Məhkəmə qərarları › İş №2(103)-4901/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4901/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4901/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 BOKT QSC-nin nümayəndəsi Ağayev Rüfət Müstəqil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-952/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 BOKT QSC və Nəsimi rayon İcra Şöbəsinə qarşı «hərracın nəticələri haqqında protokolun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı, "xxxx" MMC-nin «Hərracın nəticələri haqqında, 01 noyabr 2021-ci il tarixli, YP № 160 saylı hərracın yekunları haqqında Protokolu»nun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(006)-6/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 4.427.712 manat 95 qəpik əsas borc, 2.195.960 manat 43 qəpik faiz olmaqla, cəmi 6.623.673 manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Əliyev Azər Əli oğluna məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 100.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın İddiaçı məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 369.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər Qurbanova Nurxanım Novruz qızı, Quliyeva Yeganə Dövlət qızı, Hüseynova Rühəngiz Tapdıq qızı, Hüseynova Mahirə Tapdıq qızı, Hüseynov Faiq Tapdıq oğlu, Hüseynova Təranə Tapdıq qızı, Eyvazova Tahirə Tapdıq qızı, Eyvazov Azad Etibar oğlu, Eyvazova Günay Etibar qızı və Eyvazova Nigar Etibar qızının Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borcun "xxxx" MMC-yə məxsus ipotekaya qoyulmuş qətnamənin nəticə hissəsində siyahısı, qeydiyyat nişanları və digər əlamətləri göstərilmiş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin "xxxx" MMC-yə qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbləğinin "xxxx" MMC-dən tutularaq Cavabdeh1 BOKT QSC-yə ödənilməsi, 580 manat ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli 2(103)-1111/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(006)-6/2019 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Cavabdeh1 BOKT QSC-nin cavabdehlər "xxxx" MMC, Əliyev Azər Əli oğlu, İddiaçı, Qurbanova Nurxanım Novruz qızı, Quliyeva Yeganə Dövlət qızı, Hüseynova Rühəngiz Tapdıq qızı, Hüseynova Mahirə Tapdıq qızı, Hüseynov Faiq Tapdıq oğlu, Hüseynova Təranə Tapdıq qızı, Eyvazova Tahirə Tapdıq qızı, Eyvazov Azad Etibar oğlu, Eyvazova Günay Etibar qızı və Eyvazova Nigar Etibar qızına qarşı «kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə ilkin iddia tələblərinin qismən təmin olunması, cavabdeh "xxxx" MMC-dən 4.427.712,95 manat əsas borc, 2.195.960,43 manat faiz olmaqla, cəmi 6.623.673,37 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Əliyev Azər Əli oğluna məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın İddiaçı məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 304.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər Qurbanova Nurxanım Novruz qızı, Quliyeva Yeganə Dövlət qızı, Hüseynova Rühəngiz Tapdıq qızı, Hüseynova Mahirə Tapdıq qızı, Hüseynov Faiq Tapdıq oğlu, Hüseynova Təranə Tapdıq qızı, Eyvazova Tahirə Tapdıq qızı, Eyvazov Azad Etibar oğlu, Eyvazova Günay Etibar qızı və Eyvazova Nigar Etibar qızının Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borcun "xxxx" MMC-yə məxsus ipotekaya qoyulmuş ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG *** qeydiyyat nişanlı, «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin "xxxx" MMC-yə qaytarılması, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 580 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 800 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, İddiaçı "xxxx" ASC-yə, Bakı şəhəri 5 saylı Notariat Kontoruna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3590/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1111/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilərək mənzilin ilkin satış qiyməti 369.000 manat müəyyən edilmişdir. Qeyd olunan icra sənədi icra edilməsi üçün Nəsimi İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsi Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilin açıq hərracdan satılması məqsədi ilə cavabdeh "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC onun mülkiyyətində olan mənzilinin ilkin qiyməti 369.000 manat olmaqla satılması üçün açıq hərraca çıxartmışdır. Hərrac baş tutmadığı üçün təkrar hərracda əmlakın qiyməti ilkin satış qiymətindən 15 faiz aşağı yəni, 43.7-ci maddəsinə əsasən isə 235.237 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 BOKT QSC-yə təklif edilmişdir. Bundan sonra mülkiyyətində olan mənzil «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 01 noyabr 2021-ci il YP № 160 saylı hərracın yekunları haqqında protokolla ipoteka saxlayan və əldə etmək hüququna malik olan Cavabdeh1 BOKT QSC əldə etmişdir. Həmin protokol dövlət reyestrinə təqdim edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlər hərracı ondan gizli keçirdərək, onu mülkiyyətini satın almaq hüququndan məhrum etmişlər. Yəni, hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar edilsəydi, onda evinin dəyərini ödəməklə, özü satın alardı. Həmçinin mənzilinin satılmasına razı olsaydı, banka heç bir ödəniş etməzdi. Məhkəmə qətnaməsindən sonra yuxarıda qeyd olunan məbləği ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayla bilər. Azərbaycan Rsepublikası Konstitusiyasının 13cü maddəsinə əsasən Azərbaycan Rsepublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 10 dekabr 1948-ci il tarixdə qəbul olunmuş «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin Mülkiyyət hüququndan bəhs edən 17-ci maddəsinin 1-ci bəndində göstərilir ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ vardır və heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz.» Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-952/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbimin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 BOKT QSC-nin nümayəndəsi Ağayev Rüfət Müstəqil oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-952/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli 2(102)-3590/2021 saylı qərarından görünür ki: 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(006)- 6/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT QSC-nin cavabdehlər "xxxx" MMCyə, Əliyev Azər Əli oğluna, İddiaçı, Qurbanova Nurxanım Novruz qızına, Quliyeva Yeganə Dövlət qızına, Hüseynova Rühəngiz Tapdıq qızına, Hüseynova Mahirə Tapdıq qızına, Hüseynov Faiq Tapdıq oğluna, Hüseynova Təranə Tapdıq qızına, Eyvazova Tahirə Tapdıq qızına, Eyvazov Azad Etibar oğluna, Eyvazova Günay Etibar qızına və Eyvazova Nigar Etibar qızına qarşı «kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş; cavabdeh "xxxx" MMC-dən 4.427.712 manat 95 qəpik əsas borc, 2.195.960 manat 43 qəpik faiz olmaqla, cəmi 6.623.673 manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Əliyev Azər Əli oğluna məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 100.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın İddiaçı məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 369.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər Qurbanova Nurxanım Novruz qızı, Quliyeva Yeganə Dövlət qızı, Hüseynova Rühəngiz Tapdıq qızı, Hüseynova Mahirə Tapdıq qızı, Hüseynov Faiq Tapdıq oğlu, Hüseynova Təranə Tapdıq qızı, Eyvazova Tahirə Tapdıq qızı, Eyvazov Azad Etibar oğlu, Eyvazova Günay Etibar qızı və Eyvazova Nigar Etibar qızının Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borcun "xxxx" MMC-yə məxsus ipotekaya qoyulmuş qətnamənin nəticə hissəsində siyahısı, qeydiyyat nişanları və digər əlamətləri göstərilmiş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin "xxxx" MMC-yə qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbləğinin "xxxx" MMC-dən tutularaq Cavabdeh1 BOKT QSC-yə ödənilməsi, 580 manat ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 2) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli 2(103)-1111/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(006)-6/2019 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı Cavabdeh1 BOKT QSC-nin cavabdehlər "xxxx" MMC, Əliyev Azər Əli oğlu, İddiaçı, Qurbanova Nurxanım Novruz qızı, Quliyeva Yeganə Dövlət qızı, Hüseynova Rühəngiz Tapdıq qızı, Hüseynova Mahirə Tapdıq qızı, Hüseynov Faiq Tapdıq oğlu, Hüseynova Təranə Tapdıq qızı, Eyvazova Tahirə Tapdıq qızı, Eyvazov Azad Etibar oğlu, Eyvazova Günay Etibar qızı və Eyvazova Nigar Etibar qızına qarşı «kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə ilk iddia tələblərinin qismən təmin olunması, cavabdeh "xxxx" MMCdən 4.427.712,95 manat əsas borc, 2.195.960,43 manat faiz olmaqla, cəmi 6.623.673,37 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Əliyev Azər Əli oğluna məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın İddiaçı məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 304.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər Qurbanova Nurxanım Novruz qızı, Quliyeva Yeganə Dövlət qızı, Hüseynova Rühəngiz Tapdıq qızı, Hüseynova Mahirə Tapdıq qızı, Hüseynov Faiq Tapdıq oğlu, Hüseynova Təranə Tapdıq qızı, Eyvazova Tahirə Tapdıq qızı, Eyvazov Azad Etibar oğlu, Eyvazova Günay Etibar qızı və Eyvazova Nigar Etibar qızının Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borcun "xxxx" MMC-yə məxsus ipotekaya qoyulmuş qeydiyyat nişanları sadalanan «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin "xxxx" MMC-yə qaytarılması, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 580 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 800 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, İddiaçı "xxxx" ASC-yə Bakı şəhəri 5 saylı Notariat Kontoruna, DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. 3) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli 2(102)-3590/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli 2(103)- 1111/2020 saylı qətnaməsi İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilərək mənzilin ilkin satış qiyməti 369.000 manat müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli 2(103)-1111/2020 saylı qətnaməsi qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Hazırkı mülki iş üzrə İddiaçı «hərracın nəticələri haqqında protokolun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiasını onunla əsaslandırır ki, yuxarıda qeyd olunan məhkəmə aktı üzrə icra sənədi icraya yönəldilərkən və ipoteka predmeti olan əmlak açıq hərraca çıxarılarkən, hərrac barədə, hərracın keçirildiyi yer və vaxt barədə ona vaxtında məlumat verilməmiş, bu səbəbdən o, açıq hərracın keçirilməsindən bixəbər olmuş, nəticə etibarı ilə həmin hərracda iştirak edərək ipoteka predmetini təyin olunmuş qiymətini (dəyərini) ödəməklə əldə etmək imkanından məhrum olmuşdur. Bu səbəbdən, hesab edir ki, keçirilmiş hərracın nəticələri haqqında tərtib edilmiş protokol, eləcə də protokol əsasında dövlət reyestrindən verilmiş çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal iddianın təmin edilməsi üçün yetərli deyil. Belə ki, iddiaçı hərracın keçirilməsi barədə bildirişlərin ona çatmamasına istinad etsə də, işin sübuta yetirilmiş halı ondan ibarətdir ki, hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sifarişli məktubla (qanunda təsbit olunduğu kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Qeyd olunmalıdır ki, borclular “İNTER+ MMC” və İddiaçı hər ikisi eyni hüquqi ünvanda Baki Şəhəri, ünvan 1ar və bildirişdə hər ikisinin adı qeyd edilmişdir. Bu ünvana dəfələrlə bildiriş göndərilsə də, hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, ipoteka qoyana, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsini və ipoteka predmetinin hərraca çıxarılaraq satılacağını bilirmişdir. Əvvəla, hərracın keçirilməsində iddiaçının özü maraqlı olmuş və yaşayış yerini dəyişdiyi təqdirdə bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat vermək vəzifəsi də iddiaçının üzərindən olmuşdir. Digər tərəfdən, borcluya bildirişin şəxsən çatdırılmaması əsası ilə hərracın etibarsız hesab olunması təcrübəsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması imkanlarını heçə endirir, mülki dövriyyənin sabitliyini pozmuş olur. Belə ki, hərrac təşkilatının göndərdiyi bildirişi almaqdan yayınma, əmlakı hərraca çıxarılan borclu üçün əqdin sonradan etibarsız hesab olunması əsasını əldə etmək üçün ən asan çıxış yoludur. Belə təcrübə ipotekanın fəlsəfəsinə, mahiyyətinə uyğun gəlmir. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi o istiqamətdə inkişaf edir ki, öhdəliklər vaxtında icra edilmədikdə onun təminatı kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlakların kreditorun mənafeyinə uyğun realizə olunması prosedurları sadələşdirilsin, məhkəmə qərarları olmadan həmin əmlaklara tutma yönəldilsin. Belə təcrübə maliyyə-kredit sahəsində münasibətlərin inkişafına, kreditorların mənafelərinin qorunmasına xidmət edir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olsun. Kreditorun təminatı nə qədər zəmanətli olarsa, kredit alana edilən güzəştlər (məs: müqavilələrin daha sərfəli şərtlərl bağlanması) də bir o qədər əlçatan olar. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci insstansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-952/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-952/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar