Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4937/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X13 ibarət tərkibdə, Məhkəmə iclas katibi X18, İddiaçı iştirakı ilə, İddiaçı (X26, X21, X37, X36, X22, X30, X38, X54 və X14 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmış, xx.xx.2015-ci il tarixdə nikah pozulmuşdur. Tərəflərin birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirmişlər. Hal-hazırda iddiaçı bağışlama müqavilələrinin etibarsız hesab edilməsini, torpaq sahəsinə və mübahisələndirilən evə 1/2 payların müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə ünvan 3q edilmiş xx.xx.2014-cü il tarixli, 40-882 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində 14 02.2004-cü il tarixli 96 saylı aktla nikah bağlamış və Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli 15 saylı aktla həmin nikah pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövləl Reyestri Xidmətinə KVB-117 nömrəli, 10 sentyabr 2020-ci il tarixli sorğu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən № **********89 xx.xx.2020-ci il tarixli məktubla sorğusuna cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, “sorğu ilə əlaqədar olaraq bildiririk ki, Cavabdeh adına ünvan 2 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 3q edilmiş xx.xx.2012-cü il tarixlı, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində; Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli, 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli, 132 nömrəli forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixində ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak ünvan 3q edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmiş və Bakı şəhəri 12 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 40-809 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarxində Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.” İddiaçı xx.xx.2014-cü il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına razılıq vermişdir. Cavabdeh onun tərəfindən cavabdehə verilmiş razılıq ərizəsindən sui-istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzili 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. xx.xx.2018-ci il tarixdə o, notariusa müraciət edərək yuxarıda qeyd edilən ərizəsini ləğv etmişdir. Belə ki, “Elektron notariat X2 çıxarış”a əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X42 tərəfindən 8160 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir “Mən yazıb bildirirəm ki, keçmiş həyat yoldaşım Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmirəm.” “Elektron notariat X2 çıxarış”a əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X42 tərəfindən 8696 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir: “Yazıb bildirirəm ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşım Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında ərizə vermişəm. Xahiş edirəm həmin ərizəni ləğv edəsiniz”. Bundan başqa, “Elektron notariat X2 çıxarış”a əsasən, xx.xx.2014-cü il tarixdə 3 saylı ASAN xidmət mərkəzindəki notariat kontorunun notariusu X31 tərəfindən 14952 reyestr nömrəsi ilə təsdiqlənmiş etibarnaməyə əsasən İddiaçı Cavabdeh banklarda onun nümayəndəsi kimi çıxış etmək haqqında etibarnaməni təsdiqləmişdir. Həmin çıxarışda Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 5 hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Mülki və ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi onun yuxarıda qeyd edilən əmlak üzərində pay hüququ müəyyənləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, mənzil 100 qeydiyyatdan keçmişdir və 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən onun razılığı olmadan ümumi birgə mülkiyyətdə olan əmlakı bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsi onun həmin əmlak üzərində olan mülkiyyət hüquqlarını pozmuşdur. Belə olan halda xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X23 bağışlanması barədə ünvan 3q edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X56 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. İddia ərizəsinə əlavə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzil 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. Həmin təmir nəticəsində mənzilin Mirbəşir Qasımov küçəsinə qapısı açılmış, arakəsmə divarlar sökülmüş, elektrik xəttləri, su və isitmə xəttləri yenidən çəkilmiş, tavanın divarlarının səthi düzəldilmiş, rənglənmiş, yeni çıl-çıraqlar, elektrik açarları və qoruyucular quraşdırılmış, Mirbəşir Qasımov küçəsindən yeni giriş qapısı, vitrin quraşdırılmışdır. Mənzilin döşəməsi tamamilə yenilənmişdir. Köhnə döşəmə sökülmüşdür. Məhz bu səbəbdən Cavabdeh sözügedən qeyri-yaşayış sahəsini 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nigah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildir. Lakin, cavabdeh qeyd edilən qeyriyaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi və əsaslı təmiri nəticəsində əmlakın dəyəri əhəmiyyətli dərəcə artmışdır. Bu səbəbdən cavabdeh tərəfindən sözügedən əmlak 500.000 manat məbləğində satılmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat və **-OV-*** nömrə nişanlı, 2011 buraxılış ili, ağ rəngli, mühərrik 1GRA313420, ban JTMDU09J1B4042402 olan “X63” minik avtomobilinin 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satılmasından əldə edilən pulun 1/2 hissəsi Cavabdeh İddiaçı Fikrət qızının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, halhazırda məlum olmuşdur ki, cavabdeh X39 xx.xx.2013-cü il tarixdə əldə etdiyi və AB836456 nömrəli şəhadətnamə və **-OV-*** nömrə nişanı ilə “X63 minik” buraxılış ili 2011, rəngi ağ, mühərrik 1GRA313420 Ban JTMDU09J1B4042402 avtomobili əldə etmişdir və qeydiyyata saldırmışdır. Tərəflər arasında nikah ləğv olunduqdan sonra Cavabdeh İddiaçı Fikrət qızının razılığın olmadan, ondan xəbərsiz həmin avtomobili 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satmışdır və bu əsasla avtomobili öz adından qeydiyyatdan çıxarmışdır. Həmin avtomobil də birgə nikah dövründə əldə olunmuşdur. Bu səbəbdən qeyd edilən avtomobilin satışından cavabdehin əldə etdiyi pulun 1/2 hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Cavabdeh İddiaçı qarşı “mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilərək, xx.xx.2004-cü il tarixli, seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında iki otaqlı mənzilin 1/2 hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanında üç otaqlı mənzilin 1/2 hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvan 8 ünvanında iki otaqlı mənzilin 1/2 hissəsinə, xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, X51 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanında üç otaqlı mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmıdır ki, İddiaçı ilə onun arasında olan nikah xx.xx.2004-cü il tarixdə rəsmi qaydada qeydə alınmış, xx.xx.2015-ci il tarixdə həmin nikah pozulmuşdur. Birgə nikah dövründə cavabdeh İddiaçı adına bir çox daşınmaz əmlaklar alınmışdır. Cavabdehin adına birgə nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri aşağıdakılardır: 1. xx.xx.2004-cü il tarixli, seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında iki otaqlı mənzil; 2. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanında üç otaqlı mənzil; 3. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvan 8 ünvanında iki otaqlı mənzil; 4. xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, X51 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanında üç otaqlı mənzil. Qeyd edilən daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərində mülkiyyətçi kimi yalnız İddiaçı adına qeyd edilməsinə baxmayaraq, həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün, həmin daşınmaz əmlakların 1/2 hissələrinə payının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 10 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X3 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 10 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 11 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X3 barədə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə235 saylı müqavilənin etibarsız sayılması, ünvan 11 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 12 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X7 barədə Bakı ASAN xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqavilənin etibarsız sayılması, ünvan 12 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 13 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X9 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqavilənin etibarsız sayılması, ünvan 13 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 14 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X12 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqavilənin etibarsız sayılması, ünvan 14 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X5 barədə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin İddiaçı tərəfindən X10 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 10 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X3 barədə Bakı şəhəri notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 10 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 17 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X8 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqavilənin etibarsız sayılması, ünvan 17 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 18 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X4 barədə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqavilənin etibarsız sayılması, ünvan 18 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. Qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlakların dövlət qeydiyyatına alınıb-alınmaması, müsbət halda həmin tarixlərdə onun adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklardan hansıların özgəningiləşdirilməsi barədə məlumatların əldə edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Həmin sorğuya 7552 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısını əldə etdiyinə görə qarşılıqlı iddia tələbini dəqiqləşdirmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə- 882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə mülkiyyət hüququnun tanınması, qətnamə yalnız bu hissədə həmin daşınmaz əmlaklara dair (Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi) İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququnun (hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmiş, ilkin iddia tələbləri qalan hissədə və qarşılıqlı iddia təmin edilməmiş, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.3, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 225.1, 234.1, 337.1, 339.2, 339.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən nikah dövründə olduğu zaman Səkinə İsmayılovanın razılığı olmadan birgə mülkiyyətdə olan mübahisəli mənzili bağışlama müqaviləsinə əsasən özgəninkişləşdirilmişdir. Qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzil ilə bağlı ilkin bağışlama müqaviləsi (xx.xx.2014-cü il tarixli) etibarsız hesab edildiyindən, daha sonradan Cavabdeh mülkiyyətinə yenidən keçməsinə baxmayaraq sonuncu xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsidə etibarsız hesab edilməlidir. Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə olduqları zaman əldə edilmiş və ilkin iddia üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklar bərabər paylarla iddiaçı və cavabdeh arasında bölünməldir. İlkin iddia üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsaitin xərclənməsini göstərsə də, bu halları təsdiq edən mötəbər olan hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilkin iddia tələbinin avtomobilin satışından cavabdehin əldə etdiyi pulun 1/2 hissəsi iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı birgə nikah dövründə əldə olunmuş və Cavabdeh adına qeydiyyata alınmış «X63» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı avtomobilin onun razılığı olmadan xx.xx.2021- ci il tarixdə satılmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi ilə bağlı Cavabdeh qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, C bloku, 3cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X6. İddiaçı notarial qaydada ərizə yazaraq sözügedən mənzili əldə etdiyi vaxta subay olması və həmin əmlakı satanda da subay olması göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, Nəsimi rayonu, X51 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 sonra satış nəticəsində əldə olunmuş vəsait birgə nikah dövrü aralığına düşmüş, həmin vəsaitin İsmayılova Səkinə tərəfindən ailə ehtiyaclarından kənar sahəyə xərclənməsi barədə sübutları qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 28 ünvanında yerləşən 24 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 16 saylı mənzili xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X24 bağışlamış və Cavabdeh notariat qaydada ərizə yazaraq həmin mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi, Cavabdeh razılığını almadan, xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X11. Məhkəmə mübahisəli bağ sahəsinin nikah dövründə satılması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh razılığı alınmasa da belə, satış birgə nikah dövründə həyata keçirilmişdir və satışdan əldə edilmiş vəsaiti də nikah dövründən kənar başqa bir yerə xərclənməsi də sübuta yetirilmədiyindən, ehtimal olunur ki, həmin vəsaitlər birgə nikah dövründə xərclənmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ünvan 21 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzili xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 99.000.000 manata almışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzili tərəflərin birgə nikah dövründə İddiaçı adına qeydiyyata alınsa da, həmin mənzil Cavabdeh ilə nikaha daxıl olduqdan 5 aydan sonra tərəflərin birgə vəsaiti hesabına deyil, İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır və həmin hal məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələri ilə bağlı qeyd etmişdir ki, qarşılıqdı iddia üzrə verilən iddia ilkin iddia verildikdən sonra təqdim edilmiş, bu hal isə qarşılıqlı iddia üzrə iddiaçıya bu an yəni ilkin iddia verildikdən sonra məlum olmuşdur. İddia müddəti tətbiq edilərkən əgər verilən iddia tələbi əsassızdırsa onunla bağlı verilən iddia müddətinin tətbiqi barədə ərizədəndə söhbət gedə bilməz, bu hal yalnız verilmiş iddia əsaslıdırsa və müddət keçmişdirsə ərizə təmin oluna bilərdi. Odur ki, qarşılıqdlı iddia üzrə verilən iddia müddətinin tətbib edilməsi barədə vəsatət əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə ilkin iddia tələbi ilə verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda məhkəmə verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab etmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasını xahiş edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və qarşılıqlı iddia təmin edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzilinin ünvan 3q edilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh anası X19 bağışlaması və sonradan xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən yenidən Cavabdeh adına qeydiyyatdan keçməsi ilə bağlı müqavilələr uydurma əqd olduğundan əhəmiyyətsizdirlər. Belə ki, Cavabdeh anasına və sonuncunun mənzili yenidən ona (oğluna) bağışlaması müqavilənin həqiqi niyyətinə xidmət etməmişdir. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin tərəflər arasında bərabər paylara bölünməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olduğunu hesab edərək qeyd etmişdir ki, iş materialları ilə qeyd edilən əmlakın tərəflərin birgə nikah dövründə olduqları zaman əldə etdikləri təsdiq olunur. Ona görə də göstərilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklar bərabər paylarla iddiaçı və cavabdeh arasında bölünməldir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddianın Cavabdeh adına qeydiyyata alınmış “X63” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun 1/2 hissəsinin tutulması hissəsi ilə bağlı apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı məhkəmənin sorğusuna X61 Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, mübahisəli “X63” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə mülkiyyətçi dəyişmədən yenidən Cavabdeh adına qeydiyyata alınmış və halhazırda cavabdehin mülkiyyətindədir. Göründüyü kimi mübahisəli avtomobil başqa şəxsə satılmamış və hazırda da cavabdehin mülkiyyətindədir. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat pulun tutulması hissəsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, keçən 12 ildən sonra belə tələb irəli sürülməsi sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir. Apellyasiya instansiya məhkəməsi İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi ilə bağlı Cavabdeh qarşılıqlı iddia tələbinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, qeyd edilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə, həmçinin birgə vəsait hesabına əldə olunmamışdır. Ona görə də, həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi barədə qarşılqılı iddianı təmin etməməkdə birinci instansiya düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 28 ünvanında yerləşən 24 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 16 saylı mənzillə bağlı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, ünvan 21 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, əsassız olduğu üçün təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələri ilə bağlı qeyd etmişdir ki, qarşılıqdı iddia üzrə verilən iddia ilkin iddia verildikdən sonra təqdim edilmiş, bu hal isə qarşılıqlı iddia üzrə iddiaçıya bu an, yəni ilkin iddia verildikdən sonra məlum olmuşdur. İddia müddəti tətbiq edilərkən əgər verilən iddia tələbi əsassızdırsa onunla bağlı verilən iddia müddətinin tətbiqi barədə ərizədəndə söhbət gedə bilməz, bu hal yalnız verilmiş iddia əsaslıdırsa və müddət keçmişdirsə ərizə təmin oluna bilərdi. Odur ki, qarşılıqdlı iddia üzrə verilən iddia müddətinin tətbiq edilməsi barədə vəsatətin təmin olunmaması barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edilməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.1, 225.1, 324.1 337.1, 339.2, 339.3-cu, Ailə Məcəlləsinin 32.1, 34.1, 36.3, 36.9, 37.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-661/2023 saylı qərarı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ilk iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin əsaslandırması, o cümlədən qeyd olunan tələblərlə bağlı birinci instansiya məhkəməsinin hazırki qərarın 31- 35-ci paraqraflarında əksini tapmış əsaslandırması ilə razılaşır. Bundan başqa məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin əsaslandırması, o cümlədən qeyd olunan qarşılıqlı tələblərlilə bağlı birinci instansiya məhkəməsinin hazırki qərarın 36-49-cu paraqraflarında əksini tapmış əsaslandırmaları ilə razılaşır. Məhkəmə kollegiyası iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və “X63” markalı avtomaşının satışından əldə edilən pulun 1/2 hissəsinin iddiaçının (qarşılı iddia üzrə cavabdeh) xeyrinə tutulması hissəsində tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və “X63” markalı avtomaşının satışından əldə edilən pulun 1/2 hissəsinin iddiaçının (qarşılı iddia üzrə cavabdeh) xeyrinə tutulması hissəsində ləğv edilməsi və ilk iddianın həmin hissədə tam təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin ilk iddianın təmin edilməsi hissəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, habelə həmin mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mülkiyyət hüququnun müəyyən edilməsi hissəsində təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Azərbaycan Respublikası MPMnin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Hazırki iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilə münasibətdə mübahisələndirdiyi əqdin bağlanması üçün onun razılığı tələb olunduğuna və bağışlanma müqaviləsinin razılığı olmadan bağlandığına istinad edərək, həmin müqavilənin etibarsızlığını tələb etmişdir. Göründüyü kimi hazırkı mübahisə əqdin əhəmiyyətsizliyi ilə deyil, mütləq şəkildə tələb olunan razılığın olmaması səbəbilə etibarsızlıq halı ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Bu halda birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Bununla belə nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Baxılan hazırki iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əqdin bağlanmasına razılığının olması işin halları ilə təsdiqini tapmasa da, onun əqdin tərəfi olmuş keçmiş ərindən 14 yanvar 2015-ci il tarixdə boşanmasına baxmayaraq, birgə nikahda olduqları vaxt 20 oktyabr 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi barədə 6 il müddətində məlumatlı olmaması, həmçinin birgə nikah müddətində əldə etdikləri mənzillə maraqlanmaması inandırıcı deyildir. Bu baxımdan hazırkı iş üzrə məcburi forma şərtinə tabe tutulan mübahisələndirilən əqdə dair iddiaçının konkludent hərəkətləri və rəftarı onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Həmçinin məhkəmələr tərəfindən Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinad edilməklə, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əqdin bağlanmasına razılığının olmamasının, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən əqdin onun aldadılması yolu ilə bağlanması şəkilində qiymətləndirilməsi də, işin faktiki hallarına uyğun olmamaqla, hər hansı sübutla təsdiqini tapmır. Belə ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vicdanlılıq nümayiş etdirərək bağışlama əqdinin rəsmiləşdirilməsi məqsədi ilə müraciət etdiyi notariusa İddiaçı ilə nikahda olmasını təsdiq edən nikah haqqında şəhadətnamənin surətini təqdim etməklə sonuncunu aldatmaq niyyətində olmadığını təsdiq etmişdir. Bu hal həmçinin nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin notariat işinə əlavə edilməsi ilə də sübut olunur. Lakin əqdi rəsmləşdirməsini həyata heçirən notariusun əqdin bağlanmasına razılığını almaq üçün Cavabdeh həmin vaxt arvadı olmuş İddiaçı dəvət etməməsi, hazırki halda cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ziyanına şərh edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında münasibətlərin hansı tarixdən faktiki olaraq kəsilməsi, İddiaçı mübahisəli mənzildə hansı tarixə kimi yaşaması, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən iddia olunduğu kimi müddətin ailənin bərpasına ümid bəsləməsi ilə əlaqədar ötürülməsinin həqiqətə uyğun olub-olmaması, bu müddət ərzində barışıq üçün nə kimi cəhdlərin edilməsi hazırki iş üzrə əhəmiyyət kəsb etsə də, həmin hallar məhkəmələr tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasındaki nikah 14 yanvar 2015-ci il tarixdə pozulsa da, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və başqalarına qarşı hazırki ilkin iddia tələbi ilə bağlı məhkəməyə, hüququnun pozulduğunu bilməli olduğu gündən 6 il müddət keçdikdən sonra, 18 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə isə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edilməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqindən imtina etməsi barədə apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqindən imtina etməsi barədə nəticəyə gələrkən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hüququnun pozulması anı ilə əlaqədar işin hallarını araşdırmamış, mövqeyini yalnız iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) formal mülahizələri ilə (barışması üçün vaxt gözləməsi, dövlət qurumlarına sorğular verməsi, sorğu nəticəsində mənzilin bağışlandığını bilməsi və dərhal məhkəməyə müraciət etməsi) əsaslandırmış və həmin məsələyə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ilkin iddia tələbi ilə bağlı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi haqqında nəticəyə gələrkən, tərəflər arasında mövcud olmuş nikahın 14 yanvar 2015-ci il tarixdə pozulmasına, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) isə hazırki ilkin iddia tələbi ilə bağlı məhkəməyə 6 il müddət keçdikdən sonra, 18 noyabr 2020-ci il tarixdə müraciət etməsinə baxmayaraq, onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü dəqiq müəyyənləşdirməmiş, işin qeyd olunan hallarını araşdıraraq hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanma anını iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzildə əvvəl yaşaması, daha sonra barışması üçün vaxt gözləməsi, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular verməsi, sorğu nəticəsində mənzilin bağışlandığını bilməsi və dərhal sonra məhkəməyə müraciət etməsi tarixindən hesablamaqla iddia müddətinin ötürülməməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi yalnız iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) formal mülahizələrinə əsaslandığından və Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmadığından məhkəmə kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gün, işin konkret halları nəzərə alınmadan və onlara müvafiq hüquqi qiymət verilmədən müəyyən olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilk iddia ərizəsində xx.xx.2014-cü il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına razılıq verməsini qeyd edərək, bununla da məhz xx.xx.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində həmin torpaq sahəsinin olmasını bildiyini etiraf etdiyi halda, həmin iddia ərizəsində dövlət orqanına verilmiş sorğuya 02 oktyabr 2012-ci il tarixdə cavabdan Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin olmasından məlumatlı olduğunu bildirmişdir. Məhkəmələr tərəfindən isə həmin ziddiyyət araşdırılmamış, həmin tələb üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hüququnun pozulduğunu bildiyi gündən 6 il müddət keçdikdən sonra məhkəməyə iddia verilməsi aşkar görünsə də, əsassız olaraq iddia müddəti tətbiq edilməmişdir. Apellyasiya instansiya məhkəməsində hazırki icraat Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X56 küçəsi, ev 36, 100 saylı mənzil Cavabdeh adına rəsmiləşdirilsə də, həmin mənzilin pulu X28 tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Qeyd edilən fakı təsdiq edən ödəniş qəbzləri və "xxxx" MTK-dan verilən arayışlar birinci instansiya məhkəməsində qarşı tərəfin iştirakı ilə tədqiq edilmişdir. Birinci insytansiya məhkəməsi ödəniş qəbzlərini və "xxxx" MTK-dan verilənarayışları görməzdən gələrək, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmuşdur. İddiaçı ilə Cavabdeh arasında münasibətlər 2014-cü ildən faktiki olaraq kəsilmişdir. 2015-ci ildə isə tərəflər rəsmi qaydada boşanmışlar. Qarşı tərəf qanunvericilikdə müəyyənləşdirilən iddia verilməsi üçün müddəti ötürmüşdür. İddiaçı bu müddəti cavabdeh tərəfindən gözləntisi olduğu üçün ötürdüyünü desə də, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə “dələduzluq” faktı ilə bağlı müraciət edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(102)- 3804/2014 saylı qərarından da görünür ki, İddiaçı Cavabdeh icazəsiz ona məxsus mənzili Milli Təhlükəsizlik Nazirliyinə “dələduzluq” faktı ilə bağlı etdiyi müraciətdə qeyd edilən şəxslərin (Reyhan Hüseynova və sair) istifadəsinə vermiş, bu fakt Cavabdeh məlum oldudan sonra və İddiaçı ilə artıq münasibətləri bərpa olunmaz dərəcədə pozulduğu üçün İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X56 küçəsi, ev 36, 100 saylı mənzilə yerləşdirdiyi şəxslərin həmin mənzildən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, İddiaçı Cavabdeh öz xətti ilə yazdığı üzrxaqlıq məktubu da birinci instansiya məhkəməsində qarşı tərəfin iştirakı ilə tədqiq edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, qarşı tərəf hüquqlarının pozulduğunu 2014-cü ildən bilirdi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası AiləMəcəlləsinin 36.9-cu maddəsinin tələbini görməzdən gəlmişdir. Məhkəmə yalnız İddiaçı izahatında Cavabdehla barışması ilə bağlı gözləntisinin olmasını qeyd etməsini və öz fərziyələrini əsas hesab edərək, yuxarıda qeyd edilən maddi hüquq normasının dispozisiyası baxımından düzgün araşdırma aparmadan, ilkin iddianın qismən təmin olunması haqqında qətnamə qəbul etmişdir. İddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olub-olmadığını, mübahisələndirdiyi əmlaklarla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günün hansı tarixdən hesablanmalı olmasını müəyyən etməli idi ki, həmin hala ümumiyyətlə diqqət yetirməmiş, qətnaməsində “məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylımənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir.” cümləsini yazmaqla gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Ailə Məcəlləsi:
31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019cu il tarixli qərarı
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin ilasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh ailə qurmaqla 14 fevral 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin arasında olmuş nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər. - “Elektron notariat” X2 çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 14952 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə adından dövlət və qeyri-dövlət təşkilatlarında onu təmsil etməsi, o cümlədən banklarda nümayəndəsi olması, istənilən bankdan istənilən məbləğdə adından kreditə pul vəsaiti götürməsi, bununla əlaqədar lazımi sənədlərdə imza etməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh xx.xx.2014-cü il tarixədək səlahiyyət verilmişdir. - “Elektron notariat” X2 çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmir. - “Elektron notariat” X2 çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşı Cavabdeh T Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında ərizə vermişdir. Həmin ərizənin ləğv edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Bakı şəhəri, Səbail rayonu, ünvan 24 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 3q edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə, ......Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36 saylı, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli 132 nömrəli Forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri, 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmiş və ünvan 3q edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-809 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyatdan keçmiş və hazırda mülkiyyətindədir....”. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3804/2014 nömrəli, 14 oktyabr 2014-cü il tarixli qərarından görünür ki, cavabdeh Hüseynova Reyhan Musa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2823/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarıda müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-839/2014 nömrəli, 24 fevral 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Hüseynova Reyhan Musa qızı, X17, X29 və X25 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 36-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin iddiaçı Cavabdeh sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2823/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iddianın təmin olunması, Hüseynova Reyhan Musa qızı, X17, X29 və X25 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 36-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər. Hal-hazırda iddiaçı bağışlama müqavilələrinin etibarsız hesab edilməsini, torpaq sahəsinə və mübahisələndirilən evə 1/2 payların müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzilin ünvan 3q edilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh anası X19 bağışlamış və sonradan xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən yenidən Cavabdeh adına qeydiyyatdan keçməsi ilə bağlı qeyd edərək həmin müqavilələr uydurma əqd olduğundan əhəmiyyətsiz olmasını onunla əsaslandırmışdır ki, Cavabdeh anasına və sonuncunun mənzili yenidən ona (orluna) bağışlaması müqavilənin həqiqi niyyətinə xidmət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzilə münasibətdə mübahisələndirdiyi əqdin bağlanması üçün onun razılığı tələb olunduğuna və bağışlanma müqaviləsinin razılığı olmadan bağlandığına istinad edərək, həmin müqavilənin etibarsızlığını tələb etmişdir. Göründüyü kimi hazırkı mübahisə əqdin əhəmiyyətsizliyi ilə deyil, mütləq şəkildə tələb olunan razılığın olmaması səbəbilə etibarsızlıq halı ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Bu halda birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Bununla belə nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlamasından bəhs edən 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən isə, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əqdin bağlanmasına razılığının olması işin halları ilə təsdiqini tapmasa da, onun əqdin tərəfi olmuş keçmiş ərindən 14 yanvar 2015-ci il tarixdə boşanmasına baxmayaraq, birgə nikahda olduqları vaxt 20 oktyabr 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi barədə 6 il müddətində məlumatlı olmaması, həmçinin birgə nikah müddətində əldə etdikləri mənzillə maraqlanmaması inandırıcı deyildir. Bu baxımdan hazırkı iş üzrə məcburi forma şərtinə tabe tutulan mübahisələndirilən əqdə dair iddiaçının konkludent hərəkətləri və rəftarı onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinad edilməklə, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əqdin bağlanmasına razılığının olmamasının, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən əqdin onun aldadılması yolu ilə bağlanması şəkilində qiymətləndirilməsi də, işin faktiki hallarına uyğun olmamaqla, hər hansı sübutla təsdiqini tapmır. Belə ki, Kassasiya instansiyası məhkəməsinin qərarında göstərildiyi kimi Cavabdeh vicdanlılıq nümayiş etdirərək bağışlama əqdinin rəsmiləşdirilməsi məqsədi ilə müraciət etdiyi notariusa İddiaçı ilə nikahda olmasını təsdiq edən nikah haqqında şəhadətnamənin surətini təqdim etməklə sonuncunu aldatmaq niyyətində olmadığını təsdiq etmişdir. Bu hal həmçinin nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin notariat işinə əlavə edilməsi ilə də sübut olunur. Lakin əqdi rəsmləşdirməsini həyata heçirən notariusun əqdin bağlanmasına razılığını almaq üçün Cavabdeh həmin vaxt arvadı olmuş İddiaçı dəvət etməməsi, hazırki halda cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ziyanına şərh edilməməlidir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlər əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin İddiaçı ilə münasibətləri uzun müddətdir kəsilmiş və hazırki vaxta kimi bu münasibətlər bərpa edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd etməyi zəruri sayır ki, kollegiyanın ilk iclasında iddiaçı izahatında özü tərəfindən ailə münasibətlərin bərpa etmək üçün 2016-cı ilin axırlarında cavabdehin yaşadığı Şəki şəhərinə getsə də, sonuncunun bu münasibətlərin bərpasından imtina etməsini, başqa sözlə, barışıq üçün cəhd etməsnə baxmayaraq, bunun baş tutmamasını göstərsə də, növbəti məhkəmə iclasında ümumiyyətlə onunla barışmaq niyyətinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyasınıın iclasında iştiak edən iddiaçı izahat verərək birgə nikahda olduqları dövrdə mübahisəli mənzildə cavabdehlə mütəmadi yaşadıqlarını, nikah pozulduqdan sonra mübahisəli mənzildən çıxaraq anasının evinə köçdüyünü, həmin mübahisəli mənzilin kirayə verildiyini, hətta nikah pozulduqdan sonra da cavabdeh tərəfindən həmin kirayə haqqından ona müəyyən məbləğ verildiyini göstərsə də, nikahın pozulmasından sonra ayda 300-500 manat mübahisəli mənzildən ona kirayə haqqının verilməsinə dair məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındaki nikahın 14 yanvar 2015-ci il tarixdə pozulsa da, iddiaçının Cavabdeh və başqalarına qarşı hazırki ilkin iddia tələbi ilə bağlı məhkəməyə, hüququnun pozulduğunu bilməli olduğu gündən 6 il müddət keçdikdən sonra, 18 noyabr 2020-ci il tarixdə müraciət etməsinə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbi baxımından hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə iddia müddətinin tətbiqindən imtina etməsi barədə nəticəyə gələrkən iddiaçının hüququnun pozulması anını İddiaçı izahatları əsasında müəyyən etmişdir. Belə ki, o, izahatında Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsi, ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləməsini, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular verməsini, sorğu nəticəsində mənzilin bağışlandığını bilməsini və dərhal sonra məhkəməyə müraciət etməsini göstərmişdir. Göründüyü birinci instansiya məhkəməsi iddiaçının mövqeyini yalnız onun formal mülahizələri ilə deyil, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməli idi. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında belə nəticəyə gəlinmişdir ki, ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Konstitusiya Məhkəməsi həmin qərarında göstərmişdir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qərarda qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidirlər Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qərarda göstərmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi haqqında nəticəyə gələrkən, tərəflər arasında mövcud olmuş nikahın 14 yanvar 2015-ci il tarixdə pozulmasına, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) isə hazırki ilkin iddia tələbi ilə bağlı məhkəməyə 6 il müddət keçdikdən sonra, 18 noyabr 2020-ci il tarixdə müraciət etməsinə baxmayaraq, onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü dəqiq müəyyənləşdirməmiş, işin qeyd olunan hallarını araşdıraraq hüquqi qiymət verməli idi. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarı). Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilk iddia ərizəsində xx.xx.2014-cü il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına razılıq verməsini qeyd edərək, bununla da məhz xx.xx.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində həmin torpaq sahəsinin olmasını bildiyini etiraf etdiyi halda, həmin iddia ərizəsində dövlət orqanına verilmiş sorğuya 02 oktyabr 2012-ci il tarixdə cavabdan Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin olmasından məlumatlı olduğunu bildirmişdir. Məhkəmələr tərəfindən isə həmin ziddiyyət araşdırılmamış, həmin tələb üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hüququnun pozulduğunu bildiyi gündən 6 il müddət keçdikdən sonra məhkəməyə iddia verilməsi aşkar görünsə də, əsassız olaraq iddia müddəti tətbiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin mövcudluğundan xəbərdar olması xx.xx.2014-cü il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş ərizəsinin məzmunu ilə təsdiq edilir. İddiaçı bu faktı apellyasiya instansiyası məhkəməsinin iclasında inkar etməyərək əlavə olaraq göstərmişdir ki, həmin etibarnaməni xx.xx.2018-ci il tarixdə ləğv etmsinə baxmayaraq cavabdeh ümumiyyətlə sözügedən torpaq sahəsini satıb ona pul verməsi kimi vədinə əməl etməyərək onu aldatmışdır. Bu səbəbdən hesab edir ki, həmin torpaqla bağlı iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin nəticələri sözügedən Plenumun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmamış, iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gün, işin konkret halları nəzərə alınmadan və onlara müvafiq hüquqi qiymət verilmədən müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə- 882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsızlığına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə olan halda Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə- 809 reystr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissə üzrə ilk iddianın Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə mülkiyyət hüququnun tanınmasına hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X19 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X51 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi rədd edilsin. İddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Kamran Əkbərov Sabit Bəhrəmzadə