Məhkəmə qərarları › İş №2(103)-4980/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4980/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4980/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi və mənzildən çıxarılma” barədə ilk, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı işi üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 27000 (iyirmi yeddi min) manat məbləğində kirayə borcunun onun xeyrinə tutulmasına və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, 1208 saylı mənzil çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (iddia ərizəsinə əlavə) təqdim edərək, İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayon 1956/1989-cıı məhəllə, Əliyar Əliyev küçəsi, cv 26, 1208 saylı mənzil barədə İddiaçı ilə aralarında bağlanmış 27 yanvar 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Nərimanov rayon 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208 saylı mənzil barədə İddiaçı adına aparılmış qeyd və çıxarışın ləğv edilməsi, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Nərimanov rayon 1956/1989-cu məhəllə, Əliyar Əliyev küuçəsi, ev 26, mənzil 1208 saylı mənzil barədə Cavabdeh2 adına olan çıxarışın bərpa edilməsi, İddiaçı əsas borc 14000 ABŞ dolları tutularaq onlara ödənilməsi və İddiaçı qanunsuz hərəkətlərinə görə keçirdikləri mənəvi sarsıntılara görə 10000 manat məbləğində mənəvi zərərin ondan tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçı iclasında qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək iddia müddətinn tətbiq edilməklə də qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, hazırkı mülki iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hazırkı qarşılıqlı iddia ərizəsi ilə 14.10.2019-cu il tarixdəməhkəməyə müraciət etmişlər. Halbuki, Cavabdeh1 və Cavabdeh2 etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixindən də göründüyü kimi, həmin müqavilə 27yanvar 2016-cı iltarixində bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında AN-İ ******* nömrəli 27.01.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208 (Yeni qaydalarla AZ1052, ünvan 1 İddiaçı mülkiyyətinə keçmişdir (səh.16,17); 27.01.2016-cı il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinə əsasən, İddiaçı ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 1956- 1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208-i (Yeni qaydalarla AZ1052, ünvan 1 aylıq 2000 ABŞ dolları kirayəçi Cavabdeh1 kirayəyə vermişdir. Həmin müqavilənin 5-ci maddəsinə əsasən, müqavlə 5 aylıq bağlanmışdır (səh.49). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı işi üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil İ208 (Yeni qaydalarla AZ1052, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, qalan hissədə ilk iddia təmin edilməməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin geri qaytarılması, maddi və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə; "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə; «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə; Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158, 178, 337, 339, 340, 354, 372, 375-377, 425, 442, 567-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) "Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və mənzil boşaldılmamış və hazırda da cavabdehlər həmin mənzildə yaşıyırlar. Bu isə mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Cavabdeh1 27000 manat məbləğində kirayə pulunun tutulması hissəsində sübuta yetirilə bilmədi. Tərəflər arasında bağlanmış kirayə müqaviləsi üzrə borcun yaranıbyaranmamasını, əgər yaranıbsa bu borcun hansı məbləğdə olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə ilk iddianı pul tələbi hissəsində əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Qeyd edilənlərə əsasən məhkəmə qarşılıqlı iddianı müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Bundan başqa qarşılıqlı iddia ərizəsi ilə İddiaçı 14000 ABŞ dolları məbləğində pulun tutulması da tələb edirlmişdir.Bu hissədə də iddia tələbi əsaslandırıla və sübuta yetirilə bilmədiyindən rədd edilməlidir. Bundan başqa mənəvi ziyanın tutulması ilə bağlı qarşılıqlı iddia tələbi əsas hissədə sübuta yetirilmədiyindən və təmin edilmədiyindən ondan törəmə olan hissədə də təmin edilə bilməz. Cavabdeh2 ilə İddiaçı arasında alqısatqı müqaviləsi 27 yanvar 2016-cı il tarixdə bağlanılmışdır. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə iddiaçı 2019-cu ilin oktyabr ayında məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə bu müqavilənin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. İddiaçı tərəfindən əqdin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin geri qaytarılması və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(005)-4528/2019 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin lıazırki iş üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsinin qismən - ilkin iddia tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsini və ilkin iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3842/20 saylı, 22.07.2020-ci il tarixli qərarı ilə İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı iş üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "kirayə borcunun ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və ziyanın tutulması” barədə qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair ünvan 3.01.2016-cı il tarixli AN-İ № ******* seriya nömrəli "daşınmaz əmlakın alqı- satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına 15.04.2019-cu il tarixdə verilmiş RX ******* seriya nömrəli çıxarışın (müvafiq qeydiyyat) ləğv olunması, Cavabdeh2 adına ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair 16.02.2012-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat bərpa edilməsi, qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməməsi, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunması qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil kassasiya vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-492/21 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3842/2020 nömrəli, 22 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Qərarda MPM-in 80, 81 və 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir. Qarşılıqlı iddiada iddiaçılar tələbin faktiki halı kimi əvvəlcə Cavabdeh1 təcili pul lazım olmasına, sonra isə həmin pulun İddiaçı tərəfindən işə yatırılacağına, bu məqsədlə Cavabdeh1 İddiaçı bir dəfə 20000, bir dəfə isə 10000 ABŞ dolları məbləğində pul verməsinə, İddiaçı da hər dəfə nə qədər çox pul yatırım edilərsə, bir o qədər tez də biznesə yiyələnəcəyini deyərək Cavabdeh1 şirnikləndirməsinə-ziddiyyətli faktiki əsaslara istinad edilmişdir. Lakin apellyasiya məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, pula ehtiyacı olması səbəbindən Cavabdeh1 İddiaçı pul alması, ya biznes üçün Cavabdeh1 İddiaçı pul verməsi halı müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi mənzilin 27.01.2006-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin Cavabdeh2 həyat yoldaşı olan Cavabdeh1 İddiaçı aldığı borcun təminatı kimi bağlanması halını müəyyən edərkən, digər hallarla yanaşı, alqı-satqısı müqaviləsinin məzmununa, şahid ifadələrinə və cinayət işi üzrə qərarla müəyyən olunan hallara istinad etmişdir. Məhkəmə kollegiyası bunu da əsaslı hesab etmir. Əvvəla alqı-satqı müqaviləsinin məzmunu məhz tərəflər arasında alqı-satqı münasibətlərini təsdiq edir, hər hansı başqa nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, apellyasiya məhkəməsinin istinad etdiyi şahid ifadələri sübut kimi MPM-in 80, 81 və 88-ci maddələrinə əsasən aidlik və mümkünlük tələbləri baxımından qiymətləndirilməyib. Belə ki, şahid ifadələri qarşılıqlı iddiaçının sözlərinə istinadən verilən məlumatlara söykənib. Apellyasiya məhkəməsinin sübut kimi istinad etdiyi cinayət işi üzrə qərara gəldikdə, apellyasiya məhkəməsi 20 may 2020-ci il tarixli qərarla həmin cinayət işi üzrə icraata cinayət tərkibi olmaması əsası ilə xitam verilməsinə əhəmiyyət verməmiş, həmin qərar ümumiyyətlə araşdırmadan kənarda qalmışdır. Apellyasiya məhkəməsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sözügedən mənzilin alqı-satqısı üçün deyil, məhz "borcu təminat altına almaq üçün” bağlanmış olması nəticəsinə gəlib, bunu Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd hesab etsə də, həmin əqdə onun mahiyyətini nəzərə almaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilib-edilməmə imkanını araşdırmamışdır. Halbuki qeyd edilən normanın ikinci cümləsi məhz bunu nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin əqdin mübahisələndirilməsi üçün müddətin keçməməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab etmir. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaçıların öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri qənaətinə gəlsə də, ən azı müddətin axımını mənzilin kirayə verilməsi barədə müqavilə və Cavabdeh1 23 iyul 2016-cı il tarixli qəbzi və kontekstində qiymətləndirməmişdir. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh2-Əliyeva cavabdeh İddiaçı ona məxsus mənzili aldatma yolu ilə ələ keçirməsi barədə polisə müraciət etmiş, 22 iyul 2019-cu ildə cinayət işi başlanmış, həmin cinayət işi üzrə bir neçə prosessual qərarlar qəbul edilmiş və nəhayət 20 may 2020-ci il tarixli qərarla cinayət işinə xitam verilmişdir. Bu isə qarşılıqlı iddiaçıların, o cümlədən müqavilə tərəfi olan Cavabdeh2-Əliyevanın öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri barədə gəlinən qənaətlə ziddiyyət təşkil edir. Apellyasiya məhkəməsi müddətin axımı anını müəyyən edərkən qarşılıqlı iddiaçı Cavabdeh2- Əliyevanın hazırki qarşılıqlı iddiadan daha əvvəl eyni məzmunda polisə müraciət etməsini diqqətdən kənarda saxlamışdır. Apellyasiya məhkəməsi 27 yanvar 2016-cı il tarixli alqısatqı müqaviləsi etibarsız saydığı üçün ilkin iddia tələblərini əsassız hesab etmişdir. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticəni əsassız saydığı və qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyi üçün ilk iddianın təmin edilməməsi hissəsində gəlir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, həmçinin qarşı tərəfin təqdim etdiyi kirayə müqaviləsini qəbul etdiyini, lakin tərəflər arasında müqavilə əsasında hər ay 1000 manat kirayə haqqının ödənilməsi barədə razılıq olduğunu, 2000 ABŞ dolları texniki yanlışlıq nəticəsində müqavilədə qeyd edildiyini bildirmiş, iddiaçının apellyasiya şikayətinin təmin və cavabdehlərin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, evin qarantiyası olaraq 40000 ABŞ dolları məbləğində pulu aldıqlarını, 2000 ABŞ dolları hər ay iddiaçıya ödədiyini, bu münasibətlərlə bir neçə dəfə İlqar və Vahid adlı şəxslərdən pul götürdüyünü, müqavilə bağlayan zaman razılaşmalarının əsl məqsədini notariusdan gizlətdiklərini, 3 il sənədlərinin notariat ofisində qaldığını, 2000 ABŞ dolları məbləğində kirayə haqqı ödəmək müqabilində müqavilə bağladıqlarını, cinayət işi başlamaq üçün məktubla Prokurorluğa müraciət etdiyini bildirmiş və öz apellyasiya şikayətlərinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əlavə təqdim edərək, əgər həqiqətən də alqı-satqı müqaviləsi həqiqi olmuşdursa, bəs onda niyə İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışı müqavilə bağlanandan həmən sonra deyil, məhz üç il sonra, yəni 2019-cu ildə almışdır. Yenə də əgər müqavilə həqiqi idisə, bəs niyə elə cavabdehlərin özünə, hər ay 2000 ABŞ dolları ödəməklə kirayə vermişdir, normal alqı-satqı olsaydı belə olmazdı. Kirayə müqaviləsində kirayə haqqının hər ay üçün 2000 ABŞ dolları kimi göstərilməsi elə İddiaçı Cavabdeh1 verdiyi 40000 ABŞ dollarının hər ay üçün ödəniləcək faiz məbləği (5%) olduğunu bir daha təsdiq etməkdədir. Real bazar qiyməti 200000 manat civarında olan mənzilin 40000 ABŞ dollarına satılması da inandırıcı deyil və kifayət qədər şübhələr yaratmaqdadır. Beləki, nə qədər təcili olsa da mənzilin təxminən dəyərindən üç qat aşağı satılması mümkün deyildir. Sual olunur ki, İddiaçı dəyəri təxminən 200000 manat civarında olan mənzilin bu qədər ucuz qiymətə satılmasında şübhələnməmişdimi, axı özü də bildirir ki, o, makler işləyirdi, əgər makler işləyirdisə, deməli mənzilin real bazar qiymətini də yaxşı bilirdi. Bu hal da birbaşa təsdiq edir ki, mübahisəli mənzil əslində alqı-satqı olunmamış, sadəcə olaraq verilmiş faiz pulun təminatı olmuşdur. İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh1 ilə mübahisəli mənzilin kirayə müqaviləsini 27.01.2016-cı ildə bağlasa da, Cavabdeh1 23.07.2016-cı ilə kimi kirayə haqqını ödəməmiş, göstərilən tarixdə Cavabdeh1 öz əli ilə qəbz yazaraq 20.08.2016-cı ilə kimi möhlət istəmiş, deyilən möhlət verilsə də, lakin yenə də kirayə haqqının ödənmədiyini göstərmişdir. Lakin kirayə haqqının ödənməməsinə baxmayaraq İddiaçı cavabdehləri artıq mülkiyyətində olan mənzildən çıxarmamış və bunun üçün heç bir cəhd göstərməmişdir. Tərəflər arasında mübahisəli mənzilin alqı-satqısına dair Bakı şəhəri, 3 saylı Notariat kontorunda bağlanmış 27.01.2016-cı il tarixli müqavilənin şərtindən görünür ki, satıcı mənzili 27.04.2016-cı il tarixə kimi alıcının sahibliyinə verməlidir. Əgər müqavilədə belə bir şərt vardısa, bəs niyə tərəflər arasında 27.01.2016-cı il tarixdə 05 ay müddətinə kirayə müqaviləsi bağlanırdı? və yaxud əgər kirayə müqaviləsi bağlanacaqdısa, bəs onda müqavilədəki göstərilən şərtə nə ehtiyac vardı? Bəs nə üçün İddiaçı müqavilədə göstərilən tarixdə, yəni 27.04.2016-cı il tarixdə və ya bundan sonra müqavilənin bu şərtinin icra olunmasını tələb etməmişdir. Göstərdiyi bu hal da alqı-satqı müqaviləsinin formal olduğunu birbaşa təsdiq etməkdədir. İddia müddətinin tətbiqinə gəlincə isə qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, qanunun tələbinə görə iddia müddətinin axımının başlanğıcı şəxsin hüququnun pozulduğunu bildiyi və bilməli olduğu andan başlanır. Hazırkı iş üzrə cavabdehlər hüquqlarının pozulduğunu, iddiaçının onların mənzildən çıxarılmaları barədə məhkəməyə iddia verdiyi anda bilmişlər. Çünki, bu ana kimi cavabdehlər mənzildə rahat şəkildə yaşamış və mənzildən istifadə etmişlər və eyni zamanda iddiaçıya olan borclarını ödədikləri üçün mənzilin geri qaytarılacağını güman etmişlər, çünki, aralarındakı razılaşma da elə belə olmuşdur, lakin pul tam şəkildə ödənilsə də iddiaçı mənzili geri qaytarmamış və mənzildə çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Yalnız bundan sonra iddiaçının onları aldatdığını, etibarlarından sui-istifadə edərək əmlakını ələ keçirmək niyyətində olduğunu bilmişlər. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh2 ilə İddiaçı arasında mübahisəsi gedən mənzilin alqısatqısı ilə bağlı hər hansı danışıq, müzakirə və ya razılaşma olmamış, onların arasında mənzilin həqiqi alqı-satqısına dair heç bir gerçəkçi niyyət olmamış, alqı-satqının yeganə məqsədi Cavabdeh2 əri Cavabdeh1 İddiaçı aldığı borcun təminat altına alınması olmuşdur. Bu hal həm mülki işin materialları, həm də cinayət işinin materialları ilə tam təsdiqini tapmışdır. İş materiallarından da açıq şəkildə göründüyü kimi İddiaçı yeganə məqsədi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin, yəni Cavabdeh2 əmlakını ələ keçirmək olmuş və bu məqsədlə də Cavabdeh2, əri Cavabdeh1 hər ay 5%, yəni 2000 ABŞ dolları ödəmək şərti ilə sələmə verəcəyi 40000 ABŞ dolları məbləğində pulun müqabilində girov qoyulacaq hazırkı mübahisəli mənzili, pul ödəniləndən sonra geri qaytaracağını vəd verməklə Cavabdeh2 adına olan hazırkı mübahisəli mənzili öz adma alqı-satqı etmiş, Cavabdeh1 vermiş oduğu 32800 ABŞ dolları pulun əvəzinə 2017-ci ilin iyun ayına kimi sonuncudan hissə-hissə 54000 ABŞ dolları geri almasına baxmayaraq vədinə əməl etməmiş və real bazar qiyməti 200000 manat olan mənzili geri qaytarmaqdan imtina etməklə faktiki olaraq ələ keçirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 385-389, 646-649; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda diqqətə çatdırılmalıdır ki, mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusatlar cinayət təqibi çərçivəsində araşdırmanın predmeti ola bilər ki, belə araşdırmanın nəticəsi və ya araşdırma nəticəsində hazırki mülki icraat baxışına təsir edəcək amilər (sübutedici faktlar) müəyyən edilmir. Kassasiya instansiya məhkəməsinin baxış hədləri və qəbul etdiyi məhkəmə aktı İddiaçı kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyasında sərgilənən mövqeyin əksinə olmuşdur. Qeyd edilməlidir ki, bu qərarda əks edilən xüsusatlara dair tərəflər əlavə sübutlar təqdim etməmiş, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman notarius tərəfindən yol verdiyi qüsurların mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən başqa əqdi pərdələmək məqsədi ilə alqı-satqının bağlanması da müəyyən edilməmişdir. Halbuki bu pərdələnmənin baş verdiyi (müəyyən edildiyi) təqdirdə belə (kredit və ipoteka münasibətlərinim müəyyən etdiyi normaların tətbiq edilməsi müstəvisində) əqdin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmir. Belə ki, hər iki tərəfin razılığı ilə bağlanmış əqdlərdə razılıq müəyyən edilirsə, bu əqdə dair müddəalar tətbiq edilməlidir. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müddətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüquqlarından xəbərdar olmalı olan cavabdehlərin mücərrəd və ziddiyətli dəlilləri müddətin ötürülməməsinə də əsas yaratmır. İddiaçının narazı qaldığı, cavabdehdən icarə haqqı tələbi üzrə isə qeyd edilməlidir ki, qanunvericilik baxımından iddia əsaslı olsa da fərqli (icarə haqqı müəyyən edən) müqavilələrin mövcudluğu dayanıqlı və şübhələrdən kənar faktiki əsasları istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərinə müvafiq normativ və faktiki əsaslara uyğun əlavə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin qətnaməsinin formal əsaslarla ləğv edilməsinə və ya dəyişdirilməsinə əsaslar müəyyən etmir. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, əsassız apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumuna dair məhkəmə xərcləri onu ödəyənlərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə İddiaçı nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı işi üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar