Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5080/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1444/2021 saylı qərardadından Cavabdeh3 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 məhkəməyə vəsatətlə müraciət edərək, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, Sumqayıt rayonunun ərazisində yaşadığından və işlədiyindən Nəsimi Rayon Məhkəməsinə gəlməyi mümkünsüzdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1444/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh3 şikayət verərək, qərardadın ləğv edilməsini, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdeh olaraq vəsatətlə məhkəməyə müraciət edərək hazırki faktiki yaşayış yeri barədə məhkəməyə məlumat versə də, məhkəmə vəsatətinə formal olaraq baxmış və onun Bakı şəhərində qeydiyyatda olduğunu əsas gətirərək vəsatətini təmin etməmişdir. Məhkəmənin 09.04.2021 il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndəsi) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh3 teleqram ünvanlayaraq, səhhətində yaranan problemlərlə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd olunan halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. “AZEMİS” Elektron Məhkəmə Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə əldə edilmiş məlumatdan Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanlara əsaslanaraq, iddianın düzgün olaraq aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinə verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, bir neçə cavabdeh olduqda, cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə iddia verilə bilər. Belə olan halda, iddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia verməkdə haqlı olmuşdur. Cavabdeh3 Sumqayıt rayonunun ərazisində yaşayıb, işlədiyindən Nəsimi Rayon Məhkəməsinə gəlməyinin mümkünsüz olması barədə qeyd etdiyi hallar vəsatətin təmin edilməsinə əsas vermir, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1444/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5080/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5080/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver