Məhkəmə qərarları › İş №2(103)-5017/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5017/2020

20.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5017/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allaherdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı1 vəkili X2, cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və X3 cavabdehlər "xxxx" BOKT ASC və Cavabdeh2 qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-256/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 197/08/PB №li kredit müqaviləsinin və xx.xx.2008-ci il tarixli 197/08/PB №li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X17 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 №-li mənzilə dair Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* №-li "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş bütün hüquqi sənədlərin (alqı-satqı müqaviləsi və s.) etibarsız hesab edilməsi; Cavabdeh2 və onunla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 №-li mənzilindən çıxarılması; Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 №-li mənzilin "xxxx” BOKT ASC tərəfindən ələ keçirilməsi zamanı mənzildə olan əşyaların ələ keçirilməsi nəticəsində onlara dəyən 15000 manat məbləğində zərərin cavabdeh "xxxx” BOKT ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: “xxxxBank” ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxxxxxxx 2008-ci il tarixli 197/08/PB saylı kredit müqaviləsinə əsasən, bank (borc verən) İddiaçı1 (borc alan) illik 32 faiz hesablanmaqla 24 ay müddətinə 49000 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür (səh.13); “xxxxBank” ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxxxxxxx 2008-ci il tarixli 197/08/PB saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0.08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli, 9 mərtəbəli binada 97.4 kv.m ümumi 68.03 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 38 nömrəli mənzil öhdəliklərin təminatı kimi “xxxxBank” ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 80000 manat məbləğində müəyyən edilmişdir (səh.18); Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənMH seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0.08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli, 9 mərtəbəli binada 97.4 kv.m ümumi 68.03 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 38 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 760 nömrəli reyestr kitabının 71027 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır (səh.22); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, ünvan 3 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 760 nömrəli reyestr kitabının 71027 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır (səh.23); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X15 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxxnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx" BOKT ASC və Cavabdeh2 cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Respublika Xammal və X15 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxx MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0.08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9 mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 saylı mənzil barəsində tərtib edilmiş xx xxxx 2011-ci il tarixli ekspert rəyi və buna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokol etibarsız hesab edilmişdir (səh.24); Təsdiq edilmiş notariat işində olan:Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 96 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 1510 saylı arayışa əsasən, ünvan 3-də qeydiyyatda heç kim yoxdur (səh.69); Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı1 ilə X11 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 774 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cabbarov, arvada Cabbarova soyadı verilmişdir (səh.74); X7 tərəfindən Bakı şəhəri Dövlət Notariat Kontoruna ünvanlanmış xx.xx.2008-ci il tarixli ərizənin surətindən görünür ki, X1 İsrafil Məmməd oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin girov qoyulub kredit götürülməsinə etiraz etmir (səh.72); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 20075 nömrəli eskpert rəyinə əsasən,ekspertizaya təqdim olunmuş, “xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış 197/08/PB nömrəli xx xxxxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsində və “xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış 197/08/PB nömrəli xx xxxxxxxx 2008-ci il tarixli kredit müqaviləsində “Borc alan” və "İpoteka qoyan" qrafalarındakı imzalar-İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş,X3 adından olan xx xxxxxx 2008-ci il tarixli razılıq ərizəsində “Cabbarova T” soyadının önündəki imza - X7 tərəfindən icra olunmuşdur (səh.104); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28753 nömrəli eskpert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 3M-6/915 nömrəli notariat işinin 3-6-cı vərəqələrində “xxxxbank” ASC ilə İddiaçı1 arasında olan 197/08/PB nömrəli xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinin 1-4-cü vərəqələrində “Borc alan” və “İpoteka qoyan” qrafalarındakı imzalar, 4-cü vərəqəsində “İpoteka qoyan:” və “Borc alan.” qrafalarından aşağıda yerləşən “İmza:” qrafalarındakı imzalar; 16-20-ci vərəqələrində “xxxxbank” ASC ilə İddiaçı1 arasında olan 197/08/PB nömrəli xx xxxxxxxx 2008-ci il tarixli Kredit müqaviləsinin 1-5-ci vərəqələrində “Borc alan” və “İpoteka qoyan” qrafalarındakı imzalar, 5-ci vərəqəsində “Borc alan:” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 3M- 6/915 nömrəli notariat işinin 12-ci vərəqəsində X3 adından olan xx.xx.2008-ci il tarixli razılıq ərizəsində (Bakı şəhəri 6 saylı DNK) “İmza” qrafasındakı imza-X7 tərəfindən icra olunmuşdurolunmuşdur (səh.126). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-256/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 77.1, 119.1, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir. İddiaçılardan İddiaçı1 kredit və ipoteka müqavilələrinin onun tərəfindən imzalanmamasına, X7 isə ərarvadın birgə mülkiyyəti sayılan mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməməsinə, mənzilin yüklü edilməsinə dair razılığın verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizədəki imzanın ona məxsus olmamasına istinad etməklə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası və təkrar məhkəmə- xətşünaslıq ekspertizası nəticəsi, məhkəmə iclasında dindirilmiş ekspertin ifadəsi əsasında “xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış 197/08/PB nömrəli xx xxxxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsində və “xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış 197/08/PB nömrəli xx xxxxxxxx 2008ci il tarixli kredit müqaviləsində "Borc alan” və "İpoteka qoyan” qrafalarındakı imzalar - İddiaçı1, X3 adından olan xx xxxxxx 2008-ci il tarixli razılıq ərizəsində "Cabbarova T soyadının önündəki imza - X7 tərəfindən icra olunduğu müəyyən edilmişdir."xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 197/08/PB №li kredit müqaviləsinin vəxx.xx.2008-ci il tarixli 197/08/PB №li ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçıların irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir, mübahisələndirilən kredit müqaviləsinin və onun təminatı kimi bağlanmış ipoteka müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün isə əsas yoxdur.İddiaçıların mübahisə predmeti olan müqavilələrin etibarsızlığına dair irəli sürdükləri faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, Cavabdeh2 adına verilmiş sənədlərin etibarsız hesab edilməsi, onu və onunla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 saylı mənzilindən çıxarılması və sair tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddiaçılar İddiaçı1 və X6pellyasiya şikayəti verərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 385--ci maddəsinə istinadən göstərilmişdir ki, uzun müddətdir ki, onlar ailəlikcə xaricdə yaşamışlar, 2018-ci İdə Bakıya qayıdarkən, onlara məlum olmuşdur ki, Bakı şəhəri. Xətai rayonu, General Melfmandarov küçəsi, 96 ünvanda yerləşən 38 nömrəli mənzil artıq onların mülkiyyətindən çıxıb. Səbəbini araşdıranda məlum olmuşdur ki, kimsə onların adından və mülkiyyətindən istifadə etmiş, “xxxxBank” ASC olan bankdan pul götürmüş, mənzili ipotekaya qoymuş, sonradan ödəniş etməmiş, nəticədə Bank 2010-cu ildə Məhkəməyə müraciət etmiş və yekunda mənzil açıq hərraca çıxarılmış və Cavabdeh2 adlı bir şəxsə satılmışdır. Bununla bağlı onlar Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər və nəticədə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Respublika Xammal və X13 və X9 üzrə “xxxxxxxxxxxxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 96 nömrəli. 9 mərtəbəli binada 97, 4 m2 ümumi, 68.03 m2 yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 saylı mənzil barəsində tərtib edilmiş xx xxxx 2011-ci il tarixli ekspert rəyi və buna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokol etibarsız hesab edilmişdir. Belə olan halda Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın “Dövlət reyestrindən çıxarış” və ona əsas olmuş bütün hüquqi sənədlər etibarsız sayılmalı, Cavabdeh2 və onun ailə üzvləri mənzildən çıxarılması qət olunmuşdur. Kredit və ipoteka müqavilələrində o, imza etməmiş, pulu götürməmişdir. Məhz bu səbəbdən 2019-cu ildə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Məhkəmə lazımı araşdırmanı aparmamış. Belə ki, o, dəfələrlə bildimişdir ki, müqavilələrdə imza onun deyil, bununla bağlı Məhkəmə işi ekspertizaya göndərsə də, lakin ekspertiza qeyri-müəyyən şəraitdə keçirilib, onların imza nümünələri alınmayıb. Həmçinin bildirmişdir ki, pulu da o, heç vaxt bankdan götürməmiş, pulun bankdan götürülməsinə dair məxaric qəbzinə də qol çəkməmişdir. Lakin Nəsimi rayon Məhkəməsi ən əsas, vacib, müştəri tərəfindən pulun götürülməsini sübuta yetirən sənədi - məxaric qəbzini ümumiyyətlə Bankdan tələb etmədi və üzərində araşdırma apamadı. Maraqlı məqam odur ki, əgər o, bankdan kredit götürmüş və mənzilini ipotekaya qoymuşdur, hansı səbəbindən 10 il gözləyib, məhkəməyə müraciət edir. Dəyəri 200000 manat olan evini 50000 manat olan kredit borca görə qurban verərdi? Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili X4 apellyasiya şikayətini müdafiə edərək kredit və ipoteka müqaviləsinin İddiaçı1 tərəfindən imzalanmadığını, onun adından sui-istifadə edilərək imza edildiyini, bank tərəfindən kassa məxaric orderinin təqdim edilmədiyini, ipoteka müqaviləsi bağlanan zaman yoldaşı Tamilla Cabbarovanın razılığının olmadığını, Bank tərəfindən iddia qaldırıldığını, iddiaçının iştirakı olmadan məhkəmə proseslərinin keçirildiyini, iddiaçının xəbəri olmadan qətnamə qəbul edildiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, kredit və ipoteka müqavilələrinin iddiaçı tərəfindən imza edildiyini, qanunsuz bağlanmadığını bildirmiş və qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, iddiaçı X3, Cavabdeh2 iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə nəzərə alaraq və MM-in 28, 324, 337, 342, 354, MPM-in 342-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə yoxlayan məhkəmə kollegiyası apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, mülki iş üzrə tələb həddində qəbul edilmiş qətnamə üzrə mübahisələndirilən fərqli dəlillər müzakirəyə təqdim edilmiş və keçirilmiş ekspertizanın sübut növündə mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.5-ci maddəsinə əsasən iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçılar İddiaçı1 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-256/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar