Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-497/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi X7, “Lex Fori” Hüquq və Qiymətləndirici şirkətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 MMCyə və Cavabdeh3 ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11) “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş QR 1697 saylı qiymətləndirmə rəyinin, “Cavabdeh2" MMC-nin hərracın yekunları barədə 353 nömrəli xx xxxxxx 2018-ci il tarixli protokolunun və X11 ilə bağlanılmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin yenidən qiymətləndirilərək "Cavabdeh2" MMC tərəfindən yenidən hərracın keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus 2010-cu il buraxılışlı "GMC TERRAİN' markalı Universal tipli, qara rəngli, 2CTFLJEYA6404664 ban nömrəli, **-NB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013- cü ıl tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(007)-394/2016 saylı icra sənədinə əsasən Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 17/71- 11E/122 saylı məktubu nəzərə alınmaqla “GMC TERRAİN" markalı Universal tipli, qara rəngli, 2CTFLJEYA6404664 ban nömrəli, **-NB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018- ci il tarixli açıq hərracdan satılması ilə bağlı “Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac keçirilmiş və əmlak 8888 manat qiymətinə satılmışdır. Nizami Rayon Məhkəməsinin xx xxxx 2016cı il tarixli, 2(007)-394/2016 saylı qətnaməsi ilə “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə”dair iş üzrə iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 24.308,00 ABŞ dolları əsas borc, 7698,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.006,00 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi İddiaçı, X12, X8 və X9 müştərək qaydada “xxxxxxx” ASC-nin xeyinə tutulması qət edilmişdir. Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(007)-394/2016 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədilə “Cavabdeh1" MMC tərəfindən verilmiş QR 1697 saylı qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus 2010-cu il buraxılışlı “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixə bazar dəyəri 8800 manat müəyyən edilmişdir. İlkin satış qiyməti 8800 manat olmaqla hərracın keçirilməsi xx xxxxxx 2018-ci il tarixinə saat 11:00 təyin olunmuşdur. Lakin hərracın keçiriləcəyi ilə əlaqədar ona hər hansı məlumat verilməmiş və hər hansı bildiriş təqdim edilməmişdir. Təbii ki, bu səbəbdən də hərracda iştirakı mümkün olmamışdır. Hal-hazırda 2010-cu il buraxılışlı "GMC TERRAİN" markalı avtomobillərin qiyməti bazarda 33.000 manat ətrafındadır. Qiymətləndirmə aktında isə "texniki vəziyyəti” qrafasında avtomobilin əsaslı təmirə ehtiyacı olması göstərilməklə kifəyətlənilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması, “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və X11 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokolun, Cavabdeh1 MMC tərəfindən verilmiş QR-1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh3 ASC-dən müştərək qaydada tutularaq “X18” MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh3 ASConun ləğv, iddia tələblərinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlakla bağlı Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Qətnamədə əmlakın ilkin satış qiyməti göstərilmədiyindən Nizami Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli Qərarı və xx.xx.2019-cu il tarixli müraciətinə əsasən təqdim edilmiş sənədlər və qiymətləndirmə obyektinə dair məlumatlar nəzərə alınmaqla İddiaçı məxsus “GMC Terrain” markalı, dövlət qeydiyyat nişanı **-NB-*** olan minik avtomobilinin bazar dəyərinə uyğun qiymətləndirilməsi üçün “Cavabdeh1" MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilərək xx.xx.2018-ci il tarixli, QXM/1697 nömrəli rəy tərtib edilmişdir. Həmin ekspert mərkəzi tərəfindən qiymətləndirmə işinin aparılması zamanı analoji əmlakların bazar dəyərləri təhlil olunmuş, uyğun əmlakların müqayisəli təhlili aparılmış, əmlakın qiymətləndirilməsi zamanı müxtəliş yanaşmalardan (xərc, gəlir və s.) istifadə edilmiş, qiymətləndirilən əmlaka vizual baxış keçirilərək qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər, qüsurlar, fiziki aşınmalar və s. müəyyən edilərək fotoşəkilləri çəkilmiş, texniki göstəricilərinə dair məlumatlar düzgün əks etdirilərək obyektiv bazar qiyməti müəyyən edilmişdir. Bundan əlavə qiymətləndirmə aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə ətraflı məlumatın əks etdirilməsi məqsədilə hesabat hazırlanmışdır. Məhəkəmə sözügedən ekspert rəyi ilə razılaşmamış, kifayət qədər əsas olmasına baxmayaraq yenidən əmtəəşünaslıq ekspertizası təyin edərək əmlakı qiymətləndirməyə göndərmişdir. Mübahisə predmeti olan avtomobil “X18” MMC tərəfindən qiymətləndirilmiş və avtomobilin 2018-ci il oktyabr ayı üçün orta bazar qiymətinin 25000 manat təşkil etdiyi göstərilmişdir. “X18” MMC-nin rəyini əsaslı hesab etmək olmaz. Çünki həmin rəy verilən zaman avtomobilə yerində baxış keçririlməmiş, sadəcə analoji müqayisələr aparılmış, eyni markalı avtomobillərin zahiri görünüşünə əsaslanmaqla bazar qiyməti müəyyən edilmişdir. Halbuki icra mərhələsində Cavabdeh1 MMC avtomobili qiymətləndirərkən yerində müayinə edilərkən, baxış keçirilərkən, fotoşəkilləri çəkilərkən, təhlillər və analizlər aparılarkən məlum olmuşdur ki, avtomobildə kifayət qədər ciddi qüsurlar mövcuddur və əsaslı təmirə ehtiyac var. Bundan əlavə məhkəmənin niyə Cavabdeh1 MMC-nin rəyini deyil, “X18” MMC-nin rəyini sübut qismində qəbul etməsi ümumiyyətlə anlaşdan deyil. Məhkəmə özü ekspert qismində çıxış edərək, heç bir əlavə sübut olmadan xüsusi bilik tələb edən sahə üzrə fikir bildirmiş və hesab etmişdir ki, Cavabdeh1 MMC-nin rəyi əsassız, “X18” MMC-nin rəyi isə əsaslıdır. Məhkəmə ekspert rəyləri arasında ziddiyyətli məsələləri araşdırmamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Rəylər arasında əhəmiyyətli ziddiyyətlər olmasına baxmayaraq, bunun aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməmişdir. Həmçinin hərrac təşkilatçısı olan Cavabdeh2 MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur: xx xxxxxx 2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02/118 nömrəli bildirişdən və həmin bildirişə əlavə olunmuş poçt qəbzlərindən görünür ki, hərracı təşkili ilə və keçirilməsi ilə bağlı zəruri olan bütün məlumatlar sifarişçiyə (Nizami Rayon İcra və Probasiya şöbəsi) tələbkara (Cavabdeh3 ASC-yə”), borclulara (İddiaçı, X8, X12) verilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2018-ci il tarixli buraxılışında Cavabdeh2 MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında açıq hərraca çıxarılacaq borclulara məxsus avtomobillər sırasında “GMC Terrain” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin adı qeyd edilmiş, hərracı təşkili və keçirilməsi ilə bağlı müvafiq məlumatlar dərc edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı avtomobili banka təhvil verən zaman avtomobilin mühərriki olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, işin halları və eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “avtomobilin yenidən qiymətləndirilərək "Cavabdeh2" MMC tərəfindən yenidən hərracın keçirilməsi” hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016-cı il tarixli Qətnaməsinin və bu Qətnaməyə uyğun olaraq verimiş icra vərəqəsinin surətlərinə əsasən xx xxxxxx 2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 24.308 ABŞ dolları əsas borc, 7.698 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.006 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı, X12, X5 və X9 müştərək qaydada "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan və banka ipoteka qoyulmuş ** NB ***i/o dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı, Universal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı "Cavabdeh3" ASC-nə olan borcun ödnilməsi qət edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/1697 nömrəli qiymətləndirmə rəyinə əsasən İddiaçı mülkiyyətində olan ** NB *** dövlət qeydiyyat nişanlı, "Gmc Terrain" minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 8.800 (səkkiz min səkkiz yüz) manat təşkil edir. İş materiallarında olan "Cavabdeh2" MMC-nin açıq hərracın yekunları barədə 353 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokolunun surətinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin və Nizami rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və İddiaçı mülkiyyətində olan ** NB *** dövlət qeydiyyat nişanlı, "Gmc Terrain" minik markalı nəqliyyat vasitəsi 8.888 manata X1. İş materiallarında olan “X18” MMC-nin xx xxx 2019-cu il tarixli, ƏEM/M 83-623/19 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı avtomobilin 2018-ci ilin oktyabr ayı üçün orta bazar qiyməti 25.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cu və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.). Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə xx xxxxxx 2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 24.308 ABŞ dolları əsas borc, 7.698 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.006 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı, X12, X5 və X9 müştərək qaydada "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan və banka ipoteka qoyulmuş ** NB ***i/o dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı, Universal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı "Cavabdeh3" ASC-nə olan borcun ödənilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Nizami rayon İcra Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən həmin nəqliyyat vasitəsi 8.800 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra mübahisəli nəqliyyat vasitəsi açıq hərraca çıxarılaraq 8.888 manata X2 və bu barədə təşkilatçı "Cavabdeh2" MMC tərəfindən hərracın yekunları barədə 353 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokol tərtib edilmişdir. “X18” MMC-nin xx xxx 2019-cu il tarixli, ƏEM/M 83-623/19 nömrəli ekspet rəyinə əsasən ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı avtomobilin 2018-ci ilin oktyabr ayı üçün orta bazar qiymətinin 25.000 manat təşkil etdiyi göstərilmişdir. Kollegiya göstərilən qiymətləndirici rəyləri arasındakı ziddiyyəti nəzərə alaraq iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. “Lex Fori” Hüquq və Qimətləndirmə şirkəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, 2010-cu il buraxılışlı “GMC Terrain” markalı, universal tipli avtomobillərin 2018-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 23 000-25 000 manat arasında dəyişir. 2-ci suala cavab olaraq isə göstərilmişdir ki, 2010-cu il buraxılışlı ** NB *** dövlət qeydiyyat nişanlı “GMC Terrain” markalı, universal tipli 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilin texniki vəziyyəti nəzərə alınmaqla 2018-ci ilin oktyabr ayına olan təxmini bazar qiyməti 9000 manat təşkil edir. Rəydə həmçinin göstərilmişdir ki, 2-ci sual cavablandırılarkən qeyd olunan avtomobil baxışa təqdim olunmamışdır, lakin Cavabdeh3 ASC-nin təqdim etdiyi avtomobilin fotoşəkillərinə və “xxxxxxxxxxxxxx” MMC-nin avtomobilin təmirinə çəkiləcək xərclə bağlı tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli qüsur aktına (15700 AZN) əsaslanaraq avtomobilin təxmini bazar qiyməti müəyyən edilmişdir. Kollegiya avtomobilin qiyməti ilə bağlı qeyd edir ki, apellyator avtomobil onlara təhvil verilərkən onun mühərrikinin olmamasını qeyd etsə də, iş materiallarına avtomobilin təhvil alınması və təhvil alınan zaman onun texniki vəziyyəti ilə bağlı akt əlavə edilməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, “xxxxxxxxxxxxxx” MMC-nin avtomobilin təmirinə çəkiləcək xərclə bağlı xx xxxxxx 2019-cu il tarixdə qüsur aktı tərtib etsə də, həmin akt avtomobilin xx.xx.2018-ci il tarixdə açıq hərrac vasitəsilə satıldıqdan sonra tərtib edilmişdir. Bu isə o deməkdir ki, avtomobilin banka təhvil verilən zaman onun texniki vəziyyəti barədə heç bir sübut olmamış və sonradan avtomobildə hər hansı bir qüsurun olmasından iddiaçı məsuliyyət daşımır. Bu səbəbdən Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli, QXMZ1697 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ında daşınmaz əmlakın bazar dəyəri həqiqi sayıla bilməz və iddia tələbi həmin hissədə təmin edilərək qiymətləndirmə hesabatı etibarsız hesab edilməlidir. Kollegiya iddiaçının hərracın keçirilməsi barədə bildirişləri almadığı, hərrac barədə məlumatlı olmadığı barədə dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının ünvanına hərracın keçirilməsi barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçı hərracda iştirak etməmişdir. Belə ki, işdən görünür ki, Cavabdeh2» MMC tərəfindən sifarişçi Bakı şəhəri Nizami rayon İcra şöbəsinə, Cavabdeh3 ASC-yə, İddiaçı, X10, X4 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 02/118 nömrəli bildirişin və zərfin surətlərindən görünür ki, Cavabdeh2 MMC İddiaçı və digər tərəfləri yuxarıda qeyd olunan əmlakın müvafiq olaraq açıq hərracdan satılacağı barədə xəbərdar etmişdir. İddiaçının bu barədə dəlili ilə kollegiya razılaşmayaraq qeyd edir ki, poçt vasitəsilə göndərilmiş hərrac barədə bildirişlər həmin ünvandan zərfin üzərində “bu ünvanda yaşamır” qeydi edilməklə geri qaytarılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İşdən görünür ki, hərrac təşkilatı bildirişləri məhz ipoteka qoyanın qeydiyyatda olduğu ünvanı - ünvan 1 ünvanına göndərmiş, bununla da qanunla üzərinə düşən ipoteka qoyanı məlumatlandırmaq kimi vəzifəsini lazımı qaydada icra etmişdir. Dolayısı ilə iddiaçının mübahisəli əmlak ilə bağlı hərracın təşkili və keçirilməsi barədə bildirişin qeydiyyatda olduğu yer üzrə göndərilməsi onun rəsmi qaydada məlumatlandırılması hesab olunur. Eləcə də iş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli buraxılışında yerləşdirilmiş elana əsasən "GMC TERRAİN' markalı **-NB-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılmağa çıxarılacağı, hərracın vaxtı və keçirilmə yeri barədə elan verilmişdir. Bu baxımdan hesab edilir ki, hərrac təşkilatının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində dərc etdirdiyi elanlar da iddiaçının hərrac barədə məlumatlanması hüququna xidmət etmişdir. Beləliklə iddianın hərrac barədə məlumatlandırılmamaya dair müzakirə edilən dəlili əsassızdır. Kollegiya qeyd edir ki, iddia tələbi avtomobilin yenidən qiymətləndirilərək "Cavabdeh2" MMC tərəfindən yenidən hərracın keçirilməsi hissəsində qismən təmin edilməli, Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(007)-394/2016 saylı qətnaməsini icra edən orqan tərəfindən avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsi yenidən təşkil olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalı və apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təqdqiqatının dəyəri cavabdehlərdən tutularaq Qiymətləndirmə şirkətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri təmin edilsin. “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və X11 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokol, Cavabdeh1 MMC tərəfindən verilmiş QR- 1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyi etibarsız hesab edilsin. “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsi yenidən təşkil olunsun. Birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh3 ASC-dən müştərək qaydada tutularaq “X18” MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh3 ASC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-497/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-497/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver