Məhkəmə qərarları › İş №2(103)-4965/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4965/2022

13.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4965/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Hüseynov Xəqani Füzuli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2021 saylı 02 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Quliyeva Fəridə Mahmud qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə 2015-ci il 15 may tarixli kredit müqaviləsi üzrə 3316.68 manat əsas, 953.33 manat faiz. 25.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4295,86 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.ın yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Quliyeva Fəridə Mahmud qızının Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş lesab edilməsi, Cavabdeh1 və Quliyeva Fəridə Mahmud qızının həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, "xxxx"’ İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 15 may tarixli kredit müqaviləsi iizrə 1964.68 ABŞ dolları əsas , 1044.88 ABŞ dolları faiz, 297.32 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 05 iyul 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək illik 5 %-lə hesablanmış 51.6 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3358.48 ABŞ dollan məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi. 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin erasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Quliyeva Fəridə Mahmud oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində-yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Quliyeva Fəridə Mahmud oğlunun həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “1 saylı" filialından illik 25%- lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2021 tarixədək təyin edilir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili 2015-ci il 15 may tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 15 may tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 16-dək Cavabdeh1 2015-ci il 15 may tarixli kredit müqaviləsi üzrə banka 3316.68 manat əsas, 953.33 manat faiz, 25.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4295,86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayanıq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2021 saylı 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1905,86 ABŞ dolları əsas borc, 679,62 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcu 25 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2667,08 ABŞ dolları məbləğində borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilin hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Quliyeva Fəridə Mahmud qızı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilini tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 ( yüz) manat məbləğində pulun Cavabdeh1 tutulularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən, iş üzrə təkrar əlavə məhkəməmühasibatlıq ekspertizası keçirilməsi barədə xahişini nəzərə almamış, əsassız olaraq vəsatətini təmin etməmişdir. Çünki, bank tərəfindən əsas və faiz borcu düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş, nəticəsində qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Hüseynov Xəqani Füzuli oğlu apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, iddiaçı iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2021 saylı 02 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan 2015-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2021 tarixədək təyin edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-337-15 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh1 20000 ABŞ dollarında borcu hər ay 795.20 ABŞ dolları annuitetlə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 may 2015-ci il tarixli 1-G1-1-0-337-15 ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili ilə yüklü edilmişdir. İş materiallarında olan kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə 20000 manat məbləğində vəsaiti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 ətaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34531 nömrəli vərəqində 03 aprel 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, mustafa Kamal Atatürk prospektində yerləşən, 2 ətaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.ın yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili Nikoil Bankın 1 saylı filialının xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34531 nömrəli vərəqində xx.xx.2015-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci İ tarixli №9/6074 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənərə əsasən, hesabdan çıxarış məlumatları və “Nikoil İKB ASC ilə cavabdeh Quliyea Gülbahar Məzahir qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-337-15 nömrəli Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Saziş Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2021-cu il tarixinədək banka 3166,28 ABŞ dolları əsas, 679,62 ABŞ dollar faiz borcu vardır. İş materiallarında olan Sorğu Ekspert Mərkəzinin xx.xx.2021-ci il tarixli SEM/O 01- 016/21 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.ın yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilin bazar qiyməti 69,800 manat, likvid dəyəri 62,820 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1905.86 ABŞ dolları əsas, 1048,53 ABŞ dolları faiz borcu, 297,32 ABŞ dolları cərimə borcu,53.15 ABŞ dolları əldən çıxmış fayda üzrə cərimə borcu cəmi 3304,86 dollar borcu vardır. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş, 3 gün ərizndə razılıq əldə edilməsi üçün banka müraciət etmələri xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə ekspert rəyini və xx.xx.2021-ci il tarixli ekspert rəyini əsas götürməklə haqlı olaraq hesab etmişdir ki, cavabdehin mübahisələndirilən kredit müqaviləsi 1905,86 ABŞ dolları əsas borcu, 679,62 ABŞ dolları faiz borcu, 25 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda 51,6 ABŞ dolları məbləğindədir və cavabdeh xx.xx.2015-ci il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, kredit üzrə 297,32 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azadılmalı, cavabdehdən iddiaçının xeyrinə 30 ABŞ dolları məbləğində dəbbə pulu, 25 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda 51,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2667,08 ABŞ dolları məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, iddia tələbi tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv. yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilməli, yaşayış sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, əmlakın satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılmalı, qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili tərk etməli, mənzlin açıq hərracda ilkin satış qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli SEM/O 01- 016/21 saylı rəy ilə Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilin qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində bank tərəfindən kredit borcunun düzgün hesablanmadığını qeyd edir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hazırki halda borc məbləğinin düzgün hesablanmadığını sübut etmə vəzifəsi məhz borc alanın, yəni cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu halı təsdiq edən və ekspert rəyini təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar heç bir sübuta əsaslanmamaqla, yalnız formal mülahizələrdən ibarət olduğu üçün qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2021 saylı 02 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2021 saylı 02 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar