Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4998/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlundan və Mərdanova Xumar Afət qızından ibarət ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı ‘‘alqı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması’’ tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1688/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh8 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1688/23 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəblərini izah etməməklə yanaşı, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsaslarını, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlarını göstərməmiş və ərizəyə əlavə etməmişdır, məhkəmə isə qərardadında hansı halı üzürlü saydığını, onun həmin şəxsə nə dərəcədə mane olduğunu, həmin halın hansı müddətdə mövcud olması ilə bağlı ümumiyyətlə araşdırma aparmadan, yalnız iddiaçının formal mülahizələrinə əsaslanmışdır. Həmçinin, məhkəmə cavabdehin müvafiq xahişlə müraciət etmək imkanının nə vaxt yarandığını və nə vaxt müraciət olunduğunu da nəzərə almamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2023-cü il tarixli tarixli qətnaməsi xx.xx.2023-cü ildə cavabdeh Buludxan Daşdiyev tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Sonuncu xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə müddət ötürüldüyü üçün apellyasiya baxışı qeyri-mümkün hesab edilmiş vəapellyasiya şikayəti qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1704/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1688/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh8 qətnamədən yeni apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni cavabdeh qəbul etməməmiş, həmin tarixdə cavabdeh ümumiyyətlə ölkədə olmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh8 məxsus pasportun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölkədən xaricdə olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4998/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4998/2024
19.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver