Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4998/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(011)-2689/2022 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(011)-5391/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, 50.000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayəti vermiş, lakin apelyasiya şikayəti elektron qaydada, eləcə də apelyasiya şikayəti üçün müəyyən edilmiş formaya uyğun verilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5391/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, cavabdehin vəkili və nümayəndəsi yenidən apelyasiya şikayəti, eyni zamanda şikayətin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilərək, müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(011)-5391/2021 saylı qərardadı ilə cavabdehin vəkili və nümayəndəsinin ərizəsi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(011)-5391/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi tərəfindən şikayət verilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işin materialları şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2147/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Məhkəmənin 27 dekabr 2021- ci il tarixli qərardadının ləğv edilməsi mülki işin prosessual müddətlə bağlı məsələnin yenidən yoxlanması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Xətai Rayon Məkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(011)-2689/2022 saylı qərardadı ilə ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5391/2021 nömrəli 02 sentyabr 2021- ci il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdehin vəkili və nümayəndəsi Vəkil1 şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilərək, iş materialları yenidən baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-2147/2022 saylı qərardadında Xətai Rayon Məhkəməsinə prosessual müddətin ötürülüb- ötürülməməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparılması, poçt məlumatlarının dəqiqləşdirməsi, dəqiqləşdirməmiş (zəruri olduğu halda bununla bağlı poçt müəssisəsinə sorğu verərək), cavabdehin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərin yoxlaması ilə bağlı konkret göstərişlər nəzərdə tutulmuşdur. Lakin məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı qəbul edərkən, yuxarı instansiya məhkəməsinin həmin göstərişlərini nəzərə almamışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsin qərardadı prosessual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmış, yuxarı instansiya məhkəməsinin göstərişləri yerinə yetirilməmişdir. Buna görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qeyd olunan hallar araşdırılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(011)-2689/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları müddət bərpası ilə bağlı ərizəyə qərardadda qeyd olunan məsələlər araşdırılmaqla qiymət verilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4998/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4998/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver