Məhkəmə qərarları › İş №2(103)-4899/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4899/2025

18.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4899/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən evin xüsusi mülkiyyətində olan 1/2 hissəsindən əmlakları ilə birlikdə çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1425/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AZ1048, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan 1/2 hissəsindən çıxarılmış, həmin ev boşaldılaraq İddiaçı təhvil verilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1425/2025 saylı qətnaməsini ləgv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1425/2025 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1425/2025 nömrəli qətnaməsindən verilmiş şikayəti geri qaytarılmışdır. 23 iyun 2025-ci il tarixdə Cavabdeh yenidən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1425/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1425/2025 nömrəli qətnaməsi cavabdeh tərəfindən 06 may 2025-ci il tarixdə qəbzə imza etməklə əldə edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı bir aylıq müddəti otürərək xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bununla da, apellyasiya şikayəti verilməsi üçün müddət üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin: - 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. - 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. - 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. - 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363, 366.4 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar