Məhkəmə qərarları › İş №2(103)-5074/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5074/2022

13.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5074/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə əsas borc 1098,60 manat və 696,07 manat cərimə borcu olmaqla cəmi 1794,67 manat və ödənilmiş 37,94 manat rüsumun Cavabdeh tutulub "xxxx"MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-7019/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 07 avqust 2019-cu il tarixli, VSBK03461 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borc 1098,60 manat və 100 manat cərimə borcu olmaqla cəmi 1198,60 manat və ödənilmiş 37,94 manat rüsumun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdehin vəkili X1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə eletron kabinet vasitəsilə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4090/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il nömrəli, 2(004)-7019/2021 saylı qərardadından cavabdehin vəkili X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2022 saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Cavabdehin həmin qərardaddan vermiş olduğu şikayət Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 saylı qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işə əlavə edilmiş etibarnamə nəzərə alınmaqla mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş Bakı Apellyasiya Məhkəməsində olan zaman tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə sistemə əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə səhv nəticəyə gəlib xx.xx.2022-ci il tarixli, 2(103)- 4090/2022 nömərli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2022 qərardadından verilmiş şikayəti qeyri-mümkün hesab etmişdir. Çünki məhkəmə nəticəyə gələn zaman nümayənədinin səlahiyyətinin mövcudluluğunu yoxlamış və səlahiyyətinin olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2022 saylı qərardadından cavabdehin vəkili X1 tərəfindən verilmiş şikayət yalnız vəkil tərəfindən imzalanmış, onun şikayəti imzalayan anda səlahiyyətini təsdiq edən etibarnaməsi olmamış, Emin Məmmədov tərəfindən sonradan elektron qaydada verilmiş etibarnamə xx.xx.2022-ci il tarixlidir, yəni şikayət verilən xx.xx.2022-ci il tarixdən sonrakı tarixə aiddir. Bu səbəbdən də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-7019/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar