Məhkəmə qərarları › İş №2(103)-4943/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4943/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4943/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh1, onun vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4691/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 girişli, 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzil üzrə cavabdehlər arasında bağlanmış 09 fevral 2019-cu il tarixli, C- 169/05 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, e-2(001)- 4691/2021 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin olunmamışdır. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 Mehman oğlu vəsatətlə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsinə” dair 2(103)-4943/2022 saylı mülki işlə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK və qeyrisinə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair ilk, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Mənsim oğluna və qeyrisinə qarşı “müqavilənin ləğv edilməsi”, həmçinin iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 Mənsim oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair 2(103)- 1262/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hər iki mülki iş bir-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və hərtərəfli araşdırma aparılması üçün işlərin bir icraatda birləşdirilməsi zəruridir. Eyni zamanda digər mülki işin icraatı hazırki işə baxılanadək dayandırılmışdır. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK və qeyrisinə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair ilk, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Mənsim oğluna və qeyrisinə qarşı “müqavilənin ləğv edilməsi”, həmçinin iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 Mənsim oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair 2(103)-1262/2022 saylı mülki işlə (sədrlik edən İkram Şirinov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki işlər üzrə tərəflər, iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(103)-1262/2022 saylı mülki iş daha əvvəl icraata icraata götürülməklə, icraatı bu iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır (müvafiq qərardad vəsatətə əlavə olunmuşdur). Bu səbəbdən də, hazırkı mülki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK və qeyrisinə qarşı “ müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair ilk, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Mənsim oğlu və qeyrisinə qarşı “müqavilənin ləğv edilməsi”, həmçinin iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 Mənsim oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair 2(103)-1262/2022 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar