Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-511/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “protokol və hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2545/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı2 məxsus Abşeron rayonu, Zəfəran savxozu ərazisi (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 77000 (yetmiş yeddi min) manata mülki iş üzrə tələbkar Cavabdeh2 hərrac yolu ilə satılmışdır. İddiaçılarının tələblərinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın onların ümumi birgə mülkiyyətlərində olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X5 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “protokol və hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair, “ X9” MMC tərəfindən keçirilmiş və xx.xx.2019- cu il tarixli 99/1 saylı protokol və“ X9” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən Seriya RX № ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, İddiaçı2 mülkiyyətində olan mənzil üzərində mülkiyyət hüququ iddiaçıların birgə nikahı dövründə əldə edildiyindən, yalnız İddiaçı2 borclu olduğu icra sənədinə görə həmin mənzil hərraca çıxarıla bilməzdi. Mənzil birgə nikah dövründə əldə edildiyi üçün, onun 1/2 hissəsi İddiaçı2, 1/2 hissəsi İddiaçı1 mülkiyyətindədir. Eləcə də qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 2169/2019 saylı qətnaməsi ilə, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddiası təmin edilmiş və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzil üzərində İddiaçı1 2/3 hissədə, İddiaçı2 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, ona etiraz etmiş və onu qeyd etmişdir ki, hərrac təşkilatı İcra şöbələri tərəfindən göndərilmiş sifariş məktubları əsasında hərrac təşkil edir. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli, 317902/2017-4- 7F saylı sifariş məktubuna əsasən təşkilatları tərəfindən hərrac keçirilmişdir. İddia ərizəsində qeyd edilmiş məsələlər hərrac təşkilatına sifariş məktubu daxil olana qədər həll edilir, heç biri hərrac təşkilatının səlahiyyətlərinə aid deyildir. İddiaçılar hərrac təşkiltı tərəfindən yol verilmiş hər hansı qanun pozuntusunu vurğulamamışlar. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır və İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “99/1 saylı xx.xx.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “99/1 saylı xx.xx.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair” iddia tələbinə iddia müddəti tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2545/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 415.2, 416.1, 416.2, 425.1-ci maddələri, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 37.3, 41.2-ci maddələri, “İcra haqqında” Qanunun 43.1.1, 45.1, 53.1, 53.2, 61.2, 89-cu maddələri ilə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına istinadla əsaslandıraraq göstərmişdir ki, mübahisələndirilən hərrac Cavabdeh2 təşəbbüsü ilə deyil, İddiaçı2 borc məbləğinin tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Bundan başqa cavabdeh tərəfindən mübahisə predmeti olan əmlakın iddiaçıların yeganə yaşayış yeri olduğu və onların ümumi mülkiyyətində olduğu üçün ona tələb yönəldilə bilinmədiyi mövqeyi əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. 23 iyul 2021-ci il tarixli qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ərarvadın ümumi birgə öhdəliyi hesab edilir. Qətnamədən İddiaçı1 və və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon icra şöbəsinin sifarişi əsasında, iddiaçılara məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi16,8 kv. metr mənzil, cavabdehin hüquqi varisi olduğu “X9” MMC tərəfindən hərraca çıxarılmış, xx.xx.2019-cu ildə saat 11:00-da keçirilmiş hərracda Cavabdeh2 hərracın qalibi olmuş, hərracın nəticələri xx.xx.2019-cu il tarixli 99/1 saylı protokolla rəsmiləşdirilmişdir. Protokol əsasında “X9” MMC ilə Cavabdeh2 arasında mənzilə dair xx.xx.2019-cu iltarixli alğı-satqı müqaviləsi bağlanmışdır. İcra sənədində olan borc həmin mənzilə yönəldilə bilmədiyindən həmin mənzilin satılmasına dair hərracın yekunları barədə protokol və alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İcra sənədinin icrası ilə bağlı, Sabunçu rayon icra şöbəsi tərəfindən borcun iddiaçılara məxsus ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilə yönəldilməsi və həmin mənzilin hərraca çıxarılması ilə bağlı“X9”MMC-nə sifariş verilməsi qanunsuzdur. Belə ki, əslində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, İddiaçı2 mülkiyyətində olan mənzil üzərində mülkiyyət hüququ iddiaçıların birgə nikahı dövründə əldə edildiyindən, yalnız İddiaçı2 borclu olduğu icra sənədinə görə həmin mənzil hərraca çıxarıla bilməzdi. Mənzil birgə nikah dövründə əldə edildiyi üçün, onun 1/2 hissəsi İddiaçı2, 1/2 hissəsi İddiaçı1 mülkiyyətindədir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 2169/2019 saylı qətnaməsi ilə, İddiaçı1 cavabdeh İddiaçı2na qarşı iddiası təmin edilmiş və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzil üzərində İddiaçı1 2/3 hissədə, İddiaçı2 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi, mübahisə predmetini təşkil edən mənzilin İddiaçı2la digər İddiaçı1 paylı mülkiyyətində olan əmlak olduğunu, həmçinin həmin mənzilin qanunvericiliyə görə tələb yönəldilə bilməyən əmlak olduğunu nəzərə almamış, bununla da Ailə Məcəlləsinin 32.1 və 32.2, AR NK xx.xx.2002-ciiltarixli 89 saylı qərarının tələblərini pozmuşdur. Proses iştirakçılarının izahatı: Tərəflər əvvəlki məhkəmə iclasında iştirak etsələr də, hazırki məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. 45.1.Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.8.Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
89. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxıd qanunu səhv təfsir etsin.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 5(003)- 279/2016 nömrəli qərarına görə xx xxxxxx 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Bilgəh qəsəbəsi S. İbadağa küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan İddiaçı2 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin üzərinə prokurorun təqdimatı əsasında həbs qoyulmuşdur. - Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 8(008)-429/2018 nömrəli qərardadına görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1465 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçı2 mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi 15 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. - Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(008)-429/2018 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1465 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçı2 mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi 15 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə - Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 8(008)-429/2018 nömrəli qərardadı ləğv edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 05 aprel 2019-cu il tarixli 317902/2017-4-7-F nömrəli məktuba əsasən Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 8(008)-429/2018 saylı xx.xx.2018ci il tarixli qərardada əsasən 110000 (yüz on min) manat məbləğində qiymətləndirilmiş İddiaçı2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak hərrac yolu ilə satılmalıdır. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 31 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatına görə İddiaçı2 məxsus Bkı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110000( yüz on min) manat təşkil edir. - “X9” MMC Hərrac Təşkilatının 15 iyul 2019-cu il tarixli, 99/1 nömrəli hərrac yekunları barədə protokoluna görə İddiaçı2 məxsus Abşeron rayonu, Zəfəran savxozu ərazisi (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam dəyəri (rəqəm və sözlə); 110000 (bir yüz on min) manat, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə (Vergi və Mülki məcəllərinə) uyğun olaraq 10% endirimlə 99000 (doxsan doqquz min) manat, 20% endirimlə 88000 (səksən səkkiz min) manat, 30% endirimlə 77000 (yetmiş yeddi min) manat olmaqla hərrac mərkəzinə 3850 (üç min səkkiz yüz əlli) manat beh məbləği ödənilməklə 77000(yetmiş yeddi min) manata Cavabdeh2 satılmışdır və bu xüsuslar eynilə 15 iyul 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədə də öz əksini tapmışdır. - Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2018-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə borclu İddiaçı2 məxsus ünvan 4 ünvanında yerləşən mənzil müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaiti zərərçəkmiş şəxs və mülki iddiaçı X12 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməlidir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-2169/2019 nömrəli qətnaməsinə əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi 15 ünvanında yerləşən sahəsi 16,8 kv.m olan bir otaqdan ibarət 15 №li yaşayış evi üzərində İddiaçı1, 2/3 hissədə cavabdeh İddiaçı2 isə 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı2 məxsus Abşeron rayonu, Zəfəran savxozu ərazisi (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 77000(yetmiş yeddi min) manata Cavabdeh2 hərrac yolu ilə satılmışdır. Mübahisələndirilən hərrac İddiaçı2 borc məbləğinin tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. İddiaçıların tələblərinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın onların ümumi birgə mülkiyyətlərində olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hərracın “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilməsi, və cavabdeh tərəfindən mübahisə predmeti olan əmlakın iddiaçıların yeganə yaşayış yeri olduğu və onların ümumi mülkiyyətində olduğu üçün ona tələb yönəldilə bilinmədiyi mövqeyini əsassız saymış, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair “X9” MMC tərəfindən kezirilmiş və xx.xx.2019-cu il tarixli 99/1 sayı protokol və “X9” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməməsi nəticəsinə gələrkən nəzərə almamışdır ki, sözügedən əmlak birgə nikah dövründə əldə edildiyindən, həmin əmlak onların birgə mülkiyyətində olması prezumpsiyası qüvvədədir. Belə olan halda isə “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin əmlaklara tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun ümumi mülkiyyətdə olan payı həddində yönəldilir. Belə ki, Mülki Məcəllənin 224.1-cü maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə isə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Ailə və icra qanunvericiliklərində də eyni qayda müəyyən olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borcluya birgə mülkiyyət hüququ üzrə məxsus olan əmlakın əvvəlcə üzərinə həbs qoyub, onu açıq hərracdan satışa çıxarmaq yox, kreditorun tələbi ilə borclunun payının ayrılması, bu mümkün olmadıqda və ya digər iştirakçı etiraz etdikdə isə borclunun payının bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını yolu ilə mümkündür. Digər iştirakçı borclunun payını almadıqda, kreditor tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər (Mülki Məcəllənin 220-ci maddəsində müəyyən olunmuş ardıcıllığa oxşar). Göründüyü kimi, icra icraatı çərçivəsində icra məmurunun aşkar etdiyi ümumi mülkiyyət hüquqü üzrə borcluya məxsus əmlaka tutma yönəldilməsinin xüsusi qaydası və ardıcıllığı müəyyən olunmuşdur:
1. kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etməsi;
2. payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməsi;
3. ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etməsi. İlk mənzərə ondan ibarətdir ki, kreditor birinci və ikinci tələbini icra icraatı çərçivəsində, yəni icra məmuruna, üçüncü tələbini isə yalnız məhkəməyə müraciət etməklə realizə etmək imkanındadır. Məhkəmə kollegiyası hesab edir ki, kreditor ilkindən borclunun birgə və ya paylı mülkyyətdəki payının ayrılması barədə məhkəməyə müraciət etməlidir, çünki bu məsələnin məhkəmə icraatı çərçivəsində araşdırılması daha realdır, nəinki icra icratı çərçivəsində. Ümumi əşyadakı payın ayrılmasının mümkünlüyü yalnız müvafiq ekspertiza yolu ilə müəyyən oluna bilər ki, icra məmurunun da belə ekspertiza keçirmək səlahiyyəti yoxdur («İcra haqqında» Qanunda ekpertin iştirakı nəzərdə tutulmamışdır). Beləliklə, əmlak ərlə arvadın ümumi (birgə) mülkiyyətindədirsə, həmin əmlaka tutma yalnız borclu olan ərin (arvadın) payı həcmində, özü də Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tələbin tam şəkildə birgə mülkiyyətdə olan yuxarıda qeyd edilən əmlakların açıq hərracdan satılması İddiaçı1 həmin əmlakdakı payına qanunsuz müdaxilə ilə nəticələnə bilər. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri sayır ki, mübahisələndirilən hərrac və alğı-satqı müqaviləsi mübahisəli evlə bağlı iddiaçının əri ilə paylarının müəyyən edilməsinə dair qəbul edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-2169/2019 nömrəli qətnamədən əvvəl həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair, “ X9” MMC tərəfindən keçirilmiş və xx.xx.2019- cu il tarixli 99/1 saylı protokol və“ X9” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün iddianın əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsi işin qeyd edilən halları üzrə araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2545/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, İddia tələbi təmin edilməli ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair “X9” MMC tərəfindən keçirilmiş və xx.xx.2019- cu il tarixli 99/1 saylı protokol və“ X9” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kolleqiyası cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətin tətbiqinə dair ərizəsinə qiymət verərək hesab edir ki, əvvala iddiaçı hüququnun pozulduğunu bildiyi vaxdan məhkəməyə müraciət etmiş, həmçinin cavabdeh tərəf iddia müddətin tətbiqi əsaslarını göstərə bilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 barəsində olan xx.xx.2017-ci il tarixli 1(101)- 455/2017 saylı hökmünə əsasən X3 cəza təyin edilməsindən əlavə, zərərçəkmiş şəxs və mülki iddiaçı X10 mülki iddiası qismən, yəni ittiham həcmində təmin edilərək ona vurulmuş maddi ziyanın ödənilməmiş qalan 212.500 ABŞ dolları məğbləğində hissəsinin X1 tutularaq ona ödənilməsi, ona məxsus Bilgəh qəsəbəsi S.İbadağa küzəsi 15 ünvanında yerləşən mənzilin müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçıya dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməməsinə sərf edilməsi hökm edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan və təqdim edilmiş icra sənədlərindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)-455/2017 saylı icra sənədi xx.xx.2018-ciil tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qiymətləndirilmə aparılmış və hazırda da onun yenidən qiymətləndirilməsi ilə bağlı icra hərəkətləri davam etdirilir. Qeyd edilən məktubdan və işin materiallarından görünür ki, Bilgəh qəsəbəsi S.İbadağa küçəsi 15 ünvanında yerləşən evin üzərinə həbs qoyulmasına dir Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 8(008)-429/2018 nömrəli qərardadı Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(008)-429/2018 nömrəli qərardadı ilə ləğv edilmişdir. Həmin qərardadda sözügedən evin müsadirə olanmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin X6 barəsində olan xx.xx.2017-ci il tarixli 1(101)- 455/2017 saylı hökmünə və həmin hökmə qeyd edilən evin üzərinə həbsin qoyulmasına dair Xəzər rayon məhkəməsinin 3(003)-279/2016 saydı qərardadına istinad edilmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki,hazırki iş üzrə iddia tələbi əsaslı olaraq təmin edilsə də, yuxarıda qeyd edilən hökmə əsasən müsadirə olunmuş Bilgəh qəsəbəsi S.İbadağa küçəsi 15 ünvanında yerləşən evlə bağlı icra hərəkətləri davam etdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2545/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair “X9” MMC tərəfindən keçirilmiş və xx.xx.2019- cu il tarixli 99/1 saylı protokol və“ X9” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov