Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4945/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh3 nümayəndə və vəkilləri Vəkil2 və Vəkil4, Müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və üçüncü şəxs N.Bilalova tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018- ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1594/2020 saylı, 18 may 2020-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları üzrə 2(004)-1089/2020 saylı mülki iş və müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddiası üzrə 2(004)-1594/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və icraat 2(004)-1089/2020 say altında davam etmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) hər iki iddia rədd olunmuşdur.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçılar və Cavabdeh1 müəssisədəki payların alqısatqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Həmin ərizələrdə onların alqı-satqı müqaviləsinin ləğvinə dair iradələri ifadə olunduğundan həmin ərizələrin etibarsızlığına dair mübahisəyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir
6. Məhkəmə, Mülki Məcəllənin 399, 354.1 və 354.2-ci maddələrinə istinadla hesab etmişdir ki, həmin maddələrdə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
7. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən müəyyən olunur ki, iddiaçılar MMC-də olan paylarını müvəqqəti olaraq 1 ay müddətinə xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərtilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar və sonuncu öhdəlik götürmüşdür ki, həmin tarixə kimi iddiaçılara məxsus olan payları qeyri-şərtsiz tam olaraq geri qaytaracaq. Lakin vədinə əməl etməyərək iddiaçıların paylarını geri qaytarmamış, əksinə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 satmışdır. Beləliklə, iddiaçılar ən azı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən aldadıqlarını bilmişlər, belə olan halda isə müəssisədəki paylarının alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mübahisələndirmək hüququna malik olmuşlar. Lakin belə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş, bununla da, həmin ərizələrin mübahisələndirilməsi üçün bir illik müddət ötümüşlər.
8. Bundan əlavə, məhkəmə, üçüncü şəxsin iddiasının əsaslandırdığı halları, yəni əri tərəfindən MMC-dəki payının Cavabdeh1a verilməsindən yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olmasına dair göstərdiklərini inandırıcı hesab etməyərək, qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, üçüncü şəxs ərinin işləri barəsində tam məlumatı olmuşdur. Belə olan halda, o da əri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ərizənin mübahisələndirilməsi üçün qanunla müəyyən olmuş bir illik müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
9. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddialarının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Şikayətlər eyni məzmunda belə əsaslandırılmışdır ki, məhkəmə əqdin etibarsızlığınının mübahisələndirilməsi üçün müəyyən edilmiş bir illik müddətə istinad edib iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk olaraq iddiaçılar Cavabdeh1lə müəssisədəki payların alqı-satqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma və tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Yəni, bu niyyət ifadəsinin və prosesin gedişindən açıq bəlli olduğu kimi, həmin ərizələr sırf formal xarakterli olmuşdur, yəni başqa bir əqdi pərdələmək üçün tərtib edilmiş ərizələr olmuşdur. Bu səbəbdən də payların alqı-satqısından imtinaya dair tərtib edilmiş qeyd edilən ərizələrə hüquqi qiymət də uydurma (yalan) əqdlərə tətbiq edilən hüquq normalarının tələbləri əsasında olmalıdır. Digər tərəfdən, məhkəmə tərəfindən işə aidiyyət qaydaları pozulmaqla baxılmışdır. Belə ki, hazırkı mübahisə hüquqi şəxsin təsisçiləri arasında olduğundan işə ümumi məhkəmə icraatında deyil, kommersiya icraatında baxılmalı idi.
11. Üçüncü şəxs də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun iddiasını rədd edərkən yalnız 1 illik müddətin keçməsinə istinad etmişdir. Halbuki, iddia ərizəsində də qeyd etdiyi kimi, ərinin bütün işlərindən xəbərdar ola bilməzdi, bu müqavilənin mövcudluğundan isə yalnız Yasamal Rayon Məhkəməsindən SMS bildiriş gələndə xəbər tutmuşdur. Lakin işə baxan məhkəmə bu hala düzgün qiymət verməmişdir.
13. Cavabdeh Seymur Həmidov isə apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlarında, iddia ərizələrində və apellyasiya şikayətlərində onların aldadıldıqlarını bildikləri vaxtla bağlı müxtəlif tarixlər qeyd olunmuşdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsində bu tarix 2019cu ilin aprel ayı, Yasamal Rayon Məhkəməsində 2018-ci ilin sentyabr ayı, hazırkı apellyasiya şikayətində isə 2018-ci ilin dekabr ayı qeyd olunmuşdur. Bu tarixlər 1 illik kəsici müdətin hesablanması ilə bağlı bildirilsə də, iddiaçılar bununla bağlı heç bir sübut təqdim etməmişlər. Özlərinin bildirdiklərinə görə Azər xx.xx.2018-ci il tarixədək paylarını onlara geri qaytarmalı idi. Belə olduğu halda isə, xx.xx.2018-ci il tarixdən tələb hüquqları yaranmış, lakin məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişlər. Üçüncü şəxsin isə iddiaya qarşı verilmiş etirazda qeyd olunan əsaslara görə hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, o, müəssisədəki payı əldə edərkən reyestr məlumatlarına etimad etdiyindən vicdanlı əldə edən sayılmalıdır. İddiaçıların məhkəmə aidiyyəti ilə bağlı dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, nə tərəflərin subyekt tərkibi, nə mübahisənin predmeti, nə də hüquq münasibətlərinin xarakteri məhkəmə aidiyyətinin pozulmasına dəlalət edir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Resublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.6, 346 və 354-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır.
15. Müraciət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı qəbul edilərək, dərc olunduqdan sonra apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
16. İddiaçılar tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş İddiaçı1la Cavabdeh3 arasında aparılan və məzmunu məhkəmə iclasında araşdırılan telefon danışıqlarından müəyyən edilmişdir ki, həmin müqavilədə alıcı qismində Cavabdeh3 çıxış etsə də, əslində bu formal xarakter daşımış, həmin müqavilənin bağlanması onun iradə ifadəsi ilə deyil, Cavabdeh1lə digər MMC-nin həmtəsisçisi olan Şirkətin direktoru olan Şahid arasında olmuş, bu səbəbdən Cavabdeh3 həmin müqaviləni bağlamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə xx.xx.2018-ci il iddiaçılar və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli, 3M- 451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat:
18. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini və iddiaçıların və Cavabdeh1 əməllərində cinayətin əlamətlərinin olubolmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
19. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi onunla Cavabdeh1 arasında bağlanmış payın alqı-satqı müqaviləsinə uydurma əqd kimi qiymət verməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, artıq başqa məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş əqdə hazırkı məhkəmənin qiymət verməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə, işdə əqdin uydurma olduğunu təsdiq edəcək hər hansı sübut da yoxdur. Eyni zamanda, məhkəmə əqdin ləğv olunmasının formasına riayət olunmadığına istinad etsə də, nəzərə almamışdır ki, qanunverici müqavilənin forması dedikdə onun müqavilə şəkilində olmasını deyil, yazılı və şifahi formasını nəzərdə tutmuşdur. İşdə olan ərizələrdən də göründüyü kimi, müqavilənin ləğv edilməsi üçün tərəflər ərizə ilə notariusa müraciət etmişlər.
20. Digər tərəfdən, işdən görünür ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi əsaslarından birini birinci instansiya məhkəməsinə təqdim edilməmiş səs yazısının apellyasiya icraatında araşdırlması təşkil etmişdir. Lakin nə iddiaçılar, nə də həmin yazını qəbul edən məhkəmə kollegiyası hansı əsasdan çıxış etdiklərini izah edə bilməmişlər. Həmçinin, məhkəmə tərəfindən işə baxılması üçün qanunla müəyyən edilmiş müddət bununla bağlı hansı zərurətlərin olduğu əsaslandırılmadan uzadılmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
22. İşə yenidən apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı:
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, Elman İddiaçı2lə birgə iş görüb, sadəcə səhvləri o olub ki, Azərə etibar ediblər və yanılıblar. Payları notarial qaydada Azərin adına keçiriblər, bu müqavilə formal olduğundan sonradan onun ləğv edilməsi üçün ərizə də verilib. Müqavilənin bağlanmasından iddiaçının həyat oldaşı olan N.Bilalovanın məlumatı olmayıb və onun razılığı olmadan müqavilə bağlanıb. Azər onlara deyib ki, 1 ay ərzində payları yenidən onlara geri qaytaracaq, Elman da həmin vaxt Rusiyada olub və Azərə də etibar etdiyindən bu məsələdə Azərə inanıb, Azər də onunla telefon danışıqlarından tezliklə payları qaytaracağını deyib. Şahid kimi dindirəndə də məlum oldu ki, o Cavabdeh3 qrup yoldaşıdır. Burada belə yanaşma yaranır ki, bəs Seymur hardan bilib ki, Azər pay satır. Deməli Şahid bu hadisələrin baş verməsində qabaqcadan planlanmış niyyəti var. Azər özü də bildirir ki, o səhv edib, bunu etiraf edir. Həmçinin bildirir ki, o heç bir pul almayıb. O zaman necə olur ki, notariusda 595 000 manat məbləğində alğı-satqı əqdi bağlanır və bu notariusun depozit hesabına daxil olmur. Buna görə də Azərlə Seymur arasında olan əqd etibarsız, uydurma bir əqddir. Rayon məhkəməsi qeyd edir ki, müddət ötürülüb, halbuki əqdin etibarsızlığı ilə əlaqədar məlumatlar iddiaçıya məlum olduqdan 1 il müddətində o məhkəməyə müraciət edib və müddət ötürülməyib. Həmçinin iş materiallarında Cavabdeh3 səsyazması var, o deyir ki, bu məsələnin ona heç bir aidiyyatı yoxdur və Şahid ona nə desə, elə də edəcək. Bu səbəbdən, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürən üçüncü şəxs N.Bilalovanın nümayəndəsi və vəkili Vəkil3 rayon məhkəməsi üçüncü şəxsin iddia tələbi ilə bağlı qeyd edib ki, N.Bilalova bu əqdin bağlanmasını bilirdi və bilməli idi. Bunu şərt kimi qəbul edir ki, N.Bilalova Elmanın arvadıdırsa, hər şeyi bilməlidir. Ancaq biz belə hesab edir ki, bu absurd yanaşmadır. Buna görə də apellyasiya şikayətini təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil5 ayrılıqda qeyd etdi ki, hər iki iddiaya münasibətdə tələbləri etiraf edir. Azərlə Elvin arasında uzun müddət kommersiya münasibətləri olub, bu borc münasibətləri də olmayıb. Elvin Azərə bildirib ki, hələlik paylar Seymurun adında qalsın, işimiz bitəndə haqq-hesab edərlər. Ancaq işləri bitəndə onun Elvinə heç bir borcu qalmayıb. Bunlar arasında başqa mübahisələr də var, Elvin isə o mübahisələri də bu məsələ ilə əlaqələndirir.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətləri ilə razılaşmayaraq qeyd etdi ki, iddianın mahiyyətini dərindən araşdırmağa ehtiyac yoxdur, çünki hazırkı tələblə bağlı iddia müddəti ötürülmüşdür. Ali Məhkəmənin mövqeyinə görə ilk öncə iddia müddətinin ötməsi məsələsi araşdırılmalıdır. Tərəflər 25 aprel 2018-ci ildə əməkdaşlıq müqaviləsi imzalamışdır. Burda da birmənalı olaraq yazılır ki, 25 may 2018-ci ildə bu paylar yenidən iddiaçılara qaytarılacaq. Buna görə artıq 26 maydan müqavilənin icrasını tələb etmək hüquqları var idi və bu səbəbdən iddia müddətinin axımı da bu vaxtdan hesablanmalıdır.
28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndə və vəkili Vəkil4 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili İ.Surxayzadə apellyasiya şikayətləri ilə bağlı məhkəmə kollegiyasının mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi.
30. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
31. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
32. Sübutların tədqiqi:
33. 26.12.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMCyə 350.000 manat ödənilmişdir.
34. 09.02.2017-ci il tarixli, FJB**********068 nömrli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 adından "xxxx" MMC-yə 245.000 manat ödənilmişdir.
35. -xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi həmin hüquqi şəxsdə ona məxsus 35% payından 17,5% payı 297500 manat İddiaçı2, 17,5 % payı 297500 manat İddiaçı1 satmışdır.
36. -xx.xx.2018-ci il tarixli İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş və Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş ərizələrdən görünür ki, onlar tərəfindən xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqısatqısı barədə müqavilənin ləğv edilməsi xahiş edilmişdir.
37. -xx.xx.2018-ci il il tarixli İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış əməkdaşlıq müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan hər birinə ayrı-ayrılıqda məxsus 17,5% payı xx.xx.2018-ci il tarixə kimi onlara qaytarmaq şərti ilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar. Cavabdeh1 qeyd olunan tarixdə geri qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür.
38. Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" MMC-dəki 35% təsis payını Cavabdeh3 satmışdır.
39. Cavabdeh1 xx.xx.1019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan hər birinə ayrı-ayrılıqda məxsus 17,5% payı onun vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq onun adına formal olaraq geri qaytardıqlarını göstərmişdir.
40. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X7 arasında xx.xx.2011-ci il ildə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 333 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bilalova soyadı verilmişdir.
41. 10.05.2018-ci il tarixdə verilmiş X3 X1 görünür ki, "xxxx" MMC-nin təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) «X5 Şirkəti» QSC – 65%, İddiaçı2 17,5%, İddiaçı1 – 17,5%, təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırkı) «X5 Şirkəti» QSC – 65%, Cavabdeh1 – 35% olmuşdur.
42. Mülki iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı “onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kondorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir.
43. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə
44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
45. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
46. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
47. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
49. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
51. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
52. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
53. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
54. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
55. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
56. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
57. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları:
59. Mülki Prosessual Məcəllə
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
64. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
68. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
69. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
70. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
71. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar İddiaçı1 və İddiaçı2 və üçüncü şəxs N.Bilalova tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
72. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:
73. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
76. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
77. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
78. Apellyasiya məhkəməsinin bundan əvvəlki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1750/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarında qeyd edir ki, “.... qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
79. İddia ərizəsindən görünür ki, iddiaçılar xx.xx.2017-ci il tarixli Cavabdeh1lə aralarında bağlanmış müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair notarial qayda verdikləri xx.xx.2018-ci il tarixli ərizələrin etibarsızlığını tələb edərkən, Cavabdeh1lə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləyə əsasən müqaviləni ləğinə dair ərizələri formal, yəni sadəcə payların Cavabdeh1 adına olması ilə bağlı görüntü yaratmaq məqsədilə verildiyinə, Cavabdeh1 tərəfindən paylarının dəyərinin onlara qaytarılmadığına, buna baxmayaraq, sonuncu tərəfindən aldadılaraq paylarının Cavabdeh3 satılmasına istinad edirlər.
80. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
81. Apellyasiya məhkəməsi iddianı bu hissədə təmin edərkən, xx.xx.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləni, Cavabdeh1 notarial qaydada təsdiqlənmiş xx.xx.2019cu il tarixli ərizəsini əsas götürməklə, hesab etmişdir ki, tərəflər arasında bu hissədə mübahisə olmadığından müəssisədəki payının alqı-satqısına dair müqavilənin ləğvinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqısatqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur.
82. Göründüyü kimi, məhkəmə bu hissədə iddianın qanuni əsasını düzgün müəyyən etməyərək, mübahisənin həllinə düzgün olmayan maddi hüquq normalarını tətbiq etmişdir.
83. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçılar həmin tələbin qanuni əsası kimi, özlərinin həqiqi vəziyyətin əksinə görüntü yaratmaq niyyəti ilə hərəkət etmələrinə baxmayaraq, Cavabdeh1 başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad edirlər. Belə olan halda isə, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin əhəmiyyətsizliyi ilə bağlı deyil, mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə, aldadılmanın olub-olmaması, etibarsız əqdin mübahisələndirilməsi ilə bağlı qanunda müəyyən edilmiş müddətin ötürülüb-ötürülmədiyi istiqamətində araşdırma aparmalı idi.
84. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə də apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.
85. Belə ki, ilk növbədə məhkəmə kollegiyası hesab edir ki, bu əqdin mübahisələndirilməsi hüququ birinci tələbin təmin edilməsindən asılıdır.
86. İkincisi apellyasiya məhkəməsi bu hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, sözügedən müqavilə Cavabdeh1lə MMC-nin digər təsisçisi olan Şirkətin icraçı direktoru Şahid arasında mövcud olmuş borc məbləğinin qaytarılmasının təminatı kimi bağlanmaqla, Cavabdeh3 müqavilənin əsl tərəfi olmamış və müqavilənin bağlanmasında niyyət bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, həmin müqavilə əhəmiyyətsiz olmuşdur. Əqdin əhəmiyyətsiz olması onun həm görünüş üçün (uydurma əqd), həm də başqa əqdi pərdələmək üçün (yalan əqd) bağlanmasından irəli gəldiyindən, xx.xx.2018-ci il tarixli müqavilənin iddiaçıların və Cavabdeh1 göstərdiyi kimi borcun təminatı olaraq (başqa əqdi pərdələmək), yaxud görünüş üçün bağlandığı məsələsində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur.
87. Göründüyü kimi, məhkəmə Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni Cavabdeh3 müqavilənin əsl tərəfi olmaması əsası ilə əhəmiyyətsiz hesab etmişdir ki, bu da həmin müqavilənin fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olmasına dəlalət edir.
88. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.
89. Plenum həmçinin qeyd etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
90. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
91. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
92. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
93. Apellyasiya məhkəməsi isə, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni yalan əqd hesab etsə də, mülki qanunvericiliyin həmin əqdin pərdələdiyi əsl əqdə (borcun təminatı kimi girov) aid qaydalarının tətbiq edilməsi imkanlarını xidməti vəzifələrinə görə yoxlamalı olduğu halda, bu istiqamətdə heç bir hüquqi araşdırma aparmamışdır.
94. Eyni zamanda, bu əqdi etibarsız hesab edərkən iş materiallarına əlavə edilmiş, Cavabdeh1 Cavabdeh3 qarşı bu əqdin etibarsız hesab edilməsi barədə mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin mövcudluğuna, həmin qətnamənin qanuni qüvvəyə mindiyi halda(xx.xx.2021-ci ildə apellyasiya verilib) hazırki iş üzrə hər hansı təsirinin olubolmamasına hüquqi qiymət verməmişdir.
95. Kollegiya həmçinin hesab edir ki, əhəmiyyətsiz əqd hesab etdiyi əqdin etibarsızlığı nəticələrinin tətbiq olunması ilə bağlı da ziddiyyətli qənaətə gəlmiş, bir tərəfdən müqavilənin bağlanmasında niyyətin bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmadığını müəyyən etmiş, digər tərfdən isə həmin müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 MMCnin direktoru Şahid borc pul alması, bu müqavilənin məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və Şahid arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsinii açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir.
96. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin və ona etirzın dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bir sözlə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir....”.
97. Beləliklə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, rayon məhkəməsi iş üzrə maddi və prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir.
98. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd etdiyi (bənd 93) Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı qeyd edir ki, aparılmış araşdırma nəticəsində həmin qətnamənin hazırkı mərhələdə qüvvədə olması müəyyən edilmişdir.
99. Həmin qətnamədən isə məlum olur ki, hazırkı mülki iş üzrə hər iki iddia üzrə cavabdeh olan Cavabdeh1 Cavabdeh3 qarşı aralarında bağlanmış və hazırkı işdə iddiaçıların da mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni etibarsızlığını mübahisələndirmiş, Yasamal Rayon Məhkəmsəsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun həmin iddiası təmin edilməmişdir.
100. Belə olan halda məlum olur ki, hazırkı mülki iş üzrə iddiaçıların mübahisələndirdikləri Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləninın etibarlı olduğunu müəyyən edən qüvədə olan məhkəmə qətnaməsi mövcuddur.
101. Bundan başqa, Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin mübahisələndirilməsi iddiaçılara məxsus payların onların özləri tərəfindən Cavabdeh1 adına keçirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizələrin (əqdləri) mübahisələndirilməsinin nəticəsindən asılıdır.
102. Həmin hala münasibətdə isə rayon məhkəməsi iddiaçılar tərəfindən bir illik kəsici müddətin ötürüldüyünü müəyyən etmişdir. Həmin ərizələrin verilməsi ilə iddiaçıların onu mübahisələndirməsindən bir illik müddətin keçməsi işin mübahisəsiz halıdır. Belə olan halda Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır.
103. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
104. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, hər iki iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
106. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir.
107. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev