Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4988/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allaverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)- 125/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavadeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı "ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 34 b saylı evin 30 saylı mənzilinin mövcud bazar qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib olaraq, yəni hər birinə 1/3 hissə verilməklə aralarında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışı (iş.səh.7), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surəti (səh.28), "xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, H/01-PLS saylı hesabatı (səh.73) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-125/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34b, 30 saylı mənzil açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - iddiaçılar İddiaçı 1/3 hissə, Cavabdeh1 1/3 hissə və Cavabdeh2 1/3 hissə olmaqla bölünməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair1 xx xxxxx 2014-cü il tarixli qərarı;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən onlara ödənilməsini təklif etmiş, lakin nəticəsi olmamışdır. Bundan sonra iddiaçılar əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun bölünməsi barədə məhkəməyə müraciət etmişlər. Cavadeh Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-125/2020 saylı qətnaməsinin ləğv edilməsinə, Güllü Cabir qızı və Cavabdeh1ların Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 3413 saylı evin 30 saylı mənzilinin açıq hərracda satılması, satışdan əldə olunmuş pulun bizim aramızda mütənasib surətdə bölünməsinə dair iddialarının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəlləsinin 220.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi tərəfindən qəbul edilməmiş, iddiaçıların hazırkı işə münasibətdə pretenziya qaydalarına əməl edilmədiyini, mənzilin mövcud bazar qiymətinə uyğun satılması təkildi ilə müraciət etməmiş məhkəmə araşdırması zamanı mənzil üçün müəyyənləşdirilmiş məbləği mübahisələndirmiş həqiqətən həmin mənzil mərhum atalarıdan analarına, analarından isə onlara miras qalmışdır. İddiaçılar ailə qurmaları səbəbindən uzun müddətdir ki, bu mənzildən köçüb getmişlər. Anası L.Mirzəyeva bu müddətdə, vəfat edən günədək onunla birgə, himayəsində, qayğıları altında yaşamışdır. İddiaçıların mənzillə, demək olar ki, heç bir əlaqələri olmamşdır. Göstərdiyi kimi, valideynləri onun himayəsində olmuş, onların bütün qayğılarını çəkmişdir. Miras qalmış hazırkı əmlakı həmişə o, idarə etmiş, bu xərcləri çəkmişdir. Yaşadığı mənzili bir neçə dəfə təmir etditmişdir. Sonuncu dəfə də mənzili əsaslı surətdə təmir etdirib, əhəmiyyətli dərəcədə pul vəsaiti xərcləmişdir Onlar tərəfindən belə bir təklif yalnız 2015-ci ildə edilmişdir. Əgər hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçılar tərəfindən hər hansı bir təklif edilsə idi, tərəfindən mütləq surətdə həmin təklifə münasibət bildiriləcəkdi və bununla da mübahisənin məhkəmədən kənar həlli imkanı yaranacaqdı. Ancaq məhkəmə bu məsələdə iradını nəzərə almamış və bu səbəbdən hazırkı qətnamənin çıxarılmasını düzgün hesab etmir. Digər tərəfdən, hazırkı vəziyyətdə paylı mülkiyyət hüququ ilə iddiaçılara və ona məxsus olan, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 34B saylı evin 30 saylı mənzil üçün 170000 manat məbləğində müəyyənləşdirilmiş qiyməti real dəyər hesab etmir və bu hal tərəfındən məhkəmədə mübahisələndirilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş müvafiq vəsatətdə də göstərildiyi kimi, tərəfindən aparılmış araşdırma ilə mübahisəli mənzilin real bazar qiymətinin 110000-120000 manat civarında olması müəyyənləşdirilmişdir. Bu qiyməti də əsas götürərək tərəfindən iddiaçılar Güllü və Cavabdeh1ların hər birinə mənzilə olan paylarına nisbətdə 40000 manat, cəmi 80000 manat məbləğində pul vəsaiti təkiİf etmişdi ki, onlar öz paylarından imtina etsinlər. Lakin iddiaçılar nə onun bu təklifilə, nə də müəyyənləşdirilmiş 170000 manata uyğun surətdə ona 60000 manat məbləğində pul vəsaiti ödənilməsinə dair təklifi ilə razılaşmışlar. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; MM-in 220-223; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə qərarları və ekspertiza rəyi ilə payların naturada bölgüsü mümkün olmamışdır. Apellyasiya şikayətində dəliləri: pretenziya qaydalarına riayyət edilməməsi, orada uzun müddət yaşayaraq əmlakın cavabdeh tərəfindən yaxşılaşdırılması və müəyyən məbləğ müqabilində iddia tərəfinin razılığa gəlməməsidir. Mülki qanunvericiliyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. İşin hallarından göründüyü kimi, paylı mülkiyyətin naturada bölünməsi mümükün olmamış, tərəflər arasında mübahisə uzun müddətdir gedir, və tərəflərin qarşılıqlı razılığa gəlməsi mümkün olmamışdır. Ona görə, cavabdehin dəlilləri formal mülahizə daşıyır və əsassızdır. Diqqətə çatdırılmalıdır ki, əmlakın miras qalması və ondan sonra payların müəyyən edilməsi zamanı cavabdehin əmlakın yaxşılaşdırılması nəticəsində payının artırılmasını tələb etməmişdir və bunlat hüquqi müstəvidə müzakirə edilməmişdir. Bununla belə, mülkün biləvasitə istifadə edilməsində maraqlı olan şəxslərin hərracda iştirak edərək tam mülkiyyət hüquqlarına sahib olmaq imkanları tükənməmişdir və bu mənada cavabdeh də bu imkandan istifadə etmək hüququna malikdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavadeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-125/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4988/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4988/2020
20.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver