Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5001/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndələri X3, X1, həmçinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X13 və Bakı şəhəri Baş Səhiyyə İdraəsinin tabeliyində olan Cavabdeh2ə qarşı «işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının və dəymiş maddi, mənəvi zərər məbləğinin ödənilməsi» tələbinə dair 2(002)-926/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 X14 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi, sonra isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2in xx.xx.2022-ci il tarixli, 31-k saylı əmrinin ləğv edilməsi, onun 4 saylı Doğum Evinə tibb bacısı vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi, cavabdehlərdən ona dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 1 illik əmək haqqı məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 ildir ki, Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən doğum evində tibb bacısı işləmişdir. İşlədiyi müddət ərzində onun heç bir nöqsanı və töhmətləri olmamışdır. 4 il əvvəl ürəyindən əməliyat olunaraq, ürəyinin yaxşı fəaliyyət göstərməsi üçün həkimlər tərəfindən aparat qoyulmuşdur. Əməliyyat olunduqdan sonra Qaradağ rayon 19 saylı xəstəxanasının baş həkimi Elçin Hüseynova əlillik və təqaüdlə bağlı müraciət etmişdir. Bununla bağlı aralarında anlaşılmazlıq olmuşdur. Məcburiyyət qarşısında qalaraq bütün instansiyalara şikayət ərizəsi ilə müraciət etmişdir. Nəhayət ona, ömürlük olaraq təqaüd, yəni İİ qrup müddətsiz əlillik təyin olunmuşdur. Bundan qəzəblənən Elçin Hüseynov məzuniyyətdə olarkən kadrlar şöbəsində çalışan Lalə adlı xanımın vasitəsi ilə onu xəstəxanaya dəvət edərək məcbur etmişdir ki, Doğum evi Təbibin tabeliyinə keçdiyi üçün Bakı Sağlamlıq Mərkəzinə işdən çıxmağı barədə ərizə yazsın, sonra isə işə qayıtmağına dair ərizə yazsın, çünki doğum evinin bütün işçiləri belə qaydada ərizə yazmışlar. İşdən çıxmağına dair ərizəni yazmış, lakin işə qəbul olunmağı barədə yazmaq istədikdə Lalə xanım bildirmişdir ki, Elçin bəylə telefon əlaqəsi saxlayıb, onu işə götürmək istəmir. Onu aldadaraq ərizə yazdırmışlar. O, bundan sonra bir neçə gün Elçin Hüseynovun məzuniyyətdən işə qayıtmasını gözləmişdir. Elçin Hüseynov 26 yanvar 2022-ci il tarixdə işə qayıtdıqdan sonra onun qəbulunda olmuş, lakin E.Hüseynov onu işə götürməyəcəyini bildirmişdir. Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilmişdir ki, o, yüngül işdə işləyə bilər, işlədiyi iş isə yüngüldür. Onun ürəyində aparatın olmasına baxmayaraq cavabdehin təqsiri üzündən neçə müddətdir ki, əsəb, stress içindədir, pis hallara qalaraq mənəvi zərər çəkir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Bakı Baş Səhiyyə X8 Şəxsinin 4 №-li X16 Bacısı vəzifəsində (peşəsində) işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə xx.xx.2022-ci il tarixli 31-K №-li əmr ləğv edilmiş, İddiaçı Cavabdeh1n 4 №-li X16 Bacısı vəzifəsinə (peşəsinə) bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh1 X15 (vəkili Nümayəndə2) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi Əmək Məcəlləsinin 69.2-ci maddəsi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Cavabdeh2 PHŞ tərəfindən də məhkəmənin qətnaməsində göstərildiyi kimi əmək qanunvericiliyinin tələbləri pozulmamış, əksinə qanunvericiliyin tələblərinə riayət olunaraq İddiaçı ərizəsində göstərdiyi gün işdən azad olunmuşdur. Həmçinin Əmək Məcəlləsinin 69cu maddəsinin 4-cü bəndində göstərilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə verə bilər. Göründüyü kimi işçi xx.xx.2022-ci il tarixdə ərizə verərək xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad olumasına xahiş etdikdən sonra bu barədə heç bir müraciəti olmamış, əksini işdən azad olunduqdan sonra həmin günü də könüllü olaraq imza etməklə əmək kitabçasını və son hesabını almışdır. Göstərilən maddənin 3-cü cümləsində göstərilir ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi YOXDUR. İşəgötürən tərəfindən İddiaçı qarşı heç bir zor işlədilməmiş, hədə qorxu gəlinməmiş, yaxud hər hansı başqa üsullarla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilməmişdir. İşçi sərbəst şəkildə iradəsini ifadə edərək vaxtı göstərilməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, ərizəsi əsasında da işdən azad edilmişdir. Həmçinin, İddiaçı izahatında və şikayətlərində Elçen Hüseynov tərəfindən işdən azad edildiyini göstərmişdir ki, materiallarla tam təsdiq olunur ki, həmin müddətdə Elçin Hüseynov məzuniyyətdə olmuş, həmçinin ərizə Cavabdeh2ə ünvanlanmış və həmin qurum tərəfindən də işdən azad olunmuşdur. Qeyd edildiyi kimi işçi Əmək Məcəlləsinin 74-cü maddəsinin «c» bəndinə əsasən işdən azad olunmamışdır. İşçi İddiaçı səhhəti ilə əlaqədar deyil, öz xətti ilə yazdığı ərizəsinə əsasən işdən azad olunmuşdur. Baxmayaraq ki, işçi İddiaçı xx.xx.2021-ci il tarixli tibbi rəyə əsasən ikinci dərəcəli müddətsiz əlildir, yəni ürəyindən əməliyyat olunaraq ürəyin yaxşı fəaliyyət göstərməsi üçün aparat qoyulmuşdur. İddiaçı ərizə yazaraq, öz xahişinə əsasən işdən azad edilməmişdən əvvəl 4 saylı Doğum Evinin reanimasiya şöbəsində tibb bacısı işləmişdir. Reanimasiya şöbəsində əsasən ağır xəstələrin olması, onların qayğısına qalınması, müalicələrinin həyata keçirilməsi çətin və məsuliyyətli iş olduğundan 2-ci dərəcəli müddətsiz əlilin orada işləməsi mümkün deyildir. Buna baxmayaraq İddiaçı həmin əsasa görə deyil, könüllü olaraq verdiyi ərizəsinə əsasən işdən azad olunmuşdur. Cavabdeh2in xx.xx.2022-ci il tarixli 31-K saylı əmrində göstərilmişdir ki, 4 nömrəli X16 bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilsin. Yəni əmrdə əmək müqaviləsinə iki və daha artıq əsasla deyil, bir əsasla qanunauyğun olaraq xitam verilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qaradağ Rayon Məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan hallara fikir verilməmiş, İddiaçı müddəti göstərilməklə iradəsini könüllü olaraq ifadə edib yazdığı ərizəsinə əsasən işdən azad edilməsinə baxmayaraq, məhkəmə tərəfindən işdən azad olunmaya dair demək olar ki, bütün əsaslar sadalanmaqla onların guya pozulması qeyd edilərək işdən azad olunmanın qanunsuz olmasına çəhd göstərmiş və qətnaməsində də göstərilənlərə istinad etmişdir. MPM-nin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni hər iki tərəf üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi düşür. Yəni işdən çıxan İddiaçı qanunsuz olaraq işdən çıxarılmasını iddia etdiyindən, qanunsuz olaraq işdən çıxarılmasını da sübut etməlidir. Lakin o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə də heç bir sübuta əsaslanmadan qanunsuz qərar qəbul etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh2 X12 direktoru Elçin Əmirova müraciət edərək xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad olunmasını xahiş etməsinə, həmin ərizəyə əsasən Cavabdeh2 X12 direktoru Elçin Əmirovun imzaladı xx.xx.2022-ci il tarixli, 31-K saylı əmrə əsasən vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almayaraq Əmək Məcəlləsinin müxtəlif maddələrinin pozulması nəticəsinə gəlmiş, həmçinin işdən azad olunma Cavabdeh2 tərəfindən həyata keçirildiyi halda qətnamədə İddiaçı Cavabdeh1n 4 saylı X16 bacısı vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Cavabdeh1nə həvalə olunmuşdur. Birinci instansiya məhkəməsi İddiaçı işdən azad edilərkən Əmək Məcəlləsinin 69.2, 69.7, 74, 231 və s. maddələrinin pozulması nəticəsinə gəlsə də, göstərilənlərin heç biri sübut olunmamış və nəzərə alınmamışdır ki, işçi iradəsini könüllü ifadə edərək öz ərizəsində göstərdiyi gün işdən azad olunmuşdur. Məhkəmə Cavabdeh2 X12 4 nömrəli X16 bacısı vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2022ci il tarixli 31-K saylı əmrini ləğv edərkən və İddiaçı Cavabdeh1n 4 saylı X16 bacısı vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi nəticəsinə gələrkən sübutlara deyil, ancaq İddiaçı izahatına əsaslanmış, onu işdən azad etmiş Hüquqi Şəxsin nümayəndəsinin belə izahatını almamışdır. İddiaçı xəstəliyini təsdiq edən sənədlərin surətləri, əmək kitabçasını qəbul etməsinə dair kitabdan çıxarış, son haqq-hesabından çıxarışı sənədlər Bakı şəhər Baş Səhiyyə İdarəsində olduğundan əldə etmək mümkün olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1n nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1n digər nümayəndəsi olan Cavabdeh1n direktorunun inzibati məsələlər üzrə müavini Emil Sadıqzadə apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, Qaradağ rayonu ərazisində olan bir neçə xəstəxana, o cümlədən iddiaçının işlədiyi 4 saylı Doğum evi Cavabdeh1n tərkibində birləşdirilməli idi. Həmin xəstəxanaların, həmçinin Doğum evinin bütün işçilərindən işdən çıxma barədə ərizə verilməsi tələb edilmiş, bu birləşmə ilə bağlı zəruri olduğundan tətbiq edilmişdir. Çünki birləşdikdən sonra həmin işçilər yenidən işə götürülməli idi, ona görə də həmin işçilərdən iki ərizə alındı, işdən çıxma və işə qəbul barədə, həmin vaxtı iddiaçı xəstəliyi ilə bağlı bülletendə olduğu üçün ondan ərizə o işə çıxdığı vaxt alınmışdır. İddiaçı işə çıxdıqda isə artıq birləşmə olmuşdur, ona görə də onun işdən çıxma barədə əmri Bakı Baş Səhiyyə İdarəsi tərəfindən rəsmiləşdirilmiş, ərizəni onların adına yazmışdır. İddiaçı könüllü istəyi ilə deyil məhz bu birləşmə ilə bağlı işə yenidən qəbul edilməsi məqsədi ilə işdən çıxma barədə ərizə yazmışdır. Lakin sonradan onun əlilliyi ilə bağlı gördüyü işin səhhətini uyğun olmadığından işə götürülməmişdir. Belə ki, iddiaçı tibb bacısı kimi reanimasiya şöbəsində işləmiş, həmin iş xarakterinə görə ağır olduğundan iddiaçının səhhəti ona uyğun olmamışdır. Cavabdeh1n digər nümayəndəsi olan Cavabdeh1n direktor müavini - 4 nömrəli Doğum evinin rəhbəri Şəfəq Yusifova apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh1n yaradılması ilə bağlı bir neçə xəstəxana, o cümlədən 4 saylı Doğum evi həmin tibb mərkəzinin tərkibində birləşdirilməli idi. O, 4 saylı Doğum evinin rəhbəri kimi tabeliyində olan bütün işçilərə, o cümlədən iddiaçıya işdən çıxma və işə qəbul barədə iki ərizənin verilməsi barədə məlumat vermişdir. İddiaçı bülletendə olduğundan digər işçilərdən fərqli olaraq işdən çıxma barədə ərizəsini Baş Səhiyyə İdarəsinə vermişdir. Əgər iddiaçı bülletendə olmasa idi, digər işçilər kimi ondan da işdən çıxma barədə ərizə ilə yanaşı, işə qəbul barədə ərizə alınaraq işə qəbul ediləcəkdi. Lakin iddiaçı bülletendən qayıtdıqdan sonra 4 saylı Doğum evi Cavabdeh1n tərkibinə verildiyindən Doğum evinin rəhbəri kimi onun iddiaçını işə qəbul etmək səlahiyyəti olmamışdır. İddiaçı könüllü istəyi ilə deyil məhz qeyd edilən birləşmə ilə bağlı işə yenidən qəbul edilməsi məqsədi ilə işdən çıxma barədə ərizə yazmışdır. Apellyasiya baxışı zamanı iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 X12 nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın Cavabdeh1 X13 münasibətdə təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, KT seriyalı 016406 saylı diploma əsasən X2 Azərbaycan SSR Səhiyyə Nazirliyi 1 №-li Bakı Tibb Məktəbinə daxil olmuş və 1986-cı ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. 1430694 №-li əmək kitabçasında işə qəbul və işdən azad edilmə barədə vərəqlərində Fərzəliyeva (Bəyəliyeva) Dilşad Qurban qızının xx.xx.1987-ci ildə tibb bacısı ixtisası üzrə işə qəbul olunması, xx.xx.1995-ci il tarixli 31 №-li Əmrlə Qaradağ rayonu Doğum evinə tibb bacısı vəzifəsinə qəbul edilməsi, Cavabdeh2in xx.xx.2022-ci il traixli, 31k nömrəli əmri ilə Əmək Məcəlləsinin 68 (a) bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasından təqdim edilmiş məlumata əsasən İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir, yüngül işlərdə işləyə bilər. Cavabdeh2in 31-K nömrəli xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, 4 nömrəli X16 bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respunlikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-cü maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəziflərindən biridə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 74-cü maddəsinin c) bəndində tərəflərin iradəsindən asılı olmayan hal qismində qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinin xitamı əsası kimi qeyd edilmişdir. Həmin maddənin Qeyd hissəsində qeyd edilmişdir ki, əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 231-ci maddəsində qeyd edilmişdir ki, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin xitamının əsası kimi qeyd edilmiş işçinin öz təşəbbüsü öz ərizəsi əsasında xitam edilməsi əsası məhz işçinin öz həqiqi iradəsinin ifadəsinin nəticəsi kimi çıxış edir. Başqa sözlə, bu hal işçinin öz arzusu, istəyi, həqiqi işdən çıxma istəyi ilə bağlı hər hansı təsir, təzyiq olmadan, hər hansı şərt olmadan iradə ifadəsi kimi ortaya çıxır. İndiki halda isə məhkəmədə tədqiq edilmiş sübutlar, o cümlədən iddiaçının, cavabdeh tərəfin nümayəndələrinin izahatı, şahid ifadəsi əsasında təsdiq olunur ki, iddiaçının işdən çıxma barədə ərizəsi onun işdən çıxma barədə öz istəyinin həqiqi iradə ifadəsi kimi yazılmamış, həmin ərizə məhz işəgötürənin tələbi əsasında ortaya çıxmışdır. Qeyd edilən hal isə Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələbinin pozuntusu hesab edilir. Bundan əlavə, məhkəmə cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi işçinin əlil olması səbəbindən səhhətinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyindən yenidən işə qəbul edilməməsi hal ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, əmək qanunvericiliyində və əlillərin hüquqlarının müdafiəsi haqqında qanunvericilikdə əlillik səbəbindən onun tutduğu vəzifəyə səhhətinin uyğun olmadığı müəyyən edilmədən əmək müqaviləsinə bu səbəbdən xitam verilməsinin yol verilməz olduğu imperativ norma kimi qeyd edilmişdir. Bundan əlavə isə işçinin səhhətinin tutduğu vəzifəyə uyğun olubolmaması işəgötürənin özü (öz arsuzus, öz istəyi) tərəfindən deyil halı, məhz müvafiq tibbi rəy əsasında müəyyən edilir. Lakin cavabdeh tərəfindən isə məhkəməyə qeyd edilən halla bağlı heç bir sübut (iddiaçının tibbi müayinədən keçirilməsi, bununla bağlı tibbi rəy) məhkəməyə təqdim edilməmişdir. Əmək qanunvericiliyinə əsasən əmək münasibətlərində ayrı seçkiliyə yol verilmir. Həmçinin, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçinin səhhətinin onun tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən eidldiyi halda, onun tərəfindən işçinin səhhətinə uyğun yüngül işə keçirilməsi ilə bağlı tədbir görülməsi tələbi də imperativ norma kimi, işəgötürənin vəzifəsi kimi qeyd edilmişdir. İndiki halda isə, cavabdeh tərəfindən işçinin (iddiaçının) işə qəbul edilməsindən imtinanı əsası kimi onun əlilliyinin olmasına görə tutduğu vəzifəyə səhhətinin uyğun olmaması halına istinad etsə də, işçinin daha yüngül işlərdə, səhhətinə uyğun işə keçirilməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı da heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Deməli, indiki halda cavabdeh işəgötürən tərəfindən eyni zamanda Əmək Məcəlləsinin 16, 74, 231-ci maddəsinin tələbləri və əlillərin hüquqlarının müdafiəsi haqqında qanunvericiliyinin normalarının tələbləri pozulmuşdur. Bu səbəbdən, qeyd edilən hallara əsasən, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 16, 69, 74-cü maddələrinin tələbi və əlillərin hüquqlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduğundan, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi əsaslı olmaqla, təmin olunmaılıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq «affirmanti, non neganti, incumbit probatio» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 X12 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5001/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5001/2022
26.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver