Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5029/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan artıq ödədiyi 8.816 manatın, 9 il ərzində faiz qismində hesablanmış 6.347,52 manatın, binanın saxlanılmasına dair artıq alınmış 278 manatın, sayğaclara görə ödənilmiş 500 manatın, əlavə liftdən istifadəyə görə ödənilmiş 200 manatın, vəkilə ödənilmiş 260 manatın, vəkilə verilən etibarnaməyə görə ödənilmiş 11,50 manatın, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 16.443,02 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK-ilə 40 saylı, 16 yanvar 2012-cı il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən sahəsi 135.5 kv.m olan 47 saylı mənzili təhvil verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m sahəsinin qiyməti 580 manat məbləğində müəyyən edilərək ümumilikdə 78.590 manat hesablanmış və tərəfindən müəyyən vaxtlarda hissə-hissə ödənilmişdir. Mənzilin dəyəri tam ödənilmiş və buna dair müvafiq qaydada Maliyyə Arayışı təqdim edilmiş, müqavilədə və maliyyə arayışında qeyd edilmiş 135.5 kv.m sahənin dəyəri tam ödənildiyi qeyd edilmişdir. Bundan sonra o, bütün sənədləri Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə təqdim edərək müvafiq qaydada Çıxarış əldə elmişdir. Çıxarış əldə edəndən sonra məlum olmuşdur ki, mənzilinin real səhəsi 120.3 kv.metrdir, beləliklə mənzilin sahəsinin fərqi 135.5-120.3=15.2 kv.m təşkil etmişdir. Mənzilin tam dəyərini ödədikdən sonra təmir işlərinə başlamaq istəyərkən "xxxx" MTK-dan ona bildirildi ki, mənzilə quraşdırılan sayğaclara görə 2.500 AZN (iki min beş yüz) məbləği MTK-ya ödəməlidir, əks təqdirdə təmirə icazə verilməyəcəkdir. Təmirə icazə verilmədiyindən, o, məcburiyyət qarşısında qalaraq qeyd edilmiş 2500 manat tələbini 500 manat məbləğində ödənilməsini razılaşdıraraq sayğaclara görə "xxxx" MTK-ya xx.xx.2014-ci il -100 AZN və xx.xx.2015-ci il tarxdə 400 manat ümumilikdə 500 AZN (beş yüz) məbləği ödəyərək qəbz almışdır, bundan əlavə liftdən istifadəyə görə ondan əlavə olaraq 200 manat pul alınmışdır. Bundan əlavə o, daima 2015-ci ildən bu günə qədər binanın saxlanılmasında dair mənzilin sahəsinin hər kv.m görə (135.5 kv.m hesabı ilə) 0.3 manat məbləğində pul ödəmişdir. Müvafiq hesablamalar nəticəsində ondan qanunsuz olaraq 135.5 - 120.3=15.2 kv.m görə aylıq ödənişlər alınmışdır ki, 5 il ərzində bu məbləğ 61 ay X 15.2 kv.m X 0.3 manat = 278 manat təşkil etmişdir. Mənzilin real səhəsi az olduğundan ondan qanunsuz olaraq 15.2 kv.m sahənin məbləği alınmışdır ki, bu da 15.2x580 manat = 8816 manat məbləğində olmuşdur. Ona görə də hüququnun bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Normanın tələbinə əsasən qanunsuz alınmış 8816 manat məbləğinə 2012-2020-ci illər ərzində bank uçot dərəcəsinə əsasən (2012-2020-ci illər ərzində bank uçot dərəcəsi 29 dəfə dəyişmiş və toplam 231 faiz olmuşdur 231/29 = 8 % illik orta faiz dərəcəsi hesablanmışdır) 8816 X 8.0% X 9 il=6.347.52 manat. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilin 139,48 kv.m. sahəsinin 3,98 kv.m hissəsinin ödənilməmiş 2.308,4 manat qiymətinin və 30 manat dövlət rüsumunun alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında ünvan 3 ünvanda yerləşən 47 saylı yaşayış sahəsinin tikilib təhvil verilməsi ilə bağlı 40 saylı müqavilə 16 yanvar 2012-ci il tarixdə bağlanıb. Mübahisəli yaşayış sahəsi də həmin vaxtdan qarşılıqlı iddiada cavabdehin sahibliyində olub. Cavabdehin onun üçün tikilən mənzilin sahəsini ölçüb dəqiqləşdirməsi üçün 9 ildən artıq vaxtı və imkanı olub. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Mübahisəli 47 saylı mənzilin sahəsi heç də qarşılıqlı iddiada cavabdehin iddia etdiyi kimi 120,3 kv.m. deyil, müqavilədə göstərildiyi 135,5 kv.m. deyil, 139,48kv.m. təşkil edir. Qarşılıqlı iddiada cavabdeh tikilib ona təhvil verilmiş, ümumi sahəsi 139,48kv.m. təşkil edən 47 saylı mənzilin 3,98 kv.m. sahəsinin qiymətini, hər kv.m. üçün 580 manat olmaqla, cəmi 2308,4 manat ödəməyib. Qarşılıqlı iddiada cavabdeh mənzilin saxlanılmasına görə də 3,98 kv.m. sahə üçün hər kv.m-ə görə 0,3 manat, cəmi 692,52 manat ödəməyib. Digər tərəfdən qarşılıqlı iddiada cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən mənzilin saxlanılmasına görə qarşılıqlı iddiada iddiaçıya hər hansı məbləğdə pul ödəməyib. Qarşılıqlı iddiada cavabdehdən liftdən istifadəyə görə pul alınmayıb, lakin yüklərinin qaldırıcı kranla qaldırılması üçün xidmət haqqı alınıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddiasının təmin edilməməsi, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz) manat məbləğində olan ekspertiza xərcinin 100 (yüz) manatının İddiaçı, 50 (əlli) manatının Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilin dəyəri tam ödənilmiş və buna dair maliyyə arayışı təqdim edilmiş, müqavilədə və maliyyə Arayışında qeyd edilmiş 135.5 kv.m sahənin dəyəri tam ödənildiyi qeyd edilmişdir. Bundan sonra Çıxarış əldə etmiş, çıxarışı əldə edəndən sonra məlum olub ki, mənzilimin real səhəsi 120.3 kv.metrdir, beləliklə mənzilin sahəsinin fərqi 135.5-120.3=15.2 kv.m təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 10/754 saylı Ekspert Rəyində qeyd edilir ki, STATA “Mənzidə mövcud olan şaxtaların və arakəsmə divarların yerləşdiyi sahə 5.4 kv.m təşkil edir. Mənzillin sahəsi hesablanarkən arakəsmə divarların və şaxtanın sahəsi eyni zamanda balkon və eyvanların sahələri hesablanarkən azaltma əmsalı tətbiq olunmadıqda sözügedən mənzilin faktiki ümumi sahəsi 135.5 kv.m (116.0+5.4+14.1 kv.m) təşkil edir. Beləliklə ekspert özü belə təstiq edir ki, hazırki ekspert rəyində şaxtanın sahəsini yəni 5.4 kv.m sahəni əlavə edərək 135.5 kv.m alınmışdır. Məhkəmə isə öz növbəsində iddianı rədd edərkən şaxtanın sahəsini mənzilin sahəsinə əlavə etmiş və bu səbəbdən 135.5 kv.m sahə alındığından iddianı rədd etmişdir. Məhkəmə sayğaclara dair ödənilmiş 400+100 manat və 200 manat liftə dair hər-hansı mövqe bildirməmiş, təqdim edilmiş sübutlara (qəbzləri) hüquqi münasibət bildirməmişdir. Bu hissədə məhkəmə iddianı rədd edirkən prosessual pozuntuya yol vermişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 40 saylı, 16 yanvar 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 46-da inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina, 8-ci mərtəbədə 47 saylı mənzili İddiaçı satır, satıcı inşa etdiyi binanı 30 ay müddətinə təhvil verməyi, alıcı isə 78.590 manat ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan, maliyyə arayışından görünür ki, Cavabdeh payçısı İddiaçı 1 saylı binanın, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 135.5 kv. metrlik ümumi yaşayış sahəsinin tam dəyərini, yəni 78.590 manatı ödəmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 2442-ci məhəllədə yerləşən, 46A saylı evin, 120.30 kv.m ümumi sahədən ibarət 47 saylı mənzili tam paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 27 mart 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev, 2442-ci məhəllə, ev 46 a, 47 saylı mənzilin pay dəyəri 78.590 manat tam ödənilmişdir. İş materiallarında olan, kassa mədaxil orderlərindən görünür ki, İddiaçı "xxxx" MTK-ə xx.xx.2012-ci il tarixdə 10.000 manat, xx.xx.2012-ci il tarixdə 8000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2012-ci il tarxidə 2000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2012-ci il tarixdə 4000 manat, xx.xx.2012-ci il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2014-cü il tarixdə 2000 manat, xx.xx.2014-cü il tarixdə 1590 manat, xx.xx.2014-cü il tarixdə 1000 manat, xx.xx.2014-cü il tarixdə 2000 manat, xx.xx.2014-cü il tarixdə 3000 manat, xx.xx.2014-cü il tarixdə 11.000 manat aylıq ödənişlər etmişdir. İş materiallarında olan, kassa mədaxil orderlərindən görünür ki, İddiaçı "xxxx" MTK-ə xx.xx.2015-ci il tarixdə 400 manat, xx.xx.2014-cü il tarixdə 100 manat sayğaclar üçün ödəniş etmişdir. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, İddiaçı "xxxx" MTK-ə xx.xx.2014-cü il tarixdə 200 manat yük liftindən istifadə üçün ödəniş etmişdir. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, İddiaçı Cavabdeh MTK-ə xx.xx.2015-ci il tarixdə 41 manat, xx.xx.2016-cı il tarixdə 41 manat, xx.xx.2016-cı il tarixdə 82 manat, xx.xx.2016-cı il tarixdə 41 manat, xx.xx.2016-cı il tarixdə 80 manat, xx.xx.2016-cı il tarixdə 82 manat, xx.xx.2016-cı il tarixdə 122 manat, xx.xx.2017ci il tarixdə 41 manat, xx.xx.2017-ci il tarixdə 40 manat, xx.xx.2017-ci il tarixdə 41 manat, xx.xx.2017ci il tarixdə 80 manat, xx.xx.2017-ci il tarixdə 40 manat xx.xx.2017-ci il tarixdə 40 manat, xx.xx.2017-ci il tarixdə 80 manat, xx.xx.2017-ci il tarixdə 80 manat kommunal xərclərə görə ödəniş etmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı "xxxx" MMC-ə xx.xx.2017-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 47 manat, xx.xx.2018-ci il tarixdə 41 manat, xx.xx.2018-ci il tarixdə 41 manat, xx.xx.2018-ci il tarixdə 40 manat kommunal xərclərə görə ödəniş etmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı "xxxx" MMC-ə xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 40 manat, xx.xx.2018-ci il tarixdə 44 manat, xx.xx.2019-cu il tarixli 40 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 280 manat servis xidmət haqqı ödəniş etmişdir. İş materialarında olan pretenziyadan görünür ki, İddiaçı məhkəmədən öncə Cavabdeh MTK-a müraciət edərək ondan qanunsuz olaraq alınmış 8816 manat, 9 il ərzində faiz qismində hesablanmış 6347,52 manat, binanın saxlanılmasına dair artıq alınmış 278 manat, sayğaclara görə ödənilmiş 500 manatı, ümumilikdə 15441,52 manat ödənilməsini tələb etmişdir. İş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2021-ci il tarixli 10/4378 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi 46 A saylı evin 47 nömrəli mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) texniki pasporta uyğun olaraq 120,3 kv.m olduğu müəyyən edilir. İş materialarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2022-ci il tarixli 10/754 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ünvan 4 ünvanında inşa edilmiş 46 A saylı evin ümumi sahəsi 120.30 kv.metr olan 47 saylı mənzilinin faktiki ümumi sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 135.5 m2 təşkil edir. ünvan 4 ünvanında inşa edilmiş 46 A saylı evin ümumi sahəsi 120.30 kv.metr olan 47 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən 120.3 m2 təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, birinci instansiya məhkənəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci, Mənzil Məcəlləsinin 38.1, 38.2, 119.1, 122.1.3, 135.1, 135.2.3 və 137.4-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 40 nömrəli müqaviləs üzrə ilkin iddia tələbi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi ilə üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 135.5 kv.metr müəyyən edilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş, işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkənəsi eyni zamanda hesab etmişdir ki, İddiaçı ilkin iddia tələbi üzrə Cavabdeh MTK-ya qarşı artıq ödənilmiş 8.816 manat pul tələbi hissəsində təmin edilmədiyindən, iddia tələbi 9 il ərzində faiz qismində hesablanmış 6.347,52 manat və binanın saxlanılmasına dair artıq alınmış 278 manat pulun tutulması hissəsində də təmin edilməməlidir. İlkin iddia tələbi üzrə iddiaçı sayğaclara görə ödənilmiş 500 manat, əlavə liftdən istifadəyə görə ödənilmiş 200 manat pulun qaytarılması tələbi hissəsində də iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı odur ki, iddiaçı 2015-cilin sonlarından sözügedən ünvanda yaşamağa başlamış, həmin mənzilə quraşdırılmış sayğacın dəyərini ödəmiş, yük liftindən istifadə etdiyindən ödəniş etmişdir. İlkin iddia tələbi təmin edilmədiyindən ilkin iddia “vəkilə ödənilmiş 260 manat, vəkilə verilən etibarnaməyə görə ödənilmiş 11,50 manat pulun tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.3-cü maddəsinə əsasən, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Mcəllənin 135.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativi üzvləri üçün-mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Həmin məcəllənin 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olanehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Yuxarıda qeyd olunan hüquq normalarını əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmə kollegiyası tərəfindən araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində ona satılan mənzili alarkən 40 saylı, 16 yanvar 2012-ci il tarixli alğısatqı müqaviləsində göstərilən sahəni nəzərə alıb həmin pulu cavabdehə ödədiyini, lakin ona həmin sahədən az sahəli mənzil verildiyini göstərsə də, bu barədə mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlilləri onun iddia ərizəsində qeyd etdikləri tələbləri ilə eynilik təşkil etdiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə ətraflı qiymət verildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından həmin dəlillərə yenidən eyni əsaslarla hüquqi qiymət verilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5029/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5029/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver