Məhkəmə qərarları › İş №2(103)-4964/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4964/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4964/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata cavabdeh X1 aid hissədə onun ölməsi səbəbindən xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 izahatında bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadından tərəflərindən şikayət verilmişdir, odur ki, mülki işin apellyasiya baxışından çıxarılaraq şikayətə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil1 izahatında mülki işin apellyasiya baxışından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə izahatında mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdeh Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızının iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən şikayətə münasibət bildirilməsi Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən münasibət bildirilməsi məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar