaş məhkəməyə müraciət edirsə, bu kimi mübahisələrdə delikt əsasında müraciət edir. Belə ki, şəxs barəsində cinayət işinin başlanılmasının rədd olunması hələ onun əməllərində mülki qanunvericiliyin normalarını pozan, təqsirli, hüquqa zidd əməllərin olmadığı anlamına gəlmir. Məhz bu səbəbdən Mülki Məcəllənin 1097-ci maddəsində qeyd olunmuşdur ki, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bundan əlavə məhkəmə hüquqi mübahisənin bir hissəsinə bağışlama kimi qiymət verməklə maddi hüquq normalarının tətbiqində olduqca kobud və bağışlanılmaz səhvə yol vermişdir. Belə ki, İddiaçı Cavabdeh verdikləri o zaman hədiyyəyə çevrilə bilərdi ki, onlar ər-arvad münasibətinə daxil olsunlar. Hazırki halda isə İddiaçı Cavabdeh verdikləri hədiyyə ola bilmir. Çünki burada dələduzluq var. Mənimsəmə var. Aldatma var. Hüquqdan sui- istifadə var. Bir sözlə delikt var. İddiaçı Cavabdeh verdiklərinin hədiyyəyə çevrilmə potensialı olmuşdur. (Əgər Cavabdeh vədinin üstündə duraraq İddiaçı aldatmayaraq və etibarından sui-istifadə faktiki və ya rəsmi nikaha daxil olsaydı). Burada incə məqam ondan ibarətdir ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı 2 dəfə evlənmə vədi ilə aldadaraq, sonuncu dəfə əmlakını ələ keçirərək İddiaçı onu işə düzəltdiyi yerdə başqa biri ilə nikaha daxil olaraq nikahdan öncə uşaq dünyaya gətirmiş və İddiaçı əmlakını ələ keçirdikdən sonra ondan müxtəlif bəhanələrlə ayrılmışdır. Bundan başqa Cavabdeh əməllərindən görünür ki, eyni vaxta iki kişi ilə ünsiyyətdə olmuş, məhz bunun nəticəsində, nikahdan öncə övladı dünyaya gəlmişdir. Göründüyü kimi burada hədiyyədən söhbət belə gedə bilməz. Mülki Məcəlləyə əsasən, hədiyyə yalnız şəxslər arasında açıq, könüllü iradə və qarşılıqlı razılıq əsasında rəsmiləşdirilə bilər. İddiaçı ilə cavabdeh arasında nə rəsmi nikah, nə də faktiki ailə münasibəti olmuşdur. Əksinə, cavabdeh evlənmək vədi ilə iddiaçını aldadaraq ondan maddi əmlak əldə etmiş, daha sonra isə bu vədini pozmuş və başqa biri ilə ailə qurmuşdur (Üstəlik bu aldatma iddiaçı barədə cavabdeh tərəfindən ikinci dəfə edilmişdir-burada təkrarçılıq var). Əgər birini şirin vədlərlə aldadaraq həmin vədin qarşılığı olaraq onun əmlakını ələ keçirirəmsə bu necə və hansı məntiqlə hədiyyə ola bilər? Əgər cavabdehin vədləri reallaşsaydı və tərəflər arasında rəsmi və ya faktiki nikah yaranmış olsaydı, müəyyən xərclərin hədiyyə kimi dəyərləndirilməsi mümkün ola bilərdi. Lakin aldadıcı niyyətlə verilmiş vədlərlə əldə edilmiş əmlak və ödənişlərin “bağışlama” və ya “hədiyyə” kimi qiymətləndirilməsi hüquqa ziddir və məhkəmə tərəfindən bu cür yanaşma maddi hüquq normalarının yanlış tətbiqidir. Bundan başqa Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında (X21) qeyd etmişdir ki, “61. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, nişan mərasiminin keçirilməsi ailənin mütləq qurulmasını ehtiva etmir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Yəni nikaha daxil olma ilə bağlı iddianın qaldırılması və ya onun məcburi icra olunması mümkün deyil. Odur ki, qızıl-zinət əşyalarının bağışlanması zamanı hədiyyə alan qarşısında belə bir öhdəlik müəyyən edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır. İşin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, yuxarıda göstərilən qənaətə gələrkən toyun baş tutmaması halını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir. Bildirirlər ki, hazırki mübahisədə də əldə etmə sonradan aradan qalxmış əsasa söykənir, tək fərq ondan ibarətdir ki, hazırki halda cavabdehin əməlləri əsassız varlanma kimi deyil, delikt kimi qiymətləndirilməlidir. Bununla belə, hazırki mübahisədə bir mühüm fərq mövcuddur: cavabdehin davranışı sadəcə olaraq nikahın baş tutmaması ilə nəticələnən passiv münasibət deyil, əksinə, aldadıcı hərəkətlər, etibardan sui-istifadə və niyyətin gizlədilməsi ilə müşayiət olunan hüquqa zidd davranışlar toplusudur. Cavabdeh iddiaçını evlənəcəyi ilə bağlı dəfələrlə vədlər verməklə maddi vəsait əldə etmiş, lakin bu vədləri yerinə yetirməmiş və nəticədə həmin vəsaitləri hüquqa zidd formada mənimsəmişdir. Bu səbəbdən, hazırki işdə əldə etmə hüquqi əsasa söykənsə də, sonradan yalnız aradan qalxmış əsas deyil, eyni zamanda başlanğıcdan etibarən aldatmaya və etibardan sui-istifadəyə əsaslanan hüquq pozuntusu mövcuddur. Bu cür davranış yalnız əsassız varlanma deyil, delikt – yəni hüquqa zidd zərərvuran hərəkət kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarının müddəaları düzgün tətbiq edilməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı 2021-ci ilin sonlarında iddiaçı ilə cavabdehin münasibətinin pisləşdiyi, 2022-ci ilin əvvəllərində isə demək olar ki, münasibət tamamilə kəsilmişdir, son görüşlərinin 2022-ci ilin avqust ayında cavabdehin doğum günündə olduğu müəyyən edilmişdir. İddiaçı bu tarixi məhkəmə iclasında verdiyi izahda özü də təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı təmirə və mebellərə çəkdiyi xərcin əvəzi olaraq 5000 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməsi hüquqi mövqeyindən çıxış edir. Belə ki, iddiaçı tərəf cavabdehlə münasibətlərinin 2022-ci ilin avqust ayında tamamilə kəsildiyini bildirmişdir. Belə olan halda iddiaçının əsassız varlanmaya görə tələb irəli sürməsi üçün müddət axımı 2022-ci ilin avqust ayında başlamışdır. İddiaçı tərəf məhkəməyə müraciət etmək əvəzinə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin fərdi məhkəmə müdafiəsi hüququdur. Bildirirlər ki, məhkəmə burada da çox kobud pozuntuya yol verərək kəsici müddəti tətbiq etmişdir. Belə ki, iki əsasa görə kəsici müddət və ya iddia müddəti hazırki mübahisəyə tətbiq oluna bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. İş materiallarından görünür ki, İddiaçı hərəkətsiz qalmamışdır (passiv qalmamış, əksinə, davamlı və məqsədyönlü şəkildə hüquqlarını sonadək müdafiə etmişdir). İddiaçı ona qarşı dələduzluq edildiyini bildiyi və başa düşdüyü andan etibarən hüquq-mühafizə orqanlarına müraciət etmiş, şikayət materialı üzrə araşdırma uzun müddət davam etmiş, hətta Cavabdeh 5 dəfə təhqiqat və istintaq zamanı izahatı alınmışdır. Hətta bir dəfə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar ləğv olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, HK-1260 qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (Binəqədi RP-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalov). Daha sonra iddiaçının şikayəti əsasında həmin qərar ləğv olunmuş, yenidən araşdırma başlamışdır. Ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, HK- 1/1260 saylı qərarda qeyd olunmuşdur ki, hazırki məsələ mülki mübahisənin predmetidir. Buna görə də ikinci dəfə də toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı). İkinci qərarla iddiaçı tanış ola bilməmiş, araşdırmanın davam etdiyini düşünmüş, sonradan ona bildirmişlər ki, ikinci dəfə də cinayət işinin başlanılması rədd olunmuşdur. Bundan sonra dərhal İddiaçı 20 saylı vəkil bürosuna müraciət etmiş, xx.xx.2024-cü il tarixdə İddiaçıla büro arasında hüquqi yardım haqqında müqavilə imzalanmış və dərhal Binəqədi Rayon Polis İdarəsinə vəkil sorğusu verilərək şikayət üzrə materialların surətinin göndərilməsi xahiş olunmuşdur. Bəlkə də 20 dən çox şikayətlər ediblər. Lakin bunun bir nəticəsi olmamışdır. Hətta onlara qeyri-rəsmi bildirmişlər ki, guya işi itiriblər (4 ay ərzində iş materiallarının surətini ala bilməyiblər). Daha sonra Xətai Rayon Məhkəməsi də 3 ay ərzində iş materiallarını rəsmi sorğu əsasında ala bilməmiş, məcburiyyət qarşısında qalaraq icrası məcburi olan qərardad qəbul etmişdir. Yalnız bundan sonra iş materialları Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Hətta həm rəsmi poçtla, həm də əlbəəl şəkildə Binəqədi Rayon Polis idarəsinə iş materiallarının surətinin tələb olunması barədə sorğu verilsə də, uzun müddət ərzində işlə tanış ola bilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə iş materialları ilə tanış olaraq çıxarışlar əldə edə biliblər. Hər kəsə məlum olan haldır ki, iddianı sübuta yetirmək iddiaçının vəzifəsidir. Bütün sübutlar Binəqədi Rayon Polis İdarəsində şikayət üzrə materiallarda olduğu üçün onu əldə etdikdən sonra əsaslı şəkildə cəmi 2 gün sonra xx.xx.2024-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra cavabdehin qeydiyyat ünvanı Binəqədi rayonundan Xətai rayonuna dəyişməsindən dolayı xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsi işi geri qaytarmasından dolayı Xətai Rayon Məhkəməsinə müraciət ediblər. Göründüyü kimi bir an belə olsun İddiaçı hazırki iddiası ilə bağlı hərəkətsiz qalmamışdır (bu xronologiya açıq şəkildə göstərir ki, İddiaçı hərəkətsiz qalmamış, hüquqlarını davamlı və qanuni yollarla müdafiə etmişdir). Bundan başqa bildirirlər ki, müddətin (istər kəsici, istərsə də iddia müddəti) axımı Binəqədi Rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd olunması barədə 12 avqust 2023-cü il tarixli, hk-1/1260 saylı polis baş leytenantı, Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Azər Aslanlının qəbul etdiyi qərardan sonra başlamalıdır. Məhkəmə nəzərə almalı idi ki, müddətin başlanğıc anı yalnız hüquqmühafizə orqanları tərəfindən yekun qərarın verildiyi tarix – yəni 12 avqust 2023-cü il hesab oluna bilər. Bu tarixdən sonra hüquqi qeyri-müəyyənlik aradan qalxmış və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Əgər iddiaçı dələduzluq cinayəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdirsə və hüquq-mühafizə orqanlarının yekun qərarını gözləmişdirsə, burada hansı müddətin ötməsindən və ya kəsici müddətin tətbiqindən söhbət gedə bilər? Fərz etmək olar ki, İddiaçı şikayəti əsasında cinayət işi başlaya da bilərdi. İddiaçı həmin dövrdə delikt və ya əsassız varlanma ilə bağlı Cavabdeh qarşı mülki iddia qaldırsaydı, cinayət işinin gələcək perspektivinə ziyan vurmuş olardı və ona deyilə bilərdi ki, artıq sən mülki iddia qaldırmaqla baş verənlərin cinayət olmaması ilə razılaşırsan, yəni iş materiallarından görünür ki, tərəflərindən nə 2 illik müddət ötürülməyib, nə kəsici, nə iddia müddətinin tətbiqi üçün əsas var, nə də müddətlər iddiaçı tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Qeyd etmək lazımdır ki, hüquqi praktikada cinayət işi başlanmasa belə, şəxsin əməllərində mülki məsuliyyətə səbəb olan hüquqa zidd hərəkətlərin olması mümkündür. Bu baxımdan, delikt tərkibi olan hallarda iddia müddəti deyil, ümumi iddia hüququ əsas götürülməlidir. İddiaçının əvvəlcə hüquqmühafizə orqanlarına müraciət etməsi isə hüququn həyata keçirilməsi yollarından biridir və bu, iddia müddətinin keçməsi və ya kəsici müddətin tətbiqi ilə nəticələnə bilməz. AR KMnin Plenumunun N.Manafovun şikayəti üzrə AR Ali Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2008-ci il tarixli qərarı - AR KM-nin Plenumunun N.Manafovun şikayəti üzrə AR Ali Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2008-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsi bu işə fərdi yanaşmamış, şikayət edilən vəziyyətin reallıqlarını araşdırmamış, şablon şəkildə işə baxaraq qeyri-obyektiv nəticəyə gəlmişdir. N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı- Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı- Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı) Məhkəmə iş materiallarında saysız-hesabsız sübutlar olmasına baxmayaraq iddiaçının cavabdehə verdiklərini hədiyyə hesab etməklə hüquq normalarının tətbiqində çox ciddi səhvə yol vermişdir. Bağışlamanın mahiyyətində məhkəmənin etdiyi digər bir səhv ondan ibarətdir ki, hətta fərz etsək ki, həqiqətən də iddiaçı cavabdehə hədiyyə etmişdir, bu bağışlama müəyyən öhdəliklə şərtləndirilmişdi (evlilik vədi). Digər oxşar mübahisələrdən fərqli olaraq burada evlilik vədi olduqca real və inandırıcı olmuşdur. Belə ki, cavabdeh əvvəllər iddiaçını evlilik vədi ilə aldadaraq, sonradan Rusiyada başqa bir şəxslə nikaha daxil olmuş, daha sonra boşanaraq övladı ilə birlikdə iddiaçının himayəsinə sığınmış, nəticədə, iddiaçının etibarından və evlilik niyyətindən sui-istifadə edərək onun əmlakını ələ keçirmişdir. Bununla yanaşı, cavabdehlə ünsiyyətin davam etdiyi dövrdə başqa bir şəxslə ikinci dəfə münasibətdə olmuş və nikahdan əvvəl uşağı dünyaya gəlmişdir ki, bu da onun niyyətlərinin qeyri-səmimi və məqsədli olduğunu göstərən mühüm sübutlardan biridir. Bundan əlavə bildirirlər ki, iddianı sübuta yetirən aşağıdakı mötəbərliyi şübhə doğurmayan əsaslar var: Cavabdeh 11-ci səhifədə İddiaçı 2700 AZN borc aldığını deyir. 12-ci səhifədə Cavabdeh İddiaçı aldığı pulların məbləğini “2000 olar” – deyə göstərir. 13-cü səhifədə İddiaçı qeyd edir ki, Cavabdeh “Perla” Mebeldən 2300 AZN dəyərində yataq dəsti, “Era” Electronics-dən 1800 AZN dəyərində “LG” markalı soyuducu, “Kontakt Home”-dan 1500 AZN dəyərində kondisioner, plitə, aspirator, “İstikbal” mebeldən 800 AZN dəyərində yataq dəsti, 1000 AZN dəyərində divan, 800 AZN dəyərində mətbəx üçün stol-stul dəsti almışdır. Səhifə 15-də Cavabdeh (2000+2700) 4700 AZN borclu olduğunu etiraf edir (ilkin izahatını qismən təsdiq etdiyi bildirir). Səhifə 16-da Cavabdeh Ş.Hümbətovun “Perla” Mebeldən “Safiya” adlı yataq dəsti aldığını etiraf edir. Səhifə 16-da Cavabdeh izahat verir ki, İddiaçı onun mənzilini remont (təmir) etməyib və ora getməyib (Lakin istintaqın gedişində müəyyən olunur ki, İddiaçı, həqiqətən də, mənzili təmir etdirib və ora dəfələrlə gedib, ustalara ödəniş edib, material alıb və sair). Səhifə 17-də Cavabdeh qeyd edir ki, o və qardaşı Etibarın adına kredit olduğunu xatırlamır – Bu ifadəyə tənqidi yanaşmaq olar-çünki xatırlamaması özünü müdafiəsindən irəli gələ bilər. Səhifə 18-də Cavabdeh qeyd edir ki, “Şahin özünə məxsus kartdan onun kartına pul köçürüb.Dəqiq hansı məbləğdir bilmir. Sübut olunduğu təqdirdə ona hədiyyə olmayan köçürmələri qaytarmağa razıdır”. Səhifə 161-də İddiaçı təmir etdiyi mənzili göstərir. Səhifə 182-də 350 AZN (xx.xx.2021), səhifə 183 (xx.xx.2021)-də 350 AZN-nə dair ödəniş qəbzi var. Səhifə 184-də 250 AZN-nə dair ödəniş qəbzi (xx.xx.2021) var. Səhifə 191-də Rəsul Dadayev adlı usta qeyd edir ki, “İddiaçı o evə təmir üçün çoxlu materiallar göndərirdi. Paltaryuyanı qarşılayaraq evə yerləşdirdim, mənzili şəxsən Şahin təmir etdirirdi”. Səhifə 194-də 490 AZN dəyərində künc divanı alınmasına dair sübut var. Səhifə 205-də “Wento” şirkətindən 417.08 AZN dəyərində kondisioner alındığına dair şirkətin məktubu var. Səhifə 211-də “İstikbal” şifonerin dəyəri 300 AZN göstərilmişdir. Səhifə 212-də “İstikbal” krem kombin, tuvalet masası, tuvalet aynası, ortak kref kasası – dəyəri 1050 AZN göstərilmişdir. (200 AZN nağd+ 850 AZN kartla ödənilməklə) Səhifə 219da Cavabdeh qeyd edir ki, O.Kazımovla 2023-cü ilin fevralında evlənib, 2023-cü ilin mart ayında qızları dünyaya gəldi - Bu nə deməkdir ? Bu o deməkdir ki, Cavabdeh O.Kazımovla rəsmi nikahdan öncə münasibətdə olublar və bunun məntiqi nəticəsi kimi evlilikdən 1 ay sonra övladları dünyaya gəlib - bu da yenə o deməkdir ki, Cavabdeh İddiaçıla sevgili münasibətində ola-ola ona xəyanət etmişdir. Həmçinin Cavabdeh qeyd edir ki, “İddiaçı övladımı qəbul edib mənimlə evlənmək istəyirdi”. Cavabdeh qeyd edir ki, guya tap.az-dan evinə soyuducu, televizor, mebel dəstini- 1000 AZN məbləğinə almışdır, halbuki iş materiallarından görünür ki, bütün mebellər və avadanlıqlar təzədir. Bu da Cavabdeh ifadələrindəki ziddiyyətləri bir daha üzə çıxarır. Yalan dediyi bariz görünür. Daha sonra Cavabdeh qeyd edir ki, guya İddiaçı onun evini kirayə verib pulunu özünə götürürmüş. Evdə kirayədə qalan şəxs Anar Fərzəliyev Cavabdeh dediklərini yalanlayaraq bildirir ki, İddiaçı göstərişinə əsasən pulları Cavabdeh göndərirdi. Bundan başqa İddiaçı materiallara əlavə etdiyi hesabdan çıxarışdan görünür ki, İddiaçı göndərilən kirayə pulları belə hamısı Cavabdeh kartına göndərilmişdir. Cavabdeh 220-ci səhifədə etiraf edir ki, Şahinin mənə verdiyi ümumi əmlakın dəyəri 17.000 AZN olmaz. Ən yaxşı halda 4000-5000 AZN olar. Cavabdeh ən sonda şikayət ərizəsi ilə müraciət edərək guya İddiaçı ona 12.000 AZN borclu olduğunu və bu səbəbdən onun məsuliyyətə cəlb olunmağını xahiş edir. Ən sonda belə bir şikayətin edilməsi onun ilkin ifadəsi ilə ziddiyyət təşkil edir. Bu addım Cavabdeh İddiaçı qarşı əsassız şəkildə şikayət ərizəsi verərək məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Çünki sual yaranır. Əgər İddiaçı Cavabdeh 12.000 AZN pulunu mənimsəmişdirsə, nəyə görə Cavabdeh ilkin ifadəsi zamanı bunları bildirməmiş və uzun müddət ərzində susmuşdur. Təbii ki, bunlar hamısı özünü müdafiə taktikası idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin və işin apellyasiya icraatı zamanı təqdim etdiyi izahatların məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, hüququnun pozulduğunu bildiyi andan bir gün sonra hüquq mühafizə orqanlarına şikayət olaraq ərizə ünvanlamış, bu 2023-cü ilin əvvəllərinə, mart ya da aprel aylarına təsadüf edir. O, haqqını axtaran vətəndaşdır, hüquq mühafizə orqanlarına müraciət etmişdir, cavabdehin 4-5 dəfə izahatı alınmış, o, hər dəfə ziddiyətli ifadələr vermişdir. O, 20-21 yaşlarında olanda, cavabdehin 12-13 yaşı olmuşdur. Onlar təxminən 2006-cı ildə tanış olmuş, sonra qohumluq münasibətlərinin olduğunu bilmişlər. Onlar faktiki nikah münasibətlərinə daxil olmamışlar. 1 saylı Asan xidmət mərkəzinə müraciət etmiş, birlikdə tibbi müayinədən keçmiş, daha sonra cavabdeh etiraz etmişdir. Cavabdeh ümumiyyətlə tez-tez fikir dəyişdirirdi, 2020-ci illərdən əvvəl onlar ailəvi olaraq dost olmuş, anaları yaxın rəfiqə olduğundan elçilik məsələsi olmuşdur. O, əlində 40 günlük körpə uşaqla ona sığınan bir insana yuva vermək istəmiş, ailə vermək istəmiş, amma təəssüf ki, onun inamından istifadə edilmişdir. 2022-ci ilin avqust ayının 8-də cavabdehə sonuncu dəfə hədiyyə almış, münasibətləri soyuduğundan təzədən isinməsi üçün, 2023-cü ilin əvvəllərində isə cavabdehin ərə getməsi, uşağı olması ona məlum olmuşdur. Cavabdeh 2022-ci ilin noyabrın 11-12-də cavabdeh Moskvada yaşayan keçmiş ərinin ölkəyə gəlib-gəlməməsini yoxlamaq üçün ona zəng etmiş, o da, üç aydan sonra bu səbəblə ona zəng etməsinə əsəbləşmiş, cavabdeh ona şəkillər göndərərk evli olmasını, uşağının olmasını bildirmişdir. Tələb etdyi 20.000 manata cavabdehin 2020ci ildən etibarən ondan istədiyi və onun cavabdehə verdiyi çoxsaylı pul göndərişləri daxildir. Belə ki, o, cavabdehin uşağına, özünə tələb olunan əşyaların alınması üçün pul vermişdir. Cavabdehin evinə mebel alınıb, 2.700 manat bir mebelə xərclənilib, 1.500 manat, 800 manat bir mebelə xərclənilib, daha sonra 1.000 manat soyuducu, 490 manat dəyərində künc divanı alınıb, 417 manat dəyərində kondisioner alınıb, 300 manat dəyərində “İstikbaldan” şkaf alınıb, 3.500 manat təmirə xərclənib. İddia ərizəsində hədiyyələrə aid heç nə yazılmayıb, onun cavabdehə aldığı hədiyyələr dünya qədərdir. Cavabdehin anasına, özünə, qardaşına, uşağına müxtəlif vaxtlarda hədiyyə alınıb, onların heç biri iddiada qeyd olunmayıb. Ev əşyalarının alınmasının əsas səbəbi odur ki, cavabdeh onun qarşısına müəyyən şərtlər qoyurdu deyirdi ki, bu evdə yaşayacaqlar, filan əşlar olmalıdır, ya da deyir ki, yemək bişirmək istəyir sobası yoxdur, o da soba alıb verirdi. Bu artıq hədiyyə deyil, hədiyyə ola bilməz. Cavabdeh deyirdi ki, “Sən kişisən, bunu almalısan” o, da alırdı. Bütün mebellər cavabdehin istəyi ilə alınmış, o, kartını cavabdehə vermiş, sonradan cavabdeh aldığı əşyalar barədə ona məlumat vermişdir. Onlar heç bir evdə yaşamağı planlaşdırmamışlar, cavabdeh deyirdi ki, “mənim qardaşımdan qalan bir ev var, o evdə əşyalar yoxdur, evə əşyalar alaq və mənzili kirayəyə verək, istəyirəm ki, qardaşım 5-3 manat pul qazansın”. O, bu hərəkətləri qaytarmaq şərti ilə etməmiş, gələcəkdə yoldaşı olacaq şəxsin istəyi ilə bu hərəkətləri etmişdir. Onun fikri ailə quracağı insana hədiyyə almaq yox, onun istədiyi şeyi yerinə yetirməkdən ibarət olmuşdur. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Bu hərəkətlər 2020-ci ildən 2022-ci ilin sonlarınadək olmuşdur. O, cavabdehin, cavabdeh isə onun evinə gəlibgetmiş, sonradan hamilə olduğuna görə cavabdeh onunla görüşmək istəməmişdir. 2022-ci ilin yay aylarından etibarən yavaş-yavaş, az-az görüşməyə başlamışlar, soruşanda cavabdeh “özümü pis hiss edirəm, işdən gəlmişəm, yorğunam? və.s. deyirdi. Həmin dövrdə onlar telefonla əlaqə saxlamışlar. İş yerləri yaxın olsa da, cavabdehin işlədiyi binaya onun icazəsiz girişi mümkün deyildir. Nikaha daxil olsaydı aldığı şeylərdən o da, istifadə edəcəyindən tələb etməzdi. Mənzili o, kirayəyə verdiyindən kirayə haqqı onun kartına ödənilmiş, bundan sonra o, kirayə haqqını hər dəfə cavabdehə göndərmişdir. 2022-ci ilin may-iyun aylarından etibarən o, mənzilə nəzrət etməmiş, Fatma ona “mən artıq istəyirəm ki, kirayəçi ilə məni tanış elə, mən onunla özüm danışmaq istəyirəm, sən danışma” demişdir. Polisdə araşdırma zamanı cavabdeh “gəlsin əşyaları verim, götürsün” desə də, o, əşyalar varsa, onun aldığı qiymətədirsə gəlib götürməsini demişdir. Lakin cavabdeh əşyaları vermək istəmir, əşlar onsuz da yoxdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin və işin apellyasiya icraatı zamanı təqdim etdiyi izahatlarının məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edib, iddia ərizəsinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verib şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə könüllü ittifaqıdır. Ona görə də nikah tərəflərdən birinin könüllü razılığı olmadan bağlandığı halda etibarsız hesab edilir. Kollegiya apellyasiya şikayətinin iddiaçının cavabdeh tərəfindən aldadılması, əmlakını mənimsəməsi və s. dəlilləri üzrə qeyd edir ki, iddiaçının bu faktlarla bağlı şikayəti hüquqmühafizə orqanı tərəfindən araşdırılmış və cinayət işinin başlanması rədd edilərək ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müracit etməsi tövsiyyə edilmişdir. Kollegiya iddiaçının iddia tələbinin hüquqi əsasının delikt olmasına dair dəlili üzrə qeyd edir ki, delikt mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt olaraq mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı iş üzrə tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi öz təsdiqini tapmadığından, iddiaçının cavabdehə qarşı pul tələbinin bir hissəsinin bağışlama müqaviləsindən irəli gəlməsi, tələbin digər hissəsinin hüquqi əsasının isə əsassız varlanmadan irəli gələn mübahisə olması müəyyən olunduğundan kollegiya birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır. Kollegiya iddiaçının cavabdehə hədiyyə olaraq verdiyi əşyaların dəyərinin geri tələb etməsinə dair tələbi üzrə qeyd edir ki, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı sayıldığından, hədiyyə verənin bağışlamaqdan imtina edilməsi əsasları hazırkı mülki işdə müəyyən edilmədyindən iddia tələbini bu hissədə təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya, əldə edilənləri deyil, onların dəyərini tələb edən iddiaçının bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə verdiyi hədiyyənin geri tələb etmək hüququnu da istisna etməyərək qeyd edir ki, əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Əsassız varlanmış şəxsin əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi yaranır. Hazırkı işdən müəyyən olunur ki, tərəflər nikaha daxil olmağı planlaşdırmış, uzun müddət bir-birinin qayğısına qalmış, cavabdeh iddiaçıya güvənərək özünə aid olan məsələlər barədə ona məlumat vermiş, sonuncu könüllü şəkildə cavabdehin həmin məsələrlə bağlı məsrəflərini, sonradan geri tələb etmək niyyəti olmadan qarşılamış, cavabdehin onunla nikah münasibətlərinə daxil olmaq fikrindən çəkinməsini gördükdən sonra isə əvəzsiz, təmənnasız gördüyü işlərin dəyərini, sonradan aradan qalxmış əsasa söykənərək geri tələb etsə də, bu tələblər üzrə iddia müddətini ötürmüşdür. Belə ki, əsassız varlanma hallarında əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı) Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflərin münasibətləri cavabdehin hələ ikinci dəfə nikaha daxil olmamışdan əvvəl pozulmuş, iddiaçı hazırkı iddia ilə öz hüququnun pozulduğunu bildiyi gündən iki ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmiş, iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi üçün qanunla müəyyən olunan əsaslar isə iş üzrə mövcud deyildir. Cavabdeh isə ərizə ilə müraciət edərək iddiaçının tələbinə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Kollegiya iddiaçının mənəvi ziyan tələbi üzrə qeyd edir ki, nikah münasibətlərinin könüllü münsibətlər olduğunu bilən iddiaçının cavabdehin onunla nikaha daxil olmaq fikrindən daşınması nəticəsində mənəvi sarsıntı, iztirab keçirməsi, sağlamlığının pozulması hallarının baş verməsi hazırkı iş üzrə müəyyən edilməmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin yalnız formal mülahizələrə görə ləğv edilməsi mümkün olmadığından, işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbinin tam həcmdə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəldiyindən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1066/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4897/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4897/2025
29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver