Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5015/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X11 qarşı «icarə haqqı üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X6 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X14 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «müqavilə öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsində dəymiş zərər» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK-nın iddiasının rədd edilməsi, əmlakın yerləşdiyi 20 metrənin 17 metrəyə olan icarə müqavilə bağlanmasını, icarə haqqının axımının əmlakın bəpasından və iş başladığından sonra başlanmasını, 3 il ərzində istiadəsindən məhrum olduğu yərə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-294/2021 saylı qərardadına əsasən qarşılıqlı iddiaya dair hissədə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 294/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X11 qarşı «icarə haqqı üzrə borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh X14 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)-294/2021 saylı qərardadından şikayət verərək, qərardadın və qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə mövcud qanun çərçivəsində, müdafiə, bərabərlik, mülkiyyət hüququna dair faktlar, sübutlar əsasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-294/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 294/2021 saylı qərardadından cavabdeh X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11713/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 294/2021 saylı qərardadının tam ləğv edilərək mülki işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1563/2022 saylı qərardadı ilə iddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə iddiaçı X14 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinin X3 aid olan hissələrdə icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır. İddiaçı X14 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1563/2022 saylı qərardadından şikayət verərək, 2(006)- 1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini, Dövlət reyestri haqqında AR Qanununun 13.7-ci maddəsinə və AR Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il 34 №-li və xx.xx.2011ci il 64 №-li sərəncamına istinadən əmlakın yerləşdiyi 17.75x17.25 metrəyə olan sahənin icarə müqaviləsində artırılaraq qeyd olunmasını, icarə haqqı axımı əmlakının bərpasından və işi- fəaliyyəti bərpa olunduqdan sonra başlamasını, üç il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləği icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsini, X4 cavabdeh olaraq işdə tərəf qəbul olunmasını, xx.xx.2017-ci il **********47 №-li fəaliyyətə dair 204 №-li icarə müqaviləsinin göstəriş məktubunun icrasının təmin olunmasını, beş aylıq (ayı 4000 min) ayı dörd min AZN olmaqla, məhkəmə yekun icarə müqaviləsi ləğv edilərək, icarə haqqı borcu X2 tutulub ƏMDX-nin hesabına 204 №-li torpağın icarə müqaviləsi üzrə hesabına keçirilməsini, işıq və qaza olan borcu Nuhzadə İ.M. oğlu tərəfindən ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ƏMDX-nin ərazi üzrə kuratorunun təklifi ilə və icarə haqqı borcunun bağlanması məqsədilə istehsal sahəsini xx.xx.2021-ci il tarixdə rəsmiləşdirərək X3 ayı dörd min AZN-ə icarəyə verdi ki, icarə haqqı borcu bağlansın. Amma Yasamal rayon İcra Hakimiyyəti rəsmiləri, ərazi polis bölməsi, BNA rəsmiləri süni maneələrlə icarəçinin işini eyni əsaslarla məhdudlaşdıraraq fəaliyyətinə qismən qadağa qoymuşdur ki, nəticədə icarəçi Nuhzadə İ.M. oğlu Apellyasiya Məhkəməsi gedişində maraqlı şəxs qismində eyni cavabdehə, eyni predmet və mahiyyətlə iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2021-ci ildə öhdəliyini (icarə müqaviləsi) yerinə yetirmədən gecə ilə qaçmışdır. Öhdəliyini isə məhkəmə nəticəsinə görə yerinə yetirəcəyini bildirmişdir. Bu fakt təqdim etdiyi foto şəkillərlə və işçiləri-şəriki olan X1, X9 və X12 zərərçəkmiş şahid qismində təsdiq etmişlər. Eyni zamanda Nuhzadə İ.M. oğlu öz iddia ərizəsində etiraf etmiş və son verdiyi şahid imzaları ilə öhdəlik iltizamında yazılı göstərmişdir. Bununıa da onun iddiası öz təsdiqini taparaq isbatlanmışdır. Hakim xx.xx.2022-ci il yenə aidiyyət, yəni MPM-in 155.3-cü maddəsinə istinadən qərardad çıxartmışdır ki, bu faktda yenə onun müdafiə və isbat-dəlil hüququndan məhrum etmişdir. Belə ki, iddia tələbinin artırılmağı və bunun üçün əsaslar Apellyasiya məhkəməsi gedişində əmələ gəlmişdir ki, bu hal ondan asılı olmayan səbəblərlə bağlıdır. İstehsal sahəsi yeganə iş yeri olmaqla tək gəlir mənbəyidir ki, ƏMDX-i düzgün qanuna müvafiq sənədləşmə aparmamaqda, Yasamal İcra Hakimiyyəti isə bundan istifadə edərək qanunsuz müdaxilə və qadağası ilə illərdir ki, işinifəaliyyətini dayandıraraq qadağa qoymuşdur. Amma heç bir hakim diqqət etməmişdir ki, bu vətəndaş – kiçik sahibkar nə ilə yaşayır. Nə ƏMDX, nə də Yasamal İH, hətta hakim öz qanuni vəzifəsini yerinə yetirmir, ancaq problem ixrac edirlər. Belə ki, ƏMDX-i qanunla 2006-cı il 34 №-li sərəncamın tələbi üzrə 17.75x17.25 metrəyə 204 saylı icarə müqaviləsini artırmalıdır ki, Yasamal İH müdaxiləsindən əl çəksin. Hakim MPM-in 156.11 və 156.1.3-cü maddələrinin tələbinə uyğun Nuhzadə İ.M. oğlunu cavabdeh olaraq işə cəlb edib, etirafına və zərərçəkmiş şahid və dəlillərə istinadən ödəmədiyi icarə haqlarını ƏMDX-nın hesabına 20.000 AZN ödəməsini təmin etməlidir ki, o da vətəndaş olaraq işinə davam edə bilsin. Qərardad ləğv olunmalıdır. ən əsası ona görə ki, Apellyasiya məhkəməsinin göstərişi ilə müdafiəsinin əsasında baxmaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1563/2022 saylı qərardadından cavabdeh X14 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır (Hakim: Səməd Cəfərov). Cavabdeh X14 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, cavabdeh X10 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə görə, məhkəmə icraatı işə baxılan, ayrıayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPMə dəyişiklər edilmiş, həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən qanun 2021ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qərardaddan cavabdeh X10 verdiyi şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Belə olan halda kollegiya hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X11 qarşı «icarə haqqı üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə qarşılıqlı iddianın icraata qəbulundan imtina edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1563/2022 saylı qərardadından cavabdeh X14 tərəfindən verilmiş şikayətin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5015/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5015/2022
08.07.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver