Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının hüquqi varisi (nümayəndəsi (oğlu)) X1, Cavabdeh2, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-654/2017 saylı 15 avqust 2017-ci il tarixli qətnamədən İddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, cavabdehlərin həmin torpaqdan çıxarılması, maddi zərərin əvəzi olaraq 150000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 115,6 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair daşınmaz əmlakın dövlət reyestrindən 06 may 2006-cı il tarixdə ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən reyestr kitabı 1, qeydiyyat nömrəsi 87, qeydiyyat tarixi 05 noyabr 1998-ci il tarixli şəhadətnamə əsasında ünvan 1 ünvanında 109,24 kv.metr sahəsi olan 134 nömrəli pavilyon (torpaq sahəsi) onun mülkiyyətindədir. Hər iki daşınmaz əmlaka vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və yeni texniki pasportun tərtib edilməsi edilməsi üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 18 may 2016-cı il tarixdə müraciət etmişdir. İdarə tərəfindən verilmiş 02 iyun 2016-cı il tarixli məktubla müraciətinə imtina cavabı verilmiş və imtina cavabında aparılan araşdırma zamanı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadə olunması, bu səbəbdən də ərizənin icrasının mümkün olmaması bildirilmişdir. Cavabdehlərin ona məxsus torpaq sahəsində tikdiyi özbaşına tikili sökülməlidir. 2003-cü ildən etibarən bu günədək cavabdehlər ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq istifadə etdikləri üçün qanunsuz gəlir əldə etmiş və bununla da ona zərər vurulmuşlar. Həmin zərəri 150.000 manat həcmində qiymətləndirir. Eyni zamanda qanunsuzluq və ona qarşı edilmiş təzyiq nəticəsində o, dərin stress və sarsıntı keçirmişdir. Buna görə də bütün bu illər ərzində daimi müalicə alır və dəfələrlə xəstəxanalarda yatmışdır. Bununla əlaqədar ona dəymiş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-654/2017 saylı 15 avqust 2017ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizaları tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmçinin həmin qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən də apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 2000-ci ildən etibarən ticarət üçün çox sərfəli yerdə yerləşən torpaq sahəsindən istifadə etmək hüququndan məhrum edilmiş, cavabdehlər isə həmin sahədə ticarət və xidmət obyektləri inşa edərək bugünədək küllü müqdarda pul qazanırlar. Həmin sahədə diş həkimi otağı, bərbərxana, telefon dükanı və Azərbaycan Beynəlxalq Bankının bankomatı yerləşir. Məhkəməyə təqdim etdiyi müstəqil qiymətləndirici şirkətinin rəyinə əsasən cavabdehlər tərəfindən işlədilən ticarət obyektinin aylıq icarə qiyməti 1000 manat təşkil edir. Həmin obyekt mülkiyyətçinin özü tərəfindən işlədildiyi təqdirdə oradan daha da artıq pul qazanmaq olar. Adı çəkilən ticarət obyektinin cavabdehlər tərəfindən 18 il ərzində işlədildiyini nəzərə alaraq, cavabdehlər tərəfindən bu müddət ərzində ən azı 216000 manat pul vəsaitinin qazanıldığını müəyyən etmək olar. Cavabdehlər tərəfindən müəyyən təziqlər və hədə-qorxular vasitəsilə ona məxsus torpaq sahəsinin zəbt edilməsi və oradan illər ərzində istifadə edərək pul qazanmaları onun səhhətinə çox böyük zərbə vurub. Bu hadisələr baş verdikdən sonra onun ürəyində problemlər əmələ gəmiş və nəticədə 2002-ci ildə infarkt keçirmiş, halbuki ondan qabaq ürəyində heç bir problem olmamışdır. O vaxtdan bugünədək daimi müalicə alır və dəfələrlə xəstəxanalarda yatmışdır. Hər ay ən azı 300 manat dərmanlar üçün pul ödəyir. Xəstə olduğu müddət ərzində yalnız dərmanlara ödədiyi vəsait 50000 manatdan artıq təşkil edir. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə onun izahatlarını təhrif edərək onlara əsaslanmış və qətnamədə qeyd etmişdir ki, güya o, iddiaçı ilə aralarında aparılmış razılaşmaya əsasən 3.000 ABŞ dolları pulun müqabilində iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin istifadə olunmasını təsdiq etmişdir. O, belə izahatlar verməmiş və təqdim etdiyi materiallara əlavə olunmuş etiraz ərizəsində 3.000 ABŞ dolları pulun hasarın çəkilməsi məqsədilə verildiyini göstərmişdir. Məhkəmə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını yalnız onun izahatlarına əsasən müəyyən etmişdir. Məhkəmə iddiaçının ərizəsini rədd edən və onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edən DƏDRX-nin məktubunun məzmununa istinad edərək qeyd etmişdir ki, «göründüyü kimi, iddiaçıya torpaq sahəsinin bir hisssəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin sahədə... tikililiər aparılmışdır.» Lakin, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, DƏDRX-nin Bakı şəhər İdarəsi iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almaqdan imtina etmişdir. Buna baxmayaraq, məhkəmə mülkiyyət hüquqlarını qeydiyyata alan və tanıyan orqanların səlahiyyətlərini həyata keçirərək, DƏDRX-nin mülkiyyət hüququ üzrə qeydiyyata almaqdan imtina etdiyi torpaq sahəsinə iddiaçıya mülkiyyət hüququ tanımaqla qəbul etdiyi qətnamə ilə DƏDRXnin səlahiyyətlərini artıq icra etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və espertiza rəyini ümimiyyətlə nəzərə almamış və onlara lazımi qiymət verməmişdir. İş mateiallarına əlavə olunmuş ekspert rəyindən və digər sənədlərdən, xüsusilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan müəyyən olunmuşdur ki, nəinki sökülməsi iddia edilən mübahisəli tikilinin iddiaçıya məxsus olan torpaq sahəsinin daxilində tikilibtikilmədiyini müəyyən etmək mümkün olmamış, hətta həmin torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıca akt və kadastr planı da tərtib olunmamışdır, torpaq sahəsinin yerləşməsinə dair sənədlərin mövcud olmadığı da ekspert tərəfindən aşkar olunmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin həlli üçün bütün faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə digər cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinin tələbinə görə işə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-477/2018 10 yanvar 2018-ci-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat iddiaçı “SAF” çoxsahəli kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi üzrə işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəəyyən edilmişdir ki, Cavabdeh2 rəhbəri olduğu hüquqi şəxs “SAF” çoxsahəli kiçik müəssisəsi tərəfindən hazırki mübahisə üzrə İddiaçıun adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair Dövlət Reyestrində aparılmış qeydiyyatın, İddiaçı verilmiş ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın və eyni tarixli texniki pasportun ləğv edilməsi tələbinə dair iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 26 avqust 2019-cu il tarixli məktubundan görünür ki, iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-(103)-28/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1249/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-(103)-28/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)- 233/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı “SAF” çoxsahəli kiçik müəssisəsinin apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmış, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2388/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də hazırki işin icraatı təzələnmiş və işə baxılması davam etdirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş AZ-İİ seriyalı 074700 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olundu ki, adı iddiaçı qismində keçən İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı vərəsələri oğulları - X4 və X3 miras əmlakdan irs almalıdırlar. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5/2023 saylı 18 yanvar 2023-cü il tarxili qərardadı ilə X3 idddiaçı mərhum İddiaçı hüquqi varisi kimi tanınmışdır. Apellyasiya baxışı zamanı iddiaçının hüquqi varisi (nümayəndəsi (oğlu)) X3 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnamənin qismən, iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2, onun vəkili Vəkil öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, mərhum iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə tam təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə verilmiş apellyasiya şikayətləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, Cavabdeh2 tərəfindən isə iddianın təmin edildiyi hissədə mübahisələndirmişdir. Lakin nəzərə alınmalıdır ki, mübahisənin predmeti bölünməzdir, ona görə də məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. İş materiallarında olan Azərbyacan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00006160 saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda, istifadədə olan 0,01369 ha torpaq sahəsində yerləşən 115,60 kv.m. ümumi, 104,70 kv.metr əsas, 10,90 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində 06 may 2006-cı il tarixdə qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 115.6 kv.m olan qeyri-yaşayış binası, 0.010924 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********95 saylı 02 iyun 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə idarəyə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadə olunur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000087 saylı, 05 noyabr 1998-ci il tarixli özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, 134 saylı pavilyon 109,24 kv.metr yerləşdiyi torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin 16 fevral 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 20 ünvanda yerləşən xx.xx.1998-ci il tarixli, 000087 nömrəli şəhadətnaməyə əsasən İddiaçı məxsus 109.24 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 20 ünvanda yerləşən tikilinin İddiaçı məxsus 109.24 kv.m torpaq sahəsinin daxilində tikilib-tikilməməsi, əgər torpaq sahəsinin daxilində tikilmişdirsə həmin tikilinin neçə kv.metri və hansı hissəsinin İddiaçı məxsus torpaq sahəsinin daxilində tikilməsinin müəyyən edilməsinə dair suallar qoyulmuşdur. Məhkəməyə daxil olmuş 5852 saylı 29 iyun 2017-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavininin imzaladığı xx.xx.2017-ci il tarixli məktubun məlumatlarını, tədqiq olunan torpaq sahəsinin faktiki ölçüsünün plan-sxemdə qeyd olunan ölçülərə uyğun olmadığını, torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıca aktı və kadastr planı tərtib olunmadığını nəzərə alaraq, xx.xx.1998-ci il tarixli, 000087 nömrəli şəhadətnaməyə əsasən, İddiaçı məxsus 109,24 kv.metr torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 4 ünvanda yerləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmadı. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyi dövrdən hazırki vaxtadək hüququ pozulmasaydı torpaq sahəsinin zəbt olunmuş hissəsində hər hansı iş görərək gəlir əldə edə biləcəyini, əldə edə biləcəyi gəlirin məhz 150.000 manat həcmində olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməsinə istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, işin apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində müəyyən olundu ki, hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş, iddiaçı “SAF” çoxsahəli kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq ahəsinin plan-ölçüsü barədə ilkin sənədlər və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-233/2022 saylı inzibati işində məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-233/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 10/48 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə baxış keçirildiyi, xx.xx.2022-ci il tarixdə əlavə sənədlər daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən iddiaçı “Saf” çoxsahəli kiçik müəssisəsinə məxsus obyektin faktiki olaraq iş materiallarında olan həmin müəssisənin adına verilmiş ilkin sənədlərə (Nardaran-2 çoxsahəli kiçik müəssisəsinin adına olan xx.xx.2001-ci il tarixli 494 No-li registrdən çıxarışda xx.xx.2001ci il tarixli 002504 No-li mülkiyyət şəhadətnaməsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli 000046 No-li texniki pasportda göstərilən torpaq sahəsinin sərhədlərinə (cizgilərinə)) uyğun olduğu, xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş, “Saf” çoxsahəli kiçik müəssisəsinin faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m. ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşdiyi, mübahisəli ərazidə yerləşən “Saf” çoxsahəli kiçik müəssisəsinə məxsus obyektlərin yerləşdiyi faktiki torpaq sahəsinin ölçülərinin texniki pasportun göstəricilərinə uyğun olduğu nəzərə alınmaqla, müəssisə tərəfindən sərhədlərin pozulmadığı, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində ilkin sənədlərə əsasən yerləşən 134 saylı povilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 7172 saylı şəhadətnamə və xx.xx.1997ci il tarixdə tərtib edilmiş texniki pasport və onun adına xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarixlərdə verilmiş çıxarışlarla uyğunsuzluq təşkil etdiyi, bu uyğunsuzluq nəzərə alınmaqla üçüncü şəxsin sərhədlərini pozduğu göstərilmişdir. Həmin inzibati iş üzrə verilmiş ekspert rəyində göstərilənlərə aydınlıq gətirilməsi üçün ekspert Xəyyam İsgəndərov məhkəmə iclasında dindirilərkən ona verilmiş suallara əsasən müəyyən olunmuşdur ki, iddiaçı “Saf” çoxsahəli kiçik müəssisəsi faktiki olaraq öz adına olan sənədlərlə əhatə olunan torpaq sərhədləri daxilində yerləşir. Ona məxsus qeyriyaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir (bu hal iddiaçı tərəfindən mübahisələndirilmir). Sənədlərə əsasən müəssisənin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhədləri üçüncü şəxs İddiaçı tərəfindən pozulmamış və onun tərəfindən baxmayaraq ki, ona məxsus obyektə dair ilkin və sonrakı sənədlər arasında uyğunsuzluq mövcud olsa da, faktiki vəziyyətində iddiaçının sənədlə əhatə olunan torpaq sahəsinə müdaxilə olunmamışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, hazırki işdə mərhum İddiaçı sökülməsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tələb etdiyi qanunsuz tikili (obyekt) əslində “Saf” çoxsahəli kiçik müəssisəsinə məxsus olmaqla yanaşı, həm də iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. Bu fakt yuxarıda adı çəkilən inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarında və həmin iş üzrə verilmiş ekspert rəyində də öz əksini tapmışdır. Belə olan halda iddiaçı sökülməsini tələb etdiyi obyektin ona məxsus torpaq sahəsində yerləşdiyini sübut edə bilmədiyi halda ayrı-ayrı fiziki şəxslərə qarşı iddia qaldırmışdır ki, həmin iddia da əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiqləmək məqsədilə ilk növbədə qeyd edilən cavabdehlər tərəfindən inşa edilmiş tikilinin ona məxsus torpaq sahəsində tikilməsini sübuta yetirməli və daha sonra onun həmin əmlakdan istifadəsinə hər hansı maneə yarandığını və hüquqlarının məhdudlaşdırıldığını təsdiq edən sübutlar təqdim etməli idi. Lakin hazırki işdə iddiaçı cavabdehlər tərəfindən tikilmiş tikilinin onun hüquq və maraqlarını pozmasına dair sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün onun iddiası təmin (qismən) edilə bilməzdi. Məhkəmə kollegiyası iddiaçının “cavabdehlərin torpaq sahəsindən çıxarılması, maddi və mənəvi ziyan”la bağlı tələbinə münasibətdə isə qeyd edir ki, əslində bu tələblər iddiaçının əsas tələbinə əlavə tələblər qismində çıxış etdiyindən, əsas iddia tələbinin təmin edilməməsi səbəbindən bu tələblər də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Həmin Məcəlləsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.2-ci maddələr). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mərhum iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-654/2017 saylı 15 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-654/2017 saylı 15 avqust 2017ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(103)-5/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5/2023
18.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver