Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4995/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMM tərəfindən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X8 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində tikilmiş binanın 3-cü girişinin birinci mərtəbəsində yəni yol ilə eyni səviyyədə olan hissədə 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsinin onun sərəncamına verilməsi və 2022-ci ilin sentyabr ayından bu günədək, yəni 2024-cü ilin yanvar ayınadək aylıq 700 manat olmaqla ödənilməyən kirayə haqqının - 10500 (on min beş yüz) manat pulun, eləcə də məhkəmə qətnaməsi icra olunadək hər ay üçün 700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh 17 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunan qanunvericilik normaları kontekstində kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi Cavabdeh “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə 13 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir (iş səh. 176). Lakin, o, apellyasiya şikayəti ilə öz elektron kabineti vasitəsilə məhkəməyə 17 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4995/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4995/2024
01.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver